Məhkəmə qərarları › İş №2(102)-3253/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3253/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3253/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 19.08.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2048/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında olan şifahi razılaşma əsasında Cavabdeh 2017-ci ilin avqust ayında işlətdiyi mebel mağazasında 3000 manata satıb pulunu ödəmək şərti ilə İddiaçı məxsus bir ədəd yumşaq künc divanını, üç ədəd kreslonu, bir ədəd “Yaprak” modelli divanı və bir ədəd “jurnalnı” stolu qəbul edərək, mağazanın satış salonunda yerləşdirmişdir.

2. Eyni zamanda iş materiallarından görünür ki, həmin razılaşma üzrə Cavabdeh İddiaçı cəmi 320 manat məbləğində pul ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2680 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..

4. İddiaçı i ddia tələbini onunla əsaslandırmışdır ki, maddi imkanı pisləşdiyi üçün "Dellora” mebel salonundan kreditlə almış olduğu yeni və istifadə olunmamış mebel əşyalarını satmaq qərarına gəlmişdir. Bir müddət soraqlaşdıqdan sonra mebel salonu işlədən və tanışlıq zamanı özünü ona X kimi təqdim edən və bu mübahisə ilə əlaqədar 2018-ci ilin iyun ayında polisə şikayət edənə kimi adını X kimi bildiyi Cavabdeh ilə tanış olmuş və sonuncu həmin mebelləri öz mebel salonuna yerləşdirərək satmağa razı olmuşdur. Cavabdehi tanışı X vasitəsilə tanımışdır. 2017-ci ilin avqust ayında istifadə olunmamış bir ədəd yumşaq künc divanını, üç ədəd kreslonu, bir ədəd “Yaprak” modelli divanı və bir “jurnalnı” stolunu maşına yükləyib Cavabdeh Xırdalan şəhəri ərazisində işlətdiyi mebel mağazasına aparmışlar. Mebellər mağaz aya yığıldıqdan sonra o, mağazaya gəlmiş və Cavabdeh mebelləri bəyəndiyi üçün onları bir aya satıb, ona 3500 manat pul verəcəyinə söz vermişdir. Lakin, 3-4 gün sonra o, həmin mebel mağazasına gedib Cavabdeh ilə görüşdükdə, sonuncu şərtini dəyişmiş və ona bildirmişdir ki, mebelləri 10 günə satıb ona 3000 manat pul verəcəkdir. O, buna razılaşmış və 10 günlük müddəti gözləmişdir. Həmin müddət bitdikdən sonra o, mağazaya getdikdə Cavabdeh künc divanını və kreslonun birini satdığını və kreslonun birini isə istifadə etmək üçün özü götürdüyünü bildirərək, ona 300 manat məbləğində pul vermiş və mebellərin hamısını satdıqdan sonra onunla tam hesablaşacağına söz vermişdir. Yəni, Cavabdeh onu əmin etmişdir ki, razılaşmış olduqları 3000 manat pulun qalan hissəsini mebellərin hamısını satdıqdan sonra verəcəkdir. Lakin, bundan sonra o, dəfələrlə mağazya gedərək, pulunu tələb etmiş olsa da, cavabdeh müxtəlif bəhanələrlə onun pulunu ödəməkdən yayınmış və yalnız bir dəfə ona əlavə olaraq 20 manat məbləğində pul vermişdir. Bundan sonra isə Cavabdeh qəfildən işlətdiyi mağazanı bağlayıb, mebelləri başqa yerə aparmışdır. Beləliklə də, 2017-ci ilin payızından o, Cavabdeh mebellərini və yaxud borclu qalmış olduğu 2680 manat pulu istəsə də, sonuncu onunla görüşdən yayınmağa və müxtəlif bəhanələrlə onun pulunu ödəməkdən və yaxud mebelləri qaytarmaqdan boyun qaçırmışdır. O, dəfələrlə cavabdehin oğlu X telefon danışıqları aparsa da, müxtəlif bəhanələrlə onun pulunun ödənilməsindən və yaxud mebellərinin qaytarılmasından boyun qaçırılmışdır. 2018-ci ilin iyun ayında Abşeron rayon Polis İdarəsinə şika yət etmişdir. 09 iyul 2018-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş vəonahəmin məsələ ilə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O, bundan sonra da dəfələrlə əlaqə saxlamağa çalışsa da, Cavabdeh mebellərini qaytarmamış və yaxud razılaşmış olduqları pulu ödəməmişdir.

5. Abşeron Rayon Məhkəməsinin 2(012)-2259/2019 saylı, 12 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Sadiqov) iddia təmin edilmiş, Cavabdeh 2680 (iki min altı yüz səksən) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2710 (iki min yeddi yüz on) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında olan şifahi razılaşma əsasında Cavabdeh 2017-ci ilin avqust ayında işlətdiyi mebel mağazasında İddiaçı qəbul etdiyi künc divanını, kresloları, divanı və bir ədəd stolu mağazanın satış salonunda yerləşdirməsi, həmin mebelləri sataraq iddiaçıya cəmi 3000 manat pul ödəməli olması, lakin həmin razılaşma əsasında sonuncuya cəmi 320 manat pul verməsi və aradan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, qalan 2680 manat pulu və yaxud satış üçün götürmüş olduğu mebelləri qaytarmaması sübut olunur

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 106.3, 119.1, 217.3, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2048/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), E.Əhmədov və T.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2259/2019 saylı, 12 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilmişdir.

10. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh qalan mebelləri iddiaçıya qaytarmamış, nə də ki razılaşdığı kimi qalıq 2680 manatı iddiaçıya ödəməmişdir. Başqa sözlə cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır.

11. Bundan başqa cavabdeh öz dəlilləri ilə bağlı izahatından başqa, yana şı yoxlanılması və qiymətləndirilməsi üçün məhkəməyə heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir.

12. Məhkəmə kollegiyası cavabdehin hazırki izahatı ilə polisdə araşdırma aparılarkən verdiyi izahatları müqayisəli şəkildə qiymətləndirərək hesab etmişdir ki, cavabdehin hazırki izahatı daha çox özünü müdafiə xarakteri daşıyır. Polisdə araşdırma aparılarkən verilmiş ilkin izahat işin faktiki hallarına daha çox uyğun gəlir. Ona görə də məhkəmə kollegiyası Cavabdeh Abşeron rayon Polis İdarəsində verdiyi izahatını daha ağlabatan və inandırıcı hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərm ədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

22. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (maddə 1091.1)

23. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2) Mülki Prossesual Məcəllə

24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

25. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

27. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

28. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf ol unması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. (maddə 106.3)

29. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

31. Kassasiya instansiyası məhkəməsi apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2048/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar