Məhkəmə qərarları › İş №2(102)-3246/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3246/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3246/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan, sağlamlığına dəymiş zərərə görə aylıq ödənc, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə dair iddia müddəti ) Kateqoriya: istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi, maddi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan iba rət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3391/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı 26 yanvar 1988-ci ildə keçmiş Qaradağ Tikinti Materialları Kombinatında 5-ci dərəcəli elektrik çilingəri işində işləyərkən istehsalat qəzası nəticəsində xəsarət almış, nəticədə 60 faiz əmək qabiliyyətini itirmiş və xx.xx.1988-ci ildən ona əmək zədəsi səbəbindən üçüncü dərəcə əlillik müəyyən edilmiş, hər dəfə növbəti müayinə tarixi bir il müəyyən edilmiş, xx.xx.2004-cü ildən isə müd dətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Cavabdeh ASC iddiaçının işlədiyi müəssisə özəlləşdikdən sonra xx.xx.2002ci ildən fəaliyyətə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC özəlləşdiyi vaxtdan 3-cü qrup əlil kimi zərərə görə aylıq ödəncin yenidən hesablanıb ödənilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Həmin müəssisədə 1981-ci ildən işləmiş, qəzadan sonra yüngül işə keçirilmiş, 2001-ci ilədək orada işləmişdir. İşlədiyi dövrdə ona 196 manat 20 qəpik məbləğində zərərə görə aylıq ödən c edilməli idi, lakin ona 119 manat müəssisə özəlləşənə kimi aylıq ödənc edilmişdir, buradan məlum olmuşdur ki, ona hər ay 77 manat 20 qəpik az ödəniş edilməmişdir. Müəssisə 2002-ci ildə özəlləşdikdən sonra ödəncin ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin tələbləri Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, 5-ci dərəcəli elektrik çilingəri vəzifəsi ştat cədvəlindən çıxarılmış, zərərə görə aylıq ödənc düzgün hesablanmamış və ödənilməmişdir. 2021-ci ilə qədər aylıq ödənclər natamam hesablanmış, həmçinin natamam ödənilmişdir, hətta cavabdeh tərəfin bəzi tarixlərdə ona ödədiyi məbləğlərin istehsalat xəsarətinə görə olduğunu belə müəyyən etmək mümkün deyildir. 2021-ci ildən isə ümumiyyətlə cavabdeh ödəniş etməkdən imtina etmişdir. O, bu barədə dövlət orqanlar ına, o cümlədən X2 Xidmətinə çoxsaylı müraciətlər etmiş, lakin məhkəməyə indiyə kimi müraciət etməmişdir. Ona hər dəfə X2 Xidməti tərəfindən standart cavablar göndərilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

4. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür, müəssisənin özəlləşməsi 2002-ci ildə başa çatmış, iddiaçı isə 2023-cü ildə məhkəməyə müraciət edərək həmin dövrdən indiyə kimi zərərə görə aylıq ödəncin tutulmasını tələb etmişdir. Ona görə də iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir. Bundan əlavə cavabdeh müəssisə özəlləşdikdən sonra qısa bir müddət işləmiş, lakin hazırda faktiki olaraq fəaliyyətini dayandır mışdır. Demək olar ki, işçiləri qalmamışdır, maliyyə vəziyyəti ağırdır, müflisləşmə ilə bağlı sənədlər hazırlanmaqdadır. Əslində iddiaçı tərəfə müəyyən vaxtlarda aylıq ödənclər ödənilmişdir, lakin müəssisə işləmədiyindən və yanğın hadisələri olduğundan iddiaçı ilə bağlı 2020-ci ildən əvvələ aid sənədlərin tapılması, həmin vaxta qədər dəqiq hesabatın aparılması mümkün deyildir. Buna baxmayaraq son illərə aid sənədlər cavabdehdə mövcuddur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2022-ci il tarixli ekspert rəyinə görə iş materiallarında İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində təyin edilmiş əlilliklə əlaqədar (əmək qabiliyyətinin itirilmə faizi: 60 faiz) 13 aprel 2023-cü il tarixə qədər "xxxx" ASC tərəfindən hansı məbləğdə aylıq ödənc ödənilməsi və hansı məbləğdə aylıq ödənc ödənilmədiyi haqqında ilkin mühasibat sənədləri (o cümlədən əmək müqavilələri, əmək haqqı barədə məlumatlar, aylıq ödənclərin ödənilməsinə dair çıxarışlar və s.) olmadığından həmin suallar üzrə tədqiqat aparmaq mümkün deyildir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin mütəxəssisinin gəldiyi nəticəyə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli qərarının 3.3, 3.4 və 3.5-ci maddələrinin tələbləri təmin olunmadığından yekun və dəqiq rǝy vermək mümkünsüzdür. Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-38/061/2023 nömrəli məktubuna əlavəyə əsasən 20022022-ci illərdə və 2023-cü ilin yanvar-mart aylarında mədənçıxarma sənayesi sahəsində X1 Təsnifatı üzrə orta aylıq nominal əməkhaqqı məbləğləri məhkəmə tərəfindən əsaslı hesab edildiyi halda, İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində təyin edilmiş əlilliklə əlaqədar (əmək qabiliyyətinin itirilmə faizi: 60 faiz) 30 iyul 2004-cü ildən 13 aprel 2023-cü il tarixə qədər hesablanmalı olan aylıq ödənclərin ümumi məbləği 255634,2 manat (xx.xx.2004-cü ildən xx.xx.2023-cü il tarixə qədər orta nominal əmək haqqının cəmi 426057,0 manat x 60 faiz) təşkil edir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(002)43/2024 saylı qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia qismən təmin edilmiş, iddiaçıya istehsalatda əmək xəsarəti nəticəsində təyin edilmiş 3-cü qrup əlilliklə əlaqədar (əmək qabiliyyətinin itirilmə faizi: 60 faiz) ödənilməli aylıq ödəncin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunamüvafiq qaydada yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qət olunmuş, iddia qalan hissədə rədd olunmuşdur.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya ödənclər qanunamüvafiq qaydada hesablanıb ödənilmədiyindən cavabdeh təşkilatın rəhbəri X2 Xidməti tərə findən xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda, Cavabdeh ASC-nin iddiaçı ilə bağlı 2020-ci ilədək olan zəruri sənədləri təqdim edə bilməməsi səbəbindən ekspert rəyinin alınması və ödənilməyən ödənc məbləğinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır.

8. Mülki iş üzrə sübutlara və məhkəmə iclasında müəyyən edilən hallara əsasən hesab olunmalıdır ki, mövcud qanunvericiliyə əsasən cavabdeh iddiaçının sağlamlığına dəymiş zərərə görə aylıq ödəncin ödənilməsi öhdəliyini daşıyır.

9. Həmçinin, mövcud qanunvericiliyə və məhkəmə təcrübəsinə (o cümlədən bu mövzuda məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-324/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına) əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Eyni zamanda, iddia irəli sürülməzdən əvvəlki üç il üçün sənədlər cavabdeh təşkilatda mövcud olduğundan, həmin dövr üzrə müvafiq ödəncin onun tərəfindən yenidən hesablanıb ödənilməsi iddiaçının pozulmuş hüququnun bərpası ilə yanaşı, praktiki cəhətdən də mümkündür.

10. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddia tələbi cavabdehə öhdəliyin qoyulması ilə bağlı olduğundan, mübahisənin bu qaydada həlli verilmiş tələb üzrə qətnamə qəbul edilməsi zərurəti ilə bağlı prosessual normaya da uyğundur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1118.2, 1119.1 və 1126.1-ci, Əmək Məcəlləsinin 15.2 və 239-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.6-cı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 1.1ci bəndi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və xx.xx.2004-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi müvafiq ödənişlərin hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində iddiaya son 3 il üçün ödənişlərin verilməsi tətbiq olunmuş, lakin əvvəlki illər nəzərə alınmamışdır. Bu isə həm işin faktiki hallarına uyğun olmamaqla, eyni zamanda qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. O, 2002-ci ildən bu günə kimi həmin bu ödənişlərin alınması ilə əlaqədar həm cavabdehə, həm də müxtəlif idarə və təşkilatlara müraciət etmişdir. Rəhbərlik 2001-ci ildə onu əmək qabiliyyətini tam itirmiş kimi qələmə verib xəbəri olmadan işdən azad ediblər. Tibbi Sosial Ekspertizanın rəyində qeyd olunan əməyin şərait və xarakteri haqqında qərardan aydın olur ki, o, öz səhhəti üzrə öz həcmində işləyə bilər. Bu əsas verir ki, Qaradağ ASC-nin rəhbərliyi qərəzli mövqe tutaraq onu texnoloq vəzifəsindən, daha doğrusu işdən qeyriqanuni işdən azad ediblər. Hal-hazırda da ondan qisas almaq məqsədi ilə zərərə görə aylıq ödənişi nə düzgün hesablayırlar, nə də hal-hazırda son 2 ildir ki, ödənişi heç bir səbəb, əsas olmadan tam dayandırıblar.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3391/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəməd Rüstəmli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəvə əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 26 yanvar 1988-ci ildə keçmiş Qaradağ Tikinti Materialları Kombinatında 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləyərkən istehsalat qəzası nəticəsində xəsarət almış, nəticədə 60 faiz əmək qabiliyyətini itirmişdir. Beləliklə, iddiaçıya istehsalatda əmək xəsarəti nəticəsində təyin edilmiş 3-cü qrup əlillik təyin edilmişdir. Beləliklə də qüvvədə olan qanunver iciliyə əsasən cavabdeh iddiaçının sağlamlığına dəymiş zərərə görə aylıq ödəncin ödənilməsi öhdəliyi daşıyır.

17. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3, 1118.2, 1119.1, 1126.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2, 239.1, 239.2, 239.3-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmu ş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.6, bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işə yenidən həmin məhkəmədə baxılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq iddiaçı qeyd etmişdir ki, işlə əlaqədar ekspertiza təyin edilərkən ona olan ödənişlərin məbləği müəyyən edilmək üçün müvafiq sənədlərin əldə edilməsinə zərurət yaranmış, cavabdeh orqan ona məxsus olan maliyyə sənədlərinin idarədə baş vermiş yanğın zamanı tamamilə yanaraq kül olduğunu əsas götürərək, həmin sənədlərin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını göstərmişdir. Lakin, məhkəmə baxışı zamanı AR Fövqəladə Hallar Nazirliyinə müvafiq sorğular verilmiş və həmin sorğulara verilmiş cavablar nəticəsində cavabdeh olan Cavabdeh ASC-nin inzibati binasında həmin bu müddət ərzində hər hansı bir yanğın hadisəsinin baş vermədiyi göstərilmişdir.Təbii ki, həmin təşkilata aid olan vergi hesabatları və həmçinin sosial sığorta haqlarının ödənişləri ilə əlaqədar sənədlər müvafiq dövlət orqanlarına sorğu verilərək əldə oluna bilərdi. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən buna cəhd edilməmiş və bununla da məhkəmə işin tam və obyektiv baxılmasına şərait yaratmamışdır.

21. Bundan başqa, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tərəfindən xx.xx.2023-cü il tari xli rəy verilmişdir. Artıq ekspert tərəfindən ona ödəniləcək məbləğ qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən bu ekspert rəyi sübut kimi qəbul edilməmişdir.

22. Kassasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379, 384, 1119-cu maddələrinə istinad edilmişdir. b)

23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

25. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir).

26. Maddə 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi ş əxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.

27. Maddə 384.0.3. Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi

28. Maddə 15(hissə 2). Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azə rbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.

29. Maddə 239 (hissə 1). İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

30. Maddə 239 (hissə 2). İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nət icəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

31. Maddə 239 (hissə 3). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisin in ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları

32. Bənd 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmu ş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”

33. Bənd 1.1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxthadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər öd ənilir.

34. Bənd 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.

35. Bənd 3.5. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır.

36. Bənd 3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvə zini ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

47. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya i nstansiyası məhkəməsi yeni sübut qəbul etmir.

48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlillər i qətnamənin ləğvinə əsas vermir.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3391/2024 nömrəli iş üzrə 5 iyun 2024-cü il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar