Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3232/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)7730/2018 nömrəli iş üzrə 29 yanvar 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əli yev, Fuad Talışinski) 29 yanvar 2019-cu il tarixli qərardadı ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasının 24 iyul 2018-ci il tarixli, 2(103)7730/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4178,75 ABŞ dolları məbləğində əsas borcun, 475,02 ABŞ dolları faiz borcunun, 23,38 ABŞ dolları cərimənin, cəmi 4677,15 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 07 mart 2018-ci il tarixli, 2(003)- 6171/2017 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuzdur. Belə ki, qətnamədən iki aylıq kassasiya şikayəti verilmə müddətini ötürməmişdir. 21 avqust 2018-ci il tarixdə qətnaməni rəsmi qaydada almış və 18 oktyabr 2018-ci il tarixdə kassasiya şikayətini “xxxx” MMC-yə təqdim etmişdir. Ona görə də, kassasiya şikayəti verilməsi müddəti ötürülməmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən müəyyən edilir ki, cavabdeh kassasiya şikayəti verərkən dövlət rüsumu ödəmədiyinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytarmışdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinin tələblərinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.1 -ci maddəsinə görə apellyasiya kassasiya şikayətlərindən bu Qanunun 8.1 -ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Kassasiya şikayətinin qoşma hissəsində dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə olunduğunu qeyd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin kargüzarlıq xidməti tərəfindən tərtib olunmuş 21 dekabr 2018-ci il tarixli aktdan görünür ki, kassasiya şikayətinin daxil olduğu poçt zərfi açılarkən dövlət rüsumunun ödənilməsi barədə qəbz aşkar olunmamışdır. Qeyd edilən hal isə, MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması üçün əsas hesab edilir. Bununla yanaşı, kassasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, MP M-in 405.0 və 405.0.1-ci maddələrinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 ay müddətində kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, cavabdeh tərəfindən qətnamə 21 avqust 2018-ci il tarixdə rəsmi qaydada alınmış, kassasiya şikayəti isə 21 dekabr 2018-ci il tarixdə, yəni 4 ay sonra Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, hazırki kassasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməklə məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 408.1.4-cü maddəsinin tələbinə görə kassasiya şikayəti müəyyən edimiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytarmışdır Məhkəmə kollegiyası mül ki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti geri qaytarılarkən Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnamədən kassasiya şikayətini 18 oktyabr 2018-ci il tarixdə rabitə orqanına təhvil verdiyini qeyd etsə də, bu hal iş materiallarında müəyyən edilmir. İşdən müəyyən edilir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin dəftərxanasına 21.12.2018-ci il tarixdə təqdim edilmişdir. Kassasiya şikayətinə şikayətin rabitə 18 oktyabr 2018-ci il tarixdə rabit ə orqanına təhvil verilməsi barədə sübut əlavə edilməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad təkcə prosessual müddətin ötürülməsi səbəbindən deyil, həmçinin qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə qaytarılmışdır. Cavabdeh isə bu nöqsanı aradan qaldırmaq əvəzinə qərardaddan kassasiya şikayəti vermişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7730/20 18 nömrəli iş üzrə 29 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3232/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3232/2019
13.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver