Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3243/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ziyanın ödənilməsi 31.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-231/2022 nömrəli, 07 yanvar 2022-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra cavabdeh) 08.06.2019-cu il tarixdə İddiaçı MMCyə yükdaşıyan nəqliyyat vasitəsinə sürücü kimi işə qəbul edilmişdir. 2. 08 iyun 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətinə əsasən cavabdeh İddiaçındə sürücü olaraq işlədiyi müddətdə müəssisə qarşısında müqavilədə sadalanan şərtlərin icrası və məsuliyyəti barədə tam maddi məsuliyyət daşıması haqqında üzərinə öhdəlik götürmüşdür. 3. 03.12.2019-cu ildə tutduğu vəzifəsindən azad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə (bundan sonra MPM-nin) əsasən iddia ərizəsində dəqiqləşmə aparılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə məxsus “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcıya və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşquya dəymiş 9.025 ABŞ dolları və 900 manat ziyanın, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Türkiyə Respublikasında gedərkən əlavə olaraq 900 ABŞ dolları dəyərində yanacaq aparmışdır. Orada olarkən məlum olmuşdur ki, cavabdeh DAF FT XF markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcıya və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşquya ziyan vurmuşdur. Bunda n sonra, həmin dartıcı və qoşquya baxış keçirilərkən 10 ədəd apornıy disk, 5 komplekt nakladkalar- 2 komplekt dartıcı, 3 komplekt qoşqunun, 02 ədəd stupitsanın podçivnikinin, 02 ədəd supportun, 2 ədəd dartıcının əyləc hava baçokunun, 01 ədəd qoşqunun əyləc baçokunun tam xarab olmaqla 7025 ABŞ dolları məbləğində ziyan dəydiyi, bundan başqa nəqliyyat vasitəsinin 02 ədəd təkəri yandığından 1100 ABŞ dolları ziyan vurulduğu, beləliklə də, Cavabdeh tərəfindən onun təqsirli hərəkətləri nəticəsində ümumilikdə MMCyə 9.025 ABŞ dolları və 900 manat dəyərində ziyan vurulduğu müəyyən edilmişdir. Bu barədə müvafiq sənədləşmə aparılmışdır. Ziyanın ödənilməsi barədə dəfələrlə cavabdehə şifahi və rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh tərəfindən könüllü olaraq heç bir ödəniş olunmamışd ır.
6. Cavabdeh birinci instansiya məhkəməsi zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçındə sürücü işləmiş, İddiaçınə məxsus 09 sentyabr 2019-cu ildə DAF FT XF markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcını və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunu təhvil alaraq həmin nəqliyyat vasitəsilə Türkiyə Cümhüriyyətinə hərəkət etmiş, həmin nəqliyyat vasitələri ilə Türkiyəyə gedərkən iddiaçının tələbində göstərdiyi 900 ABŞ dolları məbləğində yanacaq sərf edilmişdir. İddiaçının 9.025 ABŞ dolları və 900 manat ziyan tələbinə gəldikdə isə o, nəqliyyat vasitəsini təhvil alıb Türkiyəyə gedərkən nəqliyyat vasitəsinin əyləc sistemində nasazlıq olmuş, bu barədə MMC-nin rəhbərinə də bildirmiş və yola çıxdıqdan sonra əyləc sistemindəki həmin nasazlı q səbəbindən idarə etdiyi yük avtomobilinin bir neçə ehtiyat hissəsi ondan asılı olmayan səbəblərdən xarab olmuşdur. Başqa sözlə nəqliyyat vasitəsinin ehtiyat hissələrinin sıradan çıxması onun təqsiri ucbatından baş verməmişdir. Ona görə də iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləmiş, İddiaçınə məxsus 09 sentyabr 2019-cu ildə DAF FT XF markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcını və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunu təhvil alaraq həmin nəqliyyat vasitəsilə Türkiyə Cümhüriyyətinə hərəkət etmiş, həmin nəqliyyat vasitələri ilə Türkiyəyə gedərkən iddiaçının tələbində göstərdiyi 900 ABŞ dolları məbləğində yanacaq sərf edilmişdir. İddiaçının 9.025 ABŞ dolları və 900 man at ziyan tələbinə gəldikdə isə o, nəqliyyat vasitəsini təhvil alıb Türkiyəyə gedərkən nəqliyyat vasitəsinin əyləc sistemində nasazlıq olmuş, bu barədə MMC-nin rəhbərinə də bildirmiş və yola çıxdıqdan sonra əyləc sistemindəki həmin nasazlıq səbəbindən idarə etdiyi yük avtomobilinin bir neçə ehtiyat hissəsi ondan asılı olmayan səbəblərdən xarab olmuşdur. Başqa sözlə nəqliyyat vasitəsinin ehtiyat hissələrinin sıradan çıxması onun təqsiri ucbatından baş verməmişdir. Ona görə də iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş edir.
7. Xaçmaz Rayon Məhkəməsinin (hakim X.Quliyev) 13 iyul 2021-ci il tarixli, 2(067)742/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 9025 (doqquz min iyirmi beş) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəz i Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 900 (doqquz yüz) manat pulun tutlaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında cavabdeh izahatında DAF FT XF markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcını və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunu təhvil alarkən nəqliyyat vasitəsinin əyləc sistemində nasazlıq olduğu, həmin nasazlıq səbəbindən yola çıxdıqdan sonra nəqliyyat vasitəsinin bir neçə ehtiyat hissələrinin ondan asılı olmayan səbəblərdən xarab olmasını, onun tərəfindən İddiaçınə hər hansı məbləğdə ziyan vurulmadığını göstərsə də öz etirazının əsasını təşkil edən sənədi və sübutu məhk əməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddia tələbinin hazırki həcmdə əsaslı olması iş materialları ilə öz təsdiqini tapmış və sübut olunmuşdur.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –MM-nin) 21.1, 21.2, 1096.1, 1097.1 və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-231/202 saylı mülki iş üzrə 07.01 2022-ci il tarixli qətnaməsi ilə cava bdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilən tarixdə, yəni 09 sentyabr 2019-cu ildə cavabdeh tərəfindən mübahisəli avtomobillərlə ölkə hüdudlarından kənara hərəkət edilməmişdir. Belə ki, müvafiq quruma “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcının və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunun 31.08.2019-cu il tarixdən 01.05.2020-ci il tarixə kimi olan müddət ərzində gömrük buraxılış məntəqəsindən Cavabdeh və ya başqa şəxs tərəfindən idarə edilərək keçirilməsi barədə ətraflı məlumatın verilməs i barədə məhkəmə sorğusu verilmişdir. AR DGK-nin 28 dekabr 2021-ci il tarixli məktubundan da görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən, dövlət nömrə nişanları müvafiq olaraq ** AC *** və ** ZA *** olan dartıcı və qoşqunun 31.08.2019-cu il tarixdən 01.05.2020-ci il tarixədək olan dövr üzrə sərhədkeçmə məlumatlarında Cavabdeh sürücülüyü ilə 23.02.2020-ci il tarixdə, saat 17:18-də “Qırmızı Körpü” X1 İstiqamətinə ölkədən çıxmış, 11 mart 2020-ci il tarixdə, saat 21:31-də həmin postdan ölkəyə girmişdir. Məlumatdan görünür ki, mübahisəli avtomobil və qoşqu ilə birinci dəfə ölkədən çıxış 13.10.2019-cu il tarixdə olmuşdur, bu zaman isə sürücü cavabdeh deyil, Asif Gulamov adlı şəxs olmuşdur.
13. Apellyasiya instansiya qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hü ququna malik olan şəxs ona vurulmuş zərərin məhz cavabdeh tərəfindən vurulduğunu sübuta yetirməli, bundan sonra isə dəymiş zərərin əvəzini təqsirkar şəxsdən tələb etməlidir. İddiaçı MMC öz tələbinin əsasını qanunla nəzərdə tutulmuş əsaslarla sübuta yetirə bilməmişdir, bu hallarda isə iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlara tənqidi yanaşır. Belə ki, əsaslı şübhələrdən kənar olmayan həmin sübutların legitimliyi və mötəbərliyi AR DSX Sərhəd Nəzarətinin 26 oktyabr 2021-ci il tarixli və AR DGK-nin 28 dekabr 2021-ci il tarixli məktublarında göstərilmiş məlumatlarla tam təkzib olunur.
14. Məhkəmə öz mövqeyini MM-nin 21.1, 21.2, 1096.1, 1097.1 və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan “İddianın dəqiqləşdirilməsi” ərizəsinin məhkəməyə etibarnamə üzrə nümayəndə Bakı şəhəri 2 saylı Hüquq bürosunun vəkili mən Nümayəndə vermiş, Xaçmaz rayon məhkəməsinə isə bu iddianı və əlavə edilən sənədləri Rövşən Turabov vermişdi: Rövşən Turabov işdə yol verdiyi nöqsanlara, habelə məhkəmələrə verdiyi iddia ərizələrindəki sənədlərdə saxtakarlıqlara yol verdiyinə görə 20.04.2021-ci il tarixində işdən çıxarılmış, barəsində Xaçmaz rayon prokrorluğuna şikayət ərizəsi verilmişdir. Hazırda faktiki olaraq Cavabdeh bəhs olunan 27 A.C 726 dövlət qeydiyyat nişanlı dartıcının və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunu rəsmi qaydada 20 fevral (şubat) 2020-ci il tarixədək kameraya çəkiliş edilərək tam saz vəziyyətdə almış Türkiyə Respublikasına getmiş, avtomaşında qarşı şitdə isə hansı nasazlıq olduqda işıq yanmasına diqqət etməmiş, nəticədə əyləc sistemi bağlanmış və hərəkəti davam etdirdiyindən bəhs olunan hissələr və detallar sıradan çıxmışdır. 28 fevral (şubat) 2020-ci il tarixdə avtomaşının təmirinə başlanmış 02 mart 2020-ci il tarixdə Türkiyə Respublikası “EPEX” şirkəti tərəfindən verilən fakturadan da görünür ki, həmin nəqliyyat vasitələrinin əyləc diski, suppor t (dayaq), əyləc kamerası, əyləc qəlibi (bəndi), yanacaq filtri, əyləc kamerası, rulman (rolik) ehtiyat hissələri sıradan çıxmış və onların dəyəri ümumilikdə 7025 ABŞ dollar məbləğində təşkil edir. Hansı səbəbdən Rövşən Turabovun dəymiş ziyan aktında və digər sənədlərdə bəhs olunan avtomaşının 09 sentyabr 2019-cu il tarixi yazması şübhə doğurmuşdur. Ən maraqlı hal isə burasıdır ki, Xaçmaz rayon məhkəməsinin qətnaməsindən və məhkəmə iclas protokolundan, habelə apellyasiya şikayətindən göründüyü kimi Cavabdeh özü də etiraf edir ki, 09 sentyabr 2019-cu il tarixdə bəhs olunan avtomaşını təhvil almış və Türkiyə Respublikasına getmiş, yolda əyləc sistemində nasazlıq olduğundan ondan asılı olmayan səbəbdən bu hadisə baş vermişdir.
17. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə vəkil gətirməsi və elə ilk iclasda 09 sentyabr 2019-cu il tarixdə avtomaşını təhvil almamasını bildirməsi göstərir ki, o müəssisənin hüquqşünası Rövşən Turabovla razılığa gəlmişlər və Rövşən Turabov nəinki, ayın tarixində bütün sənədləri saxtalaşdırmış və onun Xaçmaz Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Cavabdeh bəhs olunan avtomaşın deyil ** AC *** dartıcı və ** ZA *** saylı qoşqunun təhvil verildiyini yazır, lakin nə səbəbdənsə iddia ərizəsinə qoşmaya bəhs olunan avtomaşının ** AC *** nişanlı dartıcı və ** ZA *** dövlət qeydiyyat nışanlı qoşqunun sənədlərini və tərtib etdiyi saxta sənədləri əlavə edir. Apellyasiya Məhkəməsinin qətnaməsi elan edildikdən sonra tərəfindən müəssisədə araşdırma zamanı həm ** AC *** dartıcı və ** ZA *** qoşqunun, həm də ** AC *** nişanlı qoşquya eyni akt, saxta yol vərəqəsi və sair sənədlər eynilik təşkil etdiyi məlum olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə.21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşü lür.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər çəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərərkət və hərəkətsizlikdir).
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərə f öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və tərəflərin irəli sürdükləri dəlillərinə hüquqi qiymət verilmişdir.
33. Lakin baxılan iş üzrə tələbin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası məhkəməsi bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir.
34. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. İddiaçı iddia tələbi irəli sürərkən nəqliyyat vasitəsinin 09.09.2019-cu ildə cavabdehə təhvil verildiyini və bunun nəticəsində müvafiq sənədlərin təqdim olunduğuna dair sübutları məhkəməyə təqdim edir. Kassasiya şikayətində isə göstərir ki, həmin sənədlər digər işçisi tərəfindən saxtalaşdırılmış və faktik olaraq nəqliyyat vasitəsinin cavabdehə təqdim edilməsi vaxtı ilə bağlı məhkəməyə düzgün olmayan məlumatlar verilmişdir.
36. Qeyd edilməlidir ki, iddiaçının saxtalaşdırılmaya yol verildiyini göstərdiyi sənədlər iddianın faktiki əsaslarının bir hissəsini təşkil edir. Belə sənədlərin düzgün olmaması məhz iddiaçı tərəfindən təsdiq olunduğu halda onlara istinad edilərək iddianın müsbət həll olunmasının yolverilən olmaması aşkardır.
37. Kassasiya şikayətində iddiaçı nəqliyyat vasitəsinin cavabdeh 20.02.2020-ci il tarixədək verildiyi göstə rir, lakin bu faktı təsdiq edən heç bir sübut yoxdur. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsində işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə 03.12.2019-cu il tarixdə xitam verilmişdir. Görünür ki, iddiaçının mövqeyində baş vermiş dəyişikliyə səbəb apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş sorğulara alınan cavablar olmuşdur. Lakin kassasiya icraatında işin faktiki hallarına yönələn dəyişikliklərin edilməsi və ya yeni sübutlara istinad edilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına səbəb ola bilməz.
38. Göstərilənlərlə yanaşı sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 yanvar 2022-ci il tarixli, 2(105)-231/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edil