Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3234/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 13200 manat pul tələbinə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(106)694/2024 saylı qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş kassa siya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 avtombilə ödəmiş olduğu pula görə 11700 manat, avtomobilə çəkdiyi xərcə görə 1500 manat, cəmi 13200 manat, dövlət rüsumuna görə rüsum 139,60 manat və mediasiya xərcinə görə 200 manat pul tələb etmiş, iddiaçının məhkəmə hazırlıq iclasında təqdim edilmiş ərizəsinə əsasən Cavabdeh2 da cavabdeh kimi işə cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Masallı Rayon Məhkəməsinin 2(050)-3140/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Habil Bəhmənov), iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11700 manat, ödənilmiş dövlət rüsumuna görə 125,10 manat pulun müştərə k qaydada alınaraq İddiaçı ödənilməsi, iddianın mediasiya xərcinə görə 200 manat, avtomobilə çəkilmiş xərcə görə 1500 manat pul tələbinə münasibətdə təmin olunmaması qət edilmişdir.
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(050)3140/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2024-cü il tarixli, 2(106)-694/2024 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 2(050)3140/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndi rilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Qətnamədən Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(106)-694/2024 saylı qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
7. Cavabdeh2 (Vəkil- Nümayəndə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(106)-694/2024 saylı qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
8. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
9. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tə rəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
10. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
11. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
12. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
13. Maddə 404-1.2. işə kassasiya qaydas ında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
14. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
15. Maddə 408.1. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
16. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
17. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
19. Belə ki, MPM-nin 405.0.2. maddəsində apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müəyyən edilmişdir.
20. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qərardadın “rəsmi qaydada verildiyi” g ündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
21. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.8-ci maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və on lara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
22. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(106)-694/2024 saylı qərardadından iş üzrə Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən 17 iyul 2024-cü il tarixdə yerləşdirilmişdir.
23. Lakin Cavabdeh2 həmin qərardaddan kasassiya şikayətini 01 avqust 2024-cü il tarixdə vermişdir. Yəni kassasiya şikayətinin verilmə müddəti 5 gün buraxılmışdır.
24. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunlu ğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
25. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
26. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.
27. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(106)-694/2024 saylı qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.