Məhkəmə qərarları › İş №2(102)-3230/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3230/2020

25.06.2020 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3230/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçılar İddiaçı4, İddiaçı2, onların vəkili x3, Cavabdeh3 və onun vəkili x7 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı x43, Cavabdeh3, Demirçi (Əziz) Qafar Aydın oğlu və Cavabdeh5 qarşı «alqı-satqı müqavilələ rinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı4 İddiaçı1 və İddiaçı3 birgə verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 və qeyriləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı x43, Cavabdeh3, Demirçi (Əziz) Qafar Aydın oğlu və Cavabde h5 qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Şəki rayon məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev, iş № 2(075)-1278/2019) iddia tələbi rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi və qətnamənin qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin 2(075)1278/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbirinin ləğv edilməsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı x43 tərəfindən verilmiş ********** nömrəli çıxarışla Cavabdeh3 adına Şəki rayonu Turan qəsəbəsində qeydiyyata alınmış 18 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmişdir. Şə ki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)255/2020) iddiaçılar İddiaçı1, x11, İddiaçı4 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1278/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı2 və qeyriləri kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçıların vəkili x5, iddiaçılar İddiaçı4, İddiaçı2 izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh3 və onun vəkili x18 izahatında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Şəki rayonu x10 18 noyabr 1998ci il tarixli, 59 nömrəli qərarı ilə Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri x8, x12, x14, x19, İddiaçı2, x35, Cəlilova Şölə Adil qızı, İddiaçı4, x22, x13, x20, x23, x15, İddiaçı3 və x4 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 41.30 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-268 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Mülkiyyətçilərdən x12, x14, Cəlilova Şölə Adil qızı, x22 və x15 27 yanvar 2005-ci il tarixdə onlara məxsus 41.30 ha torpaq sahəsindən 19 hektarını, x19, x35, x20, x23 və x24 onlara məxsus 41.30 ha torpaq sahəsindən 18 hektarını x2. Torpaq sahəsinin bir hissəsi özgəninkiləşdirildiyindən yerdə qalan torpaq sahəsinə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfində n Şəki rayon Notariat Kontorunun 27 yanvar 2005-ci il tarixli, 4Ə-33, 4Ə-34 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri x8, İddiaçı2, İddiaçı4, x13 və İddiaçı3 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 4.30 hektar torpaq sahəsi verilmişdir. 15 may 2006-cı il tarixdə x26 adına 354.58 ha torpaq sahəsi ilə bağlı JN-459 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. 08 iyun 2007-ci il tarixdə müqavilədəki satılmış artıq payın ləğvi barədə saziş bağlanmış, 27 yanvar 2005-ci il tarixli, 4Ə-34 reyestr nömrəli müqavilə üzrə satılmış 18 hektarın 9.45 hektarı İddiaçı2 və ailə üzvlərinə məxsus pay olduğundan həmin 9.45 hektar sonuncunun xeyrinə ləğv edilmişdir. 20 avqust 2008-ci il tarixdə x39 on a məxsus 354.58 ha torpaq sahəsindən 78 hektarını Cavabdeh3, 190.58 hektarını x6 və 86 hektarını x1. Şəki rayonu Turan qəsəbəsində yerləşən 18 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 01 avqust 2019-cu il tarixdə, **********82 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 27 yanvar 2005-ci il tarixli, 4Ə1/34 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 20 avqust 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilmələri və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrind ə qeydiyyata alınmasına dair 01 avqust 2019-cu il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 354.1, 354.2-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Apelyasiya məhkəməsi mübahisə ilə bağlı belə nəticəyə gəlmişdir ki, x8, İddiaçı2, İddiaçı4, x13 və İddiaçı3 JN-461 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilərkən Şəki rayon Notariat Kontorunun 27 yanvar 2005-ci il tarixli, 4Ə-33, 4Ə-34 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində mülkiyyətlərində 4.30 hektar torpaq sahəsi olduğunu bilmişlər. Lakin iddiaçılar müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi (08 iyun 2007-ci il) və ya bilməli olduğu gündən (27 yanvar 2005ci il) bir illik iddia müddətini ötürməklə on iki il sonra, yəni 2019-cu ilin mayın 21-də vermişlər. Belə ki, tərəflər arasında hadisəsinin baş verməsi ilə bağlı müddət axımı iddiaçının öz ifadəsi mövqeyindən yanaşdıqda belə 08 iyun 2007ci il tarixdən hesablanmaqla 08 iyun 2008-ci il tarixdə bitmişdir. Hətta ümumi iddia müddəti belə 08 iyun 2017-ci il tarixdə bitmişdir. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. İddiaçı cavabdeh tərəfindən torpağın satın aldığını bunu öz izahatı ilə də təsdiq etmiş, hüquqlarının həyata keçirilməsinə əngəl kimi maddi imkan larının olmamasını əsas gətirmişdir. Lakin qanunla iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Bütün bunlara baxmayaraq iddia ərizəsi ilə bildiyi və bilməli olduğu son müddət kimi 08 iyun 2008-ci il tarixədək deyil, 21 may 2019-cu il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Həmçinin mübahisə edilən torpaq sahəsi faktiki iddiaçılarda olsa belə, rəsmi olaraq digər şəxslərə məxsus mülkiyyət sənədinin sərhədləri daxilində olmuş və bu iddiaçıya məlum olmuşdur. Belə ki, iddiaçı öz izahatında həmin torpaq sahəsinin mülkiyyətçisi olmadığını, lakin torpaq sahəsinin onun tərəfindən faktiki istifadə edildiyini, həmin torpaq sahəsinin əkib-becərilməsi üçün dövlət tərəfindən ayrılmış subsidiyanın almalı olmasından xəbəri olduğunu qeyd etsə də, həmin subsidiyanın mülkiyyətçi olmadığı üçün verilmədiyi, əgər tərəfindən müqavilənin hissəvi ləğvinə dair sazişin müvafiq dövlət orqanına təqdim edəcəyi halda həmin torpaq sahələrinin onun və ailə üzvlərinin adına rəsmiləşdirildiyi təqdirdə subsidiyanı ala biləcəklərindən xəbərdar olmuşlar. Bununla da onlar iddia qaldıranadək ötən 12 il ərzində həmin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olmasını qəbul etmiş və dövlət tərəfindən təmin ediləcək maddi yardımdan bilərəkdən imtina etmişlər. Halbuki iddiaçı və onun ailəsi mülkiyyət sənədlərini öz adlarına qeydiyyata alınmamasını maddi imkanları ilə əlaqədar olmasını göstərsələr də ötən 12 il ərzində həmin torpağın rəsmiləşdirilməsinə çəkiləcək xərc torpağa görə ödəniləcək subsidiya məbləğinin cüzi hissəsini təşkil edərdi. İddi açı və ailəsi həmin torpaqların satılmasında bilavasitə rəsmi qaydada iştirak etməsələr də müqavilənin “satıcı” adlandırılan tərəfinin onların yaxın ailə üzvlərindən ibarət olması sonuncuların həmin müqavilədən xəbərdar olmamaları ağlabatan deyildir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçılar hal-hazırda torpaq sahəsinin mülkiyyətçiləri olmadıqlarından, hazırkı iddia tələbi iddia müddəti şamil edilməyən hallara aid deyildir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır və qeyd edir ki, məhkəmə həmin nəticəyə gələrkən faktiki olaraq maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. İlkin olaraq qeyd edilməlidir ki, məhkəmə mübahisəyə faktiki olaraq maddi hüquq norması olaraq Mülki Məcəllənin 354.1, 354.2-ci maddələrini tətbiq etmişdir. Lakin gəlmiş olduğu nəticəsini Mülki Məcəllənin müvafiq maddələrinə istinad etməsə də iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Belə ki, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı mövqeyini aşağıdakılarla əsaslandırmışdır: «… bir illik iddia müddətini ötürməklə on iki il sonra, yəni 2019-cu ilin mayın 21də vermişlər.», «…tərəflər arasında hadisəsinin baş verməsi ilə bağlı müddət axımı iddiaçının öz ifadəsi mövqeyindən yanaşdıqda belə 08 iyun 2007-ci il tarixdən hesablanmaqla 08 iyun 2008-ci il tarixdə bitmişdir», «… Hətta ümum i iddia müddəti belə 08 iyun 2017-ci il tarixdə bitmişdir. Bütün bunlara baxmayaraq iddia ərizəsi ilə bildiyi və bilməli olduğu son müddət kimi 08 iyun 2008-ci il tarixədək deyil, 21 may 2019-cu il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür». Beləliklə məhkəmənin mövqeyindən aydın olmur ki, mübahisəyə kəsici müddəti və ya iddia müddətini tətbiq etmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsa s verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin təl əbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia m üddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia mü ddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Beləliklə məhkəmə kollegiyası göstərilənlərə istinadən belə qənaətə gəlir ki, apelyasiya məhkəməsi faktiki olaraq mübahisəyə iddia müddətini tətbiq etmişdir və bununla da onun bu nəticəsi maddi hüquq normasının pozulması ilə nəticələnmişdir. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarından olan mövqeyinə görə Həmin qərarda Konstitusiya məhkəməsinin digər mövqeyinə görə insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. … MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Məhkəmə tərəfindən iddia müddəti tətbiq edilmişdirsə bundan əvvəl iddiaçının subyektiv hüququnun pozulub pozulmamasına müəyyən etməli və iş materiallarına uyğun olaraq qiymətləndirməni həyata keçirməli idi. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında olan mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddiaçı faktiki olaraq iddia tələbində mübahisələndirdiyi alqı-satqı müqavilələrinin 9.45 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsini tələb edir. Bununla bağlı qeyd edir ki, alqı-satqı müqavilələri bağlanmasına baxmayaraq mübahisə predmeti olan torpaq sahəsi onun istifadə və sahibliyində qalmaqda davam edir, həmin torpaq sahəsi onun istifadə və sahibliyində olan müddətdə subsidiya almış və almaqda davam edir. 27 yanvar 2005-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanmasından sonra, yəni 08 iyun 2007-ci il tarixdə müqavilədəki satılmış artıq payın ləğvi barədə saziş bağlanmış, 27 yanvar 2005-ci il tarixli, 4Ə-34 reyestr nömrəli müqavilə üzrə satılmış 18 hektarın 9.45 hektarı İdd iaçı2 və ailə üzvlərinə məxsus pay olduğundan həmin 9.45 hektar sonuncunun xeyrinə ləğv edilmişdir. Cavabdeh tərəf isə 27 yanvar 2005-ci il tarixdə alqı satqı müqaviləsi bağlanarkən birgə mülkiyyətçilərin torpaq sahəsinin bölgüsünü həyata keçirdiklərini, iddiaçıların mülkiyyətində 4,30 ha torpaq sahəsini saxlandığını, hazırda iddiaçıların istifadəsində olan torpaq sahəsinin həmin ölçüdən çox olması isə bundan sonra alqı-satqı ilə əldə etmiş olduğu torpaq sahələrinin hesabına artmasını, iddiaçıların istifadəsində olan torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə üst-üstə düşmədiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi göstərilənlərin qarşılıqlı olaraq yoxlayaraq qiymətləndirməli olduğu halda bunları yerinə yetirməmişdir. Yəni mübahisəli torpaq sahəsinin həq iqətən iddiaçıların sahibliyində və istifadəsində olması, həmin torpaq sahəsinin birgə mülkiyyətdə olan ümumi torpaq sahəsinin bir hissəsi olması və ya iddiaçıların digər alqısatqı müqaviləsi ilə əldə etmiş torpaq sahəsinə aid olması işin müəyyən edilməli olan əhəmiyyətli olan hallarıdır. Digər tərəfdən həmin torpaq sahələrinin ümumi paylı mülkiyyətin bir hissəsinin olmasını və ümumi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilər arasında bölünüb bölünməməsini, hansı ölçüdə torpaq sahəsinin iddiaçıların mülkiyyətində saxlanması, hansı ölçüdə olan torpaq sahəsinin alqı-satqı predmetinin olmasının müəyyən etmək üçün həmin mülkiyyətcilərin cəlb edilərək onlarla birlikdə araşdırılması zəruridir. Zərurət olarsa torpaq sahəsinin yerinin müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsi m üzakirə edilə bilər. Digər tərəfdən qeyd edilməlidir ki, artıq 08 iyun 2007-ci il tarixli müqavilə ilə mübahisələndirilən torpaq sahəsinin alqı-satqısının ləğv olunması müəyyən olunur. İddiaçı məhz bu fakta da istinad edir. Həmin müqaviləni bağlayan şəxslərin buna səlahiyyətinin olması, müqavilənin hazırda qüvvədə olması və qüvvədə olduğu təqdirdə alqı-satqı müqaviləsinin həmin hissəsinin etbarsızılığının tələb edilməsinin hansı əhəmiyyətinin olması və ilkin mülkiyyətçilərdən torpaq sahəsini əldə edərək sonradan digər mülkiyyətçilərlə müqaviləyə bağlayan şəxsin həmin torpaq sahəsinə sərəncam vermək səlahiyyətinin olması, torpaq sahəsinin iddiaçıların iddia etdiyi torpaq sahəsinin olması müəyyən edildiyi halda bu mübahisəyə müddətinin (müddətin başlanma anının müəyyən edərək kəsici müddətin ) təbiqinin mümkünlüyü və mümkün olmaması aydınlaşdırılmamış qalmışdır. İddiaçı2 və qeyriləri kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasını n şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işdə olan digər sübutlarla uzlaşmayan və qanunvericiliyin tələblərinə cavab verməyən iddiaçı tərəfin izahatlarına və təqdim etdiyi sənədlərə istinad edərək iddia tələbini təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prose ssual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzr ə 28 dekabr 2011-ci il tarixli Qərarı). Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermə miş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti isə qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməli, araşdırılmış hallar əsasında cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasının faktının olub-olmamasına hüquqi qiymət verilməlidir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiya sının 09 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: İddiaçılar İddiaçı2, İddiaçı4 İddiaçı1 və İddiaçı3 kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı2, İddiaçı4 İddiaçı1 və İddiaçı3 kassasiya şikayətinə münasibətdə ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar