Məhkəmə qərarları › İş №2(102)-4797/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4797/2022

18.10.2022 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4797/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Şəki regional “Asan” ximət mərkəzində Notariatn ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3, Demirçi (Əziz) Qafar Aydın oğlu və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İ ddiaçı2 cavabdehlər Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3, Demirçi (Əziz) Qafar Aydın oğlu və Cavabdeh5 qarşı «alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-18/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən X8 təsərrüfat başçısı olmaqla, onun ailə üzvləri X11, X16, X19, İddiaçı2, X35, X30, İddiaçı4, X21, X12, X20, X22, X17, İddiaçı3 və X4 təsərrüfatı məhsullarının istehsalı üçün 41.30 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə «Torpağa mülkiyyət hüququna dair» JN:268, kod 40401027 nömrəli dövlət aktı hazırlanıb verilmişdir. Sözügedən torpaq sahəsindən həmin vaxtdan bütün ailə üzvləri istifadə etmişlər. 2. 08 iyun 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yaşayan X36 ilə İddiaçı2 arasında torpaqların ləğvi barədə saziş bağlanmışdır. Həmin sazişə əsasən X19, X35, X20, X22 və X13 birgə mülkiyyətlərində olan 41.30 ha torpaq sahəsinin 18 ha hissəsi 49-34 saylı alğı-satqı müqaviləsinə əsasən satılmışdır. Həmin torpaq sahəsinin 9.45 ha hissəsi İddiaçı2 və onun ailə üzvlərinin adına olduğundan 9.45 ha torpaq s ahəsi İddiaçı2 xeyrinə ləğv edilmişdir. Hazırda sözügedən 9.45 ha pay torpaq sahəsi onların istifadələrindədir.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış 06 aprel 2018-ci tarixli, **********60 saylı məktubdan görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona və ailə üzvlərinə 41.3 ha torpaq sahəsinə JN-268 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Şəki Notariat Kontorunun 27 yanvar 2005-ci il tarixli, 49-34 saylı alğı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsinin bir hissəsi özgəninkiləşdirildiyindən yerdə qalan torpaq sahəsinə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-461 saylı torpağın mülkiyyət hüququn a dair dövlət aktı verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş xəritə materiallarında ərizəyə İddiaçı2 tərəfindən əlavə edilmiş 08 iyun 2007-ci il tarixli “Müqavilədəki satılmış artıq payın ləğvi barədə” sazişlə bağlı heç bir düzəlişin aparılmadığı müəyyən olunmuşdur.

4. İşdə olan X47 İnkişaf Mərkəzinin arayışından görünür ki, Cavabdeh3 əvvəllər olduğu kimi bu ildə Turan qəsəbə ərazisinin Bayan Çala deyilən hissəsində Cəlilovlarla mübahisəli torpaq sahəsi daxil olmaqla tərəflərindən monitorinq aparılarkən Şəki rayonu 2 saylı Dövlət notarial kontoru tərəfindən təsdiqlənmiş 20 avqust 2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən 78 hektar sahədə əkin işləri aparıldığı və Dövlət tərəfindən veriləcək subsid iyanın alınması üçün sənədlərini təqdim etdiyi müəyyənləşdirilmşdir.

5. İşdə olan Şəki rayonu Turan qəsəbəsi tərəfindən 30 yanvar 2020-ci il tarixində tərtib edilmiş aktdan görünür ki, Turan qəsəbə sakinləri Cəlilovlar ailəsinə JN-268 saylı Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş pay torpaqlarını xx.xx.2005-ci il tarixdə 4Ə-1/34 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 18 ha hissəsini, 4Ə-1/33 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 19 ha hissəsini X2. X5 ailəsindən almış olduğu 37 hektar torpaq sahəsini 20 avqust 2008-ci il tarixdə Cavabdeh3 satmışdır. Uzun illərdir ki, həmin torpaq sahəsi mülkiyyətçinin nümayəndəsi Cavabdeh3 tərəfindən idarə olunur. Hal-hazırki dövrədək bəhs olunan torpaq sahəsindən Cavabdeh3 istifadə edir, verilən yardımları alır, əkin, biçin və digər iş lər Aktda iştirak edən mexanizatorlar tərəfindən görülür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 27 yanvar 2005-ci il tarixli, 4Ə-1/33 reyestr nömrəsi ilə qeydiyyata alınmış alğı-satqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Məhkəmə Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb etmişdir.

8. Sonradan iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 etibarnamə üzrə nümayəndələri İddiaçı2 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon 2 saylı Dövlət Notaria t Kontorunda bağlanmış 27 yanvar 2005-ci il tarixli, 4Ə-1/34 reyestr nömrəsi ilə qeydiyyata alınmış alğı-satqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 20 avqust 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəsi ilə qeydiyyata alınmış alğısatqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilmələri və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 01 avqust 2019-cu il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.

9. Məhkəmə tərəfindən Cavabdeh5 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Demirçi (Əziz) Qafar Aydın oğlu iş üzrə cavabdeh qismində cəlb edilmişlər.

10. İddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4iddia tələbini onunla əsaslandırmışdır ki, «Torpağa mülkiyyət hüququna dair» JN:268, kod 40401027 nömrəli dövlət aktının arxa hissəsinə vurulmuş Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunun möhürü ilə 41.30 ha torpaq sahəsinin 13.75 ha hissəsinin iddiaçıların mülkiyyətində olduğu aydın göründüyündən 13.75 ha pay torpaq sahəsinin 9.45 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmişlər. Lakin sonuncu 06 aprel 2018-ci il tarixli məktubla sözügedən torpaq sahəsinin 49-34 saylı alğı-satqı müqaviləsinə əsasən bir hissəsinin özgəninkiləşdirildiyini bildirərək çıxarışın verilməsindən imtina etmişdir. Bu səbəbdən Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbləri təmin edilmişdir. Sonradan Cavabdeh3 mübahisə predmetinə aid olan torpaq sahəsinin ona satılmış olduğunu əsas gətirərək 07 noyabr 2018-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək qərarın ləğv edilməsini və iş üzrə üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Şəki İnzibati-iqtisadi Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2-1(84)-978/2018 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və Cavabdeh3 üçüncü şəxs kimi cəlb edilmişdir. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verdikləri şikayət Şəki Apelyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2-1(107)- 249/2019 saylı qərardadı ilə təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2-1(107)-249/2019 saylı qərardadında qeyd edilmişdir ki, adlarına rəsmiləşdirmək istədikləri 9.45 ha torpaq sahəsi alğı-satqı müqavilələri əsasında başqa şəxsə məxsus olduğundan sözügedən alğı-satqı müqavilələrinin ləğv edilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət edə bilərlər. Bu səbəbdən sözügedən müqavilələrin ləğv edilməsinə zərurət yaranmışdır.

11. Məhkəmə iclasında Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vək il1 iddianı qəbul etməyərək göstərdi ki, 4Ə-33 reyestr nömrəli, 27 yanvar 2005-ci il tarixli alğısatqı müqaviləsinə əsasən 19 ha və 4Ə-34 reyestr nömrəli, 27 yanvar 2005-ci il tarixli alğı- satqı müqaviləsinə əsasən 18 ha torpaq sahəsi Demirçi (Əziz) Qafar Aydın oğluna satılmışdır. Bundan sonra 08 iyun 2007-ci il tarixdə İddiaçı2 ilə Cavabdeh5 arasında saziş bağlanaraq Demirçi (Əziz) Qafar Aydın oğluna satılmış 18 ha torpaq sahəsinin 9.45 ha hissəsi İddiaçı2 xeyrinə ləğv edilmişdir. İddiaçı2 alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar iddia verilməsi üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Çünki iddiaçı ən uzağı 08 iyun 2007-ci il tarixdən məlumatlı olmuşdur. Belə ki, mübahisələndirilmiş 9.45 ha torpaq sahəsi 27 yanvar 2005-ci il tarixli alğı-satqı müqaviləsin ə əsasən Demirçi (Əziz) Qafar Aydın oğluna satılmış, Cavabdeh3 həmin şəxsdən torpağın dəyərini vicdanlı şəkildə ödəməklə almışdır. Hesab edir ki, həmin müqavilənin ləğv edilməsi Cavabdeh3 mülkiyyət hüquqlarını pozur. Bundan başqa əgər iddiaçı vaxtında iddia ilə məhkəməyə müraciət etmiş olsa idi, Cavabdeh3 da ona dəymiş ziyan tələbi ilə iddia müddətini ötürmədən Demirçi (Əziz) Qafar Aydın oğluna qarşı iddia qaldıra bilərdi. Məhkəmədən iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında cavabdeh Demirçi (Əziz) Qafar Aydın oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə digər Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

13. Ş əki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1278/2019 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia tələbi rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi və qətnamənin qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin 2(075)1278/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbirinin ləğv edilməsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli çıxarışla Cavabdeh3 adına Şəki rayonu Turan qəsəbəsində qeydiyyata alınmış 18 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki rayonu Aqrar İslahat Kom issiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri X8, X11, X16, X19, İddiaçı2, X35, X30, İddiaçı4, X21, X12, X20, X22, X17, İddiaçı3 və X4 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 41.30 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-268 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Mülkiyyətçilərdən X11, X16, X30, X21 və X17 27 yanvar 2005-ci il tarixdə onlara məxsus 41.30 ha torpaq sahəsindən 19 hektarını, X19, X35, X20, X22 və X23 onlara məxsus 41.30 ha torpaq sahəsindən 18 hektarını X2. Torpaq sahəsinin bir hissəsi özgəninkiləşdirildiyindən yerdə qalan torpaq sahəsinə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki rayon Notariat Kontorunun 27 yanv ar 2005-ci il tarixli, 4Ə-33, 4Ə-34 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri X8, İddiaçı2, İddiaçı4, X12 və İddiaçı3 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 4.30 hektar torpaq sahəsi verilmişdir.15 may 2006-cı il tarixdə X25 adına 354.58 ha torpaq sahəsi ilə bağlı JN-459 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. 08 iyun 2007-ci il tarixdə müqavilədəki satılmış artıq payın ləğvi barədə saziş bağlanmış, 27 yanvar 2005-ci il tarixli, 4Ə-34 reyestr nömrəli müqavilə üzrə satılmış 18 hektarın 9.45 hektarı İddiaçı2 və ailə üzvlərinə məxsus pay olduğundan həmin 9.45 hektar sonuncunun xeyrinə ləğv edilmişdir. 20 avqust 2008-ci il tarixdə X40 ona məxsus 354.58 ha torpaq sahəsindən 78 h ektarını Cavabdeh3, 190.58 hektarını X7 və 86 hektarını X1. Şəki rayonu Turan qəsəbəsində yerləşən 18 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 01 avqust 2019-cu il tarixdə, **********82 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 27 yanvar 2005-ci il tarixli, 4Ə-1/34 reyestr nömrəsi ilə qeydiyyata alınmış alğı-satqı müqaviləsinin, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 20 avqust 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəsi ilə qeydiyyata alınmış alğı-satqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilmələri və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 01 avqust 2 019-cu il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və digər iddiaçıların nümayəndəsi iddianı müdafiə edir. Cavabdehlərin nümayəndələri (vəkilləri) iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, poz ulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial ca vabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə iclasında izahat verən cavabdeh Demirçi (Əziz) Qafar Aydın oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə bildirmişdir ki, cavabdeh torpaq sahəsini 2005-ci ildə almış, iddiaçılar torpaq sahəsini onun satın aldığını bilmiş və buna etiraz etməmişlər. İddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 etibarnamə üzrə nümayəndələri İddiaçı2 da öz izahatında alğı-satqı müqaviləsindən bağlandığı vaxtda, yəni 27 yanvar 2005-ci ildə deyil, 08 iyun 2007-ci il tari xdə xəbəri olduğunu, bundan sonra Şəki rayon 2 saylı Notariat Kontoruna gedərək müqavilədəki satılmış artıq payın ləğvi barədə saziş bağlandığını, 27 yanvar 2005-ci il tarixli, 4Ə-34 reyestr nömrəli müqavilə üzrə satılmış 18 hektarın 9.45 hektarını xeyrinə ləğv etdirdiyini, lakin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə gedərək yeni çıxarış almaq üçün maddi imkanı olmadığını, həmçinin həmin torpaq sahəsi ilə bağlı 2005-ci ildən subsidiya almadıqlarını bildirmişdir.

16. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisə tərəfinin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə verdiyi ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmal ıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. İddiaçı cavabdeh tərəfindən torpağın satın aldığını bunu öz izahatı ilə də təsdiq etmiş, hüquqlarının həyata keçirilməsinə əngəl kimi maddi imkanlarının olmamasını əsas gətirmişdir. Lakin qanunla iddia müddətinin üzürlü səbəbdən ötürülməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Bütün bunlara baxmayaraq iddia ərizəsi ilə bildiyi və bilməli olduğu son müddət kimi 08 iyun 2008-ci il tarixədək deyil, 21 may 2019-cu il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçı tərəfin iddia müddətinin ötürmədikləri barədə izahatına tənqidi yanaşaraq qeyd edir ki, mübahisə edilən torpaq sahəsi faktiki iddiaçılarda olsa belə, rəsmi olaraq digər şəxslərə məxs us mülkiyyət sənədinin sərhədləri daxilində olmuş və bu iddiaçıya məlum olmuşdur. Belə ki, iddiaçı öz izahatında həmin torpaq sahəsinin mülkiyyətçisi olmadığını, lakin torpaq sahəsinin onun tərəfindən faktiki istifadə edildiyini, həmin torpaq sahəsinin əkib-becərilməsi üçün dövlət tərəfindən ayrılmış subsidiyanın almalı olmasından xəbəri olduğunu qeyd etsə də, həmin subsidiyanın mülkiyyətçi olmadığı üçün verilmədiyi, əgər tərəfindən müqavilənin hissəvi ləğvinə dair sazişin müvafiq dövlət orqanına təqdim edəcəyi halda həmin torpaq sahələrinin onun və ailə üzvlərinin adına rəsmiləşdirildiyi təqdirdə subsidiyanı ala biləcəklərindən xəbərdar olmuşlar. Bununla da onlar iddia qaldıranadək ötən 12 il ərzində həmin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olmasını qəbul etmiş və dövlət tərəfi ndən təmin ediləcək maddi yardımdan bilərəkdən imtina etmişlər. Halbuki iddiaçı və onun ailəsi mülkiyyət sənədlərini öz adlarına qeydiyyata alınmamasını maddi imkanları ilə əlaqədar olmasını göstərsələr də ötən 12 il ərzində həmin torpağın rəsmiləşdirilməsinə çəkiləcək xərc torpağa görə ödəniləcək subsidiya məbləğinin cüzi hissəsini təşkil edərdi.

17. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəllənin 347.1, 354.1, 354.2, 372.1, 373.1, 373.2, 375.1, 375.2-ci, Mülki Prosessual Məcəlləsinin 162.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat

18. İddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Şəki Apelya siya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)- 255/2020) iddiaçılar İddiaçı1, X14, İddiaçı4 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1278/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, X8, İddiaçı2, İddiaçı4, X12 və İddiaçı3 JN-461 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilərkən Şəki rayon Notariat Kontorunun 27 yanvar 2005-ci il tarixli, 4Ə-33, 4Ə-34 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində mülkiyyətlərində 4.30 hektar torpaq sahəsi olduğunu bilmişlər. Lakin iddiaçılar müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi (08 iyun 2007-ci il) və ya bilməli olduğu gündən (27 yanvar 2005-ci il) bir illik iddia müddətini ötürməklə on iki il sonra, yəni 2019cu ilin mayın 21-də vermişlər. Belə ki, tərəflər arasında hadisəsinin baş verməsi ilə bağlı müddət axımı iddiaçının öz ifadəsi mövqeyindən yanaşdıqda belə 08 iyun 2007-ci il tarixdən hesablanmaqla 08 iyun 2008-ci il tarixdə bitmişdir. Hətta ümumi iddia müddəti belə 08 iyun 2017-ci il tarixdə bitmişdir. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. İddiaçı cavabdeh tərəfindən torpağın satın aldığını bunu öz izahatı ilə də təsdiq etmiş, hüquqlarının həyata keçirilməsinə əngəl kimi maddi imkanlarının olmamasını əsas gətirmişdir. Lakin qanunla iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Bütün bunlara baxmayaraq iddia ərizəsi ilə bildiyi və bilməli olduğu son müddət kimi 08 iyun 2008-ci il tarixədək deyil, 21 may 2019-cu il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Həmçinin mübahisə edilən torpaq sahəsi faktiki iddiaçılarda olsa belə, rəsmi olaraq digər şəxslərə məxsus mülkiyyət sənədinin sərhədləri daxilində olmuş və bu iddiaçıya məlum olmuşdur. Belə ki, iddiaçı öz izahatında həmin torpaq sahəsinin mülkiyyətçisi olmadığını, lakin torpaq sahəsinin onun tərəfindən faktiki istifadə edildiyini, həmin torpaq sahəsinin əkib-becərilməsi üçün dövlət tərəfindən ayr ılmış subsidiyanın almalı olmasından xəbəri olduğunu qeyd etsə də, həmin subsidiyanın mülkiyyətçi olmadığı üçün verilmədiyi, əgər tərəfindən müqavilənin hissəvi ləğvinə dair sazişin müvafiq dövlət orqanına təqdim edəcəyi halda həmin torpaq sahələrinin onun və ailə üzvlərinin adına rəsmiləşdirildiyi təqdirdə subsidiyanı ala biləcəklərindən xəbərdar olmuşlar. Bununla da onlar iddia qaldıranadək ötən 12 il ərzində həmin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olmasını qəbul etmiş və dövlət tərəfindən təmin ediləcək maddi yardımdan bilərəkdən imtina etmişlər. Halbuki iddiaçı və onun ailəsi mülkiyyət sənədlərini öz adlarına qeydiyyata alınmamasını maddi imkanları ilə əlaqədar olmasını göstərsələr də ötən 12 il ərzində həmin torpağın rəsmiləşdirilməsinə çəkiləcək xərc torpağa görə ödəniləcək subsidiya məbləğinin cüzi hissəsini təşkil edərdi. İddiaçı və ailəsi həmin torpaqların satılmasında bilavasitə rəsmi qaydada iştirak etməsələr də müqavilənin “satıcı” adlandırılan tərəfinin onların yaxın ailə üzvlərindən ibarət olması sonuncuların həmin müqavilədən xəbərdar olmamaları ağlabatan deyildir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçılar hal-hazırda torpaq sahəsinin mülkiyyətçiləri olmadıqlarından, hazırkı iddia tələbi iddia müddəti şamil edilməyən hallara aid deyildir.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləni n 347.1, 354.1, 354.2, 384.0.4.2 və 560.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya instansiyası məhkəməsində birinci icraat

22. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2020ci il tarixli 2(102)-3230/2020 saylı qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı4 İddiaçı1 və İddiaçı3 kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı2, İddiaçı4 İddiaçı1 və İddiaçı3 kassasiya şikayətinə münasibətdə ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

25. Kassasiya instansiyasının mövqeyinə görə apelyasiya məhkəməsi faktiki olaraq mübahisəyə iddia müddətini tətbiq etmişdir və bununla da onun bu nəticəsi maddi hüquq normasının pozulması ilə nəticələnmişdir. a) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

26. İşə apelyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəf 27 yanvar 2005-ci il tarixdə alqı satqı müqaviləsi bağlanarkən birgə mülkiyyətçilərin torpaq sahəsinin bölgüsünü həyata keçirdiklərini, iddiaçıların mülkiyyətində 4,30 ha torpaq sahəsini saxlandığını, hazırda iddiaçıların istifadəsində olan torpaq sahəsinin həmin ölçüdən çox olması isə bundan sonra alqı-satqı il ə əldə etmiş olduğu torpaq sahələrinin hesabına artmasını, iddiaçıların istifadəsində olan torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə üst-üstə düşmədiyini göstərmiş, iddiaçı isə artıq 08 iyun 2007-ci il tarixli müqavilə ilə mübahisələndirilən torpaq sahəsinin alqısatqısının ləğv olunduğunu qeyd edərək, iddia tələbinin əsası kimi məhz bu fakta da istinad edir.

27. Məhz sadalanan halların araşdırılması məqsədi ilə Şəki Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(107)-1660/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

28. Ekspertiza tədqiqatının nəticələrinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******** **54 saylı mütəxəssis rəyinə əsasən, Şəki rayonu, Turan qəsəbəsində yerləşən iddiaçıların iddiasında qeyd edilən 41,30 ha torpaq sahəsi X6 Layihə Xəritələrinə əasan JN-268 (18,4693 ha) JN-268 A (20,4401 ha) və 268 Z(2,3918 ha) olmaqla 3 hissədə yerləşir. Alğı-satqı predmeti olan JN-268 nömrəli Dövlət Akt-ilə mübahisələndirilən 18 hektardan ibarət sahə məhkəmə predmeti olan ərazidə, mübahisələndirilməyən JN-268A nömrəli Dövlət Akt-ilə alğı- satqıya getmiş 19 hektardan ibarət hissə həmin sahənin qonşuluğunda, JN-268 Z isə sulaq ərazidə yerləşir. Mübahisəli əraziyə baxış keçirən zaman məlum olmuşdur ki, sualda qeyd olunan iddiaçıların faktiki istifadəsində olan kimi göstərilən 9.45 ha torpaq sahəsindən naturada iddiaçılar tərəfindən istifadə edilmədiyindən JN-268 nömrəli Torpağa mülkiyyət hüq uquna dair Dövlət Aktında göstərilmiş 41.30 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehə məxsus **********82 reyestr nömrəli çıxarışla ona alğısatqı olunan JN-459 (18 ha) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş torpaq sahəsi naturada üst-üstə düşür. İddiaçıya məxsus JN-461 (0.47 ha) və **********82 (JN-459 18 ha) nömrəli hər iki torpaq sahəsi tərtib olunan sxemdə öz əksini tapmışdır.

29. Ekspertiza tədqiqatına təqdim edilmiş mütəxəssis rəyinə əsasən, torpaq islahatı aparılarkən Cəlilovlar ailəsini (İddiaçı2 ailəsi daxil olmaqla) JN-268 nömrəli Dövlət Aktı ilə 18.47 ha, JN-268 A nömrəli Dövlət Aktı ilə 20.44 ha və JN- 268 Z nömrəli Dövlət Aktı ilə suvarılan sahədən cəmi üç hissədən 41.30 hektar mülkiyyətlərinə torpa q sahəsi verilmişdir. Dövlət notariusunun 27.01,2005-ci il tarixli iki alğı-satqı müqaviləsilə 18,47 hektrardan ibarət olan hissədən 18 hektar, 20.44 ha hektardan ibarət hissədən 19 hektar olmaqla cəmi 37 hektar X3 mülkiyyət hüququna dair JN-0459 nömrəli Dövlət Aktı verilmişdir. Cəlilovların satılmamış torpaq sahələrinə X31 verilən Dövlət Aktı ilə eyni vaxtda İddiaçı2 adına JN-0461 (cəmi 4.30 ha) torpaq sahəsi verilmişdir. X40 xx.xx.2008-ci il Dövlət notariusunun alğı-satqı müqaviləsi ilə Cəlilovlardan almış olduğu torpaq sahəsini Cavabdeh3 satmışdır. JN- 268 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi mövcud alğı-satqı prosesindən sonra JN-459 (18 ha) və JN461 (0.47 ha) olmaqla göstərilmişdir.

30. Ekspertiza tədqiqatına təqdim edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı2 adına verilmiş JN-461 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi tərtib edilmiş sxemdə göstərilmişdir.

31. Ekspertiza tədqiqatına təqdim edilmiş mütəxəssis rəyinə əsasən, Cavabdeh3 adına 01 avqust 2019-cu il tarixdə, **********82 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi 18 ha olmaqla Cavabdeh3 tərəfindən istifadə olunur. JN459 nömrəli mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi ilə üstüstə düşən hissə tərtib olunan sxemdə göstərilmişdir.

32. Həmçinin, ekspertiza rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçılar İddiaçı2 və ailə üzvlərinin iddia etdikləri ərazidən faktiki vəziyyətdə özləri tərəfindən istifadə olunmadığından həmin torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi tərəflər indən mümkün olmamışdır.

33. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-18/2021 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və G.Abbasov) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1278/2019 nömrəli nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Şəki regional “Asan” xidmət mərkəzində Notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3, Demirçi (Əziz) Qafar Aydın oğlu və Cavabdeh5 qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası təmin edilməmişdir.

34. Ape lyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tədqiq edilən sübutlarla iddiaçıların mübahisəli torpaq sahəsini faktiki olaraq istifadə etdikləri öz təsdiqini tapmır. Digər tərəfdən iddiaçılar məhkəmə kollegiyasının iclasında mübahisəli torpaq sahəsinə dair subsidiya aldıqlarını bildirsələr də, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1278/2019 nömrəli qətnaməsində iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 etibarnamə üzrə nümayəndələri İddiaçı2 verdiyi izahatında göstərmişdir ki, “Faktiki istifadələrində olan torpaq sahəsinin mülkiyyətlərində olmamasını bildikləri halda həmin vaxt maddi imkanı olmadığından torpaqlarının yenidən geri alınaraq adlarına qeydiyyata alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şək i Ərazi İdarəsinə müraciət etməmişlər. Həmin torpaq sahəsi üçün dövlət tərəfindən subsidiya almasalar da torpaq istifadələrində olduğu üçün onlar bununla ciddi maraqlanmamış, bunu mülkiyyət sənədlərinin saxta müqavilə əsasında adlarından çıxarılmasından xəbərləri olduğu üçün zəruri hesab etməmişlər.

35. Bundan başqa, yuxarıda tədqiq edilmiş ekspert rəyindən də aydın olur ki, sözügedən torpaq sahəsi cavabdehin istifadəsində olmuşdur.

36. İşdən görünür ki, iddiaçılar X8, İddiaçı2, İddiaçı4, X12 və İddiaçı3 JN-461 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilərkən Şəki rayon Notariat Kontorunun 27 yanvar 2005-ci il tarixli, 4Ə-33, 4Ə-34 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində mülkiyyətlərində 4.30 hektar torpaq sahəsi olduğunu bilmişlər. L akin, iddiaçılar müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi (08 iyun 2007ci il) və ya bilməli olduğu gündən (27 yanvar 2005-ci il) bir illik müddəti ötürməklə on iki il sonra, yəni 2019-cu ilin mayın 21-də iddia vermişlər.

37. Halbuki, yuxarıda iqtibas edilmiş MM-in 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-in 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

38. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının qənaətinə görə, iddia tələbinin və apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərinin, eləcə də iddiaçıların vəsatəti əsasında dinidirilmiş şahid X10 ifadəsinin doğruluğu və mötəbərliyi sübut edilmir.

39. Digər tərəfdən məhkəmə kollegiyası onu da diqqətdən qaçırmır ki, cavabdehlərdən Cavabdeh3 hazırkı işdə vicdanlı alıcıdır.

40. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan kollegiya belə qənaətə gəlmişdir ki, iddiaçıların torpaq sahəsinə qanunla qorunan hər hansı hüquqları pozulmuş olsa da belə, onların pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən Cavabdeh3 və digər cavabdehlərin hesabına kompensasi ya edilə bilməz.

41. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmamış, iddia tələbini iddia müddəti tətbiq edərək təmin etməmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni hesab etmək olmaz.

42. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 6, 14, 324, 325, 337, 354, 371, 390-cı maddələri və MPM-in 14.2, 77.1, 88, 217-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında təsbit edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 (vəkili Vəkil4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilərək işin yenidən apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. 41.Kassasiya şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, həqiqətin üzə çıxarılması üçün heç bir addım atmamışdır. Apelyasiya instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, iddiaçı tərəfindən mötəbər sübut təqdim edilmədiyindən və sübutetmə yükünün iddiaçının üzərinə düşdüyündən iddia tələbi əsaslı deyil. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. iş materiallarına əlavə edilmiş mötəbər sübutlardan da görünür ki, mübahisəli 9.45 ha torpaq sahəsi 2019-cu ilin oktyabr ayına kimi bizim istifadəmizdə olmuş, daha sonra tərəfimizdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra Cavabdeh3 mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alınaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 01 avqust 2019-cu il tarixdə verilmiş **********82 reyestr, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Göründüyü kimi tərəfimzidən hazırkı iddia ərizəsi ilə 2019-cu ilin iyun ayında müraciət edilmiş, bundan sonra yəni 01 avqust 2019-cu il tarixdə Cavabdeh3 tərəfindən mübahisəli torpaq sahəsinə Çıxarış alınmışdır. Tərəfimizdən məhkəməyə müraciət edilən zaman Cavabdeh3 mübahisəli torpaq sahəsinin mülkiyyətçisi deyildi. Məhkəmə çəkişməsi gedən zaman hazırkı iş üzr ə ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi cavabdeh olduğu halda-yəni qeyd olunan torpaq sahəsinin mübahisəli olduğunu bildiyi halda, qanunvericiliyin tələbinə əsasən cavabdehə həmin torpaq sahəsinə çıxarış verilməməli olduğu halda saxtakarlıq edərək Cavabdeh3 mübahisəli torpaq sahəsinə çıxarış vermişdir. Halbu ki, iş üzrə cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi hazırkı işə məhkəmədə baxılıb yekunlaşanadək həmin torpaq sahəsinə Cavabdeh3 Çıxarış verə bilməzdi. Həmçinin qeyd edim ki, işin faktiki halından görünür ki, iddiaçıların mübahisələndirdiyi Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda başlanmış 20 avqust 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəsi ilə qeydiyyata alınmış alğı-satqı müqaviləsində alıcı qismində 3 şəxs çıxış edir. Cavabdeh3 iddia edir ki, həmin müqa vilənin alğı-satqı predmeti olmuş 354.58 ha torpaq sahəsindən məhz iddiaçılara məxsus 9.45 ha torpaq sahəsini məhz o almışdır. Lakin Cavabdeh3 həmin 354.58 ha torpaq sahəsindən 78 ha torpaq sahəsini almışdır ki, mübahisələndirilmiş alğı-satqı müqaviləsində həmin 354.58 ha torpaq sahəsin bölgü planı mövcud deyil. Yəni hər bir alıcıya çatası torpağın miqdarı müqavilə üzrə müəyyən edilsə də hansı torpaq sahəsinin hansı alıcıya satılmasını təsdiq edəcək bölgü planı mövcud deyil. Bu əsasla Cavabdeh3 həmin müqaviləni ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə təqdim edərək mübahisəli 9.45 ha torpaq sahəsinə çıxarış alması da anlaşılan deyil. Belə ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi müqaviləyə bölgü planı əlavə edilmədiyi halda həmin 9.45 ha torpaq sahəsinin məhz Cava bdeh3 satılmasını necə aydınlaşdırmış və həmin qənaətə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Məhkəməyə Cavabdeh3 kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-18/2021 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilmədən qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

41. Maddə

6. Mülkiyyətin toxunulmazlığı və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləridir.

42. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

43. Maddə 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.

44. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 45.Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

46. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.

47. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

47. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

48. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlan mış əqd etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamən in yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 58.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin ak tı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri olan iddiaçılara kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 41.30 hektar torpaq sahəsi verilmiş, onlara məxsus torpaq sahəsindən 18 hektarını 27 yanvar 2005-ci il tarixdə X2. 20 avqust 2 008-ci il tarixdə X40 ona məxsus 354.58 ha torpaq sahəsindən 78 hektarını Cavabdeh3, 190.58 hektarını X7 və 86 hektarını X1. Torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 01 avqust 2019-cu il tarixdə, **********82 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hal-hazırki dövrədək bəhs olunan torpaq sahəsindən Cavabdeh3 istifadə edir, verilən yardımları alır, əkin, biçin və digər işlər Aktda iştirak edən mexanizatorlar tərəfindən görülür.

62. Apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

63. İşdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlər üzrə əlavə araşdırmalar aparaq, İddiaçı2 və ailə üzvlərinə məxsus 9.45 ha torpaq sahəsi texniki səhv üzündən alğı-satqı zamanı səhvən müqavilədə ə ks olunmuş 27.55 ha əvəzinə 37 ha torpaq sahəsinin satıldığının qeyd olunması barədə dəlillərin təsdiqini tapmamasını müəyyən etmişdir.

64. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin dəyərləndirməsi ilə razılaşır. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək ətraflı araşdırma aparmış, sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirmiş, hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.

65. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçıların kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-18/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar