Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3237/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3869/2019 saylı, 05 dekabr 2019cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu tərəfindən verilmiş kassasiya ş ikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(060)-3059/2019 saylı qətnaməsi ilə (hаkim E.A.Abdullayev) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov, A.Ə.Abbasov) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(060)-3059/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əməliyyat xərci olaraq 2.000 manat, itirilmiş qazanca görə 9.600 manat, əməliyyatdan sonra 6 ay əmək qabiliyyətini itirməyə görə 7.200 manat pulun, 5.000 manat məbləğində mənəvi ziyana görə təzminatın alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 09.06.2018-ci il tarixdə, saat 11:30 radələrində X2 idarə etdiyi “Mercedes Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onun idarə etdiyi “Foton” markalı motosikleti vurmuş və nəticədə o, xəsarət alaraq Sumqayıt şəhər X6 Xəstəxanasının Travmotologiya şöbəsinə çatdırılmışdır. Xəstəxanada onu müayinə edən şöbənin müdiri Cavabdeh2 və travmotoloq Cavabdeh1 ona “qabırğaların sınığı, ağciyərin postravmatik artriozu və sol çiyin yarası” diaqnozu qoymuş və sol çiyin nahiyəsinə tikiş qoyulması əməliyyatını icra etm işlər. O, 5 gün xəstəxanada yatdıqdan sonra evə buraxılmışdır. Lakin sol çiyin nahiyəsində baş vermiş ağrılar ona rahatlıq verməmiş və bu ağrılar getdikcə daha da şiddətlənmişdir. O, bunu Cavabdeh2 bildirdikdə, cavabdeh narahat olmamasını, müvəqqəti ağrı olduğunu, şişin də çəkiləcəyini demişdir. Bununla razılaşmayaraq o, təkrar olaraq “X7”nə müraciət etmiş və 28.01.2019-cu il tarixdə aparılmış müayinədən sonra sol çiyin nahiyəsində körpücük akrominal oynağının diastazı-körpücük sümüyünün yuxarı yerdəyişməsi və həmin səviyyədə yumşaq toxumanın qabarması ona məlum olmuşdur. Bundan başqa, Sumqayıt şəhər 1 saylı Xəstəxanada MRT müayinəsindən keçmiş və ona “oynaq kapsulasının cırılması, oynaq yatağında maye toplanması, iltihabi infiltrasiya və perilokal ödəm” diaqnozu qoyulmuşdur. Həkim səhlə nkarlığı üzündən onun yenidən əməliyyata ehtiyacı vardır ki, bu əməliyyatın da xərci təxminən 2000 manat təşkil edir. Hadisə 2018-ci ilin iyun ayında baş vermiş, həmin vaxt həkimin ona düzgün diaqnoz qoymaması və müalicəsini düzgün aparmaması nəticəsində onun əmək qabiliyyəti bərpa edilməmiş və o işləməmişdir. O, səyyar qaydada meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul idi və gündəlik qazancı 40-50 manat civarında olurdu. Keçən səkkiz ay ərzində işsiz qalmağı nəticəsində ona 9.600 manat maddi ziyan dəymişdir ki, bu ziyanı da cavabdehlərdən tələb edir. Bundan başqa, sol çiynində əməliyyat aparıldıqdan sonra çiyninə mil qoyulacaq, həmin mil 6 aydan sonra çıxarılacaq və bu müddət ərzində də onun fiziki işlə məşğul olmağı mümkünsüzdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edil mişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası təqdim olunan sənədlərə əhəmiyyət verməmiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarını tam, obyektiv və hər tərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan xəstənin tibbi kartasından çıxarışın surətindən görünür ki, 26 oktyabr 2018-ci il tarixdə İddiaçı sol ll-V, Vİ-Vİİ qabırğaların bitişmiş sınığı, sol bazu oynağının posttravmatik artiozu diaqnozu qoyulmuşdur. İşdə olan Sumqayıt şəhər 1 saylı Xəstəxanas ının “Bazu oynağının MRT müayinəsi”nin surətindən məlum olur ki, İddiaçı MR-limitlərində qlenohumeral (GH) oynaq normal qeyd olunur. Akromioklavikular(A-C) oynağın lokalizasiyası və əlaqəsi pozulmuş, dislokasiya əlamətləri, oynaq kapsulasının cırılması, oynaq yatağında maye toplantı, iltihabi infiltrasiya və perifokal ödem qeyd olunur, MR- limitlərində görüntüyə daxil olmuş sümüklərdə patologiya təyin edilmir, əlavə sümük strukturlarının müayinəsi üçün KT müayinəsi məsləhətdir. İş materiallarına əlavə edilmiş “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 yanvar 2019-cu il tarixli müayinəsinin surətindən görünür ki, İddiaçı döş qəfəsi orqanlarının rentgen müayinəsində ağciyərlərdə patoloji kölgəlik müəyyən edilmir, hər iki tərəfə bronxovaskulyar şəkil güclənmişdir, köklər strukturlu, sinuslar sə rbəstdir, diafraqmanın ekskursiyası solda zəifdir, mediastinium kölgəliyi genişlənməmişdir, solda V, Vİ, Vİİ qabırğaların ön kəsiklərinin döyənəkləşmə əlamətləri olan sınıqları qeyd edilir, cor-ölçüləri, forma və yerləşməsi tipikdir. İş materiallarında olan “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 yanvar 2019-cu il tarixli müayinəsinin surətindən görünür ki, İddiaçı sol bazu oynağının proyeksiyada çəkilmiş R-qrammasında körpücük akromial oynağının diastazı-körpücük sümüynün yuxarı yerdəyişməsi, həmin səviyyədə yumşaq toxumanın qabarması qeyd edilir, bazu oynağını təşkil edən sümüklərin uyğunluğu pozulmamışdır, oynaq yarığı normal ölçüdədir, bazu sümüyü başında kompakt sümük adacığına aid ola bilən sklerotik ocaq izlənir, yumşaq toxumalarda patoloji kirəcləşmə və ya rentgenopozitiv yad cisi m qeyd edilmir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 1(060)54/2019 saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 263cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 176/KEŞ saylı, 11.07.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı adına Sumqayıt şəhər X6 xəstəxanasında tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Döş qəfəsinin küt travması, sol ağciyərin əzilməsi, sol İİ-V-Vİ-Vİİ qabırğaların sınığı, sol çiyin qurşağının əzilmiş-cırılmış yarası, sol budun əzilmiş-cırılmış yarası” diaqnozu aparılmış m üvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. İddiaçı 09.06.2018-ci il tarixdə Sumqayıt şəhər X6 Xəstəxanasında icra edilmiş sol çiyin qurşağının rentgen müayinəsi zamanı sümük tamlığının pozulması aşkar edilməmişdir. İddiaçı 09.06.2018-ci il tarixdə Sumqayıt şəhər X6 Xəstəxanasında sol çiyin qurşağının əzilmiş-cırılmış yarası, 28.01.2019-cu il tarixdə isə “X7”ndə körpücük akromial oynağının diastazı-körpücük sümüyünün yuxarı yerdəyişməsi, həmin səviyyədə yumşaq toxumanın qabarması müəyyən edilmişdir. Rentgenoloji olaraq təyin edilmiş dəyişikliklər bir-biri ilə uyğunsuzluq təşkil edir. Lakin icra edilmiş rentgenoloji müayinələr arasında uzun müddət keçdiyindən aşkar olunmuş patologiyanın differensiasiyası və konkret olaraq əmələ gəlmə şəraiti barədə dəqiq fikir söylənilməsi mümkün ol madı. Belə ki, aşkar olunan patologiyanın təkrari travmanın alınması nəticəsində də baş verməsi inkar olunmur. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda müəyyən edilmiş sol kürək körpücük birləşməsinin uyğunsuzluğu və bağın cırılması ilə əlaqədar operativ müdaxilənin keçirilməsinə ehtiyacı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmla kına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmu ş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçıya yanlış diaqnoz qoyulması və düzgün müalicə aparmamalarına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya mənəvi zərər vurulmasına səbəb olan əməl və hərəkətlərə yol verilməsi öz təsdiqini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən təqdim olunan sənədlərə əhəmiyyət verilmədiyini, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayı t Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3869/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3237/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3237/2020
21.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver