Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3241/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(067)-2493/2019 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı1 Cavabdeh1 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən, məruzəçi), G.Tağızadə və E.Rəhimov, 2(105)418/2020 saylı mülki iş) hazırki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(067)-2493/2019 saylı qətnaməsi iddiaçı Ə.B.Əbilova münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı1 Cavabdeh1 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında xx xxxxxx 2004-cü il tarixdə Xaçmaz rayonu, Bostançı kəndində yerləşən cavabdehə və onun ailə üzvlərinə məxsus 3,52 ha torpaq sahəsinin ona satılması barədə yazılı formada əqd bağlanmasına d air razılaşma əldə olunmuş və buna dair aralarında sadə yazılı formada əqd bağlanmışdır. Həmin torpaq sahəsi 15 ildir, yəni 2004cü ildən hazıra kimi onun istifadəsindədir. Cavabdeh tərəfindən xx xxxxxx 2004-cü il tarixdə faktiki olaraq ona satılmış torpaq sahəsi qanuni və əsaslı olaraq onun tərəfindən əkinçilik və maldarlıq üçün istifadə olunmuşdur. Torpaq sahəsi ona satıldıqdan sonra cavabdeh onunla notariat kontoruna getməmişdir. Alğı-satqı müqaviləsi bağlanarkən cavabdeh ona söz vermişdir ki, həmin torpaq sahəsinin alğı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alğı-satqı faktını notariat kontorunda təsdiq etdirəcəklər. Bu səbəbdən də, dəyərini ödəyərək aldığı 3,62 ha kənd təsərrüfatlı torpaq sahəsini rəsmiləşdirə bilməmişdir. Hazı rda da cavabdehi dəfələrlə müqaviləni rəsmiləşdirmək üçün notariat kontoruna dəvət etsə də, cavabdeh sonradan alğı-satqı müqaviləsinin notariat kontorunda bağlanmasından yayınmışdır. Ona görə də, həmin torpaq sahəsinə dair onunla Cavabdeh1 arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1 apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 və ailə üzvləri arasında bağlanmış, Xaçmaz rayon Dəd əli İƏV-də nümayəndə S.Abıyevin möhürü və imzası ilə təsdiq etdiyi əqdlə təsdiq olunur ki, cavabdeh tərəf Xaçmaz rayonu, Bostançı kəndində yerləşən ümumi sahəsi 3,52 ha torpaq sahəsini iddiaçıya bağışlamışdır. Ona görə məhkəmə həmin vaxt qüvvədə olan Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən iddia tələbi təmin olunmalı idi. Prosessual məsələlər: Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsa sən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-0005 seriyalı, 30208028 kodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 03 nömrəli qərarına əsasən Xaçmaz rayonu, Bostançı kənd sakinləri Cavabdeh1, X7, X10, X13 və X8 mülkiyyətinə 3,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş dir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu Bostançı kəndində yerləşən 3,5218 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1, X10 və X9 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi, **********00 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 229 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, X10, X4 rayonu Bostançı kəndində yerləşən ümumi sahəsi 3,3218 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən Cavabdeh1 2,11308 ha, X10 0,70436 ha, X13 0,70436 ha torpaq sahəs ini X1. Daşınmaz əmlak 4500 manat dəyərində qiymətləndirilmişdir. Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X7 xx xxxxxxx 2018-ci ildə beyindaxili qansızma səbəbindən ölmüşdür. Cavabdeh1, X10, X13 və X3 iştirakı ilə xx xxxxxx 2004-cü il tarixdə tərtib olunmuş əqdin surətindən görünür ki, Xaçmaz rayonu Bostançı kəndində yerləşən 3,52 ha torpaq sahəsini Xaçmaz rayon Bostançı kənd sakini İddiaçı1 bağışlamışlar. Bağışladıqları torpaq sahəsinin dəyəri onlara ödənilmişdir. Xaçmaz rayonu 1 saylı notariat ofisinin xx xxxxxxx 2019-cu il tarixli 334 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə ölmüş, mərhum-X5 məxsus olan əmlakına dair xx.xx.2019-cu ildə 434 nömrə ilə vərəsəlik işi açılmışdır və xx.xx.2019-cu il tarixdə 2 V-478 reyestrlə vərəsəsi Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi hal-hazırda iddiaçının alqı-satqının bağlanmış hesab olunmasını tələb etdiyi torpaq sahəsi artıq başqa şəxsə satılmış və onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinin tələblərinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. İşdən göründüyü kimi iddiaçı XXX Cavabdeh1 üzə rinə məhkəmə qaydasında alğısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə şifahi razılaşmanın tanınmasını tələb etmişdir. Halbuki, daha öncə istinad edilən normaya əsasən bu yolverilməzdir. İş materialları ilə müəyyən edilmişdir ki, Xaçmaz rayonu Bostançı kəndində yerləşən ümumi sahəsi 3,52 ha olan torpaq sahəsinin sonradan iddiaçının adına keçirilməsinə dair tərəflər arasında hər hansı bir öhdəlik münasibətlərinin yaranması üçün heç bir yazılı qaydada öhdəlik yaranmamışdır. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən yazılı müqavilənin olması zəruridir. Hazırda isə tərəflər arasında hüquq və vəzifələrin yaranması üçün müqavilə mövcud deyildir və istisna edilir. Avropa İnsan Hüquqları Məhkəmə si "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı1 münasibətdə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar
Məhkəmə qərarları › İş №2(102)-3241/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3241/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver