Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3253/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlunun, Cavabdeh1, onun və digər Cavabdeh2 vəkili İsmayılov İslam Abduləziz oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)xxx/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxx” QSC, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kasasiy a şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı rayon Məhkəməsinin (hakim A.Əliyev) xx.xx.2017-ci il tarixli, 2(037)xxx/2017 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, «xxxx» QSC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 аrаsındа bаğlаnmış xx.xx.2009-cu il tаrixli 15L000000829 sаylı kredit xətti, xx.xx.2009-cu il tаrixli 15S000001148 sаylı və xx.xx.2009-cu il tаrixli 15S000001147 sаylı zаminlik müqаvilələrinə əsаsən cаvаbdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Аzərbаycаn Respublikаsı Mərkəzi Bаnkının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun оlаrаq mаnаt ekvivаlentində hesаblаnmаqlа x x.xx.2013-cü il tаrixli 26R000002740 sаylı kredit rаzılаşmаsı üzrə 228212,40 АBŞ dоllаrı əsаs kredit bоrcu, 32752,20 АBŞ dоllаrı fаiz bоrcu və 1000 АBŞ dоllаrı cərimə оlmаqlа, cəmi 261964,60 АBŞ dоllаrı və xx.xx.2014-cü il tаrixli 26R********** sаylı kredit rаzılаşmаsı üzrə 25350,34 АBŞ dоllаrı əsаs kredit bоrcu, 2210,58 АBŞ dоllаrı fаiz bоrcu və 50 АBŞ dоllаrı cərimə оlmаqlа, cəmi 27610,92 АBŞ dоllаrı məbləğinin və iddiа qаldırmаq üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 mаnаt, ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişin qeydə аlınmаsı üçün ödənilmiş 10 mаnаt dövlət rüsumu və 21 mаnаt xidmət hаqqı оlmаqlа, cəmi 58 mаnаt məbləğin, ümumilikdə 289575,52 АBŞ dоllаrı və 58 mаnаt məbləğin müştərək qаydаdа аlınаrаq «xxxx» QSC-yə ödənilməsi, borcun xx.xx.2011-ci il tаrixli 26M 000000172 sаylı ipоtekа müqаviləsinə uyğun оlаrаq ipоtekа ilə yüklü edilmiş, АR ƏMDK yаnındа DƏDRX Qəbələ Ərаzi İdаrəsi tərəfindən verilmiş hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən MА seriyаlı ******* sаylı Çıxаrışа əsаsən yüklülüyü xx.xx.2012-ci il tаrixdə qeydə аlınmış, İsmаyıllı şəhəri, Bаbək küçəsində dövlət mülkiyyətində оlаn 0,1148 hа tоrpаq sаhəsində yerləşən, Cavabdeh1 mülkiyyətində оlаn 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sаhəsinə аçıq hərrаcdа sаtılmаqlа yönəldilməsi, ipоtekа predmetinin hərrаcdа ilkin sаtış qiymətinin 715000 mаnаt məbləğində müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun 3 mаnаtının «xxxx» QSC-yə аid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli, Ə.Məcidov, M.İsayev) xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-xxx/2017 nömrəli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh1 mülkiyyətində olan 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sаhəsin ilkin satış qiymətinin 930000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 165 manat pulun 82.5 manatının iddiaçı “xxxx” QSC-dən, 82.5 manatının isə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı “xxxx” QSC, həmçinin cavabdehlər Cavab deh1 və X1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qаydаdа «xxxx» QSC-nin xeyrinə 26R000002740 sаylı kredit rаzılаşmаsı üzrə 237995,30 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 18719,45 АBŞ dоllаrı məbləğində fаiz bоrcu və 35217,88 АBŞ dоllаrı məbləğində cərimə оlmаqlа ümumilikdə 291932,63 АBŞ dоllаrı məbləğində bоrcun, 026R********** sаylı kredit rаzılаşmаsı üzrə 25387,58 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 1979,29 АBŞ dоllаrı məbləğində fаiz bоrcu və 3780,82 АBŞ dоllаrı məbləğində cərimə оlmаqlа ümumilikdə cəmi 31147,88 АBŞ dоllаrı məbləğində bоrcun, hər iki kredit rаzılаşmаsı üzrə ümumilikdə 323080,32 АBŞ dоllаrı məbləğində bоrcun, məhkəmədə iddiа qаldırmаq üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumunun və ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişin qeydə аlınmаsı üçün ödənilmiş 10 mаnаt dövlət rüsumunun və 21 mаnаt xidmət hаqqının tutulmаsı, tələbin İsmаyıllı şəhəri, Bаbək küçəsində yerləşən qeyri-yаşаyış binаsınа аçıq hərrаcdаn sаtılmаqlа yönəldilməsi və cəmi 323080,32 АBŞ dоllаrı məbləğində bоrcun, məhkəmədə iddiа qаldırmаq üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumunun və ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişin qeydə аlınmаsı üçün ödənilmiş 10 mаnаt dövlət rüsum unun və 21 mаnаt xidmət hаqqının hərrаcdа sаtışdаn əldə оlunаn vəsаit hesаbınа «xxxx» QSC-yə ödənilməsi, hərrаcdаn əldə оlunmuş vəsаit bоrcun tаm ödənilməsinə kifаyət etmədikdə qаlаn bоrcun Cavabdeh1-dən ümumi qаydаdа tutulmаsı, İsmаyıllı şəhəri, Bаbək küçəsində yerləşən qeyri yаşаyış binаsınа tutmа yönəldikdən və о sаtıldıqdаn 1 аy sоnrа Cavabdeh1-in həmin qeyri-yаşаyış binаsındаn çıxаrılmаsı, qeyri yаşаyış binаsının bоşаldılmаsı və «xxxx» QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” QSC iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cаvаbdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qаydаdа «xxxx» QSC-nin xeyrinə 26R000002740 sаylı kredit rаzılаşmаsı üzrə 237995,30 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 33316,50 АBŞ dоllаrı məbləğində fаiz bоrcu və 60916,94 АBŞ dоllаrı məbləğində cərimə оlmаqlа ümumilikdə 332228,74 АBŞ dоllаrı məbləğində bоrcun, 026R********** sаylı kredit rаzılаşmаsı üzrə 25387,58 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 3175,32 АBŞ dоllаrı məbləğində fаiz bоrcu və 6520,17 АBŞ dоllаrı məbləğində cərimə оlmаqlа ümumilikdə cəmi 35083,07 АBŞ dоllаrı məbləğində bоrcun, hər iki kredit rаzılаşmаsı üzrə ümumilikdə 367311,81 АBŞ dоllаrı məbləğində bоrcun, məhkəmədə iddiа qаldırmаq üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumunun və ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişin qeydə аlınmаsı üçün ödənilmiş 10 mаnаt dövlət rüsumunun və 21 mаnаt xidmət hаqqının tutulmаsı, tələbin İsmаyıllı şəhəri, Bаbək küçəsində yerləşən qeyri-yаşаyış binаsınа аçıq hərrаcdаn sаtılmаqlа y önəldilməsi və cəmi 367311,81 АBŞ dоllаrı məbləğində bоrcun, məhkəmədə iddiа qаldırmаq üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumunun və ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişin qeydə аlınmаsı üçün ödənilmiş 10 mаnаt dövlət rüsumunun və 21 mаnаt xidmət hаqqının hərrаcdа sаtışdаn əldə оlunаn vəsаit hesаbınа «xxxx» QSC-yə ödənilməsi, hərrаcdаn əldə оlunmuş vəsаit bоrcun tаm ödənilməsinə kifаyət etmədikdə qаlаn bоrcun Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qаydаdа tutulmаsı, İsmаyıllı şəhəri, Bаbək küçəsində yerləşən qeyri yаşаyış binаsınа tutmа yönəldikdən və о sаtıldıqdаn 1 аy sоnrа Cavabdeh1 həmin qeyri-yаşаyış binаsındаn çıxаrılmаsı, qeyri yаşаyış binаsının bоşаldılmаsı və «xxxx» QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarı da göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı “xxxx” QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qiymətləndirmə təyin edilmiş, qiymətləndirmənin həyata keçirilməsi "X6" MMC-yə həvalə edilmiş, "xxxx" MMC-nin rəyinə əsasən ipoteka predmeti olan qeyri-yaşayış binasının bazar dəyəri 930000 manat olaraq müəyyən edilmişdir. İddiaçı bankın vəsatətinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar qiymətləndirmə təyin edilmiş, qiym ətləndirmənin həyata keçirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən qeyri-yaşayış binasının dəyəri 530000 manat olaraq müəyyən edilmişdir. İpoteka müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə qeyriyaşayış binasının dəyəri 259512 manat müəyyən edilmişdir. Göründüyü kimi ipoteka müqaviləsi bağlanılan zaman tərəflərin qarşılıqlı surətdə razılaşdıqları qiymətlə, həmçinin Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin, xxxx MMC-nin rəylərində qeyd edilən qiymətli müəyyən edilmiş qiymət arasında kəskin fərq mövcuddur. İşə baxan apelyasiya məhkəməsi tərəflərin bağladığı ipoteka müqaviləsində qarşılıqlı razılığa əsasən müəyyən edilmiş qiyməti, rəylər ilə ipoteka müqaviləsində göstərilmiş qiymət arasına kifayət qədər böyük fərqin olmas ına nəzərə almamış, bu uyğunsuzluğun aradan qaldırılması və iş üzrə əmlakların hazırki tarixə olan real bazar dəyərinin müəyyən edilməsi üçün təkrar əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Hesab edir ki, ipoteka müqaviləsi bağlandıqdan hal-hazıradək ipoteka predmeti olan əmlakın dəyəri X6 MMC-nin rəyində qeyd edildiyi kimi 3.5 dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağladığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər. Hazırkı iş üzrə ipoteka predmetinə "X6" MMC tərəfindən qoyulan qiymət həmin əmlak üçün fantastik rəqəm olmaqla qətiyyən re allığı əks etdirmir, rəydə göstərilən qiymətlər real bazarda tələblə təklifin qarşılıqlı təsirinə uyğun olaraq formalaşmış qiymət deyil, əmlak real bazar qiymətindən dəfələrlə artıq şəkildə qiymətləndirilmişdir. Bütün bu faktlar işə baxan apelyasiya məhkəməsinin diqqətinə çatdırılsa da məhkəmə bu hallara əhəmiyyət verməyərək əsassız olaraq təkrar ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməmiş, nəyə görə ən yüksək qiymətləndirmə aparılmış rəyi mötəbər sübut kimi qəbul etməsini əsaslandırmamışdır. Göstərilənlərə əsasən o, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsinin qismənipoteka predmeti olan İsmayıllı şəhəri, Babək küçəsində istifadədə olan 0.1148 ha torpaq sahəsində yerləşən, xüsusi mülkiyyətdə olan 1146,2 kv.metr ümumi sаhədən ibаrət 2 mərtəbəli qeyri-yаşаyış binasının ilkin satış qiymətinin 930000 manat müəyyən edilməsi hissəsində ləğv olunması və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili İsmayılov İslam Abduləziz oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iddia təlbi üzrə göstərilmiş xx xxxx 2013-cü il tarixli 26 R ********* saylı kredit müqaviləsi üzrə göstərilmiş 310 000 (üç yüz on min) ABŞ dolları kredit tərəfə verilməmişdir.Belə ki, tərəfin özünün də bildiyi kimi, X2 ilə İddiaçı arasında xx.xx.2011ci il tarixdə 200 000 (iki yüz min) ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə ödəmələr həyata keçirildikdən 9 ay sonra, yəni xx.xx.2012-ci il tarixdə tərəflər arasında yeni kredit müqaviləsi bağlanılmış və əlavə olaraq 110 000 ABŞ dolları kredit götürülmüşdür. Qeyd olunan müqavilələr üzrə 2012-ci ildə 82 433 ABŞ dolları ödəmə edilmişdir. 2013-cü il ərzində isə 120 644 ABŞ dolları ödəmə edilmişdir. Tərəfə məlum olmayan səbəbdən İddiaçı həmin iki müqavilə üzrə verilmiş 310 000 ABŞ dolları cəmləşdirərək xx.xx.2013-cü il tarixdə yeni müqavilə bağlamışdır. Yəni iddia ərizəsində göstərilən xx.xx.2013-cü il tarixli 26R000002740 saylı kredit müqaviləsi üzrə cavabdehə yenidən 310 000 ABŞ dolları kredit verilməmişdir. Bu müqavilədə göstərilən məbləğ xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş 200 000 ABŞ dolları və xx.xx.2012-ci il tarixdə götürülmüş 110 000 ABŞ dollarının cəmi kimi 310 00 0 ABŞ dolları yazılmışdır. Amma çox maraqlıdır ki, bu iki müqavilə üzrə cavabdehə verilmiş 310 000 ABŞ dolları bir müqavilədə cəmləşdirilsə də və yeni ödəmə cədvəli tərtib edilsə də, həmin günə kimi qeyd olunan müqavilələr üzrə ödənilmiş 2012-ci ildə 82433 ABŞ dolları, 2013-cü ildə ödənilmiş 62369 ABŞ dolları, yəni cəmi 144802 ABŞ dolları nəzərə alınmamışdır. Bundan əlavə, vəsatətə əlavə eləyib İsmayıllı rayon məhkəməsinə təqdim olunmuş qəbzlərdən göründüyü kimi, 2014-cü ildə ödənilmiş 59 800 ABŞ dolları və 2015-ci ildə ödənilmiş 29207 ABŞ dolları borcdan silinməmişdir. İş materiallarından və vəsatətə əlavə etdiyi qəbzlərdən göründüyü kimi,; qeyd olunan müqavilələr üzrə 20122013-2014-2015-ci illər üzrə ödənilmiş 233809 ABŞ dolları və əlavə girov kimi saxladığı 21000 ABŞ dolları borcdan sil inməmiş və ümumiyyətlə məhkəməyə təqdim olunmuş maliyyə arayışında göstərilməmişdir. Bildirir ki, xx.xx.2011-ci və xx.xx.2012-ci il tarixli kredit müqavilələri ilə X2 İddiaçı-dən 310 000 ABŞ dolları kredit götürmüş, onlara məlum olmayan səbəbdən həmin iki kredit xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi ilə birləşdirilib vahid müqavilədə əksini tapmışdır. Bundan əlavə tərəf kredit götürəndə İddiaçı-ı kreditdən 21000 ABŞ dollarını girov kimi saxladıki ilkin ayların ödənişi həmin məbləğdən həyata keçirilsin. Həmin məbləğdə nə tərəfə qaytarılıb, nə də ödəmə kimi nəzərə alınmamışdır. Həmin iki müqavilə üzrə X2 İddiaçı-nə 392011 ABŞ dolları pul ödəmişdir. Amma çox maraqlıdır ki, iddia ərizəsndə guya cəmi 72004,70 ABŞ dolları ödənildiyi göstərilir. Bütün bu və iş üzrə obyektiv nəticə verməyə lazım olan sübutlar, hallar məhkəmə tərəfindən tam araşdırılmamış, təyin olunmuş ekspertizaya lazım olan sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyi üçün ekspert rəyi tam həqiqəti əks etdirmir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətən nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyən etməmiş, sübutlara lazımi qiymət verməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-xx/2020 nömrəli qətnaməsininnömrəli qətnaməsinin şikayət etdikləri hissədə ləğv edilməs və həmin hissədə yeindən araşdırılması üçün yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qa ydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, cavabdehin tərəfin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun və digər Cavabdeh2 vəkili İsmayılov İslam Abduləziz oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, iddiaçının kasasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş fak tiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh1 mülkiyyətində оlаn 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sаhəsinin ilkin sаtış qiymətini 715000 mаnаt məbləğində müəyyən edərkən düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, iş materiallarında olan “X6” MMC-nin qiymətləndirmə rəyindən görünür ki ipoteka predmetinin hazırki bazar dəyəri 930000 manat məbləğindədir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(037)-06/2017 saylı qətnаməsi dəyişdirilməli, Cavabdeh1 mülkiyyətində оlаn 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sа həsinin ilkin sаtış qiyməti 930000 (doqquz yüz otuz min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apelyasiya instansiyası məhkəməsinin ipotekja predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi üzrə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndirici qarşısında ipoteka predmetinin bazar dəyərinin hansı məbləğ təşkil etməsi barədə sual qoyularaq, əmlakın bazar dəyəri ilkin satış dəyəri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1.1-ci maddəsinə əsasən, Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkə mənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadının əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Həmin Məcəllənin 4181.3-cü maddəsinə əsasən, Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Həmin Məcəllənin 418-1.4-cü maddəsinə əsasən, Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən mübahisəli məsələyə qiymət vermək üçün ilk növbədə “İpoteka haqqında” Qanunun müvafiq müddəaları təhlil edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilm əsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qi ymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının qeyd edilən qərardadı ilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməli olması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini bazar dəyəri ilə müəyyən etməsinin səbəblərini əsaslandırmamışdır. Hazırki halda kasasiya yoxlaması zamanı müəyyən edilir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş hallara ziddir və apelyasiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı yanaşması onun tərəfindən əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.6-cı maddəsinə əsasən, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnam ənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Göstərilən normalara və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş hallara əsasən kasasiya kollegiyası hesab e dir ki, iddiaçının kasasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-4/2020 nömrəli qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdehin kasasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, borc məbləğinin şişirdilməsini, etdiyi ödənişlərin nəzərə alınmadığını göstərsə də, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərkən sübutlar tərəflərdən tələb olunmuş və ekspert iş materiallarında olan sənədlər əsasəında borc məbləğini hesablayıb müvafiq rəy tər tib etmişdir. Hazırki halda da cavabdeh ekspert rəyinin qeyri-mötəbərliyi barədə məhkəməyə hər hansı sübut tədim edə bilməmişdir. Borc məbləği ilə bağlı qənaəti üzrə apellyasiya kollegiyasının maddi və prosessual hüquq normasının pozuntusuna yol verməsi halı müəyyən edilmir. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2 18.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə b ilər. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” QSC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş k asasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3253/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3253/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver