Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3226/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-6236/17) İddiaçı cavabdehlər Cavabdeh3 Məhdud Mə suliyyətli Cəmiyyətinə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “cavabdehin əmlaka müdaxiləsinin və maneələrinin aradan qaldırılması, çıxarışın müvafiq hissədə qismən ləğv edilməsi” tələbinə dair ilk iddiası təmin edilərək cavabdeh "Cavabdeh3" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1004.9 kv.metr qeyri-yaşayış sahəsinə verilmiş 27.05.2015-ci il tarixli RX seriyalı ******* saylı olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" 41 kv.metr qeyriyaşayış sahəsi hissəsində qismən ləğv olunmuş, 16.06.2011 -ci il tarixli 00021 saylı qeyriyaşayış sahəsinin alqı-satqısı haqqında müqaviləyə ə sasən İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 41,00 kv.metr olan qeyri-yaşayış sahəsinə cavabdeh "Cavabdeh3" Məhdud Məsuliyyətli Cəmiyyətinin müdaxiləsi və maneələrin aradan qaldırılması qət edilmiş, Cavabdeh3-nin cavabdeh İddiaçı qarşı “Cavabdeh2" ASC ilə İddiaçı arasında bağlanmış 16.06.2011 -ci il tarixli, 00021 saylı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 41 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsinin və İddiaçı verilmiş 5985 nömrəli, 16.06.2011 -ci il tarixli Maliyyə arayışının etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, X.Sarıyev və H.Həmidov, iş № 2(103)-2972/18) cavabdehlər Cavab deh3 MMC-nin və Cavabdeh2-nin apellyasiya şikayətləri təmin edilərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 noyabr 2017-ci il tarixli qətnamə ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “cavabdehin əmlaka müdaxiləsinin, maneələrin aradan qaldırılması və sair tələbləri barədə” ilk iddiası rədd olunmuş, Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiası təmin olunaraq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 16.06.2011-ci il tarixli 00021 saylı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 41,00 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi və həmin müəssisə tərəfindən İddiaçı verilmiş 5985 nömrəli 16.06.2011-ci il tarixli “Maliyyə arayışı” etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 02 oktyabr 2018ci il tarixli qərarı ilə (sədrlik edən A.İsgəndərov, hakimlər Ə.Əhmədov və İ.Dəmirov, İş № 2(102)-6399/2018) İddiaçıkassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 14 may 2018-ci il tarixli, 2(103)-2972/18 saylı qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 dekabr 2018-c i il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn, İş № 2(103)-12024/2018) Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı ilk iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək 16.06.2011-ci il tarixli 00021 saylı “Qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında müqaviləyə” əsasən iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 41,00 kv.metr olan qeyri-yaşayış sa həsinə cavabdeh MMC-nin müdaxiləsinin və maneələrinin aradan qaldırılması; MMC-yə verilmiş 27.05.2015-ci il tarixli RX seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın” mübahisəli 41 kv.metr qeyri-yaşayış sahəsinə aid hissədə qismən ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. İş materiallarında olan müqavilə və maliyyə arayışı iş materialların da əsli və ya lazimi qaydada təsdiq olunmuş surətləri olmadığı üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iddiaçı məhkəməyə maliyyə arayışıdan başqa, ödənişi təsdiq edən kassa mədaxil orderini təqdim edə bilməmişdir. Burdan da, aydın ki, olur ki, mübahisəli sahənin dəyəri ödənilməmişdir. Əgər mübahisəli sahənin dəyəri ödənilmiş olsada iddiaçı məhkəməyə maliyyə arayışı İlə yanaşı kassa mədaxil qəbzini də təqdim edərdi. Həmçinin, maliyyə arayışı imzalayan şəxslərin səlahiyyətləri mübahisələndirildiyi halda, məhkəmə bu hala hüquqi qiymət verməmiş, həmin şəxslərin səlahiyyətlərinin olub-olmamasını araşdırmamışdır. Məhkəmə şikayət olunan qətnamədə formal üsül və vasitə ilə öz qərəzli mövqeyini icra edərək iddianı təmin etməklə iddiaçının maraqlarından çıxış edərək iddianı təm in etmişdir ki, bütün bunlar da Konstitusiya prinsipləri, maddi və prosessual qanun normaları, “Konstitusiya Məhkəməsi Plenumunun iş üzrə olan qərarın və analoji işə dair Konstitusiya Plenumunun Qərarlarının məcburi göstərişlərinin icrasının kobud şəkildə pozulmasına gətirib çıxaran bir hərəkət kimi qiymətləndirilir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə koll egiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəmə si apellyasiya şikayətlərinin təmin edilməməsi barədə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 16.06.2011 -ci il tarixli ***** saylı qeyriyaşayış sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı ASC ünvan 1 ünvanda yerləşən Cavabdeh2 tərəfindən inşa edilmiş 5 saylı binanın 1 -ci blok, 8-9 sütunlararası (E- D) ümumi sahəsi 41 kv.metr olan qeyri-yaşayış sahəsini alıcı İddiaçı 19771,02 manata satmağı, sonuncu isə həmin qeyri-yaşayış sahəsinin dəyərini tam olaraq ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin ASC tərəfindən verilmiş " 6.06.2011 -ci il tarixli 5985 saylı maliyyə arayışına əsasən iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin ümumi dəyəri olan 19771,02 manat tam ödənilmişdir. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, hə min vaxtdan bu günə kimi qeyri-yaşayış sahəsi iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı bildirir ki, cavabdeh MMC 09.12.2017-ci il tarixli 124-16 saylı məktubla ona müraciət edərək qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüququna dair çıxarışın onlara məxsus olduğunu bildirmişdir. Ona görə də xahiş etmişdir ki, qeyd olunan sahə ilə bağlı onlarla iddiaçı arasında icarə müqaviləsi bağlansın. O, dəyərini tam ödədiyi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu əldə etmişdir. Buna görə də, MMC-nin adına verilmiş çıxarış iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilməlidir. Cavabdeh3 ilk iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, qeyriyaşayış sahəsi MMC-yə törəmə təşkilatı olduğu cavabdeh ASC-nin təsisçilərinin qərarına uyğun olaraq keçmişdir. Belə ki, hə min əmlak müvafiq qaydada dəyərləndirilərək, MMCnin nizamnamə kapitalına pul formasında daxil edilmişdir. Bütün bunların nəticəsi olaraq MMC-yə qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda MMC adıçəkilən əmlak üzərində mülkiyyət hüququ qanunla tanınır. Lakin iddiaçıya münasibətdə bunu demək mümkün deyildir. Çünki iddiaçı öz iddiasını əsaslandırmaq üçün məhkəməyə mənşəyi bəlli olmayan ***** saylı alqı-satqı müqaviləsi və 5985 saylı maliyyə arayışı təqdim etmişdir. İddiaçının sahə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ilk növbədə həmin əqdin notarial qaydada təsdiq edilməsi şərtdir. Eyni zamanda, qeyri-yaşayış sahəsinin alınmasına dair pul ödənişini təsdiq edən kassa-mədaxil qəbzi mövcud deyildir. İddiaçını n təqdim etdiyi maliyyə arayışı isə ciddi maliyyə sənədi kimi qəbul edilə bilməz. Bundan əlavə, həmin maliyyə arayışı özündə kifayət qədər yüksək məbləği əks etdirməsinə baxmayaraq, səlahiyyəti bəlli olmayan və etibarnamə ilə çıxış edən şəxsin imzası ilə təsdiq edilmişdir. Bu hallar həmin sənədin ciddi bir sənəd olmasını şübhə altına alır. Məhz bu səbəbdən, həmin maliyyə arayışı pul ödənişinin təsdiqinə dair mötəbər sübut sayıla bilməz və göstərilən əsaslara görə etibarsız sayılmalıdır. İddiaçının sahəyə hər hansı hüququ yoxdur və bu səbəbdən ilk iddia əsassızdır. Cavabdeh2 də ilk iddiaya etiraz edərək birinci instansiya məhkəməsində onun nümayəndəsi bilrimişdir ki, mübahisəli 41 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi ilkin olaraq İddiaçı satılmış, həmin əmlakın dəyəri onun tərəfindən ödən ilmiş və həmin qeyriyaşayış sahəsi ilə cavabdeh “Cavabdeh3" MMC-nin mülkiyyətində olan sahə üst-üstə düşmür. Lakin həmin cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə ASC arasında bağlanmış 16.06.2011 -ci il tarixli alqı-satqı müqaviləsinin reyestri korporasiyada aparılmamışdır. Belə ki, korporasiyada olan bütün müqavilələrin reyestrləri müqavilə şöbəsində aparılır ümumi bazaya salınır. Belə qeydiyyatla istənilən müqaviləni tapmaq, eyni zamanda müqavilənin bağlanmasına əsas olan sənədləri qaldırmaq mümkün olur. Mübahisəli sahəyə dair müqavilə korporasiyanın müqavilə reyestrində və müqavilə bazasında aşkar edilməmişdir. Ümumiyyətlə, həmin dövrdə qeyri-yaşayış sahələrinin satışı nəzərdə tutulmamışdır. Həmçinin maliyyə arayışları korporasiyanın baş mühasibi və baş direktor u tərəfindən imzalanmaqla, korporasiyanın möhürü vurulmaqla verilir. Həmçinin arxiv sənədləri araşdırılarkən məlum olmuşdur ki, həmin sahəyə dair edilmiş ödənişi təsdiq edəcək sənəd, kassa mədaxil orderi mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsaslıdır. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş birinci iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır: 1.Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı; 2.Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli; 3.Həmin hərəkətlər hüquqazidd olmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş ikinci iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 19-cu maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki Hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı ləhkəmə tərəfindən etibarsız sayıla bilər. Kollegiya hesab edir ki, hazırkı işdə həmin maddələrin tətbiq edilməsi üçün əsaslar mövcuddur. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 16.06.2011 -ci il tarixli 00021 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus olmaqla o, sahiblik hüququnu həyata keçirdir. Eyni zamanda Cavabdeh3 həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər edir. Belə ki, iş materiallarında olan Cavabdeh3 tərəfindən İddiaçı ünvanlanmış 09.12.2016-cı il tarixli 124-16 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 5 saylı binanın sahəsi 49,5 kv.metr olan 5 saylı qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüququna dair çıxarış Cavabdeh3-yə məxsusdur. İddiaçı Cavabdeh3 ilə icarə müqaviləsi bağlanılması xahiş olunur. Qeyri-yaşayış sahəsinin icarə müqaviləsi imzalandığı tə qdirdə sözügedən ünvanda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa dair müvafiq dövlət qurumlarına, o cümlədən vergi orqanlarına rəsmi məlumat veriləcəkdir. Göründüyü kimi cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər edir. Eyni zamanda aşağıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh3 həmin hərəkətləri qanunsuzdur və hər hansı bir əsası yoxdur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh2-nin 13 Fevral 2015-ci il tarixli təsis protokoluna əsasən 4 mart 2015-ci il tarixdə Cavabdeh3 törəmə təşkilat kimi təsis edilmiş və nizamnamə kapitalı Akkorda məxsus bir sıra əmlaklar hesabına formalaşmışdır. Bunlardan biri kimi ünvan 1 ünvanda yerləşən 1004,9 kv.metr ü mumi sahəsi olan qeyri-yaşayış sahəsi qeyd olunmuşdur. Cavabdeh2 həmin qeyriyaşayış sahəsini müvafiq qaydada dəyərləndirərək, “xxxx” MMC-nin nizamnamə kapitalına pul formasında daxil etmiş və yalnız “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanmış 26 may 2015-ci il tarixli məktuba əsasən 27.05.2015-ci il tarixdə “xxxx” MMC-yə ümumi sahəsi 1004,9 kv.metr olan qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı həmin çıxarışın yalnız onun sahiblik və istifadəsində olan ümumi sahəsi 41 kv.metr qeyri-yaşayış sahəsinə dair hissəsini mübahisələndirir. Kollegiya hesab edir ki, Cavabdeh2 tərəfindən mübahisəli əmlak müvafiq qaydada dəyərləndirilərək, “xxx x” MMC-nin nizamnamə kapitalına pul formasında daxil edən zaman həmin qeyri-yaşayış sahəsi Cavabdeh2-yə məxsus olmamış və onun həmin əmlakı öz əmlakı kimi dəyərləndirilərək, “xxxx” MMC-nin nizamnamə kapitalına pul formasında daxil etmək səlahiyyəti olmamışdır. Çünki yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, mübahisəli qeyriyaşayış sahəsi “xxxx” MMC-nin nizamnamə kapitalına daxil edilməmişdən təxminən 3 il 9 ay əvvəl, yəni 16.06.2011 -ci il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında həmin qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış və sonuncu həmin qeyri-yaşayış sahəsinin dəyərini tam olaraq ödəmişdir. Qeyd olunanlarla təsdiq olur ki, mübahisəli qeyri-yaşayış sahəsi “xxxx” MMC-yə deyil, İddiaçı məxsusdur və “xxxx” MMC-nin iddiaçıya həmin əmlakdan istifadə, sahiblik v ə ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətləri qanunsuzdur. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən ona məxsus olan ümumi sahəsi 41 kv.metr olan qeyri-yaşayış sahəsinə cavabdeh “xxxx” MMC-nin müdaxiləsinin və maneələrinin aradan qaldırılmasını və Mülki Məcəllənin 19-cu maddəsinə əsasən “xxxx” MMC-yə qeyri-yaşayış sahəsinə dair verilmiş 27.05.2015ci il tarixli PX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni mübahisəli 41 kv.metr qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilməsini tələb etməkdə haqlıdır və buna görə də, ilk iddia tələbləri tam olaraq təmin edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, qarşılıqlı idd ia tələbləri əsassızdır. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, cavabdeh “xxxx” MMC mübahisələndirilən müqavilənin tərəfi deyildir. Çünki həmin müqavilə “xxxx” ASC ilə İddiaçı arasında bağlanmışdır. Bununla yanaşı cavabdeh həmin müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Halbuki əqdlərin etibarsızlığından, bəhs edən Mülki Məcəllənin 137.2-ci maddəsindən görünür ki, əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürməsi hüququ yalnız əqdin tərəfinə məxsusdur. Belə ki, həmin maddədə təsbit olunmuşdur ki, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahi sə edilir. Göründüyü kimi əqdin mübahisələndirilməsi üçün ilk olaraq əqdin bir tərəfinin digər tərəfə bununla bağlı iradə ifadəsinin bildirilməsi tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: 'Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv h üquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv nənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri rıüəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə "lüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” MMC mübahisələndirdi yi müqavilənin tərəfi olmadığına görə o, həmin müqaviləni mübahisələndirmək üçün zəruri olan müvafiq subyektiv hüququ malik olan şəxs hesab edilə bilməz və bu hüquq yalnız müqavilə tərəflərinə məxsusdur. Bundan başqa kollegiya qeyd edir ki, qarşılıqlı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 329.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Hazırkı işdə isə həmin maddənin dispozitiv şərtləri mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqlə mə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.3-cü maddəsində isə təsbit olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmi və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsı sayılır. İşdən görünür ki, 16.06.2011 -ci il tarixli müqavilə bağlanarkən mübahisəli qeyriyaşayış sahəsi üzərində Cavabdeh2-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda isə qanunvericili yin tələblərinə əsasən mübahisəli qeyri-yaşayış sahəsi üzrə tərəflər arasında müqavilə bağlanarkən onun notarial qaydada təsdiqlənməsinə yol verilməmişdir. Ona görə də, cavabdehlərin bu hala istinad edilməsi tam əsassızdır. 16.06.2011 -ci il tarixli 5985 saylı maliyyə arayışının etibarsız hesab edilməsi üçün isə ümumiyyətlə əsaslar yoxdur. Belə ki, həmin maliyyə arayışı Cavabdeh2 “xxxx” müəssisəsinin icraçı direktoru X3 tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayətində çoxsaylı maddi və prosessual hüquq normalarını sadalamaqla həmin hüquq normalarının hazırki mübahisəyə hansı aidiyyətinin olmasını əsaslandırmamışdır, kassasiya şikayətinin məzmunundan belə anlaşılır ki, kassator şikayətində əsasən sübutların düzgün qiymətləndiri lməməsini əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası mülki işlərə baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstutisuya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasın a dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbayc an Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3226/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3226/2019
06.05.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver