Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3224/2019 03.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilk, Cavabdeh cavabdeh İddiaçı qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilkin iddia rədd edilmiş, Cavabdeh cavabdeh İddiaçı qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi barədə qarşılıqlıiddiası qismən təmin olunmuş İddiaçı Cavabdeh xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 4700 manat, mənəvi ziyanın əvəzi kimi 1300 manat, cəmi 6000 manat məbləğində pulun tutulması, iş üzrə aparılmış 15.01.2018-ci il tarixli 27238 saylı və 27.03.2018-ci il tarixli 6236 saylı məhkəmə ekspertizası tədqiqatının dəyəri kimi, hər biri 50 manat olmaqla, ümumilikdə 100 manat məbləğində pul vəsaitinin İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2018-ci i l tarixli qətnaməsi ilə (sədrlik edən R.Eyvazov, hakimlər S.Hacıyev və F.Talışınski) Səbail rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissədə (yəni, «İddiaçı Cavabdeh xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 4700 manat, mənəvi ziyanın əvəzi kimi 1300 manat, cəmi 6000 manat məbləğində pul tutulsun» hissədə) ləğv olunmuş, qarşılıqlı iddia həmin hissədə təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi - məhkəmə xərclərinin İddiaçı aid edilməsi hissədə ləğv olunmuş, məhkəmə xərcləri bərabər hissədə tərəflərə aid edilmiş, aparılmış ekspertizaların ümumi dəyəri olan 100 manat xərcin, 50 manat hissəsininİddiaçı, 50 manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmi ş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia verərək, Cavabdeh 22000 manat pulun və 30 manat məbləğində ödədiyi dövlət rüsumunun tutularaq on a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh cavabdeh İddiaçı qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qaşılıqlı iddia verərək, İddiaçı tərəfindən təmir işlərinin qüsurla və natamam icra olunması səbəbindən 20.964 manat məbləğində maddi və 3000 manat mənəvi ziyanın, ümumilikdə 23964 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında ünvan 1 ünvan da yerləşən 34A saylı mənzildə müəyyən təmir işlərinin aparılması barədə şifahi razılıq əldə olunması, iddiaçının iş icracısı kimi görüləcək işlərə rəhbərlik etməsi işin mübahisəsiz hallarıdır. Lakin, yerinə yetiriləcək işlərin həcmi və məbləği konkret olaraq dəqiqləşdirilməmişdir. Eyni zamanda, müəyyən olunmuşdur ki, cavabdehə məxsus yaşayış sahəsində daha əvvəl müəyyən təmir işləri görülmüşdür. Tərəflərin bildirdiklərindən aydın olur ki, iddiaçının özü konkret olaraq hər hansı təmir işini şəxsən icra etməmiş, təmirlə bağlı ümumi nəzarəti həyata keçirmiş, işi təşkil (ustaların dəvət olunması, materialların alınması və s.) etmişdir. İddiaçı yerinə yetirilmiş işlərin həcmi və dəyəri ilə bağıl məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, cavabdeh tərəf də iddiaçının bild irdiklərini təsdiq etməmişdir. İddiaçı ümumi formada cavabdehin ona təmirə görə 13000 manat ödəməli olmasını göstərmiş, lakin həmin pul vəsaitinin konkret olaraq hansı xərclərdən ibarət olmasını əsaslandıra bilməmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim olunmuş şahid ifadəsi ilə də yerinə yetirilmiş işlərin həcmini və məbləğini müəyyən etmək mümkün olmamışdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, podrat müqaviləsinə görə podratçı məhz müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bu səbəbdən də, konktret işin həcminin və razılaşdırılmış muzdun məbləğ inin dəqiq müəyyən olunması mühüm əhəmiyyət kəsb edir. İddiaçı isə qeyd edildiyi kimi bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, birinci ekspertiza rəyi ilə iddiaçının rəhbərliyi ilə görülmüş işlərin məbləğinin 32767 manat məbləğdə müəyyən olunması anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Eyni zamanda, qeyd edilməlidir ki, tərəflərin də bildirdiklərinə görə, cavabdehə məxsus mənzildə daha əvvəl də başqa şəxslər tərəfindən təmir işləri aparılmışdır. Ekspertiza rəyindən isə görünür ki, ekspert mənzildə ümumilikdə aparılmış təmir işlərinin dəyərini müəyyən etmiş, onlardan konkret olaraq hansı işlərin bilavasitə iddaçının rəhbərliyi ilə həyata keçirilməsi konkretləşdirilməmişdir. Ümumiyyətlə, iddaçının rəhbərliyi ilə həyata keçirilmiş təmir işlərinin həcm ini dəqiq müəyyən etmək mümkün olmadığından, həmin ekspertiza rəyi ilk iddianın qanuni həlli baxımından mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi 13000 manat pulu – təmir işləri aparmış ustalara şəxsi vəsaiti hesabına ödədiyini göstərmiş, bu səbəbdən də həmin pulu cavabdehdən tələb etmişdir. Göründüyü kimi, iddiaçı şəxsən hər hansı təmir işini görməmiş, bu işləri cəlb etdiyi digər şəxslər (ustalar) həyata keçirmişlər. Belə olan halda isə iddiaçının digər şəxslərin əvəzindən tələb etmək hüququnun mövcudluğu da müəyyən olunmur. Eyni zamanda, iddiaçı təmir işlərinə görə 13000 manat pul vəsaitinin ödənilməli olmasını, həmin pulu öz vəsaiti hesabına digər şəxslərə ödəməsini və pulu reqres qaydada cavabdehdən tələb etmək hüququnun mövcudluğunu da sübut edə bilməmiş, məhkəmə baxışı zamanı qeyd edilən hallar müəyyən olunmamışdır. Bununla yanaşı, iddiaçı ona 9000 manat maddi ziyan dəyməsi ilə bağlı da tələbini əsaslandıra və sübut edə bilməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində də qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh öz tələbini 05.07.2016-cı il tarixli aktka əsaslandırır. Məhkəmə Ekspertiza Mərkəzinin 19.03.2018-ci il tarixli rəydən görünür ki, ekspert mülki iş materiallarına əlavə edilmiş 05.07.2016-cı il tarixli akta əsaslanaraq İddiaçı həvalə olunmuş və onun rəhbərliyi ilə görülmüş işlərin yarımçıq saxlanılmış hissəsinin tamamlanması üçün 20964 manat məblə ğində vəsait ödənilməsi, həmin vəsaitin 10064 manatının ustanın əmək haqqına, qalan 10900 manatı isə materiala sərf edilməsi nəticəsinə gəlmişdir. Halbuki, işdə olan, cavabdeh tərəfindən təqdim olunmuş 05.07.2016-cı il tarixli akt hazırki mübahisənin həlli baxımından mötəbər sübut kimi qəbul edilə bilməz. İlkin olaraq qeyd edilməlidir ki, həmin akt iddiaçının iştirakı olmadan tərtib olunmuşdur. Eyni zamanda aktda göstərilən qüsurların necə müəyyən olunması, dəyərinin necə hesablanması və s. zəruri hallar konkret olaraq göstərilməmiş, ümumi formada əks olunmuşdur (cavabdeh bununla bağlı konkret sübutlarını məhkəməyə təqdim edə bilməmişdir). Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozun tusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3224/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3224/2019
03.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver