Məhkəmə qərarları › İş №2(102)-3255/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3255/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3255/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x1 vəkili x3 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eyvazalı oğluna və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x2 verdiyi kassasiya şi kayət üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi x2 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eyvazalı oğluna və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göyçay rayon məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Fəttahov, iş 2(046)453/2019) iddia qismən təmin edilmiş, Cavabdeh1 1557.02 manat əsas kredit borcu, 199.30 manat faiz borcu olmaqla, cəmi 1756.32 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq i ddiaçı LPO İddiaçı ASC-nin hesabına keçirilməsi, Cavabdeh1 dövlət rüsumunun kəsiri olan 10 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın cavabdehlər Cavabdeh2 Eyvazalı oğluna və Cavabdeh3 qarşı qaldırılan hissədə rədd edilməsi, iş üzrə ekspertiza xərci olan 145 manat pulun 100 manatının Cavabdeh1, 45 manatının isə LPO İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2020-ci tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və M.R.Hüseynov, iş № 2(107)-355/2020) iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(046)453/2019 saylı qətnamə si dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: LPO İddiaçı ASC-nin ləğvedicisi x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x1 vəkili x5 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2020-ci tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktları na təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında 18.12.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və ona 18 ay müddətinə illik 24% olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 18.12.2014-cü il tarixdə Cavabdeh2 Eyvazalı oğlu və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış və onlar, kredit alan Cavabdeh1 zamin durmuşlar. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1 banka borcu yaranmışdır. 05.04.2019-cu il tarixli 5010 saylı ekspert rəyinə görə, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 18.12.2014-cü il tarixli 3024 saylı kredit müqaviləsi üzrə bütün ödəniş lər nəzərə alınmaqla cavabdehin banka əsas kredit borcu üzrə 1557.02 manat və faiz borcu üzrə 199.30 manat olmaqla, ümumilikdə 1756.32 manat təşkil edir. Aparılmış ekspertizanın dəyəri 145 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1, 399.1, 739.1, 739.2, 442, 445.2.1, 448.1, 449.1, 470.1, 472.1, 472.2, 477.0.4-ci maddəsini tətbiq etmişdir. LPO İddiaçı ASC-nin ləğvedicisi x2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. İddiaçı kassasiya şikayətində məhkəmənin borcun hesablanmasında səhvə yol verdiyi ni göstərmişdir. Bununla bağlı apelyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 18.12.2014-cü il tarixli 3024 saylı kredit müqaviləsi üzrə bütün ödənişlər nəzərə alınmaqla cavabdehin banka əsas kredit borcu üzrə 1557.02 manat və faiz borcu üzrə 199.30 manat olmaqla, ümumilikdə 1756.32 manat təşkil edir. Aparılmış ekspertizanın dəyəri 145 manat təşkil edir. Məhkəmə kollegiyası ekspert rəyinə hüquqi qiymət verərək həmin rəy sübut növü kimi qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyə n edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir. “x4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandır ılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbayca n Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhk əməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu ma ddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2020-ci tarixli qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar