Məhkəmə qərarları › İş №2(102)-3259/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3259/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3259/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon M əhkəməsinin (hakim V.Hacıyev) xx.xx.2019-cu il tarixli, 2(004)xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 3M-858 reyestr nömrəli kredit müqaviləsi üzrə 17000 manat borcdan ödənilməmiş qalan 13000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 13030 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov, A.Hüseynov, A.İmanov) xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-xxx/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17000 manat borcun, 2380 manat faiz borcunun, 500 manat nümayəndəyə ödədiyi xərcin, 2000 manat mənəvi zərərin, 30 manat dövlət rüsumunun, cəmi 21880 manat pul məbləğinin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ilk iddianın rədd edilməsi və cavabdeh İddiaçı ilə onun arasında Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2016cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Məhərrəmli Əhməd Nizami oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Buna görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)xxx/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Məhərrəmli Əhməd Nizami oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ilə Cavabdeh “xxxx” Şirkətində işləmişlər və kosmetika məhsulların ın satışı ilə məşğul olmuşlar. Cavabdeh 2014-cü ildə İddiaçı 10.000 manat borc pul almışdır. Sonradan Cavabdeh borcu qaytarmadığına görə, İddiaçı şikayəti əsasında Cavabdeh barəsində xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və Nərimanov RPİ İŞ-də istintaq aparılmışdır. Cinayət işinin istintaqı zamanı cavabdeh borcu qaytara bilmədiyi üçün tərəflər aralarında razılaşmışlar ki, cavabdeh iddiaçıdan 2014-cü ildə aldığı 10.000 manatı qaytaracaq və borcu vaxtında qaytarmaması nəticəsində iddiaçıya dəymiş maddi zərərin (əldən çıxmış fayda) əvəzi kimi 7.000 manat ödəyəcəkdir. Razılaşmaya əsasən tərəflər müəyyən etmişlər ki, Cavabdeh İddiaçı 17.000 manat (10.000 manat borc və 7.000 manat əldən çıxmış fayda) pul qaytarmalıdır. Bu məq sədlə tərəflər borcun məbləğinə dair kredit müqaviləsi bağlamaq üçün 9 saylı notariat kontoruna getmiş və xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi (borcun etirafı haqqında) bağlamışlar. Bundan sonra iddiaçının cavabdehlə borcun ödənilməsinə dair xx.xx.2016-cı il tarixdə müqavilə bağladıqlarına dair ərizəsi əsasında, cinayət işinin icraatına xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. Lakin cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı yenidən şikayət etmişdir. İddiaçının şikayəti əsasında cinayət işinin xitam qərarı ləğv edilmiş və cinayət işinin istintaqı davam etdirilmişdir. İddiaçının çoxsaylı şikayətlərindən sonra Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsində göstərilmiş 17.000 manat borcdan 4.000 manatını iddiaçıya qaytarması üçün xx.xx.2017-ci il tarixdə Nərimanov RP İ İŞ-nin müstəntiqi X15 vermiş və 4.000 manat pul Nərimanov RPİ İŞ tərəfindən iddiaçıya qaytarılmış və xx.xx.2017-ci il tarixdə cinayət işinin icraatına xitam verilmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsində göstərilmiş 17.000 manat borcdan 13.000 manatını hazırkı vaxta kimi İddiaçı qaytarmamışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsində göstərilmiş 17.000 manat borcdan 4.000 manatını iddiaçıya qaytarması üçün xx.xx.2017-ci il tarixdə Nərimanov RPİ İŞ-nin müstəntiqi X15 vermiş və 4.000 manat pul Nərimanov RPİ İŞ tərəfindən iddiaçıya qaytarılmış və xx.xx.2017-ci il tarixdə cinayət işinin icraatına xitam verilmişdir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər han sı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Hazırki işdə mübahisəsiz qaydada müəyyən olunur ki, tərəflər arasında şifahi borc münasibətləri olmuş və xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi də cavabdeh tərəfindən icra etmədiyi öhdəliyin etirafı məqsədilə bağlanmışdır. Yəni, burada uydurma əqddən söhbət gedə bilməz. Cavabdeh iddiaçıdan müqavilə bağlanarkən 17.000 manat almadığına əsasla nır, hansıki iddiaçı da müqavilə bağlanarkən həmin pulun verildiyini iddia etmir, belə ki, tərəflər arasında əvvəldən borc münasibətləri olmuş, iddiaçı 10.000 manatın borc məbləği, 7.000 manatın isə əldən çıxmış fayda olduğunu bildirmişdir. Həmin müqavilə də bu borcun cavabdeh tərəfindən etiraf edilməsi və qaytarılması üçün bağlanmış müqavilədir. Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödəməyi öhdəsinə götürdüyü 17.000 manat vəsaitdən 4.000 manatını ödəməklə, müqaviləni bəyəndiyi bəyan etmiş və onun icrasına başlamışdır. Beləliklə, etibarsız hesab edilməsi tələb edilən kredit müqaviləsi tərəflər arasında mövcud olan borc münasibətləri və cavabdeh tərəfindən borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçının düşdüyü zərərlə bağlı gəldikləri razılıq olmaqla, mövcud borcun cavabdeh tərəfindən etiraf edilməsi və həmin öhdəliyin icra müddətini ehtiva etmişdir ki, məhkəmə də haqlı olaraq Mülki Məcəllənin 882.1-ci maddəsini tətbiq edərərək, cavabdehin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi qənaətinə gəlmişdir. Apelyasiya kollegiyası həmçininmüddətlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və vurğulamışdır ki, iddianın dəlillərindən asılı olmayaraq hazırki iddianın qaldırıldığı vaxta artıq Cavabdeh üçün məhkəmə müdafiəsi hüququ mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə is ə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən, mübahisə edilən (etibarsız) əqdlərdə isə iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvəd ə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı işdən aşkar şəkildə görünür ki, Cavabdeh mübahisələndirdiyi əqdin icrasına xx.xx.2017-ci il tarixdə (4.000 manat ödədiyi vaxt) başladığı halda, 1 il ərzində məhkəməyə müraciət etməmiş, qarşılıqlı iddianı xx.xx.2019-cu ildə qaldırmışdır. Kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən apelyasiya kollegiyası hesab etmişdir ki, məhkəmən in cavabdehin müqavilə üzrə öhdəliyini tam yerinə yetirməməsi, kredit müqaviləsi üzrə ödəməli olduğu 17.000 manat (10.000 manat borc və 7.000 manat əldən çıxmış fayda) borcdan iddiaçıya cəmi 4.000 manat qaytarmasını nəzərə alaraq, 13.000 manatın iddiaçıya qaytarılmalı olması barədə gəldiyi qənaəti doğrudur. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin kasasiya şikayəti formal olaraq tərtib edilmiş, iddiaçı ilə aralarında mövcud olmuş münasibətlər üzrə hallar kasasiya şikayətində sadalamış və sonda apelyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etməsini qeyd etmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya inst ansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar