Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3246/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi, icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 məruzəsi ilə, Şamayev Elşad Yaquboviçdə və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-616/2023 nömrəli mülki iş üzrə 14 iyun 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 50000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(020)-17/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilmiş, Cavabdeh 50000 (əlli min) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.
3. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh Tağıyev X1 Tofiq Nadir oğluna qarşı aralarında xx.xx.2017-ci ildə bağlanmış hazırkı kredit müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı verdiyi 40000 manat pul vəsaitinin ondan tutulması barədə Bakı şəhər Xəzar rayo n məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhər Xəzər rayon məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(003)1446/20 nömrəli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilməmişdir. Cavabdeh məhkəmənin həmin qətnaməsindən apelyasiya şikayəti vermiş, işə apelyasiya qaydasında baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli 2(103)-2956/2021 nömrəli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli 2(103)-2956/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Beləliklə hazırkı iş üzr ə Cavabdeh İddiaçı qarşı qaldırdığı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxan Bakı şəhər Xəzar rayon məhkəməsi tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsızlığını şübhə altına alan hər hansı bir halın müəyyən olunmadığı qənaətinə gələrək iddianı rədd etmiş, işə baxan yuxarı instansiya məhkəmələrin də həmin qətnaməni dəyişdirmədən saxlamaları kredit müqaviləsinin qanuni və əsaslı olduğunu sübut edir.
5. Bununla da məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı iddia üzrə kredit müqaviləsi iddiaçının özündədir. Cavabdeh iddiaçıdan borc almadığını, qardaşının işi ilə əlaqədar iddiaçı ilə aralarında formal kredit müqaviləsi bağladıqlarını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hazırda borc sənədinin iddiaçıda olması cavabdeh tərəfindən həmin borcun tam şəkildə ödənilməməsinə dəlalət edir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 529.3, 740-cı maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aralarında hər hansı borc münasibəti olmamışdır. Sadəcə görünüş üçün müqavilə bağlanmışdır. Müqavilənin bağlanmağına isə məcburiyyət qarşısında qalaraq razılıq vermişdir. Çünki həmin dövrdə əsas məqsədi törətmədiyi c inayətə görə ittiham olunan qardaşını xilas etmək olmuşdur. Həmin kredit müqaviləsinin sadəcə görüntü üçün bağlandığını sübut edən hallardan biri də ondan ibarətdir ki, eyni notariat ofisində eyni tarixdə cavabdeh tərəfindən qardaşıma qarşı hər hansı şikayətinin olmaması barədə ərizə verilmişdir. Həmin dövrdə kimliyindən asılı olmayaraq istənilən sənədə qol çəkə və istənilən əmlakını qardaşına görə verməyə hazır idi Lakin iddiaçının verdiyi iddia ərizəsi üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(020)-17/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 50000 (əlli min) məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun məbləğinin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Lakin məhkəmə qətnamənin çıxarılması üçün əsas kimi götürdüyü notarial borc müqaviləsini mütləq həqiqət kimi qəbul etmişdir. İş materiallarında olan tərəflərin izahatlarından da aydın şəkildə görünür ki, qeyd edilən borc müqaviləsi formal olaraq imzalanmış heç bir hüquqi əhəmiyyəti olmayan uydurma əqddir.
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1583/2022 nömrəli iş üzrə 4 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Zeynal Zeynalov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(020)-17/2021 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh 18 yanvar 2017-ci il tarixli kredit borc müqaviləsini mübahisələndirmiş və məhkəmələr tərəfindən həmin müqavilənin etibarsızlığı üçün əsaslar olmadığından iddia tələbi təmin edilməmiş və hal-hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Bu isə onu göstərir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur.
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə işdə olan sübutlar iddiaçının iddia tələbində haqlı olmasına dəlalət edir, cavabdehin iddia tələbinə etirazı isə formal mülahizədən ibarətdir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 50000 (əlli min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuma görə 30 (otuz) manat alınıb İddiaçı verilməlidir” qənəti nə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab etmiş, işdə olan sübutların məzmununu qətnamədə təkrarlamağa zərurət görməmişdir.
12. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 425.1, 427.1, 442, 448.1, 529.3, 739.1, 740-cı maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1583/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırma üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətinin dəl illəri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi tərəflər arasında olan borc müqaviləsinin həqiqi hallara uyğun olub olmamasına qiymət verməli, əqdin bağlandığı tarixdə olan ictimai münasibətləri rəhbər tutmalı idi. Belə ki, iddiaçı və cavabdeh arasında münasibətlər iddiaçının qardaşına qarşı olan cinayət işi üzrə yaranmış, sonradan isə iddiaçının qardaşı hər hansı mülkiyyətlə bağlı olan cinayətə görə məhkum edilməmişdir. Qeyd edilən səbəbdən iddiaçının bağladığı formal borc müqaviləsi görünüş üçün bağlanmışdır ki, iddiaçının qardaşına qarşı hər hansı başqa tələblər irəli sürülməsin. Lakin məhkəmə qeyd edilən xüsusatı nəzərə almamış, müqavilənin etibarlılığını yoxlamamışdır.
15. Azərbaycan Respublikası Ali Məhkə məsi Mülki kollegiyasının (bundan sonra – Ali məhkəmə) 2(102)-174/2023 nömrəli iş üzrə 9 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər – Əhməd Nurməmməd (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və Zaur Əliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında öz hüquqi mövqeyini onunla izah etmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin bağlanması və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən həmin kredit müqaviləsi əsasında icra sənədinin (icra qeydi) verilməsi, Cavabdeh tərəfindən İddiaçı həmin kredit müqaviləsi üzrə 90000 manat borcdan 40000 manat hissəsinin ödənilməsi iş in mübahisəsiz hallarıdır. Aşağı instansiya məhkəmələri tərəfindən işə baxılarkən notariusun icra qeydinin verilməsi halı məhkəmələrə bəlli olmuş, iş materiallarında icra icraatının hansı mərhələdə olması (davam etməsi və ya xitam olması) barədə hər hansı məlumat olmamışdır. İddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Notariusun icra qeydi mövcud olduğu (qüvvədə olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Qanunun 6.1.4-cü maddəsinə əsasən, notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.1- ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 23.1-ci maddəsində tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə notariusun icra qeydinin tələbkara qaytarılması qaydası müəyyən edilir. Lakin Qanunun 23.3-cü maddəsinə əsasən həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və həmin Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 739.1, 740.1, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1.4, 8.1-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Apellyasiya instansiya məhkəməsinin 2(106)-616/2023 nömrəli iş üzrə 14 iyun 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Pərviz Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, Beyləqan Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(020)-1485/19 saylı qərardadı ilə Cavabdeh mülkiyyətində olan Beyl əqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən 4,2786 ha torpaq sahəsinin üzərinə həbsin qoyulmasının hazırkı məhkəmə qərardadı qanuni qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırçışdır ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən 18 yanvar 2017-ci il tarixli kredit müqaviləsi əsasında 03 avqust 2018-ci il tarixində həmin müddət üçün vaxtında ödənilməmiş 30000 manat pulun, 24 iyun 2019-cu il tarixində isə 90000 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə icra qeydi verilmişdir. Bakı şəhəri 46 saylı notariat ofisinin 27 aprel 2023-cü il tarixli, X/710 saylı məktubundan göründüyü kimi, 03 avqust 2018-ci il tarixdə aparılmış, reyestrdə 8İ-1102 nömrə ilə qeyd edilmiş ic ra qeydi qüvvədədir. Beyləqan rayon İcra və Probasiya şöbəsinin 05 may 2023-cü il tarixli, 111847 nömrəli məktubundan isə göründüyü kimi, Bakı şəhəri 46 saylı notariat ofisinin 8İ1102 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən Cavabdeh 90000 manat pul alınıb İddiaçı verilməlidir. İcraat zamanı icra sənədi üzrə 40000 manat borcludan alınaraq tələbkara ödənilmişdir. Daha sonra tələbkar İddiaçı ərizəsinə əsasən 28 avqust 2019-cu il tarixdə icra sənədi icra olunmadan geri qaytarılmışdır. İcra sənədi icra olunması üçün yenidən rayon icra və probasiya şöbəsinə göndərilməmişdir. “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən (əvvəlki redaksiya üzrə) icra işinin icraatı dayandırılmışdır. Beyləqan rayon İcra və Probasiya şöbəsinin qeyd edilən məktubu ilə müəyyən edilir ki, 18 yanvar 2 017-ci il tarixli kredit müqaviləsi əsasında Bakı şəhəri 46 saylı notariat ofisinin 8İ- 1102 saylı, xx.xx.2019-cu il tarixli icra qeydi üzrə icraata xitam verilməmiş, onun dayandırılması üçün əsas tələbkarın müvafiq ərizəsi olmuşdur. Bu isə həmin icra qeydinin də hazırda qüvvədə olduğunu göstərən haldır.
20. Kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, notariusun icra qeydi qüvvədə olduğuna görə həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir və bu səbəbdən də MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 21. “İcra haqqında” Qanunun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır.
22. Həmin Qan unun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 23. “İcra haqqında” Qanunun 23.1-ci maddəsində tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə notariusun icra qeydinin tələbkara qaytarılması qaydası müəyyən edilir. Lakin Qanunun 23.3-cü maddəsinə əsasən həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və həmin Qanunla nəzərdə tutulan tədbirləri görməlidir.
24. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən, Azərbaycan Resp ublikası məhkəmələrinin qərarları icra sənədi sayılır.
25. MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
26. Hazırda iddia tələbi notariusun icra qeydinin verilməsi üçün əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlı olduğundan və notariusun həmin icra qeydinin hazırda qüvvədə olduğu müəyyən edildiyindən, hazırkı tələb üzrə işə baxılaraq məhkəmə aktının qəbul edilməsi yolverilməzdir. Belə ki, qəbul ediləcək məhkəmə aktı da özlüyündə icra sənədi hesab ediləcəyindən, notariusun hazırda qüvvədə olan icra qeydi də icra sənədi hesab olunduğundan, eyni öhdəlik üzrə iki icra sənədinin mövcudluğu halı meydana gələcəkdir. Bu səbəblə də, hazırkı iş üzrə icraata məhz MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.
27. Məhkəmə mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1, 6.1.4, 8.1, 23.1,23.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 261.0.2, 387.2.8, 162.3-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək qərardadın Beyləqan Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onun la əsaslandırılmışdır ki, İddiaçı ona borclu olan və müqavilə üzrə öhdəliyini yerinə yetirməyən cavabdehdən borcunu alabilmıədiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Notariusun icra qeydi üzrə bunu etmək mümkün olmamışdır. Həmin icra qeydi yalnız cavabdehin onu mübahisələndiriməsi halında mümkündür. Yəni, qanunvericilklə icra qeydinin ləğvi üçün hər hansı başqa üsul müəyyən edilməmişdir. Bu baxımdan da hesab edirik ki, apellyasiya instansiyası məhkəməsinin əsaslandırması yanlış olmaqla bərabər, iddiaçının hüquqularının pozulması ilə nəticələnmişdir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiqolunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddənin tələbindən göründüyü kimi, iş üzrə icraataxitam edilməsinin əsasında qanuni qüvvəyə minmiş məhkəmə aktları dayanır. İcra qeydi isə məhkəmə aktlarına aid deyildir. Bu halda, MPM-in adı çəkilən maddəsinə istinad edərək icra qeydinin mövcudluğunu əsas gətirməklə hazırki işin icraatına xitam verilməsi də mümkün deyildir.
31. Məhkəmə kollegiyası tərəfindən mübahisəli kredit müqaviləsi üzrə verilmiş icra qeydinin icra olunub-olunmaması araşdırılmalıydı.
32. İcra qeydinin ləğvi yalnız borclunun iradəsindən asılıdır. Yəni onun məhkəməyə müraciət etməsi ilə icra qeydinin ləğv edilməsi məsələsinə baxıla bilər. Be ləliklə də,notariusun icra qeydi cavabdeh tərəfindən icra edilməmişdir.
33. İşin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi pul tələbidir. Bu iddianın hüquqi əsasını isə icra qeydi deyil, tərəflər arasında bağlanmış və cavabdeh tərəfindən icra edilməmiş kredit müqaviləsidir.
34. İcra qeydi hüquqi nəticələr yaratmır. Digər tərəfdən, İddiaçı həm də icra qeydi üzrə tələbkardır. İcra qeydinin iddiaçı, habelə, icra qeydini qəbul etmiş notarius tərəfindən hər hansı qaydada ləğvi qanunvericiliklə müəyyən edilməmişdir. Həmin icra qeydinin ləğvinə dair iddia tələbi iləborclu, yəni hazırki iş üzrə cavabdeh məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin cavabdeh tərəfindən belə bir iddia irəli sürülməmişdir.
35. Bundan başqa, hazırki işə baxılmağa başlandıqdan sonra Cavabdeh, İddiaçı ilə aralarında notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçıya verdiyi 40000 manat və 277000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 317030 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilməmişdir.
36. Bundan sonra onun apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsi, apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə 03 mart 2021-ci il tarixli qətnamə qəbul etmişdir. Həmin iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 23 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılılmışdır.
37. Beləliklə də, cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri, habelə həmin müqavilə üzrə verilmiş icra qeydini yerinə yetirməmişdir. Bu baxımdan da, İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır.
38. Buna görə hesab edirik ki, notariusun icra qeydinin mövcud olub-olmamasından asılı olmayaraq hazırki işin məhkəmə qaydasında baxılması mümkün hesab edilməlidir.
39. İddiaçının vəkil və nümayəndəsi tərəfindən məhkəməyə mülahizə təqdim edilmişdir. Lakin məhkəmə qətnaməsində bu na dair heç bir qeyd yoxdur.
40. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, məhkəmə kollegiyası işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da kobud pozuntuya yol vermişdir.
41. Hesab edirik ki, iş üzrə heç bir araşdırma aparmayan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu baxımdan da məhkəmə kollegiyasının gəldiyi bu nəticəni ədalətli hesab etmirik.
42. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 448.1-ci mnaddələrinə və Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə də istinadla əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanun u
44. Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi hesab olunur.
45. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 46. 19.2. İcraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. 47. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 48. 23.1.1. tələbkarın ərizəsi əs asında; 49. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
50. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
51. Maddə 384.0 və 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tam amilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 56. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qərardad Beyləqan Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi hissəsinidə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə iş üzrə düzgün məhkəmə aktı qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.Apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
60. Apelyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbi notariusun icra qeydinin verilməsi üçün əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlı olduğundan və notariusun həmin icra qeydinin hazırda qüvvədə olduğu müəyyən edildiyindən, hazırkı tələb üzrə işə baxılaraq məhkəmə aktının qəbul edilməsi yolveril məzdir. Belə ki, qəbul ediləcək məhkəmə aktı da özlüyündə icra sənədi hesab ediləcəyindən, notariusun hazırda qüvvədə olan icra qeydi də icra sənədi hesab olunduğundan, eyni öhdəlik üzrə iki icra sənədinin mövcudluğu halı meydana gələcəkdir. Məhkəmə kollegiyası da apellyasiya məhkəməsinin göstərilən əsaslandırması ilə razılaşır. Lakin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin yuxarıdakı əsaslandırmaya əsaslanaraq, hazırkı iş üzrə icraata məhz MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməli olması barədə fikri ilə razılaşmır.Çünki iş üzrə icraata xitam verilməsi üçün MPMin 261.0.2-ci maddəsində göstərilən hallar mövcud deyil.Məhkəmə kollegiyası belə hesab edir ki, iş üzrə hallara MPM-in 261.0.1-ci maddəsi tətbiq edilməli və həmin maddəyə istinad edilməkə iş üzrə icraata xitam verilmə li idi.Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə müvafiq olaraq mübahisənin həlli məqsədilə icra sənədi hesab edilən icra qeydi verilmişdir.İş materiallarından da icra qeydinin yenidən icraya yönəldilməsinə maneə müəyyən edilmir. Yəni artıq məhkəmə tərəfindən baxıla bilən mübahisə mövcud deyil. Göstərilən nöqsana baxmayaraq apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.Yəni, prosessual pozuntu düzgün məhkəmə aktı qəbul edilməməsi ilə nəticələnməmişdir.
61. Kassasiya şikayətinin məhkəmə kollegiyası tərəfindən mübahisəli kredit müqaviləsi üzrə verilmiş icra qeydinin icra olunub-olunmamasının araşdırılmalı olması barədə dəlili ilə əlaqədar kassasiya kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi icra qeyd üzrə icra icraatının hansı mərhələdə olması a raşdırılmış və iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən 18 yanvar 2017-ci il tarixli kredit müqaviləsi əsasında 03 avqust 2018-ci il tarixində həmin müddət üçün vaxtında ödənilməmiş 30000 manat pulun, 24 iyun 2019-cu il tarixində isə 90000 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə icra qeydi verilmişdir. Bakı şəhəri 46 saylı notariat ofisinin 27 aprel 2023-cü il tarixli, X/710 saylı məktubundan göründüyü kimi, 03 avqust 2018-ci il tarixdə aparılmış, reyestrdə 8İ-1102 nömrə ilə qeyd edilmiş icra qeydi qüvvədədir. Beyləqan rayon İcra və Probasiya şöbəsinin 05 may 2023cü il tarixli, 111847 nömrəli məktubundan isə göründüyü kimi, Bakı şəhəri 46 saylı notariat ofisinin 8İ-1102 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən Cava bdeh 90000 manat pul alınıb İddiaçı verilməlidir. İcraat zamanı icra sənədi üzrə 40000 manat borcludan alınaraq tələbkara ödənilmişdir. Daha sonra tələbkar İddiaçı ərizəsinə əsasən 28 avqust 2019-cu il tarixdə icra sənədi icra olunmadan geri qaytarılmışdır. İcra sənədi icra olunması üçün yenidən rayon icra və probasiya şöbəsinə göndərilməmişdir. “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən (əvvəlki redaksiya üzrə) icra işinin icraatı dayandırılmışdır. Beyləqan rayon İcra və Probasiya şöbəsinin qeyd edilən məktubu ilə müəyyən edilir ki, 18 yanvar 2017-ci il tarixli kredit müqaviləsi əsasında Bakı şəhəri 46 saylı notariat ofisinin 8İ-1102 saylı, xx.xx.2019- cu il tarixli icra qeydi üzrə icraata xitam verilməmiş, onun dayandırılması üçün əsas tələbkarın müvafiq ərizəsi olmuşdur. Bu i sə həmin icra qeydinin də hazırda qüvvədə olduğunu göstərən haldır.
62. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.2 və 23.3-cü maddələrinə müvafiq olaraq da hal-hazırda da verilmiş icra sənədi üzrə tələbkarın müvafiq müraciəti əsasında icra sənədinin yenidən icraya yönəldilməsi və dayandırılmış icra icraatının təzələnməsi imkanı mövcuddur.
63. Kassasiya şikayətinin iddiaçının vəkil və nümayəndəsi tərəfindən məhkəməyə mülahizə təqdim edildiyi,lakin məhkəmə qətnaməsində buna dair heç bir qeyd olmaması dəlili ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, dəlildə “qətnamə” yazılması texniki səhvlikdir.Çünki şikayət verilən məhkəmə aktı “qərardad”dır.Ümumiyyətlə isə apellyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən əvvəlllər kassasiya qaydası nda işə baxmış məhkəmə tərkibinin göstərişini yerinə yetirməklə iş üzrə halları araşdıraraq həmin hallara hüquqi qiymət vermişdir,Ona görə də dəlil formal mülahizə kimi qiymətləndirilir.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən düzgün məhkəmə aktı qəbul edilməməsi ilə nəticələnmiş prosessual hüquq normalarının pozulması halına yol verilməmişdir, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş k assasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-616/2023 nömrəli mülki iş üzrə 14 iyun 2023-cü il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.