Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-323/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-323/2019 21 yanvar 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi ilə, İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli 2(105)-2871/2018 nömrəli qətnaməsindən cavab deh X7 və vəkili X9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada bankın xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 21.774,67 ABŞ dolları məbləğində kredit borcu, 6.217,24 ABŞ dolları məbləğində faiz borcu və 15.991,83 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 43.983,74 (qırx üç min doqquz yüz səksən üç dollar yetmiş dörd sent) ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Abşeron rayonu, Xırdalan şəhəri, C.Cabbarlı küçəsində yerləşən, 33.6 kv.m yaşayış, 43 kv.m yardımçı, 76.6 kv.m.ümumi sahəsi olan iki mərtəbəli, iki otaqlı, 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 43.983,74 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X1, Cavabdeh2 və Cavabdeh3 müştərəkqaydada tutulması, Abşeron rayonu, Xırdalan şəhəri, C.Cabbarlı küçəsində yerləşən, 33.6 kv.m yaşayış, 43 kv.m yardımçı,76.6 kv.m ümumi sahəsi olan iki mərtəbəli, iki otaqlı, 4 nömrəli fərd i yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra Cavabdeh2 və X1nın həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsinə, onların həmin fərdi evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(012)-367/2018 saylı qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova) iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbi qismən təmin edilərək, «xxxx» QSC ilə X6 arasında bağlanmış 22 oktyabr 22 oktyabr 2014-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə əsas kredit borcuna görə 21.774,67 ABŞ dolları, faiz borcuna görə 6.217,24 ABŞ dolları, cərimə borcu 183 ABŞ dolları olmaqla, ümumilikdə 28.174,91 (iyirmi səkkiz min yüz yetmiş dörd dollar doxsan bir sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin və və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada «xxxx» QSC-nin xeyrinə tutulması, ödəmənin ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, C.Cabbarlı küçəsində yerləşən, 33.6 kv.m yaşayış, 43 kv.m yardımçı,76.6 kv.m. ümumi sahəsi olan iki mərtəbəli, iki otaqlı, 4 nö mrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına X3 ümumilikdə 28.174,91 (iyirmi səkkiz min yüz yetmiş dörd dollar doxsan bir sent) ABŞ dolları (Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun «xxxx» QSC-nın hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 19.367,25 manat məbləğində müəyyən edilməsi, «xxxx» QSC-yə ödənilməli olan kredit borcunun və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması və ya hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, cavabdehlər Cavabdeh2 və X3 Abşeron rayonu, Xırdalan şəhəri, C.Cabbarlı küçəsində yerləşən, 33.6 kv.m. yaşayış, 43 kv.m yardımçı, 76.6 kv.m.ümumi sahəsi olan iki mərtəbəli, iki otaqlı, 4 nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi T.Quliyev, hakimlər A.Hüseynov, Z.Məmmədov) 05.09.2018-ci il tarixli 2(105)-2871/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(012)-367/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili X9 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamış, maddi və prosessual hüquq normalarının tələbli pozulmuş, bank tərəfindən əsas borc üzrə şişirdilmiş formada faiz və cərimə borcu hesablanmış, devalvasiya ilə əlaqədar maddi vəziyyəti pisləşdiyindən banka olan borcunu ödəyə bilməmişdir. Qanunsuz hesablanmış faiz və cərimə borcu silinsə, banka olan borcunu hissə-hissə ödəyə biləcəkdir. PROSESSUAL MƏSƏLƏLƏR Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qa ydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından g öründüyü kimi, «xxxx» QSC ilə X6 arasında bağlanmış 22 fevral 2008-ci il tarixli, 05L000000501 saylı kredit xətti müqaviləsinə əsasən bank, bu müqavilə ilə ümumi məbləği 4.000 ABŞ dolları məbləğində kredit xətti açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 60 ay müddətinə 22 fevral 2013-cü il tarixdən gec olmayaraq verilməlidir. Kredit alan isə bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öz öhdəsinə götürür, Kredit alan kreditdən yalnız kredit razılaşmasında göstərilmiş məqsədi üçün istifadə etməyi öz öhdəsinə götürür. 22 oktyabr 2014-cü il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən Bank məbləği 25.000 ABŞ dolları olan kredit i aylıq faiz dərəcəsi 1.9167 faiz olmaqla 30 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylıƏlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. 22 oktyabr 2014-cü il tarixli ödəniş planından görünür ki, müştəri X6 hər ayın 22-dən gec olmayaraq, 30 ay müddətində hər ay 1.108 ABŞ dolları məbləğində Banka ödəniş etməlidir. «xxxx» QSC ilə Cavabdeh2 arasında bağlanmış 22 fevral 2008-ci il tarixli, 05S000000523 və Cavabdeh3 arasında bağlanmış 24 dekabr 2009-cu il tarixli, 05S000001993 saylı zaminlik müqavilələrinin surətlərinə əsasən zaminlər 22 fevral 2008-ci il tarixli, 05L000000501 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqavi ləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar kredit xətti müqaviləsindən irəli gələn Borclunun öhdəliklərini tamamilə icra etməsi üçün Zaminlər Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. «xxxx» QSC ilə Cavabdeh2 arasında bağlanmış 08 aprel 2015-ci il tarixli, 005R**********S saylı və 23 sentyabr 2015-ci il tarixli, 005R**********SA saylı Sazişlə Razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. «xxxx» QSC-nin müştərisi olan X3 22 oktyabr 2014-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə 27 dekabr 2016-cı il tarixə əsas kredit borcu 21.774,67 ABŞ dolları, faiz borcu 6.217,24 ABŞ dolları və cərimə borcu 15.991,83 ABŞ dolları, ümumilikdə 43.983,74 (qırx üç min doqquz yüz səksən üç dollar yetmiş dörd sent) ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 25 may 2011-ci il tarixli, MA seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, «xxxx» QSC-nin «20 Yanvar» filialı, hüququ yüklü edilən şəxs Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, C.Cabbarlı küçəsində yerləşən, 4 nömrəli fərdi yaşayış evi-18 may 2011 - 22 may 2021-ci il müddətinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 21 saylı reyestr kitabının 95 nömrəli vərəqində, reyestr nömrəsi **********83-10301, ********** qeydiyya t nömrəsi ilə qeydiyyata alınmışdır. Öhdəliyin əsas təsviri və müddəti Saziş nömrəsi 501, 18 may 2011-ci il tarixli, 05L000000501 saylı kredit xətti müqaviləsi, kreditin məbləği 25.000 ABŞ dollarıdır. Xəbərdarlıq məktublarına əsasən «xxxx» QSC tərəfindən cavabdeh X5, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. «xxxx» QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsı yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 27215 saylı, 26 dekabr 2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizəsindən görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, C.Cabbarlı küçəsində yerləşən, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilir. 22 dekabr 2016-cı il tarixli bildirişin qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayış və ödəniş cədvəlindəki məlumatları araşdıraraq və Mülki Məcəllənin 385.1,386, 442, 445.1, 448, 470, 472-ci maddələrinə əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269, 317-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34 və 39-cu maddələrinə əsaslanaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vax tında və lazımi qaydada icra etmədiyindən, iddiaçının həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan fərdi yaşayış evinəə yönəldilməsini tələb etməkdə haqlı olduğunu və məhkəmənin bu hissədə də düzgün nəticəyə gəldiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öh dəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməli dir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhd əliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator faiz borcunun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Tələb edilən 15.991,83 ABŞ dolları məbləğində cərimə məbləği isə məhkəmələr tərəfindən azaldılaraq 183 ABŞ dolları müəyyən edilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi id dianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikay əti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli 2(105)-2871/2018 nömrəli qətnaməsi kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-323/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-323/2019
21.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver