Məhkəmə qərarları › İş №2(102)-3221/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3221/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3221/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və dəbbə borcunun alınması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: barışıq sazişi, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddia çının nümayəndəsi X3, Cavabdeh1 və vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)787/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(007)-111/2019 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənov) iddia qismən təmin olunmuş, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 noyabr 2015ci il tarixli BAKU1-6000-12103 saylı kredit müqaviləsinin və həmin müqaviləyə dəyişikliklər və əlavələr edilməsi haqqında 17 mart 2016-cı il tarixli Sazişin ləğv edilməsi, iddiaçının xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 102901,58 ABŞ dolları əsas borc, 36536,11 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları dəbbə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 139447,69 ABŞ dolları borcun və məhkəmə xərclərinə görə cəmi 60 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 120.1 kv.m ümumi sahəsi olan 3 otaqlı 20 saylı mənzilinə yönəldilməsi və həmin yaşayış sahəsinin açıq hərrac keçirilməsi yolu ilə satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 220000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş pul vəsaitindən qətnamənin icra olunduğu günə olan Azə rbaycan manatı məzənnəsi ilə cəmi 139447,69 ABŞ dolları borcun və ödənilmiş məhkəmə xərclərinə görə cəmi 60 manat məbləğində borcun iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 120,1 kv.m ümumi sahəsi olan 3 otaqlı 20 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqdan sonra cavabdehlərin mənzili bir ay ərzində boşaltmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(007)-111/2019 nömrəli qətnaməsindən apellyasiya şikayətləri vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)-787/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(007)111/2019 nömrəli qətnaməsi faiz borcunun tutulması hissəsində qismən ləğv olunmuş, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin 33457,07 ABŞ dolları müəyyən edilməsi, qətnamənin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə xərcinin Cavabdeh1 aid edilməsi, həmin cavabdehdən apa rılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)-787/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. b) Məhkəmə icraatında tərəflərin barışıq sazişi bağlamaları Məhkəmə iclasında tərəflər məhkəməyə barışıq sazişi təqdim etmiş və ərizə ilə məhkəməyə müraciət edərək, onun təsdiq olunmasını xahiş etmişlər. Tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən:

1. Borc məbləği və ödəniş qaydası: 1.1 Tərəflər Cavabdehlərin 10 noyabr 2015-ci il tarixli BAKU1-6000-12103 saylı Kredit müqaviləsinin tərkib hissəsi olan 10 noyabr 2015-ci il tarixli BAKU1-6000-12103 saylı Razılaşma üzrə İddiaçıya olan ümumi borc məbləğini 120000 (yüz iyirmi min) ABŞ dolları məbləğində müəyyən edirlər. 1.2 Razılaşdırılmış 120000 (yüz iyirmi min) ABŞ dollarının 1000 (on min) ABŞ dolları təşkil edən hissəsi 02 avqust 2021-ci il tarixində, 10000 (on min) ABŞ dolları təşkil edən digər hissəsi 15 sentyabr 2021-ci il tarixinədək, qalan 100000 (yüz min) ABŞ dolları isə 2021-ci ilin oktyabr ayından başlayaraq 36 (otuz altı) təqvim ayı ərzində, hər dəfə ən azı 5000 (beş min) ABŞ dolları olmaqla 01.11.2024-cü il tarixinədək ödənilməlidir. 1.3 Ödənişlər 2021-ci ilin oktyabr və dekabr; 2022-ci ilin fevral, aprel, iyun, avqust, oktyabr və dekabr; 2023-cü ilin fevral, aprel, iyun, avqust, oktyabr və dekabr; 2024-cü ilin fevral, aprel, iyun, avqust və oktyabr aylarında hər dəfə ən azı 5000 (beş min) ABŞ dolları olmaqla hər ayın sonuncu təqvim gününədək edilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, yəni göstərilən təqvim ayları ərzində ən azı 5000 (beş min) ABŞ dollarının, o cümlədən 02 avqust 2021-ci il tarixində 10000 (on min) ABŞ dolları və 15 sentyabr 2021-ci il tarixinədək daha 10000 (on min) ABŞ dollarının qaytarılmaması da daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq.

2. Öhdəliklərin tam icra olunma şərtləri: 2.1 Bu Sazişlə qaytarılması razılıaşdırılmış 120000 (yüz iyirmi min) ABŞ dolları bu sazişin 1-ci bölməsində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehin 10 noyabr 2015-ci il tarixli BAKU1-6000-12103 saylı Kredit müqaviləsinin tərkib hissəsi olan 10 noyabr 2015-ci il tarixli BAKU1-6000-12103 saylı Razılaşma üzrə İddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh1 məxsus olan, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 120,1 kv.m, yaşayış sahəsi 71,9 kv.m, yardımçı sahəsi 48,2 kv.m olan 3 otaqlı mənzil) ipoteka ilə yüklülükdən (girovdan) azad ediləcək və Zaminlik müqaviləsinə xitam veriləcəkdir.

3. Öhdəliklərin lazımınca icra edilməməsi 3.1 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1.1. Cavabdehlər bu Sazişlə müəyyən edilən borcun qaytarılmamış hissəsinin 16368,65 (on altı min üç yüz altmış səkkiz) ABŞ dolları (məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 136368,65 (yüz otuz altı min üç yüz altmış səkkiz) ABŞ dollarının 120000 çıxıldıqda qalan hissəsi) və 10000 (on min) ABŞ dolları artacağını qəbul edirlər və cavabdehlərin ödənişləri nəzərə alınmaqla, onlardan birgə qaydada 146368,65 (yüz qırx altı min üç yüz altmış səkkiz) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə tutulur; 3.1.2. Tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus olan, Daşınmaz əmlakın dövlət reyestrində 1415 nömrəli reyestr kitabının 129502 nömrəli vərəqində qeydiyyata alınan, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 120,1 kv.m, yaşayış sahəsi 71,9 kv.m, yardımçı sahəsi 48,2 kv.m olan 3 otaqlı mənzilə yönəldilir, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılığı ilə 150000 (yüz əlli min) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılır, məcburi boşaldılır və cavabdehlər mənzildən çıxarılırlar. Satışdan əldə olunmuş pul vəsaiti Cavabdehlərin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir. 3.1.

3. Cavabdehlərin 2021-ci ilin noyabr; 2022-ci ilin yanvar, mart, may, iyul, sentyabr və noyabr; 2023-cü ilin yanvar, mart, may, iyul, sentyabr və noyabr; 2024-cü ilin yanvar, mart, may, iyul və sentyabr aylarında ödəniş etməmələri bu Sazişin pozulması hesab edilmir. 3.1.4. İpoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti bu Sazişlə qaytarılması müəyyən olunan borcun ödənilməsi üçün yetərli olmadığı halda çatışmayan məbləğ Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə cavabdehlərə məxsus olan digər daşınar və daşınmaz əmlaklar hesabına və cavabdehlərin əmək haqqlarına və digər gəlirlərinə yönəldilməklə ödənilir.

4. Sazişin icraya yönəldilməsi 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzr ə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra edilir.

5. Yekun müddəalar 5.1 Bu Saziş azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik dörd nüsxədə hazırlanmışdır və nüsxələrin üçü tərəflərdə, biri isə məhkəmədə saxlanılır. 5.2 Bu Saziş tərəflərin tam razılığını əks etdirir və bütün əvvəlki müzakirə və sənədləri əvəz edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilə n yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər ar asında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə məhkəmədənkənar qaydada həll olunduğundan və tərəflər barışıq sazişi bağladıqlarından, həmin barışıq sazişi səlahiyyətli şəxslər tərəfindən imzalandığından, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)-787/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası tərəflər arasında barışıq sazişinin bağlanmasını nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri tərəflərə birinci və apellyasiya instansiyaları məhkəmələrinin qətnamələrində müəyyən olunmuş qaydada aid edilməlidir. Göstərilənlərə əsasən və A zərbaycan Respublikası MPM-in 261.0.5, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)-787/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və dəbbə borcunun alınması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmununda barışıq sazişi təsdiq edilsin:

1. Borc məbləği və ödəniş qaydası: 1.1 Tərəflər Cavabdehlərin 10 noyabr 2015-ci il tarixli BAKU1-6000-12103 saylı Kredit müqaviləsinin tərkib hissəsi olan 10 noyabr 2015-ci il tarixli BAKU1-6000-12103 saylı Razılaşma üzrə İddiaçıya olan ümumi borc məbləğini 120000 (yüz iyirmi min) ABŞ dolları məbləğində müəyyən edirlər. 1.2 Razılaşdırılmış 120000 (yüz iyirmi min) ABŞ dollarının 1000 (on min) ABŞ dolları təşkil edən hissəsi 02 avqust 2021-ci il tarixində, 10000 (on min) ABŞ dolları təşkil edən digər hissəsi 15 sentyabr 2021-ci il tarixinədək, qalan 100000 (yüz min) ABŞ dolları isə 2021-ci ilin oktyabr ayından başlayaraq 36 (otuz altı) təqvim ayı ərzində, hər dəfə ən azı 5000 (beş min) ABŞ dolları olmaqla 01.11.2024-cü il tarixinədək ödənilməlidir. 1.3 Ödənişlər 2021-ci ilin oktyabr və dekabr; 2022-ci ilin fevral, aprel, iyun, avqust, oktyabr və dekabr; 2023-cü ilin fevral, aprel, iyun, avqust, oktyabr və dekabr; 2024-cü ilin fevral, aprel, iyun, avqust və okt yabr aylarında hər dəfə ən azı 5000 (beş min) ABŞ dolları olmaqla hər ayın sonuncu təqvim gününədək edilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, yəni göstərilən təqvim ayları ərzində ən azı 5000 (beş min) ABŞ dollarının, o cümlədən 02 avqust 2021-ci il tarixində 10000 (on min) ABŞ dolları və 15 sentyabr 2021-ci il tarixinədək daha 10000 (on min) ABŞ dollarının qaytarılmaması da daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq.

2. Öhdəliklərin tam icra olunma şərtləri: 2.1 Bu Sazişlə qaytarılması razılıaşdırılmış 120000 (yüz iyirmi min) ABŞ dolları bu sazişin 1-ci bölməsində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehin 10 noyabr 2015-ci il tarixli BAKU1-6000-12103 saylı Kredit müqaviləsinin tər kib hissəsi olan 10 noyabr 2015-ci il tarixli BAKU1-6000-12103 saylı Razılaşma üzrə İddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh1 məxsus olan, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 120,1 kv.m, yaşayış sahəsi 71,9 kv.m, yardımçı sahəsi 48,2 kv.m olan 3 otaqlı mənzil) ipoteka ilə yüklülükdən (girovdan) azad ediləcək və Zaminlik müqaviləsinə xitam veriləcəkdir.

3. Öhdəliklərin lazımınca icra edilməməsi 3.1 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmada n aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1.5. Cavabdehlər bu Sazişlə müəyyən edilən borcun qaytarılmamış hissəsinin 16368,65 (on altı min üç yüz altmış səkkiz) ABŞ dolları (məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 136368,65 (yüz otuz altı min üç yüz altmış səkkiz) ABŞ dollarının 120000 çıxıldıqda qalan hissəsi) və 10000 (on min) ABŞ dolları artacağını qəbul edirlər və cavabdehlərin ödənişləri nəzərə alınmaqla, onlardan birgə qaydada 146368,65 (yüz qırx altı min üç yüz altmış səkkiz) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə tutulur; 3.1.6. Tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus olan, Daşınmaz əmlakın dövlət reyestrində 1415 nömrəli reyestr kitabının 129502 nömrəli vərəqində qeydiyyata alınan, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 120,1 kv.m, yaşayış sahəsi 71,9 kv.m, yardımçı sahəsi 48,2 kv.m olan 3 otaqlı mənzilə yönəldilir, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılığı ilə 150000 (yüz əlli min) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılır, məcburi boşaldılır və cavabdehlər mənzildən çıxarılırlar. Satışdan əldə olunmuş pul vəsaiti Cavabdehlərin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir. 3.1.7. Cavabdehlərin 2021-ci ilin noyabr; 2022-ci ilin yanvar, mart, may, iyul, sentyabr və noyabr; 2023-cü ilin yanvar, mart, may, iyul, sentyabr və noyabr; 2024-cü ilin yanvar, mart, may, iyul və sentyabr aylarında ödəniş etməmələri bu Sazişin pozulması hesab edilmir. 3.1.8. İpoteka predmetinin satışından əldə o lunmuş pul vəsaiti bu Sazişlə qaytarılması müəyyən olunan borcun ödənilməsi üçün yetərli olmadığı halda çatışmayan məbləğ Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə cavabdehlərə məxsus olan digər daşınar və daşınmaz əmlaklar hesabına və cavabdehlərin əmək haqqlarına və digər gəlirlərinə yönəldilməklə ödənilir.

4. Sazişin icraya yönəldilməsi 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra edilir.

5. Yekun müddəalar 5.1 Bu Saziş azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik dörd nüsxədə hazırlanmışdır və nüsxələrin üçü tərəflərdə, biri isə məhkəmədə saxlanılır. 5.2 Bu Saziş tərəflərin tam razılığını əks etdirir və bütün əvvəlki müzakirə və sənədləri əvəz edir. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və dəbbə borcunun alınması, ipoteka predmetinə tutma yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılma” tələbinə dair iddi ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Keçirilmiş məhkəmə ekspertizalarının xərci hesabına 145 (bir yüz qırx beş) manat Cava bdeh1 və Cavabdeh2 və 200 (iki yüz) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar