Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3238/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X7 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin vəkili X1, Cavabdeh1 iştirakı ilə, Cavabdeh1 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)161/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin (hakim Fikrət Əliyev) xx xxxx 2019-cu il tarixli, 2(060)18/2019 saylı qətnaməsi ilə idd ia tələbi qismən təmin olunmuş, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 09-1/15SU saylı əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh1 iddiaçı “xxxx” X10 Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli, 09-1/15SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 48982 ABŞ dolları, faiz borcu üzrə 16285,84 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 65767,84 ABŞ dolları borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutman ın ipoteka ilə yüklü edilmiş Abiyev oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 25 saylı evin 55 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına həmin borcun ödənilməsi, mənzilinin ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilməsi, mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və X4 həmin yaşayış sahəsini tərk etmələri qət edilmiş, iddia tələbi qalan hissədə təmin rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Aqil Abbasov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Telman Məmmədov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər M əhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-18/2019 saylı qətnaməsi Cavabdeh1 apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 09-1/15SU saylı əlavə kredit müqaviləsi üzrə 48982 ABŞ dolları əsas, 5569,91 ABŞ dolları faiz, 1825,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 56377,44 ABŞ dollarının, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 25 saylı evin 55 saylı mənzilinə yönəldil məsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2015-ci il tarixli 09-1/15SU saylıəlavə kredit müqaviləsi üzrə 56377,44 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq “xxxx” KB ASC-yəödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və X4 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” KB ASC xx.xx.2017-ci il tarixdə iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, digər tələblər qüvvəsində qalmaqla iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 09-1/15SU saylı əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 09-1/15 SU saylı əlavə kredit müqaviləsi üzrə 48982 ABŞ dolları əsas, 16953.20 ABŞ dolları faiz, 21273.81ABŞ dolları cərimə borcu olmaqla, cəmi 87209.01 ABŞ dollarının tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi Mülki Məcəllənin 279, 295, 385.1, 442, 445.1, 445.2.1, 472.1, 472.2,“İpoteka haqqında” Qanunun 34.1.1, 39.1 və 59.3-cü maddələrinə istinad etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz işti rak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilmə məlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2015-ci il tarixli, 09/15SU saylı əsas kredit müqaviləsinə əsasən, “xxxx” KB ASC tərəfindən cavabdeh ə ******* (bir milyon) manat məbləğində 120 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək kredit xətti açılmış və kreditin həmin müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2015-ci il tarixli, 09-1/15SU saylı əlavə kredit müqaviləsindən görünür ki, “xxxx” KB ASC tərəfindən cavabdeh ə illik 19 faizlə 48 ay müddətinə xx.xx.2019-cu il tarixədək 63000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 09-1/15SU saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişdən görünür ki, kr edit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 17,5 faiz müəyyən edilmiş, müddət 24 ay, yəni xx.xx.2021-ci ilədək uzadılmışdır. xx.xx.2015-ci il tarixli, 09İ/15SU saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 25 saylı evin 55 saylı mənzili “xxxx” KB ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş və tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 90000 manat məbləğində qiymətləndirilmişdir. RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 25 saylı evin 55 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. “xxxx” MMC-nin xx.xx.2015-ci il tarixli, 09 saylı arayışına əsasən Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 25 saylı evin 55 saylı mənzilin sahibi Cavabdeh1dur. Mənzildə qeydiyyatda heç kim yoxdur. X6 tərəfindən verilmiş ərizədən görünür ki, o, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 25 saylı evin 55 saylı mənzilin ipoteka qoyulmasına və həmin mənzilə tutma yönəldikdə və o, satıldıqda evi tərk etməyi öhdəsinə götürməyə razılıq vermişdir. RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından g örünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 25 saylı evin 55 saylı mənzili “xxxx” KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2016-cı il tarixli pretenziyanın surətindən görünür ki, kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə “xxxx” KB ASC tərəfindən Cavabdeh1 xəbərdarlıq edilmişdir. xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 tutmanın ipoteka predmeti olan və onun mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 25 saylı evin 55 saylı mənzilinə yönəldilməsi proseduruna başlanılması bildirilmişdir. xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, “xxxx” KB ASC tərəfindən cavabdehə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə Azərbaycan Respublika sı ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edilmişdir. İddiaçı bank tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışa əsasən Cavabdeh1 09-1/15SU saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 48982 ABŞ dolları əsas, 16953.20 ABŞ dolları faiz, 21273,81 ABŞ dolları cərimə borcu olmaqla, cəmi borcu 87209,01 ABŞ dollarıdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2726 saylı rəyindən görünür ki, Cavabdeh1 iddiaçıya xx.xx.2017-ci il tarixə 49084,87 ABŞ dolları əsas, 16285,84 ABŞ dolları faiz borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 0131/18/UB saylı rəyindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 25 sayl ı evin 55 saylı mənzilin bazar qiyməti 110000 manat təşkil edir Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına və ekspert rəyinə istinadən xx.xx.2015-ci il tarixli, 09-1/15SU saylı əlavə kredit müqaviləsinə əsasən ə illik 19 faizlə 48 ay müddətinə xx.xx.2019-cu il tarixədək 63000 ABŞ dolları məbləğində kredit verilməsini, xx.xx.2015-ci il tarixli, 09İ/15SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 25 saylı evin 55 saylı mənzilinin “xxxx” KB ASC qarşısında ipoteka ilə yüklü edilməsini, cavabdehin öhdəliklərini lazımınca icra etməməsini, müəyyən edərək, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 269.1, 269.4, 319.1, 386.1, 739, 739.2, 425.1, 442, 445, 448.1, 443.1, 449.4, 445.1, 445.2, 462.1, 467, 421.1, 421.2, 423.21, “İpoteka haqqında” Qanununn 34 və 59-cu maddələri ilə əsaslandırmışdır. Cavabdeh in apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında yoxlayan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini əsas kredit borcu üzrə 48982 ABŞ dolları və faiz borcu üzrə 16285,84 ABŞ dolları tutulması hissəsində təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hall ar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə cavabdeh in əsas borc üzrə 48982 ABŞ dolları və faiz borcu üzrə 16285,84 ABŞ dolları borcun olması iş materialların olan maliyyə arayışı (İİ cild, i.v 34) və ekspert rəyi (İİ cild, i.v. 39) ilə də təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyində əsas borc məbləği 49084,87 ABŞ dolları müəyyən edilsə də, iddi açı təşkilat iddia tələbində əsas borc üzrə 48982 ABŞ dolları tələb etmiş, bu səbəbdən də birinci instansiya məhkəməsi əsas borc hissəsi üzrə iddianı tələbdən kənara çıxmamaqla təmin etmiş, faiz məbləğini isə ekspert rəyinə uyğun şəkildə azaltmışdır. Apelyasiya şikayətində cavabdeh tələb olunan borc məbləğini mübahisələndirdiyi üçün məhkəmə kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-2414/2019 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında müqavilə üzrə xx xxxxxx 2017-ci il tarixinə X2 nə qədər əsas, faiz və cərimə borcunun olması barədə sual qoyulmuşdur. Apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 19831 saylı ekspert rəyindən görünür ki, cavabdeh X2 xx.xx.2017-ci il tarixinə əsas borcu 49084,87 ABŞ dolları, faiz borcu 16285,84 ABŞ dolları müəyyən edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin ekspert rəyinə əsasən müəyyən etdiyi etdiyi pul məbləği apelyasiya instansiyası məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə də təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh in öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış əlavə kredit müqavilələrinin 6.3-cü bəndinə əsasən əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ö dənilməli olan əsas və faiz borcu məbləğinin illik 360 faizindən 720 faizinədək miqdarında cərimə tətbiq edilir. Göründüyü kimi, dəbbə ödənilməsini tərəflər müqavilə ilə müəyyən etmişlər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehlərdən əsas məbləğə görə 21273,81 ABŞ dolları cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik normalarına istinadən iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin əsaslı olması, eyni zamanda əsas borca hesablanmış cərimə pulunun yüksək olması qənaətinə gələrək cərimə borcunu azaldar aq 500 ABŞ dolları cərimə borcu müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən bu mövqeyi ilə də razılamışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdeh apelyasiya şikayətinin dəlillərini – borcunun şişirdilməsi – əsaslı hesab etməyərək qeyd etmişdir ki, borcun şişirdilməsi barədə apelyasiya şikayətinin dəlili apelyasiya instansiyası məhkəməsinin təyin etdiyi ekspertizanını rəyi ilə təkzib edilmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-161/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3238/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3238/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver