Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-325/2018 18.01.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 18 yanvar2018-ciil İş№ 2(102)-325/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, kassatorun vəkili X1in iştirakı ilə, İddiaçı1in Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7213/2017 saylı 09 avqust 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova, iş № 2(005)-1719/2017)iddia ərizəsi qismən təmin edilərək, cavabdeh "xxxx" MMCnin İddiaçı1in mülkiyyətində olan mənzilin istilik təhcizatının dayandırılması kimi hərəkətləri qanunsuz hesab edilərək, bu cür hərəkətlərə gələcəkdə yol verilməsinin qadağan olunması, ünvan 1 ünvanında yerləşən mənzilin kəsilmiş istilik sisteminin bərpa edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulması, kommunal xərclərin aylıq tarifi 01 yanvar 2013-cü il tarixli müqavilədə qeyd edilmiş 0,80 manat məbləğin 2017-ci ilin aprel ayına kimi müəyyən edilməsi, istilik sisteminin kəsilməsi ilə bağlı iddiaçının çəkdiyi müalicə xərci olaraq 81,10 manat, mənəvi zərər olaraq 1.200 manat, hüquqi yardım olaraq 800 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.111,1 0 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən İddiaçı1in xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və S.F.Hacıyev, iş № 2(103)7213/2017) cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı1in cavabdeh "xxxx" MMC-nə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə gələcəkdə yol verilməsinin qadağan olunması vəzifəsinin qoyulması; iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kəsilmiş istilik sisteminin bərpa edilməsi vəzifəsinin Cavabdeh1-in üzərinə vəzifə kimi qoyulması; kommunal xərclərin aylıq tarifinin əvvəlki 01 yanvar 2013-cü il tarixli müqavilədə qeyd edilmiş 0,80 manat məbləğində müəyyən edilməsi; istilik sisteminin kəsilməsi ilə bağlı onun uşaqlarının xəstələnməsi ilə əlaqədar 81,10 manat məbləğində müalicə xərclərinin, hüquqi yardımın göstərilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilmiş 2.000 manat məbləğində pul vəsaitinin, mənəvi zərər olaraq 10.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, "xxxx" MMC tərəfindən İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin istilik təchizatının dayandırılması qanusuz hesab edilərək, mənzilin istilik sistemin in və təchizatının bərpa edilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nə həvalə edilmiş, qalan hissədə İddiaçı1in iddia tələbi rədd edilmişdir. Göstərilən qətnamədən İddiaçı1 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı1in Cavabdeh1-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1-in hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə gələcəkdə yol verilməsinin qadağan olunması vəzifəsinin qoyulması; iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kəsilmiş istilik sisteminin bərpa edilməsi vəzifəsinin Cavabdeh1-in üzərinə vəzifə kimi qoyulması; kommunal xərclərin aylıq tarifinin əvvəlki 01 yanvar 2013-cü il tarixli müqavilədə qeyd edilmiş 0,80 manat məbləğində müəyyən edilməsi; istilik sisteminin kəsilməsi ilə bağlı onun uşaqlarının xəstələnməsi ilə əlaqədar 81, 10 manat məbləğində müalicə xərclərinin, 10.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1-dən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər Cavabdeh1-in və "xxxx" MMC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə gələcəkdə yol verilməsinin qadağan olunması vəzifəsinin qoyulması; iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kəsilmiş istilik sisteminin bərpa edilməsi vəzifəsinin Cavabdeh1-in üzərinə vəzifə kimi qoyulması; kommunal xərclərin aylıq tarifinin əvvəlki 01 yanvar 2013-cü il tarixli müqavilədə qeyd edilmiş 0,80 manat məbləğində müəyyən edilməsi; istilik sisteminin kəsilməsi ilə bağlı onun uşaqlarının xəstələnməsi ilə əlaqədar 81,10 manat məbləğində müalicə xərclərinin, hüquqi yardımın göstərilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilmiş 2.000 manat məbləğində pul vəsaitinin, mənəvi zərər olaraq 10.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1-dən və "xxxx" MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 148,3 kv.metr-yaşayış sahəsi, 84,5 kv.metr, yardımçı sahəsi 63,8 kv.metr olmaqla, 27.10.2012-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində RX seriyalı ******* nömrəli çıxarışla qeydiyyata alınmış və həmin mənzil onun xüsusi mülkiyyəti hesab edilmişdir. Qeyd edilən mənzilin kommunal xərcləri (qaz, su, işıq) onun tərəfind ən mütəmadi olaraq sayğac göstəricilərinə əsasən ödənilir. Lakin mənzilin yerləşdiyi binada cavabdeh tərəfindən göstərilən xidmətlər tərəflər arasında olan müqavilə əsasında göstərilir: liftin saxlanılması; yaşayış binasının ətraf sahəsinin və ərazisinin təmiz vəziyyətdə saxlanılması; pilləkən və lift sahəsinin təmiz vəziyyətdə saxlanılması; su-nasos kompleksinin cari təmirinin və mütəmadi iş rejiminin təmini; istilik sisteminin cari təmiri və mütəmadi iş rejiminin təmini; yaşayış binasının blok və ətraf sahəsində işıqlandırma sisteminin təmini; binanın ətraf sahəsinin və həyətyanı ərazisinin mühafizə olunması. Həmin xidmətlərin göstərilməsi üçün tərəflər arasındakı 2/163 nömrəli 01 yanvar 2013-cü il tarixli müqavilə əsasında razılaşdırılmış və tarif 1 kv/m üçün 0,80 qəpik məbləğində müəyy ən edilmişdir. Əlavə olaraq, avtomobilin saxlanılması üçün onun tərəfindən hər ay üçün Cavabdeh1-ə 60 manat məbləğində ödəniş edilmiş, lakin həmin ödənişlərin qəbzini tələb etməsinə baxmayaraq, ona rəsmi yox sadəcə digər kommunal xərclərin ödənişi qeyd edilən qəbzlərin arxa hissəsində yazılmışdır. Cavabdeh tərəfindən 2017-ci ildə Tarif Şurasının işıq və qazın qiymətlərinin artırılması əsas tutularaq, qeyd edilən müqavilə dəyişdirilmiş və birdən-birə qiymət 1,30 manat tarifində tətbiq edilmişdir. O, cavabdehə bununla bağlı iradını bildirdikdə onunla razılaşmamış və onun mənzilinə verilən istilik sistemini 2017-ci ilin yanvar ayından dayandırmışdır. Onun tərəfindən bununla bağlı cavabdehə rəsmi olaraq pretenziya ünvanlanmış və sözügedən xidmətlərin dəyərinin qaldırılmasının qanunsuz olduğunu bildirmişdir. Həmin Pretenziya məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarını və həmin qərara edilmiş 17 fevral 2012-ci il tarixli dəyişiklikdən sonra qərarda göstərilən kommunal xərclərin müəyyənləşdirilməsi bildirilmişdir. Həmin xidmətlərə əlavə olaraq mühafizə xidmətinin əlavə edilməsi də onun tərəfindən nəzərə alınaraq ödənişin köhnə tariflə 0,80 manat olaraq saxlanılmasına etiraz etməmişdir. Lakin onun tərəfindən edilmiş bu ödənişlər qəbul edilməyərək yeni müəyyən etdikləri qiymətlərlə ödənilməsini tələb etmişlər. Cavabdeh tərəfindən onun pretenziya məktubuna cavab olaraq bildirilmişdir ki, onların fəaliyyətində heç bir qanunsuzluq yoxdur və bu artım sadəcə olaraq qış mövsümü ilə əlaqədar olub, oktyabr ayından aprel ayınadək n əzərdə tutulmuşdur. Onun tərəfindən mütəmadi olaraq 01.11.2012-ci tarixdən başlayaraq 07.11.2016-cı il tarixədək hər ay üçün mütəmadi olaraq kommunal xərclərə görə 144,00 manat, avtomobilin saxlanılması üçün isə 60 manat olmaqla vəsait ödənilmişdir. Əgər həqiqətən cavabdehin qeyd etdiyi kimi, həmin artım qış aylarını əhatə edirdisə onda 2012-2016-cı illər ərzində yay aylarında ondan artıq pul alınmış və əsassız yerə ona maddi zərər vurulmuşdur. Cavabdeh tərəfindən mənzilin istilik sisteminin qanunsuz olaraq kəsilməsi isə öz növbəsində onun ailə üzvlərinin xəstələnməsinə və ona əlavə olaraq mənəvi zərərin vurulmasına gətirib çıxarmışdır. Əlavə olaraq bildirmişdir ki, onun tərəfindən yaşadığı mənzildə telekanallara baxmaq üçün cavabdehin təqdim etdiyi "xxxx" yox, başqa şirkətin xidmətindən f aydalanmaq istəyi cavabdeh tərəfindən məhdudlaşdırılmış, mənzilinə telefon xəttini öz seçimi üzrə xidməti ona daha əlverişli olan telekommunikasiya xidmətindən çəkmək istəyi bildirilsə də, cavabdeh tərəfindən bu da məhdudlaşdırılmış və qeyd edilmişdir ki, həmin şirkətlərin cavabdehlə müqaviləsi olmadığından və binada baza qurulmadığından həmin şirkətlərin ona xidmət göstərməsi qeyri-mümkündür. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 hazırda fəaliyyət göstərmir, "xxxx" MMC isə Cavabdeh1-in hüquqi varisidir və iddiaçının yaşadığı bina sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmir, idarəçiliyi cavabdeh "xxxx" MMC həyata keçirir və birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi yalnız cavabdeh "xxxx" MMC-yə qarşı olmalı, digər Cavabdeh1 hazırda fəaliyyət göstərmədiyindən hazırki iddia tələbi üzrə cavabdehlikdən çıxarılması qərara alınmışdır. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1 nümayəndəsi X5 və vəkili X6 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qismən- iddia tələblərinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilmə miş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Mülki Məcəllənin 137.5, 398.1, 421.1, MPM-nin 77.1, 88, 217.3, 220.4-cü maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili X7 kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7213/2017 saylı 09 avqust 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsinə vəkassasiyaşikayətinintəminolunmasınadairqərarqəbuledilməsinixahiş etmişdir. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandı rılmalarınabaxmay araqcavabdehin nümayəndəsi heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatorun vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə mübahisələndiri lən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkə mə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kommunal xərclərin aylıq tarifinin əvvəlki 01 yanvar 2013-cü il tarixli müqavilədə qeyd edilmiş hər kv.metr sahəyə görə 0,80 manat məbləğində müəyyən edilməsinə dair iddia tələbi əsassızdır və həmin hissədə iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi göstərilən nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Həmin Məcəllənin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu 29 dekabr 2015-ci il tarixli Qərarında xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. İş materiallarından görünür ki, cavabdeh "xxxx" MMC idarəçiliyində olan binada respublikada həyata keçirilən enerji daşıyıcılarının qiymətinin 01.12.2016-cı il tarixdən yenidən artırılmasını nəzərə alaraq idarəçiliyi üzərinə götürmüş orqan kimi binada yaşayan sakin kimi İddiaçı1 əvvələr bağlanmış 01 yanvar 2013-cü il tarixli 2/163 nömrəli müqaviləyə dəy işiklik edilməsi və 2016-cı ilin dekabr ayının 1-dən mənzillərdə xidmət haqqının hər kv.m üçün 1,3 AZN tarifinin tətbiq olunmasını bildirmişdir. İddiaçı1 bununla razılaşmayaraq 01 yanvar 2013-cü il tarixli müqavilədə qeyd edildiyi kimi hər kv. metr sahəyə görə 0,80 manat məbləğində müəyyən edilməsinə dair iddia tələbi irəli sürmüşdür. Tərəflər arasında bağlanmış 01 yanvar 2013-cü il tarixli 2/163 nömrəli müqavilənin 6-cı maddəsində qeyd edilmişdir ki, icraçı xidmətlərin bazar qiymətlərinin (inflyasiya nəticəsində xidmətlər və malların, qaz, su, elektrik, tullantıların daşınması qiymətlərinin qalxması, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, maaşların artırılması, xidmət sahəsinin genişləndirilməsi) təsiri nəticəsində yuxarı və aşağı tərəfə dəyişə bilər. Bu zaman Sifarişçi 10 gün ə vvəlcədən məlumatlandırılır. İş materiallarından göründüyü kimi, respublikada su, enerji daşıyıcılarının qiymətinin artırılması ilə əlaqədar 2016-cı ilin dekabr ayının 1-dən mənzillərdə xidmət haqqının hər kv.m üçün 1,3 AZN tarifinin tətbiq olunması barədə məlumat binanın sakinlərinə "xxxx" MMC tərəfindən əvvəlcədən verilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən təqdim edilmiş Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən binanın ümumi sahələrinə çəkilən xərclərin hesablanmasından görünür ki, hazırda orta aylıq çəkilən xərc nəzərə alınmaqla həmin bina üçün sahə mülkiyyətçiləri tərəfindən ödənilməli olan məbləğ hər kv.m. üçün 0,80 manatdan artıq müəyyən edilmişdir. Mülki qanunvericiliyinin normalarına görə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin Siyahısı" təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respubli kası Qanununun 4-cü maddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1-ci maddələri). Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 dekabr 2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların ( qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirmişdir ki, idarəçiliklərində olan iddiaçının yaşadığı binanın bəzi sakinləri ilə yeni tariflərə uyğunlaşdırılmış müqavilələr bağlanmış, d igərləri ilə isə bu istiqamətdə danışıqlar aparılır. Lakin, iş materiallarından görünür ki, İddiaçı1 tərəfindən heç bir əsas olmadan ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların- qaz, elektrik, su- qiymətlərin Tarif Şurası tərəfindən artırılmasını nəzərə almadan 01 yanvar 2013-cü il tarixli müqavilədə qeyd edildiyi kimi hər kv.metr sahəyə görə 0,80 manat məbləğində müəyyən edilməsinə dair iddia tələbi irəli sürülmüşdür. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi əsassızdır, həmin tələb yuxarıda istinad olunan normaların tələbi baxımdan ağlabatan və ədalətli hesab oluna bilməz. Ona görə həmin hissədə İddiaçı1 iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası iddia ərizəsinin “istilik sisteminin kəsilm əsi ilə bağlı iddiaçının uşaqlarının xəstələnməsi ilə əlaqədar 81,10 manat məbləğində müalicə xərclərinin, 10.000 manat məbləğində mənəvi ziyanın və hüquqi yardım göstərməsi ilə əlaqədar ödənilmiş 2.000 manat məbləğində pul vasaitinin cavabdeh "xxxx" MMC-dən İddiaçı1in xeyrinə tutulması” hissəsinə münasibətdə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissədə də iddia ərizəsi təmin edilməməlidir. Belə ki, İddiaçı1in iddiasında cavabdeh "xxxx" MMC tərəfindən onun mənzilinə istilik təchizatının dayandırılması nəticəsində onun uşağının xəstələnməsini və bununla əlaqədar 81,10 manat məbləğində müalicə xərclərini çəkməsini qeyd etsə də, həmin halların cavabdehin hərəkətləri nəticəsində baş verməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası M ülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, "hər bir hüquq pozunt usu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa zi yan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsızlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi, mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıd ır. Lakin cavabdeh "xxxx" MMC-nın hərəkətləri ilə iddiaçının uşağının xəstələnməsi arasında səbəbli əlaqə yoxdur. İddia tələbinin iddiaçıya mənəvi ziyanın əvəzinin ödənilməsinə dair hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq müəyyən edilir və bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalı, zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zə rər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Ali Məhkəməsinin Plenumu eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbinin “vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul tutulması” hissəsində rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilmiş 2.000 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən İddiaçı1in xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi doğru qeyd etmişdir ki, iddia tələbləri çox hissəsində öz təsdiqini tapmadığından məhkəmə xərcləri qismində göstərilən 2.000 manat nümayəndəyə çəkilmiş xərcin cavabdeh "xxxx" MMC-dən İddiaçı1in xeyrinə tutulması məqsədəmüvafiq hesab edilə bilmə z. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7213/2017 saylı 09 avqust 2017-ci il tarixli qətnaməsi verilm iş kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-325/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-325/2018
18.01.2018 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver