Məhkəmə qərarları › İş №2(102)-3238/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3238/2019

08.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3238/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli 2(107)-2815/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.H.Məmmədov, iş № 2(033)-2004/2016) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadə hüququn un tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin edilərək iddiaçının iki uşağı ilə birlikdə Cavabdeh2 məxsus Zaqatala şəhəri, Azərbaycan prospekti, 39 “V” saylı evin 13 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.R.Rəfiyev, G.Q.Abbasov və E.Ş.Hüseynov, iş № 2(107)1123/2018) cavabdehlərin apellyasiya şikayəti təmin edilərək Zaqatala rayon məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.Əliyev, V.Ə.İbayev və G.A.Quliyev, iş № 2(102)-6358/18) i ddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala rayon məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı 24 iyul 2009-cu il tarixdə Cavabdeh1lə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan mübahisəli evə köçməklə birgə nikahdan iki uşaqları olmuşdur. 28 yanvar 2015-ci il tarixdə mübahisəli ev Cavabdeh2 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Zaqatala rayon məhk əməsinin 19 may 2016-cı il tarixli qətnaməsi ilə Elvina və Cavabdeh1lərin nikahı pozulmuşdur. 2016-cı ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilə 2009-cu ilin iyul ayında köçməsini əsas göstərməklə mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalar ına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mübahisəli mənzilə köçərkən mənzil cavabdehlərin mülkiyyətində olmamış və cavabdehlərlə birlikdə yaşayıb ümu mi təsərrüfat aparmaqla iddiaçı həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə əsasən mənzilə hüquq və vəzifələr əldə etmişdir. Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İdiaçının cavabdehlərin razılığı ilə mübahisəli mənzilə köçüb onlarla ümumi təsərrüfat aparması iddianın təmin edilməsi üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəmə sinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar