Məhkəmə qərarları › İş №2(102)-3229/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3229/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3229/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3229/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2020-ci il tarixli, 2(103)8152/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə 27 iyul 2021-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, “BMW 6501” markalı nəqliyyat vasitəsinə dair onunla Cavabdeh1 arasında bağlanmış 23 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 65.000 ABŞ dolları, avtomobilin təmirinə çəkilmiş xərclərə görə 3.400 manat pulun tutulub ona ödənilməsi, nəqliyyat vasitəsinin qaytarılması ilə pulun ödənilməsinin eyni vaxta icra edilməsi barədə qətnamə edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.C.Musayeva) iddia, Cavabdeh1 münasibətdə qismən təmin edilərək, “BMW 6501” markalı nəqliyyat vasitəsinə dair Cavabdeh1la İddiaçı arasında bağlanmış 23 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ödəniş günü milli manata məzənnədə nəqliyyat vasitəsinin qiyməti kimi 65.000 ABŞ dollarının tutulub İddiaçı ödənilməsi, nəqliyyat vasitəsinin qaytarılması ilə pulun ödənilməsinin eyni vaxtda icra edilməsi, qalan hissədə və Cavabdeh2 münasibətdə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli nəqliyyat vasitəsi “İnterpol”un Baş Katibliyinin məlumatına görə Almaniya Federativ Respublikasından oğurlanıb və bu “ASF” avtomatlaşdırılmış axtarış sistemi bazasında qeydə alınıb. Həmin nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi bağlanarkən satıcı Cavabde h1 alıcı İddiaçı üçüncü şəxslərin hüquqlarından azad nəqliyyat vasitəsi verməyib. Sözügedən nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıb. Nəticədə İddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olub. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ləğv edildikdən sonra əsassız olaraq 65.000 ABŞ dolları məbləğində varlanmış hesab olunan Cavabdeh1 həmin müqavilə üzrə əldə etdiklərini İddiaçı geri qaytarmaqda borcludur. İddiaçı öz hüququnun pozulduğunu 05 may 2019-cu il tarixdən bildiyi üçün iddia müddəti ötməyib. Digər hissədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Ona görə də iddia qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 377.1, 421.1, 572.1, 1092.1-ci maddəl ərinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilib, iddianın ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, X.A.Mərdanova və Z.A.Şirinov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iddia Cavabdeh1 aid hissədə də rədd edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mülki qanunvericiliyin dispozitiv şərtləri malın qüsurlu (keyfiyyətsiz və sair), üçüncü şəxslərin hüquqlarından azad olmasını və bu şəxslərin əmlakı tələb etməsini ehtiva edir ki, hazırki mülki münasibətlərdə bu faktlar müəyyən edilmir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq (təfsir) etməyib. Gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayıb və sübutlara (onların mötəbərliyinə) düzgün hüquqi qiymət verməyib. Belə ki, iddia verilən zaman və onun araşdırılması zamanı cavabdehlərə qarşı yönələn tələb və iddiaçının bu şəxslərə qarşı mövqeyi açıqlanmayıb, iddianın əsasının qüsurlu mal satılması olması müstəvisində bu məsələyə prosessual qiymət verilməyib. Malın qüsurlu olması və bundan satıcının xəbərdar olması, onun mülki məsuliyyət həddi müə yyən edilməyib. İddia tələbinin əsasını satılan malın qüsurlu olması nəticəsində ondan istifadənin məhdudlaşması olsa da buna dair mötəbər sübutlar təqdim edilməyib. Qüsur isə nəqliyyat vasitəsinin “İnterpol”un axtarış siyahısında olmasıdır ki, bununla bağlı artıq istintaq orqanın “Cinayət işinin rədd edilməsi haqqında” qərarı vardır. Nəqliyyat vasitəsi axtarışda olduğu müddətdə, yəni tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən və iddiaçının nəqliyyat vasitəsi üzərində hüququ qeydə alınarkən nəqliyyat vasitəsinin üzərində hər hansı yüklülük olmayıb və ümumiyyətlə bu məsələdə Cavabdeh1 təqsiri sübuta yetirilməyib. İddiaçı nəqliyyat vasitəsinin oğurluq olması və onun “İnterpol”un vasitəsi ilə axtarışa verilməsi və sair qüsurları ilə bağlı hazırki tələblərlə məhkəməyə nəqliyyat vasitə sinin ona verildiyi gündən dörd ildən sonra müraciət etmişdir. Qeyd edilənlərdən əlavə, Cavabdeh1 təqsiri üzündən sözügedən nəqliyyat vasitəsi üzərində iddiaçının mülkiyyət hüququnu pozan və ya məhdudlaşdıran hər hansı hal müəyyən edilməmişdir və bu gündə nəqliyyat vasitəsi daşınar əmlakın dövlət reyestrində aparılmış qeydiyyat görə iddiaçının xüsusi mülkiyyətindədir. Nəzərə alınmalıdır ki, sadalanan dəlillər müstəvisində sübuta yetirilməyən və qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə irəli sürülən iddianın təmin edilməsi, ələlxüsüs aidiyyəti olmayan müddəaların tətbiq edilməsi, hüquqdan suiistifadəyə şərait yaradan hal kimi və mülki dövriyyə azadlığına zidd olaraq yolverilməzdir. Ona görə də iddia Cavabdeh1 münasibətdə rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi m övqeyini Mülki Məcəllənin 572, 573, 588, 589-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsinə icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.2-ci maddəsində göstərilir ki, əgər alqı-satqı müqa viləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtı onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a) verməyə borcludur. Həmin Məcəllənin 572.1-ci maddəsində göstərilir ki, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasə n, bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 573.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirmirsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, h ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məh kəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kasasiya şikayətində iş üzrə apel yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, mübahisəli “BMW 6501” markalı nəqliyyat vasitəsi əvvəl Fuad Kərimova məxsus olub və sonuncu həmin nəqliyyat vasitəsini 27 mart 2013-cü il tari xdə satın alaraq Türkiyə Respublikasından Azərbaycana gətirib. 12 iyun 2014-cü il tarixdə Fuad Kərimov gömrük vəsiqəsi aldıqdan sonra yol polisi tərəfindən nəqliyyat vasitəsinə dair onun adına ** UJ *** dövlət qeydiyyat nişanı verilib. 12 iyun 2014-cü il tarixdə nəqliyyat vasitəsinə dair Zaur Əliyevin adına ** UJ *** dövlət qeydiyyat nişanı verilib və həmin dövlət qeydiyyat nişanı 536478 saylı gömrük vəsiqəsinə əsasən qeydə alınıb. Bundan sonra, 12 iyul 2014-cü il tarixdə “İnterpol” vasitəsilə alınmış məlumata əsasən “BMW 6501” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin beynəlxalq axtarışda olması ilə bağlı saxlanılmasına dair material üzrə polis orqanında müvafiq araşdırma aparılıb və müəyyən edilib ki, DİN-nin KTİ-nin ekspertlərinə təqdim edilmiş nəqliyyat vasitəsi nin ban nömrəsində hər hansı dəyişikliyin olmadığı müəyyən edilib. Həmçinin, istintaq orqanı müəyyən edib ki, sözügedən nəqliyyat vasitəsinin oğurlanmış nəqliyyat vasitəsi kimi Almaniya dövləti tərəfindən axtarışa verilməsi ilə Zaur Əliyevin və ya Fuad Kərimovun hərəkətləri arasında hər hansı səbəbli əlaqə olmayıb, yəni onların əməlində oğurluq və ya digər cinayətin tərkibi aşkar edilməyib. Bu səbəbdən də istintaq orqanının 26 iyul 2014-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib və zərərçəkmiş şəxsə nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması üçün mülki qaydada məhkəməyə müraciət etmək hüquq izah edilib. Daha sonra, 23 fevral 2015-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh1 sözügedən nəqliyyat vasitəsini 65.000 ABŞ dollar ına İddiaçı satıb. Həmin müqaviləyə əsasən nəqliyyat vasitəsi daşınar əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə 23 fevral 2015-ci il tarixdə sonuncunun adına qeydə alınıb və nəqliyyat vasitəsinə dair onun adına yeni ** CV *** dövlət qeydiyyat nişanı verilib. Hazırda iddiaçı, alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 tərəfindən aldadıldığını, sonuncunun bilərəkdən oğurlanmış nəqliyyat vasitəsini ona satdığını, cavabdehlərin nəqliyyat vasitəsinin alqı-satqısı ilə məşğul olduqlarını, alqı-satqı müqaviləsinin ləğv edilməsi və dəymiş ziyanı ödəməklə bağlı cavabdehlərə məktub göndərsə də, onların buna əhəmiyyət vermədiklərini göstərib, alqı-satqı müqaviləsinin ləğv edilməsini, həmin müqavilə üzrə ödədiyi 65.000 ABŞ dollarının və nəqliyyat vasitəsinin təmirinə çəkdiyi xərclərə görə 3.400 manat pulun cavabdehlərdən tutulub ona ödənilməsini iddia edir. Cavabdeh1 isə sözügedən nəqliyyat vasitəsini alqı-satqı müqaviləsinə əsasən satın aldığını, həmin nəqliyyat vasitəsinin daşınar əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə adına qeydə alındığını, sonradan nəqliyyat vasitəsini qanuni əsaslarla İddiaçı satdığını, nəqliyyat vasitəsinin oğurlanması, axtarışa verilməsi, üzərinə həbs qoyulması və ya nəqliyyat vasitəsinin üzərində üçüncü şəxsin hər hansı hüququnun olması barədə məlumatsız olduğunu göstərib, iddiaya etiraz edir. Əvvəla, işdən görünür ki, mübahisəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasına gizli yolla deyil, sərhəd, gömrük keçid məntəqələrindən keçirilməklə gətirilib. Həmin nəqliyyat vasitəsinə dair əvvəl ** UJ *** dövlət qeydiyyat nişanı verilməklə Zaur Əliy evin adına 12 iyun 2014-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnamə”si verilib. Sonradan tərəflər arasında bağlanmış 23 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinə dair yeni ** CV *** dövlət qeydiyyat nişanı verilməklə iddiaçının adına 23 fevral 2015-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnamə”si verilib. Digər tərəfdən, işin mübahisə olunmayan hallarına görə, sözügedən müqavilə üzrə Cavabdeh1 üzərinə düşən vəzifəni tam icra edərək nəqliyyat vasitəsini, onun ləvazimatlarını, sənədlərini iddiaçının mülkiyyətinə verib, sonuncu isə nəqliyyat vasitəsini qəbul edərək əvəzində müəyyənləşdirilmiş 65.000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 ödəyib. Bu barədə tərəflər arasında fikir ayrılığı yoxdur. Bundan sonra, iddiaçı sözügedən a lqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsini daşınar əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə öz adına qeydə aldırıb və bu barədə onun adına müvafiq “Nəqliyyat vasitəsinə dair Şəhadətnamə” verilib. Göründüyü kimi sözügedən nəqliyyat vasitəsinin hüquqi qeydiyyatı və onun alqısatıqısı zamanı Cavabdeh1 hərəkətlərində hər hansı qanun pozuntusuna yol verilməyib. Belə olan halda sözügedən nəqliyyat vasitəsinin həqiqətən üçüncü şəxsdən oğurlanması sübuta yetirilərsə və nəticədə iddiaçının nəqliyyat vasitəsinə hüququ pozularsa və nəqliyyat vasitəsi ondan geri alınarsa, onda sonuncuya dəymiş maddi, mənəvi zərərə görə Cavabdeh1 deyil, oğurluq nəqliyyat vasitəsini bilavasitə ölkəyə gətirmiş şəxs və həmin nəqliyyat vasitəsini daşınar əmlakın dövlət reyestrində qeydə almış aidiyyəti qurum lar mülki məsuliyyət daşımalıdırlar. Ümumiyyətlə işdə, sözügedən nəqliyyat vasitəsi üzərində üçüncü şəxsin hər hansı hüququnun olmasını və Cavabdeh1 bunu bilməsini və ya bilməli olmasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur və üçüncü şəxsin şəxsiyyəti, kimliyi məlum deyil. Bundan başqa, nəqliyyat vasitəsinin üzərinə həqiqətən həbs qoyulması, onun axtarışa verilməsi və sair barədə hər hansı ölkənin qanuni qüvvəyə minmiş məhkəmə aktı yoxdur və bu gün də sözügedən nəqliyyat vasitəsi daşınar əmlakın dövlət reyestrində iddiaçının xüsusi mülkiyyətindədir və onun həmin nəqliyyat vasitəsinə olan mülkiyyət hüququna xitam verilməyib. Daha sonra işdən görünür ki, iddiaçı sözügedən nəqliyyat vasitəsini Cavabdeh1 əvəzi ödənilməklə, yəni 65.000 ABŞ dollarına satın alıb. Ona görə də kasasiya in stansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və Mülki Məcəllənin 182.2-ci maddəsinin tələblərini nəzərə alıb hesab edir ki, nəqliyyat vasitəsinin ehtimal edilən mülkiyyətçisi həqiqətən nəqliyyat vasitəsini itirmişsə, nəqliyyat vasitəsi ondan oğurlanmışsa və ya nəqliyyat vasitəsi onun iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa da belə, iddiaçı həmin nəqliyyat vasitəsini əvəzli şəkildə pulunu ödəməklə satın aldığından, sonuncu vicdansız əldə edən sayıla bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 572.1, 572.2-ci maddələrinin tələblərinə görə, hazırki iddia o halda əsaslı sayıla bilər ki, satıcı alıcıya həqiqətən üçüncü şəxsin hüququ ilə yüklü olan əşya vermiş olsun və ya əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının oldu ğu satıcıya əvvəldən məlum olmuş olsun və o, bu iddialar barədə əvvəldən məlumatlı olsun. Hazırki işdə isə qeyd olunan hallar istisna olunur, əksinə mübahisəli nəqliyyat vasitəsi 23 fevral 2015-ci il tarixdən, yəni son dörd ildən artıq müddətdir ki, fasiləsiz və etirazsız olaraq iddiaçının xüsusi mülkiyyətindədir və bu gün də həmin nəqliyyat vasitəsi onun sahibliyində, istifadəsindədir. Yuxarıda sadalanan normaların mənasına görə, satıcı alıcıya üçüncü şəxsin hüququndan azad əşya vermək vəzifəsini icra etmədikdə, alıcının yalnız əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 573.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıc ı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirmirsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddənin mənasına görə, satıcı alıcıya dəymiş zərərin əvəzini o, vaxt ödəməyə borcludur ki, üçüncü şəxs əşyanı alıcıdan alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə geri almış olsun. Hazırki halda isə sözügedən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia, həmin müqavilənin icra edilməsindən dörd il sonra qaldırılıb. Daha sonra, hazırki iddia tələbinin əsasını sözügedən nəqliyyat vasitəsinin “İnterpol”un axtarış siyahısında olmasıdır ki, bununla da bağlı artıq istintaq orqanın “Cinayət işinin rədd edilməsi haqqında” 26 iyul qərarı vardır və istintaq orqanı müəyyən etmişdir ki, sözügedən nəqliyyat vasitəsinin oğurlanmış nəq liyyat vasitəsi kimi Almaniya dövləti tərəfindən axtarışa verilməsi ilə Zaur Əliyevin və ya Fuad Kərimovun hərəkətləri arasında hər hansı səbəbli əlaqə olmayıb, yəni onların əməlində oğurluq və ya digər cinayətin tərkibi aşkar edilməyib. Bu səbəbdən də sözügedən qərarla cinayət işinin başlanması rədd edilib və zərərçəkmiş şəxsə nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması üçün mülki qaydada məhkəməyə müraciət etmək hüquq izah edilib. Eyni zamanda həmin qərardan görünür ki, nəqliyyat vasitəsi axtarışda olduğu müddətdə, yəni tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən və iddiaçının nəqliyyat vasitəsi üzərində hüququ qeydə alınarkən nəqliyyat vasitəsinin üzərində hər hansı yüklülük olmayıb və ümumiyyətlə bu məsələdə Cavabdeh1 təqsiri sübuta yetirilməyib. Göründüyü kimi id diaçı, nəqliyyat vasitəsinin oğurluq olması və onun “İnterpol”un vasitəsi ilə axtarışa verilməsi və sair qüsurları ilə bağlı hazırki tələblərlə məhkəməyə nəqliyyat vasitəsinin ona təhvil verildiyi gündən dörd ildən sonra müraciət edib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2020-ci il tarixli, 2(103)-8152/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar