Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3228/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-xx/17) iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu” təl əbinə dair iddiası təmin edilmiş, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12-15-11-13180 saylı, xx xxx 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilərək, Cavabdeh xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 4776.94 ABŞ dolları, faiz borcuna görə 2430.40 ABŞ dolları, cəmi 7207.34 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, F.Babayev və E.Həsənov, iş № 2(103)-xx/18) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Yasamal Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən əsas borca görə 4776.94 ABŞ dolları, faiz borcuna görə 2430.40 ABŞ dolları, cəmi 7207.34 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməs ini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında xx xxx 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, bank tərəfindən cavabdehə illik 28% olmaqla, 48 ay müddətinə 6147 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəfər arası nda xx xxx 2016-cı il tarixli 12-16-16-070565 saylı kredit müqaviləsi ilə cavabdehin banka olan borcu illik 29% olmaqla 60-ay müddətinə hesablanmaqla 6223 manat məbləğində müəyyən edilmişdir. İddiaçı “xxxx” ASC tərəfindən Cavabdeh xx xxx 2016-cı il tarixli bildiriş göndərilərək, “xxxx” ASC-nin 05.12.2016-cı il tarixli müraciətinə əsasən, xx xxx 2016-cı il tarixli 12-16-16-070565 və 12-16-11-070768 saylı kredit müqavilələrinin ləğv edilərək, xx xxx 2015-ci il tarixli 12-15-11-133180 saylı kredit müqaviləsi ilə ABŞ dolları ilə verilmiş kreditin bərpa olunması, 6147 ABŞ dolları məbləğində xx xxx 2015-ci il tarixli 12-15-11133180 saylı kredit müqaviləsinə əsasən, mövcud olan borc öhdəliyinin “xxxx” ASC qarşısında icra etməli olduğu bildirilmiş və sonuncu həmin bildirişi imzalayaraq xx xxx 2015 -ci il tarixli 12-15-11-133180 saylı kredit müqaviləsi üzrə öhdəliyinin bərpa olunmasına hər-hansı etirazının olmamasını bildirmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi cavabdehin iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün h allar üçün cavabdehdir. Lakin borcalan müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmiş, müqavilə üzrə borcunu tam ödəməmişdir. İddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qətnaməyə hüquqi qiymət verərək bildirmişdir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz ed ilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfə n baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi iddianı əsaslı olduğu üçün təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddanın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehdən banka olan borcun məbləği iddia tələbinin əsasını təşkil edən xx xxx 2017-ci il tarixli maliyyə arayışı əsasında hesablanmış, arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil cavabdeh tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa xx xxx 2018-ci il tarixli 2(10 3)-xx/2018 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş ekspertiza tədqiqatının nəticələrinə dair xx xxx 2018-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh xx xxx 2015-ci il tarixli 12-15-11-013180 saylı kredit müqaviləsi üzrə 10.11.2017-ci il tarixə (maliyyə arayışı verilən tarixə) banka olan əsas borcunun məbləği 4776,94 ABŞ dolları, faiz borcunun məbləği 2462,39 ABŞ dolları olmaqla, cəmi 7239,94 ABŞ dolları müəyyən edilmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan əsas və faiz borcu məbləğinin e kspertiza rəyində göstərilən hədd deyil, iddia tələbində göstərilən həddə qiymət verilməlidir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbinin əsas, faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcud luğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cava bdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3228/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3228/2019
22.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver