Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3227/2020 04.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X4, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair ilk və iddiaçılar X3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “çıxarışın qismən etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpağın sərhədlərinin müəyyən edilməsi, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cə fərov Araz Əhməd oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Nümayəndə iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)28/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ona məxsus 0,07 ha torpaq sahəsinin kənarının hasarlanması üçün cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar X5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı verilmiş RX seriyalı ******* nömrəli çıxarışın mübahisələndirilən gediş-gəliş yoluna aid hissədə etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(024)-656/2018 nömrəli qətnaməsi ilə (hakim M.İ.Qarayev) ilkin iddianın təmin edilməsi, ünvan 1ndə yerləşən seriya RX № ******* saylı çıxarışa əsasən İddiaçı məxsus 0,07 ha torpaq sahəsinin kənarının hasarlanması üçün cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması, cavabdehlər X5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “gediş-gəliş yoluna aid hissədə İddiaçı adına verilmiş seriya RX № ******* saylı reyestrdən çıxarışın mübahisələndirilən gediş-gəliş yoluna aid hissədə etibarsız hesab olunması və onun maneələrin aradan qaldırılmasına dair iddiasının rədd edilməsi haqqında” qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-28/2020 nömrəli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov – sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli) cavabdehlər X5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(024)-656/2018 nömrəliqətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, ilk iddia tələbi üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, ünvan 1ndə yerləşən seriya RX № ******* olan çıxarışa əsasən İddiaçı məxsus 0,07 ha torpaq sahəsinin kə narı mövcud yarımtikili daş hasardan (1 döngə nöqtəsindən) 2 metr sağ tərəfə genişləndirilərək 3-cü döngə nöqtəsində yolun bağlanmamaq şərtilə düzxətt boyunca hasar çəkilməsinə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını qət etmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-28/2020 nömrəli qətnaməsi ləğv edilərək, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(024)656/2018 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelly asiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. İş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli ərazidə ilkin torpaqayırma sxemlərində yol nəzərdə tutulmamışdır. İddiaçıların hər birinin 10 metrədək enində yolları var və mal-qaraların gediş-gəlişi üçün heç bir çətinlikləri yoxdur. Şəki Apellyasiya Məhkəməsi işə baxarkən ona qanunla verilmiş səlahiyyət həddini aşmış, iddia tələbindən kənara çıxmış, iddiaçının qanuni çıxarışını ləğv etmədən onun torpaq sahəsinin sərhədlərini pozaraq, özündən yeni sxem tərtib etmiş, torpaq sahəsinin sərhədlərini dəyişdirmiş və nəticədə iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Həmçinin apellyasiya instansiyası sübutlara y ox, fərziyyələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər X5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3məhkəməyə gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin h üquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq kassasiya baxışının hədlərini müəyyən edərkən qeyd edir ki, qarşılıqlı iddia tələbləri birinci instansiya məhkəməsi tərəfindən təmin olunmasa və qətnamə həmin hissədə apellyasiya qaydasında dəyişdirilmədən saxlanılsa da, qarşılıqlı iddia üzrə iddiaçılar qətnaməni kassasiya qaydasında mübahisələndirməmişlər. Kassasiya şikayətini ilkin iddia üzrə iddiaçı vermişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddiaçının ilkin tələbə dair hissəsi üzrə maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, ünvan 1ndə yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi Hüquqların Dövlət Qeyd iyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəsinə, o cümlədən torpağın kənarlarının hasarlanmasına maneələr yaradıldığını iddia edərək, həmin maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Cavabdehlər qarşılıqlı iddia ərizələrində və verdikləri apellyasiya şikayətlərində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan gedişgəliş və mal-qaranın örüş yolu olmasını əsas gətirərək, iddianın rədd olunmasını xahiş etmişlər. İş üzrə birinci instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertiz asının xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən mübahisə predmeti olan torpaq sahəsi 50 kv.m olub, 48 kv.m hissəsi İddiaçı məxsus RX seriyalı ******* saylı çıxarışda göstərilən ərazi ilə eynilik təşkil edir. İddiaçı məxsus RX seriyalı ******* saylı Çıxarışda göstərilən torpaq sahəsinin koordinatları, həndəsi ölçüləri və coğrafi yerləşmə konfiqurasiyası eynilik təşkil etmir. İddiaçının sənəd üzrə mülkiyyətində 0.07 ha torpaq sahəsi göstərilsə də, faktiki istifadəsində 0,065 ha torpaq sahəsi vardır. İş üzrə apellyasiya icraatı zamanı əlavə məhkəmə ekspertizası təyin edilmiş və ekspertin xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki LTl-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiy i mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı X1 ünvan 1ndə RX № ******* saylı reyestrindən çıxarışa əsasən ona məxsus 0,07 ha torpaq sahəsi kənd bələdiyyəsi tərəfindən ona satılarkən torpaq sahəsi ilə bitişik kənd sakinlərinin hazırda istifadə etdikləri yol mövcud olması barədə məlumat yoxdur. Satılan torpaq sahəsinin cizgiləri hazırlanarkən ilkin torpaqayırma sxemlərindən göründüyü kimi həmin ərazidə yol nəzərdə tutulmamışdır. Mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazi DƏDRX-nin tərtib etdiyi RX No ******* saylı Çıxarışa əsasən 0,07 ha torpaq sahəsi göstərilsə də, naturada iddiaçının faktiki istifadəsində 0,0612 ha torpaq sahəsi mövcuddur. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin dörd bir ətrafı təxminən 40-50 sm hündürlüyündə çay daşı ilə hörülmüş, hasarın üstünə kol-kos yığılmışdır. Mübahisəli ərazi torpağın sağ hissəsində yerləşir və sonu çökəkliyə, oradan əsas magistral yola bitişir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə alınmış ekspert rəylərinə hüquqi qiymət verərək göstərmişdir ki, ekspert rəyində kənd camaatı tərəfindən istifadə olunan yolun mövcud olması barədə məlumatın yoxluğu və həmin ərazidə yol nəzərdə tutulmadığı qeyd edilmişdir. Buradan da göründüyü kimi ekspert tərəfindən verilmiş rəy DƏDRX-nin Şəki LTİ-nin mütəxəssis rəyinə istinad edilməklə tərtib olunmuş və ekspert tərəfindən həmin əraziyə vizual baxış keçirilməmişdir. Ekspert və mütəxəssis rəyində həmin ərazidə yolun olmadığını göstərsə də, işə baxan bir inci instansiya məhkəməsi bu dəlillər üzrə araşdırma aparmamışdır. Məhkəmə hesab etmişdir ki, rəyin bu hissəsi natamam olmaqla işin faktiki halı ilə ziddiyyət təşkil edir. Əvvəla ona görə ki, həm cavabdehlərin izahatından, həmçinin yerli baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan mübahisəli ərazi uzun illərdir ki, kənd camaatının ümumi istifadəsində olan yoldur və neçə illərdir ki, ərazidə yaşayan sakinlər bu yoldan istifadə edir. Bundan əlavə yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsinin yola düşən hissəsində 40-50 sm hündürlüyündə çay daşından hörülmə hasar var və həmin hasarın üstünü kol-kos örtmüşdür, yəni həmin yarımçıq daş hasar əvvəldən mövcud olmuşdur. Deməli, iddiaçının torpaq sahəsinin hüdudu həmin daş hasardan içəri olmuş, mübahisəli ərazi isə sonradan bələdiyyə tərəfindən satılmışdır. Bələdiyyə tərəfindən həmin hissə satılarkən ümumi istifadədə olan ictimai yol olmasının fərqinə varlanmamışdır ki, bu da hazırki mübahisənin əsasını yaratmışdır. Apellyasiya məhkəməsinin kollegiyası bələdiyyə tərəfindən torpağın aşağı hissəsinin düzünə deyil, çəpəki halda satılmasına da şübhə ilə yanaşaraq göstərmişdir ki, əgər həmin torpaq sahəsinin yola olan sərhədi düzxətt boyunca hasarlandığı təqdirdə yol baş hissədə (2 və 3 döngə nöqtələrində) bağlanmır (səhifə 34, 50 və 51) lakin azacıq sağa doğru meyllənmiş şəkildə inşa edildiyi təqdirdə qonşu torpaq sahəsinin kənarında olan daş hasara (künbbəzə səh. 51) bitişməklə ictimai yolun bağlanmasına gətirib çıxarır. Eyni zamanda “1” döngə nöqtəsi ilə qonşu hasar arasında 3 metrdən çox boş əraz i yaranır. Belə olan halda kollegiya belə qənaətə gəlmişdir ki, burada əsas məqsəd torpaq sahəsinin genişləndirilməsi ilə bağlı olmayıb, yolu bağlamaqla oradan istifadə edən sakinlərin, həmçinin mal-qaranın gedib-gəlməsinin qarşısını almaq olmuşdur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, əgər iddiaçı torpağın yuxarı (1 döngə nöqtəsindən) və aşağı hissəsindən (3 döngə nöqtəsi tərəfindən) bir-iki metr sağa (yola) doğru çıxmaqla düz xətt boyunca hasar inşa etdirmiş olsa, bu halda onun ərazisi heç də azalmayacaq, əksinə yuxarı hissədən (1 döngə nöqtəsi tərəfdən) sağa doğru çıxılmış hissə ilə həmin mübahisəli hissə kompensasiya olunacaq, eyni zamanda cavabdeh tərəf bununla razılaşaraq maneə yaratmayacaq. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublika sı Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndi, 86-cı maddəsinin 2-ci hissəsi, Mülki Məcəllənin 157.4-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İlk olaraq qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa h alların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 63.1-ci maddəsinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Mülki Prosessual Məcəlləsinin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tə dqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məcəllənin 103.1 və 103.2-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi ekspert rəyi ilə razılaşmasa da, mövqeyini prosessual qanunvericiliyə əsasən əsaslandıra bilməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin də göstərdiyi kimi, ekspertin həmin rəyi Azə rbayan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən tərtib olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.31-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq həmin Xidmətin vəzifələrindən biridir. Lakin apellyasiya instansiyası məhkəməsi ekspert rəyinin torpaq sahələrinin məzçəkmə işlərini aparan X6 Reyestri Xidmətinin rəyinə əsasən verilməsinə baxmayaraq, həmin rəyi mötəbər sübut qismində qiymətləndirməmiş və mövqeyini mübahisənin tərəfi olan cavabdehlərin izahatları ilə əsaslandırmışdır. Həmçinin qeyd olunmalıdır ki, torpağın mübahisəli hissəsindən kənd camaatı tərəfindən istifadə olunan yolun mövcudluğu həmin ərazinin iddiaçının mülkiyyətində olmasını istisna etmir. Əksinə apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mübahisə məhz həmin yolun m övcud olmasından yaranmışdır. Bundan əlavə, iddiaçının torpaq sahəsinin köhnə hasarla hasarlanması ekspert rəyinin mötəbərliyini şübhə altına almaq üçün əsas deyildir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, torpaq sahəsinə sərhədlərinə uyğun yeni hasar tikmək istəyərkən cavabdehlərin müdaxiləsinə məruz qalmışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçıya məxsus torpaq sahəsinə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın torpaq sahəsinin mübahisələndirilən hissədə etibarsız hesab olunmasına dair qarşılıqlı iddia təmin olunmamış və hazırda dövlət reyestrin prezumpsiyası həmin hissədə qüvvədədir. Yəni mübahisələndirilən torpaq sahəsi Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış koordinatlar üzrə iddiaçının mülkiyyətindədir və sonuncu həmin mülkiyyətində qanunsuz müdaxilələrin aradan qaldırılması tələbini irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikas ının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, ba şqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıya məxsus torpaq sahəsinə dair Çıxarışın həqiqiliyini tanımaqla, lakin mülkiyyətçinin həmin Çıxarışla müəyyən olunmuş hüdudlar daxilində mülkiyyət hüquqlarını müdafiə etməməklə ziddiyyətli və əsassız bir nəticəyə gəlmişdir. Halbuki, “Məhkəmə qətnamə si haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəhayət qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən öz mülahizəsinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarını müəyyən edilməs i daşınmaz əmlaka dair reyestr məlumatlarının həqiqiliyi prezumpsiyasına uyğun olmamaqla yanaşı, işdə iştirak etməyən şəxslərin (mübahisələndirilən qətnamədə göstərildiyi kimi yuxarı hissədən (1 döngə nöqtəsi tərəfdən) sağa doğru 2 metr hissəsinin mülkiyyətçilərinin, qanuni istifadəçilərinin və s.) hüquq və mənafelərinə toxunur, eyni zamanda prosessual hüquq normalarını pozur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinin birinci cümləsinə əsa sən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq, faktiki olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətlərinə aid olan torpaq sahələrində mərzçəkmə həyata keçirmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları (sərhədləri) konkret və müfəssəl müəyyən olunmalı, iddiaçının həmin hüdudlar dax ilində mülkiyyətində olan əmlaka sahib olmaq, sərəncam vermək və ondan istifadə etmək hüquqlarının cavabdehlər tərəfindən pozulubpozulmaması araşdırılmalı, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-28/2020 nömrəli qətnaməsi ilkin iddia tələbləri üzrə hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3227/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3227/2020
04.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver