Məhkəmə qərarları › İş №2(102)-3230/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3230/2019

13.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3230/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2018-ci il tarixli 2(103)9129/2018 nömrəli qərardadından İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququ olmayan hesab edilməklə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüququ olmayan hesab edilməsi və istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 2(004)-701/2015 saylı, 26 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun itirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Xumar Mərdanova, İsmayıl Vəliyev, Elnur Həsənov) 13 sentyabr 2018-ci il tarixli 2(103)-9129/2018 saylı qətnaməsi ilə cavabdeh Məmmədova (Həşimova) Yeganə Həsənağa qızının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-70 1/2015 saylı, 26 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən qətnamədən kassasiya şikayəti verilsə də, kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair qəbz kassasiya şikayətinə əlavə edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30.11.2018-ci il tarixli 2(103)-9129/2018 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9129/2018 saylı mülki iş üzrə qəbul etdiyi 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2018-ci il tarixli 2(103)-9129/2018 nömrəli qərardadının ləğv edilərək sonrakı prosessual hərəkətlərin edilməsi məqsədi ilə mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməni almamışdır. İş materiallarında olan xəbərnaməyə əsasən kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülmədən 26.11.2018-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə ünvanlanmışdır. Belə olan halda isə vəsatət verilməsinə ehtiyac qalmır. Kassasiya şikayəti rəsmi olaraq 26.11.2018-ci il tarixdə “xxxx” MMC-nə məhkəməyə çatdırılması üçün təqdim edilmişdir. Kassasiya şikayətin verilməsi üçün müəyyən edilmiş dövlət rüs umu əlavə ərizə ilə 30.11.2018-ci il tarixdə dəftərxana vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmayaraq qanunsuz qərardad qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək məhkəmədən onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respub likası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı kassasiya şikayəti iki əsasa görə geri qaytarılmışdır. Birinci əsas ondan ibarətdir ki, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9129/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilsə də, kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair qəbz kassasiya şikayətinə əlavə edilməmişdir. İkinci əsas isə ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9129/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qətnaməsi İddiaçı rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş və 26 sentyabr 2018-ci il tarixdə poçt xəbərnaməsinə imza edilərək qəbul edilmişdir. Lakin, İddiaçı kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək, 30 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və ötürülmüş prossesual müddətin bərpası ilə bağlı vəsatət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi 30.11.2018-ci il tarixli qərardadı İddiaçı kassasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılması hissəsində əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarında olan poçt xəbərnaməsinə əsasən iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9129/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qətnaməsini 26.09.2018-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş və kassasiya şikayəti məhkəməyə göndərilməsi üçün 26.11.2018-ci il tarixdə rabitə vasitəsi olan “xxxx” MMC-nə təqdim edilmişdir (iş vər. 180). Lakin apellyasiya instansiyası məhkəməsi İddiaçı kassasiya şikayətini şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, i ş materiallarından məlum olur ki, iddiaçı kassasiya şikayətini məhkəməyə 26.09.2018-ci il tarixdə göndərsə də, kassasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə heç bir sübut əlavə etməmişdir. İddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu 30.11.2018-ci il tarixdə ödəyərək bu barədə qəbzi məhkəməyə təqdim etdiyini bildirsə də, iş materiallarından görünür ki dövlət rüsumunun ödənilməsi barədə qəbz kassasiya şikayətinə əlavə edilməsi üçün 30.11.2018-ci il tarixdə deyil, 03.12.2018-ci il tarixdə məhkəmənin dəftərxanasına təqdim edilmişdir. Bu isə onu deməyə əsas verir ki, kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilərkən dövlət rüsumunun ödənilməsi barədə qəbz işdə mövcud olmamışdır. Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və kassasiya şikayətinin müddət buraxılmaqla verilməsi barədə məhkəmənin səhv qənaəti nəticəyə təsir etmədiyindən, qərardadı dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublika sı MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.11.2018-ci il tarixli 2(103)9129/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar