Məhkəmə qərarları › İş №2(102)-3239/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3239/2019

16.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3239/2019 16.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin q ismən ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya verilməsi hissəsində təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh, X1, X2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göyçay rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Quliyev, iş 2(046)-119/2018) iddia tələbi qismən təmin edilmiş, 19 fevral 2014-cü il tarixli GYF-9430 saylı kredit müqaviləsi üzrə 4468 (dörd min dörd yüz altmış səkkiz) manat 39 (otuz doqquz) qəpik əsas, 1058 (bir min əlli səkkiz) manat 88 (səksən səkkiz) qəpik faiz, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 5727 (beş min yeddi yüz iyirmi yeddi) manat 27 (iyirmi yeddi) qəpik Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi, tələb ipoteka predmeti olan ünvan 1 ünvanda 0,0567 ha torpaq sahəsində yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh məxsus 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 44.000 (qırx dörd min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Satıldıqdan 1 ay ərzində ünvan 1 ünvanda 0,0567 ha torpaq sahəsində yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh məxsus 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin boşaldılması, əldə edilən vəsaitdən 5727 (beş min yeddi yüz iyirmi yeddi) manat 27 (iyirmi yeddi) qəpik, məhkəməyə müraciət etmək üçün xərcin Cavabdeh aid hissəsi 25 (iyirmi beş) manat, ödənilmiş 26 (iyirmi altı) m anat notariat xidmət haqqı İddiaçı ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manatı Cavabdehə, 5 (beş) manatı İddiaçı ASC-yə aid edilməsi, iş üzrə sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 26 manat dövlət rüsumu Cavabdehə aid edilməsi, 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyərinin 20 manatı İddiaçı ASC-yə, 80 (səksən) manatı Cavabdehə aid edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidovvə İ.Quliyev, iş № 2(107)-2171/2018) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Göyçay rayon Məhkəməsinin 07 iyun 2018-ci il tаrixli, 2(046 )-119/2018 saylı qətnaməsi qismən, ünvan 1 ünvanda, mülkiyyətdə olan 0,0567 ha torpaq sahəsində yerləşən, mülkiyyət hüququ üzrə Cavabdehə məxsus 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin qismə n ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya verilməsi hissəsində təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəl alət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2014-cü il tarixli GY-9430 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 19 % hesablanmaqla 36 aylıq müddətə Cavabdeh 7500 manat məbləğində kredit verilmiş, borclu həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 2-ci maddəsində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur. İpoteka nın predmeti ünvan 1 ünvanda 0,0567 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evidir. İpoteka predmetinin qiyməti 30000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehin kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 4554 manat əsas, 1860 manat faiz və 1359 manat cərimə borcu olmaqla, cəmi 7773 manat borcu yaranmışdır. Məhkəmə ekspertiza mərkəzinin 14.07.2017-ci il tarixli 1542 nömrəli rəyinə əsasən Cavabdehin 19 fevral 2017-ci il tarixinə banka olan borcu əsas borc 4468 manat 39 qəpik, faiz borcu 1058 manat 88 qəpik olmaqla, cəmi 5527 manat 27 qəpik təşkil edir.“xxxx” MMC tərəfindən verilmiş 24.10.2017-ci il tarixli rəyə əsasən Cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan fərdi yaşayış evinin 24.10.2017-ci il tarix inə bazar qiyməti 44000 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739.1, 739.2, 442, 445.2.1, 448.1, 448.2, 449.1, 465.2, 467, 295, 317.1, 319.3, 319.6-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 25.3.1, 25.3.2, 26.1.3, 39.1, 36.3, 39.3.3, 47.2-ci maddələrini tətbiq etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, m ülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sü butları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun p ozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar