Məhkəmə qərarları › İş №2(102)-3257/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3257/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3257/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X14 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların vəkili X11 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və borcun ipoteka predmetinə yönəldilməsi barədə ilk, iddiaçı Cavabdeh1 cavabdehlər “xxxx” MMC, X15, X17 və X12 qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC və cavabdehlər Cavabdeh2, Cavabdeh3, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və tərəfindən verilmiş kasasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim K.Əsədov) xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2012-ci il tarixli 099 nömrəli kredit müqaviləsinə əsasən 30000 manat əsas, 147000 manat faiz və 9700 manat dəbbə pulunun “xxxx” MMC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüs təmov küçəsi 124 nömrəli evin 63,93 kv.m ümumi sahədən ibarət 3 otaqlı 153 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq borcun əvəzinə ödənilməsi, mənzilin satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması, mənzilin ilkin satış dəyərinin 110.000 manat müəyyən edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi, Cavabdeh1 “xxxx” MMC, X15, X17 və X12 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən X.Mərdanova, hakimlər F.Babayev və E.Həsənov) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti isə qismən təmin olun araq Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində apellyatora münasibətdə dəyişdirilmiş, ilk iddia üzrə Cavabdeh1 ilk iddia üzrə iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı olan borc 39144 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən A.İsgəndərov, hakimlər Ə.Əhmədov və İ.Dəmirov) xx xxxxxxx 2019-cu il tarixli 2(102)6069/2019 saylı Qərarı ilə iddiaçı “xxxx” MMC-nin kasasiya şikayəti tamamilə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kasasiya şikayəti isə qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxx 2019-cu il tarixli 2(103)-3356/19 saylı qətnaməsi qismən – iddiaçı “xxxx” MMC-nin cavabdehlər C avabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddiasına aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən V.Sadıqov, hakimlər A.Hüseynov və A.İmanov) qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 “xxxx” MMC-nin xeyrinə tutulmalı olan faiz borcunun 24.958,33 manat (18.000 manat müqavilə müddətinin bitdiyi xx.xx.2013-cü il tarixədək aylıq 5 faizlə hesablanan normal faiz borcu və 6.958,33 manat müqavilə müddəti bitdiyi v axtdan iddia qaldırılanadək olan dövr üçün illik 5 faizlə hesablanan faiz borcu), dəbbə pulunun isə 100 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” MMC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, İsmayılov Azər İsmayıl oğlu kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişlər Hüquqi məsələlər: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2012-ci il tarixli 099 nömrəli kredit müqaviləsinə əsasən 30000 əsas, 147000 faiz, 97200 manat dəbbə pulu olmaqla, cəmi 274200 manatın MMC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 124 nömrəli evin 63,93 kv.m ümumi sahədən ibarət Cavabdeh2 mülkiyyətindəki 3 otaqlı 153 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq borcun əvəzinin ödənilməsi, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 “xxxx” MMC, X15, X 17 və X12 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15, X17 və X5 ******* manat maddi və mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi. Faiq Rüstəmov küçəsi, 124 nömrəli evin 63,93 kv.m. ümumi sahədən ibarət 3 otaqlı, 153 nömrəli mənzilini ipoteka ilə yüklü edərək kredit almaq üçün Cavabdeh1 etibarnamə vermişdir. Bu etibarnamənin əsasında Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC-dən 2 ay müddətinə aylıq 5%-lə 30000 manat borc almışdır. Bu borcun təminatı olaraq qanunla müəyyən edilmiş qaydada etibarnamədə göstərilən mənzili ipoteka ilə yüklü etmək əvəzinə, Cavabdeh1 ilə X17 arasında Bakı şəhəri 9 nömrəli xüsusi notariat kontorunda mənzilin alğı-satqı müqaviləsi bağlanılnışdır. Həmçinin tərəflər razılaşmışlar ki, borc öhdəliyi icra edildikdən dərhal sonra X17 mənzili yenidən Cavabdeh1 satacaq və əgər borc öhdəliyi icra edilməsə, mənzil satılaraq borcun əvəzinə yönəldiləcəkdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh1 ona verilmiş etibarnamədən sui-istifadə edərək dələduzluq etmişdir. Bu səbəbdən o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə məhkum edilmiş, X17 isə öz növbəsində mülkiyyətinə aldığı həmin mənzilin boşaldılması haqqında iddia tələbilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh2 cavabdehlər X13, Cavabdeh1, Bakı şəhər 6 saylı Notariat Kontorunun xüsusi notariusu X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələ bi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər X13, Cavabdeh1, Bakı şəhər 6 saylı Notariat Kontorunun xüsusi notariusu X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin olunaraq, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov (Ə.Ağayev) küçəsi 124 nömrəli binada yerləşən 153 saylı mənzilin alğı-satqısına dair xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2015-ci il tarixli, qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov (Ə.Ağayev) küçəsi, 124 nömrəli binada yerləşən 153 saylı mənzilin alğı-satqısına dair xx xxxxxx 2012-ci i l tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov (Ə.Ağayev) küçəsi 124 nömrəli binada yerləşən 153 saylı mənzilin alğı-satqısına dair xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinə ipoteka müqaviləsinin qaydaları tətbiq edilmiş, həmin müqavilə “xxxx” MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2012-ci il tarixdə 30000 manat pulun borc verilməsi barədə borc müqaviləsi üzrə kreditin təminatı barədə ipoteka müqaviləsi hesab edilərək müvafiq qaydada qeydiyyata alınması qərara alınmışdır. Bundan sonra X17 məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi, qeydiyyatdan çıxarılma və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsinin baxılma mış saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Binədəqi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. xx.xx.2016-cı ildə “xxxx” MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər birinci instansiya məhkəməsində iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi barədə məhkəməyə ərizə təqdim etmişlər. İddiaçının nümayəndəsi bildirir ki, cavabdehlər Validə və Cavabdeh3lar Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 124 nömrəli evin 63,93 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 153 nömrəli mənzilini ipoteka ilə yüklü edərək kredit almaq üçün digər Cavabdeh1 etibarnamə vermişlər. Bu etibarnamə əsasında Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC-dən 12 ay müddəti nə aylıq 5%-lə 30000 manat borc almış, bu borcun təminatı olaraq qanunla müəyyən edilmiş qaydada etibarnamədə göstərilən mənzili ipoteka ilə yüklü etmək əvəzinə Cavabdeh1la MMC-nin işçisi X17 Bakı şəhəri 9 nömrəli xüsusi notariat kontorunda mənzilin alğı-satqısı müqaviləsi bağlamışlar. Tərəflər razılaşmışlar ki, borc öhdəliyi icra edildikdən dərhal sonra X17 mənzili yenidən Cavabdeh1 satacaq, əgər borc öhdəliyi icra edilməzsə, mənzil satılaraq borcun əvəzinə yönəldiləcəkdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh1 ona verilmiş etibarnamədən sui-istifadə edərək dələduzluq elmiş, bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə məhkum edilmişdir. X17 isə öz növbəsində mülkiyyətinə aldığı həmin mənzilin boşaldılması haqqında iddia tələbi ilə məhkəməyə müraciət et mişdir. Məhkəmələr mübahisəni həll edərkən mövcud əqdə ipoteka müqaviləsinin qaydalarının tətbiq edilməsi qərara alınmışdır. Cavabdehlər borc öhdəliyini icra etmirlər. Cavabdeh1 bildirir ki, Cavabdeh2 özünə məxsus daşınmaz əmlakı satmaq, bağışlamaq, icarəyə vermək və s. barədə ona etibarnamə vermiş, bundan sonra bu etibarnamə əsasında onunla X17 arasında alğı-satqı müqaviləsi bağlanmış, lakin tərəflər arasında bağlanmış müqavilə formal xarakter daşımışdır. Həmin alğı-satqı müqaviləsinin formal xarakter daşıdığını müstəntiq X7 tərəfindən tərtib olunan xx.xx.2013-cü il tarixli “Şahidin dindirmə Protokolu”nda verdiyi izahatında X15 təsdiq etmişdir. O, izahatında bildirmişdir ki, mənzilin alğı-satqısı edilsə də, “xxxx” ASC-yə ödənilən 50000 manat məbləğində pul depozit hesaba daxil olmuş, xx.x x.2012-ci il tarixdə onun xəbəri olmadan həmin pulu hesabdan X18 çıxararaq, X9 qaytarmışdır. Bu alğı-satqı müqaviləsinin formal xarakter daşıdığını Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi X2 tərtib etdiyi ittiham aktının 37-ci səhifəsində, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünün 17-18-ci səhifələrində və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında da sübut olunmuşdur. Belə ki, “xxxx” ASC-nin ona verilməsi üçün depozit hesabına qəbul olunmuş 50000 manat pul onun məlumatı olmadan çıxarılmış, 30000 manat kredit götürüldükdən və 3200 manat xərclər çıxıldıqdan sonra ona verilmiş, o, qalan 26800 manat pulu Cavabdeh2 adına “xxxx” MMC-də pay qoyuluşu etmişdir. O, cədvəl üzrə ödəniş edəndən bir müddət sonra “xxxx” MMC-nin icraçı direktoru X15 ondan evin texniki pasportunu istəmiş, lakin o, həmin sənədi verməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, növbəli ödənişə bir ay qalmasına baxmayaraq, qanunsuz olaraq çıxarış X10 adına keçirilmişdir. Bu səbəbdən qarşılıqlı iddia üzrə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs İsmayılov Azər İsmayıl oğlu bildirirlər ki, tərəflər arasındakı borc müqaviləsi xx.xx.2012-ci il tarixində 12 ay müddətinə bağlanmışdır. Kredit müqaviləsinin vaxtı xx.xx.2013-cü il tarixdə bitmişdir. İddia ərizəsi ilə bağlı 3 (üç) illik müddət ötürüldüyündən iddia müdəti tətbiq edilməklə iddia rədd edilməlidir. X15, X17 və X18 və X3 heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisələndirilən tələblər üzrə məhkəmə çəkişmələri olmuş və yekun məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx xxxxxxx 2015- ci il tarixdə qəbul edilmişdir. Ali Məhkəmənin həmin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək, “xxxx” MMC-nin kasasiya şikayəti təmin edilmiş, alğı-satqı müqaviləsi ləğv edilərək tələb edilən borcun təminatı olan mənzilə ipoteka müqaviləsinin qaydalarının tətbiq edilməsi, “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli borc müqaviləsi üzrə kreditin təminatını n ipoteka müqaviləsi hesab edilməsi və müvafiq qaydada qeydiyyata alınması qərara alınmışdır. Hazırki iddia tələbi üzrə iddia müddətinin başlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan xx.xx.2015-ci il tarixli qərarı qəbul edildiyi tarixdən hesablanmalıdır. İddiaçı MMC isə hazırki tələblə xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir ki, belə olan halda iddia müddəti ötürülməmişdir Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayətləri təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikas ı MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin halları ilə müəyyən edilir ki, Cavabdeh1 ilə “xxxx” MMC arasında borc müqaviləsi xx.xx.2012-ci il tarixində 12 ay müddətinə bağlanmışdır. Kredit müqaviləsinin vaxtı xx.xx.2013-cü il tarixdə bitmişdir. İddia ərizəsi ilə bağlı 3 (üç) illik müddət xx.xx.2016cı ildə bitdiyi halda iddiaçı hazırkı iddianı iddia müddətini ötürməklə xx.xx.2016-cı ildə vermişdir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdehlərin ərizəsinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında əvvəllər məhkəmə mübahisəsi olduğundan və həmin mübahisə üzrə yekun məhkəmə aktı xx.xx.2015-ci ildə qəbul edildiyindən iddia müddətinin axımı xx.xx.2015-ci ildən hesablanmalıdır. Belə olan halda isə iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi tərəflər arasında məhkəmə mübahisələrinin olmasını və bu mübahisələrin xx.xx.2015-ci ildə bitməsini nəzərə almaqla iddia müddətinin axımını qeyd edilən tarixdən hesablamaqla iş üzrə düzgün nəticəyə gəlməmişdir. Əvvəla işin hallarından göründüyü kimi iddiaçı kredit verən şəxs olmaqla verilən borc üzrə iddia müddətinin axımının hansı tarixdən başlandığından, eyni zamanda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 124 nömrəli evin 63,93 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 153 nömrəli mənzilə dair bağlanmış alqısatqı müqaviləsinin əslində ipoteka müqaviləsi olmasından borc verildiyi andan məlumatlı olmuşdur. Bundan başqa işin mübahisə edilməyən hallarından gör ündüyü kimi tərəflər arasında X10 Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi, qeydiyyatdan çıxarılma və mənzilin boşaldılması tələbi, Cavabdeh2 cavabdehlər X13, Cavabdeh1, Bakı şəhər 6 saylı Notariat Kontorunun xüsusi notariusu X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş olmuşdur. Həmin iş üzrə yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2015-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov (Ə.Ağayev) küçəsi, 124 nömrəli binada yerləşən 153 saylı mənzilin alğısatqısına dair xx xxxxxx 2012-ci il tarixli daşınm az əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov (Ə.Ağayev) küçəsi 124 nömrəli binada yerləşən 153 saylı mənzilin alğısatqısına dair xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə ipoteka müqaviləsinin qaydalarının tətbiq edilməsi, həmin müqavilənin “xxxx” MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2012-ci il tarixdə 30000 manat pulun borc verilməsi barədə borc müqaviləsi üzrə kreditin təminatı barədə ipoteka müqaviləsi hesab edilərək müvafiq qaydada qeydiyyata alınması qərara alınmışdır. Göründüyü kimi iddiaçı mübahisəli evə dair Cavabdeh1la “xxxx” MMC-nin işçisi X17 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan alqı-satqı deyil, ipoteka müqaviləsi olduğundan xəbərdar olduğu halda, o cümlədən Ali Məhkəmə tərəfindən yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edildiyi tarixdə iddia müddəti ötmədiyi halda iddiaçı hazırkı iş üzrə iddia ərizəsi ilə həmin məhkəmə aktı qəbul edildikdən 10 ay sonra məhkəməyə müraciət etmişdir. Lakin işin mahiyyətinə aid olduğu halda apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmamış və həmin hallara hüquqi qiymət verməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadı n ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1, kasasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar