Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-18/2022 26.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçılar İddiaçı4, İddiaçı2 və onun vəkili X6, Cavabdeh3 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Şəki regional “Asan” ximət mərkəzində Notariatn ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3, Demirçi (Əziz) Qafar Aydın oğlu və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1278/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 27 yanvar 2005-ci il tarixli, 4Ə-1/33 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb etmişdir. Sonradan iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 etibarnamə üzrə nümayəndələri İddiaçı2 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 27 yanvar 2005-ci il tarixli, 4Ə-1/34 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 20 avqust 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqısatqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilmələri və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 01 avqust 2019-cu il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tаrixli, 2(075)-1278/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilərək iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi, qətnamənin qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin 2(075)1278/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbirinin ləğv edilməsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli çıxarışla Cavabdeh3 adına Şəki rayonu Turan qəsəbəsində qeydiyyata alınmış 18 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 yanvar 2020-ci il tarixli, 2(107)-225/2020 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, X14, İddiaçı4 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1278/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 yanvar 2020-ci il tarixli, 2(107)-225/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, X14, İddiaçı4 və İddiaçı2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2020-ci il tarixli 2(102)-3230/2020 saylı qərarı ilə iddiaçılar İddiaçı1, X14, İddiaçı4 və İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qətnaməsinin iddiaçılar İddiaçı2, İddiaçı4 İddiaçı1 və İddiaçı3 kassasiya şikayətinə münasibətdə ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Cəlilov Abbasəli Ramazan oğlu təsərrüfat başçısı olmaqla, onun ailə üzvləri X15, X19, X22, İddiaçı2, X43, X38, İddiaçı4, X27, X16, X23, X28, X20, İddiaçı3 və X7 təsərrüfatı məhsullarının istehsalı üçün 41.30 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə «Torpağa mülkiyyət hüququna dair» JN:268, kod 40401027 nömrəli dövlət aktı hazırlanıb verilmişdir. Sözügedən torpaq sahəsindən həmin vaxtdan bütün ailə üzvləri istifadə etmişlər. 08 iyun 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yaşayan X44 ilə İddiaçı2 arasında torpaqların ləğvi barədə saziş bağlanmışdır. Həmin sazişə əsasən X22, X43, X23, X28 və X17 birgə mülkiyyətlərində olan 41.30 ha torpaq sahəsinin 18 ha hissəsi 49-34 saylı alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Həmin torpaq sahəsinin 9.45 ha hissəsi İddiaçı2 və onun ailə üzvlərinin adına olduğundan 9.45 ha torpaq sahəsi İddiaçı2 xeyrinə ləğv edilmişdir. Hazırda sözügedən 9.45 ha pay torpaq sahəsi onların istifadələrindədir. «Torpağa mülkiyyət hüququna dair» JN:268, kod 40401027 nömrəli dövlət aktının arxa hissəsinə vurulmuş Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunun möhürü ilə 41.30 ha torpaq sahəsinin 13.75 ha hissəsinin iddiaçıların mülkiyyətində olduğu aydın göründüyündən 13.75 ha pay torpaq sahəsinin 9.45 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmişlər. Lakin sonuncu 06 aprel 2018-ci il tarixli məktubla sözügedən torpaq sahəsinin 49-34 saylı alqı-satqı müqaviləsinə əsasən bir hissəsinin özgəninkiləşdirildiyini bildirərək çıxarışın verilməsindən imtina etmişdir. Bu səbəbdən Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbləri təmin edilmişdir. Sonradan Cavabdeh3 mübahisə predmetinə aid olan torpaq sahəsinin ona satılmış olduğunu əsas gətirərək 07 noyabr 2018-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək qərarın ləğv edilməsini və iş üzrə üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Şəki İnzibati-iqtisadi Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2-1(84)-978/2018 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və Cavabdeh3 üçüncü şəxs kimi cəlb edilmişdir. Bundan sonra Şəki İnzibati- İqtisadi Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verdikləri şikayət Şəki Apelyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2-1(107)- 249/2019 saylı qərardadı ilə təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2-1(107)- 249/2019 saylı qərardadında qeyd edilmişdir ki, adlarına rəsmiləşdirmək istədikləri 9.45 ha torpaq sahəsi alqı-satqı müqavilələri əsasında başqa şəxsə məxsus olduğundan sözügedən alqı-satqı müqavilələrinin ləğv edilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət edə bilərlər. Bu səbəbdən sözügedən müqavilələrin ləğv edilməsinə zərurət yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Cəlilov Abbasəli Ramazan oğlu təsərrüfat başçısı olmaqla, onun ailə üzvləri X15, X19, X22, İddiaçı2, X43, X38, İddiaçı4, X27, X16, X23, X28, X20, İddiaçı3 və X7 təsərrüfatı məhsullarının istehsalı üçün 41.30 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə «Torpağa mülkiyyət hüququna dair» JN:268, kod 40401027 nömrəli dövlət aktı hazırlanıb verilmişdir. Sözügedən torpaq sahəsindən həmin vaxtdan bütün ailə üzvləri istifadə etmişlər. 08 iyun 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yaşayan X44 ilə İddiaçı2 arasında torpaqların ləğvi barədə saziş bağlanmışdır. Həmin sazişə əsasən X22, X43, X23, X28 və X17 birgə mülkiyyətlərində olan 41.30 ha torpaq sahəsinin 18 ha hissəsi 49-34 saylı alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Həmin torpaq sahəsinin 9.45 ha hissəsi İddiaçı2 və onun ailə üzvlərinin adına olduğundan 9.45 ha torpaq sahəsi İddiaçı2 xeyrinə ləğv edilmişdir. Hazırda sözügedən 9.45 ha pay torpaq sahəsi onların istifadələrindədir. «Torpağa mülkiyyət hüququna dair» JN:268, kod 40401027 nömrəli dövlət aktının arxa hissəsinə vurulmuş Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunun möhürü ilə 41.30 ha torpaq sahəsinin 13.75 ha hissəsinin iddiaçıların mülkiyyətində olduğu aydın göründüyündən 13.75 ha pay torpaq sahəsinin 9.45 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmişlər. Lakin sonuncu 06 aprel 2018-ci il tarixli məktubla sözügedən torpaq sahəsinin 49-34 saylı alqı-satqı müqaviləsinə əsasən bir hissəsinin özgəninkiləşdirildiyini bildirərək çıxarışın verilməsindən imtina etmişdir. Bu səbəbdən Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbləri təmin edilmişdir. Sonradan Cavabdeh3 mübahisə predmetinə aid olan torpaq sahəsinin ona satılmış olduğunu əsas gətirərək 07 noyabr 2018-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək qərarın ləğv edilməsini və iş üzrə üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Şəki İnzibati-iqtisadi Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərardadı ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2-1(84)-978/2018 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və Cavabdeh3 üçüncü şəxs kimi cəlb edilmişdir. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verdikləri şikayət Şəki Apelyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2-1(107)249/2019 saylı qərardadı ilə təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2-1(107)-249/2019 saylı qərardadında qeyd edilmişdir ki, adlarına rəsmiləşdirmək istədikləri 9.45 ha torpaq sahəsi alqı-satqı müqavilələri əsasında başqa şəxsə məxsus olduğundan sözügedən alqı-satqı müqavilələrinin ləğv edilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət edə bilərlər. Bu səbəbdən sözügedən müqavilələrin ləğv edilməsinə zərurət yaranmışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tаrixli, 2(075)-1278/2019 saylı qətnаməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı1, cavabdehlər Cavabdeh3, Demirçi (Əziz) Qafar Aydın oğlu və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. Şəki regional “Asan” ximət mərkəzində Notariatn ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X10 bildirdi ki, onlar elektron məhkəmə vasitəsilə müraciət etmişlər. ŞRP şöbəsinin məktubu var ki, həmin torpaq sahəsi 2019-cu ilin oktyabr ayına qədər İddiaçı2 və onun ailəsinin istifadəsində olub. Həmin dövrdə artıq məhkəmə prossesi gedirdi və cavabdeh Xəlil müəllim 4-cü iclasda həmin torpaq sahəsinə cıxarış alaraq təqdim etmiş, qardaşı isə polis idarəsinə müraciət edərək ona məxsus torpaq sahəsində Cəlilovlar ailəsinin qeyri-qanuni işlər aparması barədə şikayət vermişdir. İddiaçı2 həmin dövrdə polis bölməsinə dəvət olunur və onunla profilaktik söhbət aparılır ki, tərəflər arasında münaqişə olmasın. Məhkəməyə muraciət olunana qədərki dovürdə də bələdiyyə sənədləri də var ki, 13.75 hektar torpaq Cəlilovlar ailəsinin istifadəsində olub, bu torpaq sahəsinə görə subsidiya alıb və vergi ödənişi qəbzləri bunu sübuta yetirir. Ondan əlavə Turan icra nümayəndəsinin məktubu var ki, JN-268 nömrəli dövlət akti vastəsilə Cəlilovlar ailəsi 2007-ci ildə Azərtoxumdan 13.75 hektar sahənin əkilməsi üçün toxum alınmasına görə Kənd Təsərrüfatı Nazirliyi ilə saziş imzalayıb və hal hazırda da həmin saziş qüvvədədi. Bütün bu mötəbər sübutlardan başqa İddiaçı2 bu iddia ərizəsindən qabaq da İnzibati məhkəməyə yuxarida qeyd olunan torpaq sahəsinə cıxarış verilməsi barədə müraciət etmişdir. Aylarla davam edən məhkəmə prossesində bu torpaq sahəsinin Cəlilovlar ailəsinə məxsus olmasi mübahisə predmeti olmayıb. Hesab edir ki, bütün bu sübutlar məhkəmənin torpaq sahəsinin İddiaçı2 məxsus olması qənaətinə gəlməsinə köməklik edəcək. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 bildirdi ki, 2005-ci il tarixdə 41.3 ha torpaq sahəsini qardaşları X24 satmışdır. Həmin 41.5 ha torpaq sahəsinin 9.45 ha sahəsi onun və ailə üzvlərinin adına olduğundan 2007-ci il tarixdə 9.45 ha torpaq sahəsinə aid olan alqı-satqı müqaviləsi ləğv edilmişdir. 2008-ci ildə X44 həmin torpaq sahəsi yenidən 3 nəfərə Elşad Qurbanova, Cavabdeh3 və Maarif Seyidova satmışdır. 2008-ci ildən 2019-cu ilə qədər həmin torpaq sahəsini o əkib becərmişdir. Cavabdeh3 nə üçün bu illər ərzində torpağı öz adına rəsmiləşdirməmişdir? O bu torpağa subsidiyalar almışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 bildirdi ki, orada Ayselin və Aygülün də adlarıda vardır. Aygülün ailəsi hərbiçi ailəsidir. Onlar ailələrinin maddi durumunu həmin torpaqla qarşılayırlar. Lakin son 3 ildir ki, həmin torpaq sahəsində onları əkib becərməyə imkan vermirlər. Odur ki, ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil2 bildirdi ki, ekspert gəlib torpaq sahəsinə baxanda İddiaçı2 faktiki olaraq istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinin yerini göstərə bilməmişdir. X47 Bölməsindən saxta bir sənəd alınmışdır. Həmçinin qarşı tərəf 2019-cu ilə qədər torpağa sənəd almamışdır. Təqdim edilən subsidiya ilə əlaqədar sənədlər özlərinin sonradan aldığı torpaq sahəsinə aiddir. Cavabdeh5lə saziş bağlananda onun heç bir səlahiyyəti yox idi. Cavabdeh3 vicdanlı alıcıdır və 2008-ci ildən vicdanlı alıcı kimi həmin torpaqdan istifadə edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, 1998-ci ildə verilmiş qərara əsasən Cəlalovlar ailəsinə 41 ha torpaq sahəsi verilmişdir. 2005-ci ildə həmin torpaq sahəsi X3. X44 mülkiyyətində olan 354.58 ha torpaq sahəsindən 78 hektarını ona, 190.58 hektarını X11 və 86 ha torpaq sahəsini isə X1. 08 iyun 2007-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin tərəfi olmayan X49 tərəfindən heç bir səlahiyyət verilməmiş nümayəndə Cavabdeh5 müqavilənin arxa tərəfində 9.45 ha torpaq sahəsinin ləğvi barədə qanunsuz olaraq saxtakarlıq etməklə qeyd imzalamışdır. Həmin saziş qeyri qanuni bağlanmışdır. Belə ki, Cavabdeh5 sazişin bağlanması üçün heç bir səlahiyyət verilməmişdir. X29 mülkiyyətində olan torpaq sahəsinə ancaq özünün iştitakı ilə hər hansı düzəliş aparıla və müqavilə imzalana bilərdi. Həmin sazişdən X29 xəbəri və razılığı olmamışdır. Həmin saziş bağlanardısa X31 verilmiş JN-459 nömrəli dövlət aktından həmin torpaq çıxarılmalı idi və X44 həmin torpaq sahəsini ona satmamalı idi. Saziş bağlanarkən torpağa mülkiyyət hüququna dair dövlət aktı verildiyindən, hazırda da dövlət aktı qüvvədə olduğundan, dövlət aktı əsasında torpaq sahələri üzərində hüquqları qeydə alınmış Əziz Qaffar oğluna çıxarış əsasında 78 ha torpaq sahəsini tam dəyərini ödəməklə almışdır. Həmin torpaq sahəsi onun mülkiyyətinə və istifadəsinə verilmiş, hazırki müddətə qədər də həmin torpaq sahəsindən istifadə edir. Həmçinin torpağa ödənilən subsidiyanı o almışdır. İddiaçılar qeyd edirlər ki, torpaq sahəsini onlar təhvil verməmişlər və faktiki onların istifadəsindədir. Torpaqdan istifadə ilə əlaqədar subsidiya almışlar. Bildirmək istəyir ki, torpaq 2008-ci ildən onun istifadəsindədir. İddiaçıların iddia etdikləri subsidiya isə onların sonradan satın aldıqları başqa torpaq sahələri ilə bağlıdır. O vicdanlı alıcıdır və vicdanlı alıcı kimi aldığı torpaq sahəsindən indiyədək istifadə edir. Həmçinin onu da qeyd etmək istəyir ki, ekspert həmin torpaq sahəsinə baxış keçirərkən İddiaçı2 mane olmağa çalışmış və mübahisəli torpaq sahəsini göstərə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X32 bildirdi ki, o qardaşı Cavabdeh3 torpaq sahələrini idarə edir. Qeyd edilir ki, O polis şöbəsinə müraciət etmişdir. Bildirmək istəyir ki, o polis idarəsində olmamış və belə bir müraciət də etməmişdir. Həmçinin, arayışda onun adı qeyd olunmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X48 oğlu bildirdi ki, onun atası 2014-cü ilə qədər İddiaçı2 torpaq sahəsini əkib becərmişdir. O özü də həmin sahədə 2011-ci ildə olmuşdur. 2011-ci ildə onun 16 yaşı olmuşdur. Atası həmin sahədə arpa və buğda əkmişdir. İddiaçı2 onların evə gələndə atası ilə danışanda eşitmişdir. Atasının sözlərinə görə deyir ki, həmin torpaq sahəsi İddiaçı2 məxsusdur. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2020-ci il tarixli 2(102)-3230/2020 saylı qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı4 İddiaçı1 və İddiaçı3 kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı2, İddiaçı4 İddiaçı1 və İddiaçı3 kassasiya şikayətinə münasibətdə ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2020-ci il tarixli 2(102)-3230/2020 saylı qərarında göstərilmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni tam qanuni və əsaslı hesab etmir. Belə ki, məhkəmə mübahisəyə faktiki olaraq maddi hüquq norması olaraq Mülki Məcəllənin (bundan sonra mətndə MM-in) 354.1, 354.2-ci maddələrini tətbiq etmişdir. Lakin gəlmiş olduğu nəticəsini Mülki Məcəllənin müvafiq maddələrinə istinad etməsə də iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Belə ki, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı mövqeyini aşağıdakılarla əsaslandırmışdır: «… bir illik iddia müddətini ötürməklə on iki il sonra, yəni 2019-cu ilin mayın 21-də vermişlər.», «…tərəflər arasında hadisəsinin baş verməsi ilə bağlı müddət axımı iddiaçının öz ifadəsi mövqeyindən yanaşdıqda belə 08 iyun 2007-ci il tarixdən hesablanmaqla 08 iyun 2008- ci il tarixdə bitmişdir», «… Hətta ümumi iddia müddəti belə 08 iyun 2017-ci il tarixdə bitmişdir. Bütün bunlara baxmayaraq iddia ərizəsi ilə bildiyi və bilməli olduğu son müddət kimi 08 iyun 2008-ci il tarixədək deyil, 21 may 2019-cu il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür». Beləliklə məhkəmənin mövqeyindən aydın olmur ki, mübahisəyə kəsici müddəti və ya iddia müddətini tətbiq etmişdir. MM-in 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. MM-in 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarından olan mövqeyinə görə Həmin qərarda Konstitusiya məhkəməsinin digər mövqeyinə görə insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. … MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Məhkəmə tərəfindən iddia müddəti tətbiq edilmişdirsə bundan əvvəl iddiaçının subyektiv hüququnun pozulub pozulmamasına müəyyən etməli və iş materiallarına uyğun olaraq qiymətləndirməni həyata keçirməli idi. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında olan mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddiaçı faktiki olaraq iddia tələbində mübahisələndirdiyi alqı-satqı müqavilələrinin 9.45 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsini tələb edir. Bununla bağlı qeyd edir ki, alqı-satqı müqavilələri bağlanmasına baxmayaraq mübahisə predmeti olan torpaq sahəsi onun istifadə və sahibliyində qalmaqda davam edir, həmin torpaq sahəsi onun istifadə və sahibliyində olan müddətdə subsidiya almış və almaqda davam edir. 27 yanvar 2005-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanmasından sonra, yəni 08 iyun 2007-ci il tarixdə müqavilədəki satılmış artıq payın ləğvi barədə saziş bağlanmış, 27 yanvar 2005-ci il tarixli, 4Ə-34 reyestr nömrəli müqavilə üzrə satılmış 18 hektarın 9.45 hektarı İddiaçı2 və ailə üzvlərinə məxsus pay olduğundan həmin 9.45 hektar sonuncunun xeyrinə ləğv edilmişdir. Cavabdeh tərəf isə 27 yanvar 2005-ci il tarixdə alqı satqı müqaviləsi bağlanarkən birgə mülkiyyətçilərin torpaq sahəsinin bölgüsünü həyata keçirdiklərini, iddiaçıların mülkiyyətində 4,30 ha torpaq sahəsini saxlandığını, hazırda iddiaçıların istifadəsində olan torpaq sahəsinin həmin ölçüdən çox olması isə bundan sonra alqı-satqı ilə əldə etmiş olduğu torpaq sahələrinin hesabına artmasını, iddiaçıların istifadəsində olan torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə üst-üstə düşmədiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi göstərilənlərin qarşılıqlı olaraq yoxlayaraq qiymətləndirməli olduğu halda bunları yerinə yetirməmişdir. Yəni mübahisəli torpaq sahəsinin həqiqətən iddiaçıların sahibliyində və istifadəsində olması, həmin torpaq sahəsinin birgə mülkiyyətdə olan ümumi torpaq sahəsinin bir hissəsi olması və ya iddiaçıların digər alqısatqı müqaviləsi ilə əldə etmiş torpaq sahəsinə aid olması işin müəyyən edilməli olan əhəmiyyətli olan hallarıdır. Digər tərəfdən həmin torpaq sahələrinin ümumi paylı mülkiyyətin bir hissəsinin olmasını və ümumi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilər arasında bölünüb bölünməməsini, hansı ölçüdə torpaq sahəsinin iddiaçıların mülkiyyətində saxlanması, hansı ölçüdə olan torpaq sahəsinin alqı-satqı predmetinin olmasının müəyyən etmək üçün həmin mülkiyyətcilərin cəlb edilərək onlarla birlikdə araşdırılması zəruridir. Zərurət olarsa torpaq sahəsinin yerinin müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsi müzakirə edilə bilər. Digər tərəfdən qeyd edilməlidir ki, artıq 08 iyun 2007-ci il tarixli müqavilə ilə mübahisələndirilən torpaq sahəsinin alqı-satqısının ləğv olunması müəyyən olunur. İddiaçı məhz bu fakta da istinad edir. Həmin müqaviləni bağlayan şəxslərin buna səlahiyyətinin olması, müqavilənin hazırda qüvvədə olması və qüvvədə olduğu təqdirdə alqı-satqı müqaviləsinin həmin hissəsinin etbarsızılığının tələb edilməsinin hansı əhəmiyyətinin olması və ilkin mülkiyyətçilərdən torpaq sahəsini əldə edərək sonradan digər mülkiyyətçilərlə müqaviləyə bağlayan şəxsin həmin torpaq sahəsinə sərəncam vermək səlahiyyətinin olması, torpaq sahəsinin iddiaçıların iddia etdiyi torpaq sahəsinin olması müəyyən edildiyi halda bu mübahisəyə müddətinin (müddətin başlanma anının müəyyən edərək kəsici müddətin) təbiqinin mümkünlüyü və mümkün olmaması aydınlaşdırılmamış qalmışdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Bu baxımdan da, məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında müddətlərlə bağlı müəyyən edilmiş mövqeyini nəzərə alaraq və işin araşdırılması nəticəsində yaranan daxili inamına əsaslanaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdən bəlli olur ki, birinci instansiya məhkəməsi mübahisəyə maddi hüquq norması olaraq MM-in 354.1, 354.2-ci maddələrini tətbiq etsədə, gəlmiş olduğu nəticəsini iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Halbuki, MM-in 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-in 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Təhlil olunan işdən görünür ki, cavabdeh tərəf 27 yanvar 2005-ci il tarixdə alqı satqı müqaviləsi bağlanarkən birgə mülkiyyətçilərin torpaq sahəsinin bölgüsünü həyata keçirdiklərini, iddiaçıların mülkiyyətində 4,30 ha torpaq sahəsini saxlandığını, hazırda iddiaçıların istifadəsində olan torpaq sahəsinin həmin ölçüdən çox olması isə bundan sonra alqı-satqı ilə əldə etmiş olduğu torpaq sahələrinin hesabına artmasını, iddiaçıların istifadəsində olan torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə üst-üstə düşmədiyini göstərmiş, iddiaçı isə artıq 08 iyun 2007-ci il tarixli müqavilə ilə mübahisələndirilən torpaq sahəsinin alqı-satqısının ləğv olunduğunu qeyd edərək, iddia tələbinin əsası kimi məhz bu fakta da istinad edir. Məhz sadalanan halların araşdırılması məqsədi ilə Şəki Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(107)-1660/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı2, İddiaçı4, Mirzəyeva (Cəlilova) Aysel Mübariz qızı və İddiaçı3 və qeydlərinin mülkiyyətinə 41.30 ha torpaq sahəsinin verilməsinə dair JN-268 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş 41.30 ha torpaq sahəsinin kordinatları ilə həmin torpaq sahəsinin yerləşdiyi ərazi müəyyənləşdirilməklə, iddiaçılar İddiaçı2, İddiaçı4, Mirzəyeva (Cəlilova) Aysel Mübariz qızı və İddiaçı3 istifadə etdiyi 9.45 ha torpaq sahəsinin yeri müəyyənləşdirilsin və iddiaçıların faktiki istifadə etdiyi həmin 9.45 ha torpaq sahəsinin JN-268 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş 41.30 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilsin. - İddiaçı2 və qeyrilərinin adına verilmiş JN-268 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi təsvir olunmaqla yeri müəyyənləşdirilsin, X33 adına verilmiş JN-459 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi təsvir olunmaqla yeri müəyyənləşdirilsin və JN-268 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi hansı hissədə JN-459 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının tərkibində görsənir və həmin sahə nə qədər təşkil edir? - İddiaçı2 adına verilmiş JN-461 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi təsvir olunmaqla yeri müəyyənləşdirilsin. - Cavabdeh3 adma 01 avqust 2019-cu il tarixdə, **********82 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi təsvir olunmaqla yeri müəyyənləşdirilsin və həmin torpaq sahəsi JN-268 və JN459 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi ilə hansı hissədə üst-üstə düşür və üst-üstə düşən sahə nə qədər təşkil edir? - İddiaçılar İddiaçı2 və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsi təsvir olunmaqla yeri müəyyənləşdirilsin, həmin torpaq sahəsinin hansı hissəsi JN-268 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarında və və JN-461 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında üst-üstə düşür, üst-üstə düşən sahə nə qədər təşkil edir və həmin sahə JN-461 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi ilə eynilik təşkil edirmi? Şəki Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(107)-18/2022 nömrəli qərardadı ilə ekspert rəyi məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Ekspert rəyinin tədqiqatının nəticəsi adlanan hissəsində isə aşağıdakılar qeyd olunmuşdur: Qərardadın 1-ci sualı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 23.09.2021-ci il tarixli, **********54 saylı mütəxəssis rəyinə əsasən, Şəki rayonu, Turan qəsəbəsində yerləşən iddiaçıların iddiasında qeyd edilən 41,30 ha torpaq sahəsi X9 Layihə Xəritələrinə əasan JN-268 (18,4693 ha) JN-268 A (20,4401 ha) və 268 Z(2,3918 ha) olmaqla 3 hissədə yerləşir. Alqısatqı predmeti olan JN-268 nömrəli Dövlət Akt-ilə mübahisələndirilən 18 hektardan ibarət sahə məhkəmə predmeti olan ərazidə, mübahisələndirilməyən JN- 268A nömrəli Dövlət Akt-ilə alqı- satqıya getmiş 19 hektardan ibarət hissə həmin sahənin qonşuluğunda, JN- 268 Z isə sulaq ərazidə yerləşir. Mübahisəli əraziyə baxış keçirən zaman məlum olmuşdur ki, sualda qeyd olunan iddiaçıların faktiki istifadəsində olan kimi göstərilən 9.45 ha torpaq sahəsindən naturada iddiaçılar tərəfindən istifadə edilmədiyindən JN-268 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş 41.30 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehə məxsus **********82 reyestr nömrəli çıxarışla ona alqı-satqı olunan JN-459 (18 ha) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş torpaq sahəsi naturada üst-üstə düşür. İddiaçıya məxsus JN-461 (0.47 ha) və **********82 (JN-459 18 ha) nömrəli hər iki torpaq sahəsi tərtib olunan sxemdə öz əksini tapmışdır. Qərardadın 2-ci sualı üzrə Mütəxəssis rəyinə əsasən, Torpaq islahatı aparılarkən Cəlilovlar ailəsini (İddiaçı2 ailəsi daxil olmaqla) JN-268 nömrəli Dövlət Aktı ilə 18.47 ha, JN-268 A nömrəli Dövlət Aktı ilə 20.44 ha və JN- 268 Z nömrəli Dövlət Aktı ilə suvarılan sahədən cəmi üç hissədən 41.30 hektar mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Dövlət notariusunun 27.01,2005-ci il tarixli iki alqı-satqı müqaviləsilə 18,47 hektrardan ibarət olan hissədən 18 hektar, 20.44 ha hektardan ibarət hissədən 19 hektar olmaqla cəmi 37 hektar X4 mülkiyyət hüququna dair JN-0459 nömrəli Dövlət Aktı verilmişdir. Cəlilovların satılmamış torpaq sahələrinə X39 verilən Dövlət Aktı ilə eyni vaxtda İddiaçı2 adına JN-0461 (cəmi 4.30 ha) torpaq sahəsi verilmişdir. X50 20.08.2008-ci il Dövlət notariusunun alqı-satqı müqaviləsi ilə Cəlilovlardan almış olduğu torpaq sahəsini Cavabdeh3 satmışdır. JN- 268 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi mövcud alqı-satqı prosesindən sonra JN-459 (18 ha) və JN-461 (0.47 ha) olmaqla göstərilmişdir. Qərardadın 3-cü sualı üzrə Mütəxəssis rəyinə əsasən, İddiaçı2 adına verilmiş JN-461 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi tərtib edilmiş sxemdə göstərilmişdir. Qərardadın 4-cü sualı üzrə Mütəxəssis rəyinə əsasən, Cavabdeh3 adına 01 avqust 2019-cu il tarixdə, **********82 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi 18 ha olmaqla Cavabdeh3 tərəfindən istifadə olunur. JN-459 nömrəli mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşən hissə tərtib olunan sxemdə göstərilmişdir. Qərardadın 5-ci sualı üzrə İddiaçılar İddiaçı2 və ailə üzvlərinin iddia etdikləri ərazidən faktiki vəziyyətdə özləri tərəfindən istifadə olunmadığından həmin torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi tərəflərindən mümkün olmamışdır. Göründüyü kimi, tədqiq edilən sübutlarla iddiaçıların mübahisəli torpaq sahəsini faktiki olaraq istifadə etdikləri öz təsdiqini tapmır. Digər tərəfdən iddiaçılar məhkəmə kollegiyasının iclasında mübahisəli torpaq sahəsinə dair subsidiya aldıqlarını bildirsələr də, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1278/2019 nömrəli qətnaməsində iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 etibarnamə üzrə nümayəndələri İddiaçı2 verdiyi izahatında göstərmişdir ki, “Faktiki istifadələrində olan torpaq sahəsinin mülkiyyətlərində olmamasını bildikləri halda həmin vaxt maddi imkanı olmadığından torpaqlarının yenidən geri alınaraq adlarına qeydiyyata alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etməmişlər. Həmin torpaq sahəsi üçün dövlət tərəfindən subsidiya almasalar da torpaq istifadələrində olduğu üçün onlar bununla ciddi maraqlanmamış, bunu mülkiyyət sənədlərinin saxta müqavilə əsasında adlarından çıxarılmasından xəbərləri olduğu üçün zəruri hesab etməmişlər. Bundan başqa, yuxarıda tədqiq edilmiş ekspert rəyindən də aydın olur ki, sözügedən torpaq sahəsi cavabdehin istifadəsində olmuşdur. İddiaçılar İddiaçı2 və ailə üzvləri isə torpaq sahəsindən özləri istifadə etdiklərini bildirsələr də iddia etdikləri ərazidən faktiki vəziyyətdə özləri tərəfindən istifadə olunmadığından həmin torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi tərəflərindən mümkün olmamışdır. Həmçinin, Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(075)- 255/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı öz izahatında həmin torpaq sahəsinin mülkiyyətçisi olmadığını, lakin torpaq sahəsinin onun tərəfindən faktiki istifadə edildiyini, həmin torpaq sahəsinin əkib-becərilməsi üçün dövlət tərəfindən ayrılmış subsidiyanın almalı olmasından xəbəri olduğunu qeyd etsə də, həmin subsidiyanın mülkiyyətçi olmadığı üçün verilmədiyi, əgər tərəfindən müqavilənin hissəvi ləğvinə dair sazişin müvafiq dövlət orqanına təqdim edəcəyi halda həmin torpaq sahələrinin onun və ailə üzvlərinin adına rəsmiləşdirildiyi təqdirdə subsidiyanı ala biləcəklərindən xəbərdar olmuşlar. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X10 bildirmişdir ki, ŞRP şöbəsinin məktubu var ki, həmin torpaq sahəsi 2019-cu ilin oktyabr ayına qədər İddiaçı2 və onun ailəsinin istifadəsində olub. Həmin dövrdə artıq məhkəmə prossesi gedirdi və cavabdeh Xəlil müəllim 4-cü iclasda həmin torpaq sahəsinə cıxarış alaraq təqdim etmiş, qardaşı isə polis idarəsinə müraciət edərək ona məxsus torpaq sahəsində Cəlilovlar ailəsinin qeyri-qanuni işlər aparması barədə şikayət vermişdir. İddiaçı2 həmin dövrdə polis bölməsinə dəvət olunur və onunla profilaktik söhbət aparılır ki, tərəflər arasında münaqişə olmasın. Halbuki, şahid qismində dindirilmiş X32 bildirmişdir ki, o qardaşı Cavabdeh3 torpaq sahələrini idarə edir. Qeyd edilir ki, O polis şöbəsinə müraciət etmişdir. Bildirmək istəyir ki, o polis idarəsində olmamış və bir müraciət etməmişdir. Həmçinin, arayışda onun adı qeyd olunmamışdır. Digər tərəfdən işdə olan Turan qəsəbə İƏD-si üzrə nümayəndəsi Güloğlan Rəfiyev tərəfindən təsdiq edilmiş teleqramdan görünür ki, İddiaçı2 iddia etdiyi bəhs edilən torpaq sahəsindən qanuni Reyestrdən çıxarış sənədi olan Cavabdeh3 istifadə edir. Verilən yardımları da istifadə edən, yəni Cavabdeh3 alır. İddiaçı2 gəldikdə isə o iddia etdiyi bəhs edilən torpaq sahəsini deyil sonradan kənd sakinlərindən alqı-satqı yolu ilə aldığı digər torpaq sahəsini istifadə edir və yardımını alır. İşdə olan X59 İnkişaf Mərkəzinin arayışından görünür ki, Cavabdeh3 əvvəllər olduğu kimi bu ildə Turan qəsəbə ərazisinin Bayan Çala deyilən hissəsində Cəlilovlarla mübahisəli torpaq sahəsi daxil olmaqla tərəflərindən monitorinq aparılarkən Şəki rayonu 2 saylı Dövlət notarial kontoru tərəfindən təsdiqlənmiş 20 avqust 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən 78 hektar sahədə əkin işləri aparıldığı və Dövlət tərəfindən veriləcək subsidiyanın alınması üçün sənədlərini təqdim etdiyi müəyyənləşdirilmşdir. İşdə olan Şəki rayonu Turan qəsəbəsi tərəfindən 30 yanvar 2020-ci il tarixində tərtib edilmiş aktdan görünür ki, Turan qəsəbə sakinləri Cəlilovlar ailəsinə JN-268 saylı Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş pay torpaqlarını 27.01.2005-ci il tarixdə 4Ə-1/34 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 18 ha hissəsini, 4Ə-1/33 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 19 ha hissəsini X5. X8 ailəsindən almış olduğu 37 hektar torpaq sahəsini 20 avqust 2008-ci il tarixdə Cavabdeh3 satmışdır. Uzun illərdir ki, həmin torpaq sahəsi mülkiyyətçinin nümayəndəsi Cavabdeh3 tərəfindən idarə olunur. Hal-hazırki dövrədək bəhs olunan torpaq sahəsindən Cavabdeh3 istifadə edir, verilən yardımları alır, əkin, biçin və digər işlər Aktda iştirak edən mexanizatorlar tərəfindən görülür. Beləliklə, öyrənilən işin gerçək vəziyyətindən bəlli olur ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri Cəlilov Abbasəli Ramazan oğlu, X15, X19, X22, İddiaçı2, X43, X38, İddiaçı4, X27, X16, X23, X28, X20, İddiaçı3 və X7 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 41.30 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-268 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Mülkiyyətçilərdən X15, X19, X38, X27 və X20 27 yanvar 2005-ci il tarixdə onlara məxsus 41.30 ha torpaq sahəsindən 19 hektarını, X22, X43, X23, X28 və X30 onlara məxsus 41.30 ha torpaq sahəsindən 18 hektarını X5. Torpaq sahəsinin bir hissəsi özgəninkiləşdirildiyindən yerdə qalan torpaq sahəsinə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki rayon Notariat Kontorunun 27 yanvar 2005-ci il tarixli, 4Ə-33, 4Ə-34 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri Cəlilov Abbasəli Ramazan oğlu, İddiaçı2, İddiaçı4, X16 və İddiaçı3 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 4.30 hektar torpaq sahəsi verilmişdir.15 may 2006-cı il tarixdə X33 adına 354.58 ha torpaq sahəsi ilə bağlı JN-459 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. 08 iyun 2007-ci il tarixdə müqavilədəki satılmış artıq payın ləğvi barədə saziş bağlanmış, 27 yanvar 2005-ci il tarixli, 4Ə-34 reyestr nömrəli müqavilə üzrə satılmış 18 hektarın 9.45 hektarı İddiaçı2 və ailə üzvlərinə məxsus pay olduğundan həmin 9.45 hektar sonuncunun xeyrinə ləğv edilmişdir. 20 avqust 2008-ci il tarixdə X50 ona məxsus 354.58 ha torpaq sahəsindən 78 hektarını Cavabdeh3, 190.58 hektarını X11 və 86 hektarını X1. Şəki rayonu Turan qəsəbəsində yerləşən 18 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 01 avqust 2019-cu il tarixdə, **********82 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 27 yanvar 2005-ci il tarixli, 4Ə- 1/34 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 20 avqust 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilmələri və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 01 avqust 2019-cu il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçılar Cəlilov Abbasəli Ramazan oğlu, İddiaçı2, İddiaçı4, X16 və İddiaçı3 JN-461 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilərkən Şəki rayon Notariat Kontorunun 27 yanvar 2005-ci il tarixli, 4Ə-33 , 4Ə-34 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində mülkiyyətlərində 4.30 hektar torpaq sahəsi olduğunu bilmişlər. Lakin, iddiaçılar müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi (08 iyun 2007-ci il) və ya bilməli olduğu gündən (27 yanvar 2005-ci il) bir illik müddəti ötürməklə on iki il sonra, yəni 2019-cu ilin mayın 21-də iddia vermişlər Halbuki, yuxarıda iqtibas edilmiş MM-in 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-in 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşə apellyasia qaydasında baxan məhkəmə kollegiyasının qənaətinə görə, iddia tələbinin və apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərinin, eləcədə iddiaçıların vəsatəti əsasında dinidirilmiş şahid X48 oğlunun ifadəsinin doğruluğu və mötəbərliyi sübut edilmir. Digər tərfədən məhkəmə kollegiyası onu da diqqətdən qaçırmır ki, cavabdehlərdən Cavabdeh3 hazırkı işdə vicdanlı alıcıdır. Bu, həm də aşağıda istinad edilən qanunvericilik normalarından irəli gəlir. MM-in 6-cı maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləridir. MM-in 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. MM-in 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. MM-in 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in 325.1-ci maddəsinə görə, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. MM-in 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. MM-in 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin XXİX fəsli (Alqı-satqı) ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmununun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Kollegiyanın fikrincə nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.” Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan kollegiya belə qənaətə gəlir ki, iddiaçıların torpaq sahəsinə qanunla qorunan hər hansı hüquqları pozulmuş olsa da belə, onların pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən Cavabdeh3 və digər cavabdehlərin hesabına kompensasiya edilə bilməz. Kollegiyaya görə, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmamış, iddia tələbini iddia müddəti tətbiq edərək təmin etməmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni hesab etmək olmaz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 18 noyabr 2020-ci il tarixli 2(102)-4865/2020 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də məhkəmə kollegiyаsı bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2(075)-76/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 384, 392, 393, 402-406cı mаddələrini rəhbər tutaraq Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Şəki regional “Asan” ximət mərkəzində Notariatn ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3, Demirçi (Əziz) Qafar Aydın oğlu və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1278/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1278/2019 nömrəli nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Şəki regional “Asan” ximət mərkəzində Notariatn ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3, Demirçi (Əziz) Qafar Aydın oğlu və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-18/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-18/2022
26.04.2022 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver