Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3234/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1561/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxar aq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 18 dekabr 2014-cü il tarixdə “xxxx” İKB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik istifadə dərəcəsi 26 faiz olmaqla 80.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 72 “A” saylı fərdi yaşayış evi və 0,04 ha ölçüdə torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, 19 dekabr 2014-cü il tarixdə bankın ipoteka hüququ dövlət qeydiyyatıan alınmışdır. 21 fevral 2019-cu il tarixdə bank tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün müddətinə ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. 28 fevral 2019-cu il tarixdə isə bank tərəfindən borcluya tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin aprel ayında “xxxx” İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka 70.445,24 manat məbləğində əsas kredit borcunun, 59.513,77 manat məbləğində faiz borcunun, 10.752,08 manat cərimə, 18 dekabr 2018-ci il tarixdən 04 aprel 2019-cu il tarixədək kecikdirilmiş vaxt üçün illik 5 faiz hesabı ilə 1067.2 manat məbləğində borcunun, cəmi 141.778,29 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məh kəməsinin 2(060)-13/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim: A.M.Behbudova) iddia qismən təmin edilərək Cavabdeh “xxxx” ASCnin (keçmiş “xxxx” İKB ASC) xeyrinə əsas borca görə 70.445,24 manat, faiz borcuna görə 59.513,77 manat, cəriməyə görə 200 manat, kecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 1067,2 manatın, cəmi 131.226,21 manatın tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 200.000 manat məbləğində müəyyən olunması, evin hərracdan satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan ən geci bir ay ərzində Cavabdeh evdən çıxarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək kredit müqaviləsi üzrə ə sas və faiz borcunun və eləcə də evin ilkin satış qiymətinin məbləği ilə razı olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1561/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(060)-13/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və evin ilkin satış qiymətinin 210.000 manat məbləğində müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona i ştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri etirazın dəlilləri, məhkəmə icraatı İş üzrə cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək kredit müqaviləsi üzrə faiz borcunun düzgün hesablanmamasını və evin ilkin satış qiymətinin 350.000 manatdan aşağı olmamasına baxmayaraq 210.000 manat məbləğində qiymətləndirilməsini, tutma yönəldilmiş yaşayış evindən cavabdehin çıxarılması üçün bankın tələb hüququna malik olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaql a, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra e tmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görü nür ki, tərəflər 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Cavabdeh bankdan götürdüyü krediti ona hesablanmış faizləri ilə birlikdə müqavilədə müəyyən olunmuş müddətdə və qaydada ödəmək barədə üzərinə öhdəlik götürsə də, öhdəliyin icrasını lazımınca təmin etməmişdir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən kredit müqaviləsi üzrə borcun məbləği Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən aparılmış ekspertiza tədqiqatının nəticəsi barədə verilmiş rəy əsasında müəyyən olunmuşdur. Həmin rəyə görə 17 aprel 2019-cu il tarixə cavabdehin kredit müqaviləsi üzrə borcu 136.033,86 manat, o cümlədən əsas borca görə 70.449,39 manat, faiz borcuna görə 65.584,47 manat müəyyən olunmuşdur. Cavabdeh kassasiya şikayətin də faiz borcunun düzgün hesablanmamasını iddia etsə də, məhkəməyə bunu təsdiq edə biləcək heç bir sübut təqdim etməmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş 11 oktyabr 2020-ci il tarixli qiymətləndirmə hesabatı ilə isə müəyyən olunmuşdur ki, ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri 210.000 manat təşkil edir. Kassasiya şikayətində yaşayış evinin minimal dəyərinin 350.000 manat təşkil etməsi barədə göstərilənlər qiymətləndirmə hesabatı ilə təkzib olunduğundan, kassasiya instansiya məhkəməsi şikayətin həmin dəlilini və eləcə də digər dəlillərini əsassız sayır və hesab edir ki, qətnamə iş üzrə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Göstərilənlərlə əlaqədar kollegiya kassasiya şikayətini əsassız, qətnaməni isə qanuni və əsaslı sayır. Şərh olun anlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1561/2020 nömrəli iş üzrə olan 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3234/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3234/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver