Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3250/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(108)-01/2022 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublika sı Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X6 və İddiaçı1 11 sentyabr 1992-ci il tarixdə nikaha daxil olmuşlar. İddiaçı2 və İddiaçı3 onların övladlarıdır.
2. Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 24, 13 saylı mənzil X9 məxsus olmuş, sonuncunun ölümündən sonra 03 iyul 2014-cü il tarixli vərəsəlik şəhadətnaməsi əsasında birgə mülkiyyət hüququ ilə X3, X4, X2, X5, Cavabdeh və X1 adına qeydiyyata alınmış, 02 dekabr 2014-cü il tarixli müqaviləsi ilə isə X10, X11, X7, X12 mənzildəki özlərinə məxsus payı Cavabdeh bağışlamış və daşınmaz əmlakın dövlət reyestrində mənzilin 5/6 hissəsində sonuncunun, 1/6 hissədə X1 adına qeydiyyata alınmışdır.
3. X6 19 iyul 2016-cı il tarixdə ölmüşdür.
4. Naxçıvan Şəhər Məhkəməsinin 05 oktya br 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək, Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 24 ünvanında yerləşən 13 saylı mənzilin paylı mülkiyyətçilərin razılığı olmadan satılması və satışdan əldə olunacaq məbləğin 5/6 hissəsinin Cavabdeh, 1/6 hissəsinin isə X1 prosessual hüquq varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 olmaqla verilməsi, mənzilin ilkin satış qiymətinin 71730 manat müəyyən olunması qət edilmişdir. Həmin qətnamə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmiş, icra icraatı qaydasında mənzil hərraca çıxarılaraq Cavabdeh satılmış, sonuncu tərəfindən mənzilin 1/6 hissəsinin dəyəri kimi iddiaçılara verilməsi üçün 1 1486,50 manat icra məmurlarının xüsusi vəsaitlər hesabına ödənilmiş və 18 iyul 2017-ci il tarixdə mənzil daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 24, 13 saylı mənzildən yaşayış və istifadə hüququ verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 11 sentyabr 1992-ci il tarixdə mübahisəli mənzilə gəlin köçmüş, uşaqları həmin mənzildə doğulmuşlar. Mərhum ərinin xəstəliyi ilə əlaqədar tez-tez müayinə və müalicə üçün Bakı şəhərinə getmiş, müalicəni davam etdirmək üçün bir müddət orada yaşamış, müalicə bitdikdən sonra isə sözügedən mənzilə qayıdaraq orada yaşamışlar. Cavabdeh mərhum ərinə qarşı mənzilin onun payına düşən hissəsinin naturada ayrılması barədə iddia qaldırmış, məhkəmə gedişində əri vəfat etmiş, hüquqi varisləri olaraq prosesin müəyyən müddətə təxirə salınmasını xahiş etsələr də, məhkəmə iddianı təmin etməklə onların yaşayış və istifadə hüququnu nəzərə almadan qətnamə qəbul etmişdir. Hazırda uşaqları Bakı şəhərində təhsil aldığı üçün onlarla birlikdə yaşayır.
8. Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(078)-307/2017 nömrəli qətnaməsi ilə (hakim Ə.M.Xıdırov) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 15.2, 24.1, 77.1 82.3-c ü maddələrinə istinadla qeyd etmişdir ki, eyni tərəflər arasında başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin mülkiyyətçilərin razılığı olmadan satılması və satışdan əldə olunan məbləğin paylı mülkiyyətçilər arasında paylarına uyğun bölünməsi qət edilmişdir. Habelə, mənzil mülkiyyətçisinin hüquqlarına həmin mənzildə yaşamaq və ondan istifadə etmək hüquqları da daxil olmaqla birinci iddiaçının, eyni zamanda, onun və digər iddiaçıların nümayəndəsinin (vəkilinin) izahatları ilə hazırda iddiaçıların həmin hüquqlarının həyata keçirilməsinə heç bir maneə olmadığı təsdiq olunur. Yəni, iddiaçıların mübahisəli mənzildə yaşamaq və həmin mənzildən istifadə etmək hüquqları pozulmamışdır. Əgər hüquq pozulmamışdırsa, həmin hüququn müdafiəsi və təminindən də söhbət gedə bilməz. Bundan başqa, cavabdeh iddiaçılara mübahisəli mənzildən əlavə olaraq yaşayış və istifadə hüququ verilməsinə etiraz edir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(078)-307/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(108)-01/2022 nömrəli qətnaməsi ilə (hakim Y.S.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.K.Allahverdiyevdən və F.R.Məmmədovdan ibarət tərkibdə) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsini n 23 iyun 2017-ci il tarixli, 2(078)-307/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, hazırki münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilə bilməz. Belə ki, iddiaçılar tərəfindən yaşayış və istifadə hüququnun verilməsi tələb edilən ünvan 1 ünvanında yerləşən yaşayış evi Cavabdeh adına 18 iyul 2017-ci ildə xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alındığından iddiaçılar ilə cavabdeh arasında mübahisəli yaşayış evindən istifadə ilə bağlı mübahisəyə Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cı maddəsi tətbiq edilməlidir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ailə qanunvericiliyinin müvafiq normalarına görə iddiaçılar cavabdehdən özlərinin saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid edilməmişlər. Ona görə də, iddiaçılar cavabdehin ailə üzvləri hesab edilmədiklərindən onun mülkiyyətində olan həmin evdən istifadə hüququna malik deyillər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
14. İddiaçı1 kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülk i kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(108)-01/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenilən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 146.3, 228.4, 1151.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, mübahisəli mənzil ölüm anınadək iddiaçının qayınatasının adına qeydiyyata alınmadığından onun həmin mənzilə dair vəsiyyətnamə qoymaq və ya onun üzərində başqa cür sərəncam vermək hüququ olmamışdır. Vəsiyyətnamənin mövcudluğundan qabaqcadan xəbərdar olan cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişdir. İddiaçının mərhum əri isə mirası açıldığı andan faktiki qəbul edərək, iddiaçılarla birlikdə sahiblik və istifadə etməklə idarə etməyə başlamışdır. Cavabdeh digər vərəsələrlə əlbir olmuş, iddiaçının qayınatasının ölümündən 4 il sonra mübahisəli mənzili onun adına özəlləşdirərək, üzrlü səbəblər olmadan qanunla müəyyən edilmiş müddəti ötürməklə mirasın qəbuluna dair notariat kontoruna ərizə vermiş və notarius tərəfindən qeyd olunan pozuntular nəzərə alınmadan onların adına vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bundan sonra, cavabdeh mənzilin 5/6 hissəsini öz adına keçirməsinə baxmayaraq, mirası bütövlükdə ələ keçirmək məqsədilə mənzilin açıq hərracdan satılması barədə məhkəmə qətnaməsi almağa nail olmuş, lakin iddiaçıların keçirilmiş hərrac larda iştirakına imkan verilməmişdir. Göründüyü kimi, cavabdehin qeyri-qanuni keçirilmiş hərrac yolu ilə mənzil üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırması, iddiaçıların həmin mənzildə yaşamaq və istifadə hüquqlarını məhdudlaşdıra bilməz. Digər tərəfdən, iddiaçıların mənzilə istifadə hüququ 1992-ci ildə yarandığından bununla bağlı mübahisə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən həll edilməlidir.
16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predm etini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilm əz.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), ha belə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusi ya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqa vilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki,... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etm ək səlahiyyəti də olmaz.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
27. Məhkəmə kollegiyası izah edir ki, iddiaçıların mübahisəli mənzildən istifadə hüquqları onların mülkiyyət (mərhum X1 mənzildəki 1/6 payına vərəsəlik) hüququndan irəli gəlmişdir. Həmin hüquqlarına da, Naxçıvan Şəhər Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli qətnaməsi əsasında mənzilin hərracdan satılmaqla və payların dəyəri olan 11486,50 manat məbləğində vəsaitin alıcı olan cavabdeh tərəfindən ödənilməklə xitam verilmişdir. Hazırda mənzil cavabdehin mülkiyyətində olduğundan, kassator mülkiyyətçinin ailə üzvü olmadığından və ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşay ış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən onun istifadə hüququ da qalmamışdır.
28. Mübahisəli mənzil üzərində cavabdehin hüquqlarının qanunsuz olması, mənzilin iddiaçının mərhum qayınatasının miras kütləsinə daxil olmaması, cavabdehin mirası qəbul etməməsinə dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələlər hazırki icraatın predmetini təşkil etmir.
29. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçılar ayrı icraatda mənzilə dair verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onunla bağlı bütün hüquqi nəticələrin ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Babək Rayon Məhkəməsinin 17 may 2018-c i il tarixli qətnaməsi iddiaları rədd olunmuş, qətnamə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
30. Bundan başqa, iddiaçılar vəsiyyətnamənin və özəlləşdirmənin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi və Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin X8 adına verilmiş hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair hissədə ləğv edilmiş, Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin X8 adına verilmiş hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının hüquqi varislərinin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edil məsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(108)-01/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.