Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3252/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3252/21 (Açar sözlər: kreditin qaytarılması) Bakı şəhəri, 16 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Sığortalanması Fondunun vəkili Əzimov Rauf Nəriman oğlunun, Əmanətlərin Cavabde h vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7272/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Hümmbətov Fikrət Əvəz oğlunun kassasiya şikayətinə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC 19.11.2015-ci il tarixli, 773/15 saylı kredit müqaviləsinə əsasən cavabdeh Cavabdeh illik 20 faizlə 36 ay müddətinə, 21000 manat məbləğində kredit verib.
2. Cavabdeh oğlu kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyib. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddia çı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması FonduXətai rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18.855,05 manat əsas borcun, 9.666, 81 manat faiz borcunun, Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən 707.06 manat hesablanan faizin, 2.906.80 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 3.4.2-ci bəndinə görə borcalan bankdan aldığı krediti və hesablanmış faizi ödəməlidir, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmir.
5. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2.1, 448.1 və 739.1-ci maddələrinə istinad etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7806/2019 nömrəli, 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 19.11.2015-ci il tarixli, 773/15 saylı kredit müqaviləsi əsasında Cavabdeh 18.855,05 manat əsas borc, 9.666,81 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 707,06 faiz borcu, 200 manat cərimə borcu olmaqla, ümumilikdə 29.428,92 manat kredit borcunun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim Aygün Həsənova)
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, cavabdeh kredit müqaviləsi ə sasında bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti və ondan istifadəyə görə faizlərin qaytarılması, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürsə də, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul ö hdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.
9. Birinci instansiya məhkəməsi hesablanmış 2.906.80 manat məbləğində cərimənin 200manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq saymış və bunu onunla əsaslandırmışdır ki, cərimə məbləği tənasübsüz surətdə yüksək hessblanıb.
10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448.1 və 467-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmışdır; - 19.11.2015-ci il tarixli kredit müqaviləsindən beş il keçdiyi üçün iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7272/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-7806/2019 nömrəli, 29 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Rafael Eyvazov)
14. Apelyasiya instansiyası məhkəməsi qeyd edib ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 20 fazilə 21000 manat kredit verilmişdir. Bank müqavilə üzrə öhdə liyini icra edərək, kredit məbləğini cavabdehə vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Cavabdeh isə öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. 02.09.2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 19.08.2019cu il tarixə 18.855,05 manat əsas, 9.666,81 manat faiz, Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 707,06 manat hesablanan faiz və 2.906,80 manat cərimə borcu olmuşdur.
15. Apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır.
16. Cavabdehin iddia müddətinin keçməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya məhkəməsi qeyd edib ki, 19.11.2015-ci il tarixli kre dit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Müqavilə üzrə iddia müddətinin axımının başlanması öhdəliyin icra müddətinin bitdiyi 19.11.2018-ci il tarixdən hesablandıqda LPO İddiaçı ASC tələbini 18.09.2019-cu ildə irəli sürməklə üç illik iddia müddətini ötürməmişdir.
17. Apellyasiya məhkəməsi cavabdehin rayon məhkəməsi tərəfindən işə onun iştirakı təmin olmadan birtərəfli qaydada baxılması barədə dəlilini də əsaslı saymayıb və bu dəlillə bağlı qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə iddia ərizəsində göstərilən qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Başqa sözlə, məhkəmə cavabdehin məlumatlandırılması üçün özündən asılı olan bütün tədbirləri görmüşdür. Həmçinin işin apellyasiya baxışında cavabdehə apellyasiy a şikayətində göstərdiyi ünvan üzrə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş gösndərilməsinə baxmayaraq, iclasa gəlməmiş və məhkəməyə bununla bağlı üzrlü səbəblər bildirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında cavabdeh X1 vəkili Vəkil oğlu kassa siya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzimov Rauf Nəriman oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə Maddə
88. Məhkəmə süb utlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
24. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
28. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətini dəlillərinə apellyasiya instansiyası məhkəməsi tam qiymət verib.
27. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
28. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarə tdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 20 fazilə 21000 manat kredit verilmişdir. Bank müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Cavabdeh öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. 02.09.2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 19.08.2019-cu il tarixə 18.855,05 manat əsas, 9.666,81 manat faiz, Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 707,06 manat hesablanan faiz və 2.906,80 manat cərimə borcu olmuşdur.
29. Göründüyü kimi, apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbqi etmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində cavabdeh yalnız iki dəlil irəli sürmüşdür: məhkəmə iclasında iştirakının təmin edilməməsi; iddia müddətinin ötməsi.
31. Qətnamədən də görünür ki, apellyasiya məhkəməsi hər iki dəlilə qiymət verərək, onları iş materiallarına əsasən təkzib etmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin dəlillərlə bağlı hazırki qərarın 16 və 17-ci bəndlərində qeyd edilən dəyərləndirməsini əsaslı saydığı üçün onları bir daha təkrar etməyə lüzum görmür.
32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7272/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.