Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3259/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər "x” MTK-ya və Cavabdeh2 qarşı QƏRARİ iş № 2(102)-3259/2023 Açar sözlər: sökülmüş əmlaka görə kompensasiya tələbi, müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X8 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər "x” MTK-ya və Cavabdeh2 qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-425/20 23 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən ******* №-li, MH seriyalı Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.016287 ha torpaq sahəsində yerləşən 42 nömrəli binanın yarımzirzəmisində 70.7 kv.m ümumi, 59.9 kv.m əsas, 10.8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 1855 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2. 0087183 №-li, MA seriyalı Hüquqların Dövlət Qeyd iyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 6/7 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və xx.xx.2010-cu il tarixində qeydiyyata alınmışdır. 3. 06 dekabr 2018-ci il tarixli beh müqaviləsindən görünür ki, Cavabdeh2 AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşən, ümumi sahəsi 70.7 kv.metr olan qeyriyaşayış sahəsinə dair 15 yanvar 2018-ci il tarixədək rəsmiləşdirilərək alqı-satqı müqaviləsi ilə bağlı verəcəyi 328.000 manat hissəsini beh olaraq, notariusun depozit hesabı vasitəsilə İddiaçı vermiş, qalan 299.200 manat hissəsini isə alqı-sat qı müqaviləsinin rəsmiləşdirildiyi gün ödəcəyini öz üzərinə götürmüşdür. İddiaçı isə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşən, ümumi sahəsi 70.7 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 15 yanvar 2018-ci il tarixədək rəsmiləşdirməkdən imtina edərsə və alqı-satqı müqaviləsi üçün lazımi sənədləri vaxtında təqdim edə bilməzsə, Cavabdeh2 behin iki misli məbləğini, yəni 57.600 manat pul məbləğini ödəyəcəkdir. Müqavilə üzrə vəzifə və öhdəliklər Cavabdeh2 təqsiri səbəbindən bağlanmazsa, 28800 manat beh məbləği İddiaçı qalacaqdır. 4. xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsinə əsasən, bu müqaviləyə əsasən "xxxx" MTK İddiaçı qarşısında onların mülkiyyətində olan ünvan 3 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 40, mənzil 18/20 saylı mənzillər üzrə aşağıdakı öhdəlikləri üzərlərinə götürmüşlər: İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdıqdan sonra həmin əmlakı sahəsi 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsi kimi İddiaçı əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; İddiaçı mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 24 ay müddətin vəsaitini ona 43200 manat birdəfəlik ödəmək; X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 40, mənzil 18/20 daşınmaz əmlakın əvəzində 226.0 kv.m sahəsi olan 2 ədəd təmirli mənzili X9 ilə əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; X3 mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200 olmaqla 24 ay müddətin vəsaitini ona 28800 manatı birdəfəlik ödəmək. 5. xx.xx.2019-cu il tarixli, AN-İ № ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən, satıcı İddiaçı tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşən ümumi sahəsi 70.7 kv.m olan qeyri-yaşayış sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verir, alıcı Cavabdeh2 satıcı İddiaçı satdığı hissəni (70.7 kv/m) ondan 32800 manat qiymətinə almış, alqı-satqı məbləğindən 28800 manat xx.xx.2018-ci il tarixində Bakı şəhəri 13 saylı DNO tərəfindən təsdiq edilmiş 3-M-597 reyestr nömrəli beh müqaviləsi əsasında alıcı tərəfindən satıcıya notariusun depozit hesabı vasitəsilə ödənilib. Qalan 299200 manat isə hazırki müqavilə əsasında ödənilmişdir.
6. Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 19 fevral 2019-cu il tarixli müqaviləyə əsasən, əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 70.7 kv.metrdən (faktiki 155 kv.m ) ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilədə ilə şərtləndirilmiş müddətdə və qaydada Cavabdeh1 MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş 155 kv.m qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür, Cavabdeh1 MMC əmlak mülkiyyətçisini qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 550 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir. 7. xx.xx.2019-cu il tarixli Əmlakın Təhvil-Təslim aktına əsasən, Cavabdeh2 özünə məxsus ünvan 1 ünvanında yerləşən 70.7 kv.metrdən (faktiki 155 kv.m ) ibarət qeyriyaşayış sahəsini sökülmək üçün Cavabdeh1 MMC-yə təhvil vermişdir. 8. xx.xx.2019-cu il tarixli Əmlakın Təhvil-Təslim aktlarına əsasən, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlakını, X9 isə Nəsimi rayonu, Azadlıq prospekti ev 40, mənzil 18/20 daşınmaz əmlakını tam boşaldaraq sökülmək üçün Cavabdeh1 MMC-yə təhvil vermişdirlər. 9. "xxxx" MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli Bildirişdə İddiaçı və X3 nümayəndəsi binanın müqavilədə göstərilən 24 ay müddətində təhvil verilməməsinə görə əldən çıxmış fayda kimi hər ay üçün Azadlıq prospekti 42, mənzil 6-7 üçün 24 ay müddətində 228.000 manat, eləcə də, hər ay 9500 manat gəlirin ödənilməsini və hər ayın icarə haqqının bundan sonrakı ayları üçün 1800 manat deyil, 3600 manat hesabı ilə hesablanmasını, Azadlıq prospekti 40, mənzil 18-20 ünvanları üçün isə 24 ay müddətində 161.832 manat, eləcə də hər ay 6743 manat vəsaitin, bundan sonrakı icrarə haqqının artırılaraq birdəfəlik ödəməklə 1200 manat deyil, hər ay üçün 2400 manat hesablanılmasını və işgüzar nüfuzuna dəymiş maddi-mənəvi ziyanın da əlavə ödənilməsi xahiş olunmuşdur. 10. "xxxx" MMC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli Bildirişdə isə İddiaçı və X3 nümayəndəsi xx.xx.2020-ci il tarixli Bildirişdə göstərilənlərdən əlavə, Azadlıq prospekti 42, mənzil 6-7 altında yerləşən 85 kv.m özbaşına sökülən sahəyə sonrakı danışıqlara əsasən hər hansı uyöun bir müqavilənin xəbərdarlıq məktubundan 3 gün ərzində bağlanılmasını və indiyədək 85kv.m sahənin 28 aylıq icarə haqqınım hesablanıb verilməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.m qeyri-yaşayış sahəsinin dəyəri olan 394.342 manat pul məbləği və bu məbləğin xx.xx.2018-ci il tarixindən etibarən hesablanmalı olan illik 5 faizinin tutularaq ödənildiyi günə qədər hesablanılmaqla cavabdeh tərəfindən iddiaçıya verilməsi və xx.xx.2018-ci il tarixindən etibarən hər ay üçün 900 manat olmaqla icarə haqqının Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.m qeyri-yaşayış sahəsinin dəyərinin cavabdeh tərəfindən ödənildiyi və ya əvəzinin naturada verildiyi günə qədər ödənilməsi və habelə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Azadlıq prospekti 42, mənzil 6/7 tikilisinin altında yerləşən və ümumi sahəsi 155.7 kv.m olan bir girişli yarımzirzəminin alqı-satqısına dair Cavabdeh1 MTK ilə razılığa gəlinmişdir. Yarımzirzəmi faktiki olaraq bir sahədən ibarət olasa da, onun hissələrinə dair 70.7 kv.m və 85.0 kv.m olmaqla iki ayrı mülkiyyət sənədi (çıxarış) mövcud olmuşdur. Bu səbəblə yarımzirzəminin 70,7 kv.m-lik sahəsinin alqı-satqısı xx.xx.2018-ci il tarixli beh müqaviləsinə əsasən həyata keçirilmişdir. Həmin müqaviləyə əsasən cavabdehin səlahiy yətli nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri, 13 saylı Notariat orqanına 28.800 manat məbləğində ödəniş edilmiş, geri qalan 299.200 manat maliyyə vəsaiti isə xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müqavilənin bağlandığı gün iddiaçıya ödənilmişdir. Lakin, yarımzirzəminin digər hissəsinə - yəni 85.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair özgəninkiləşdirilmənin sənədləşdirilməsi həyata keçirilməmişdir. Buna səbəb həmin dövrdə sözügedən hissəyə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin faktiki olaraq itirilməsi olmuşdur. Cavadeh tərəf bunu əsas gətirərək ödənişi həmin sahə ilə bağlı sənədləşdirilmənin həyata keçirildiyi anda dərhal ödəniləcəyini bildirmişdir. Cavabdehlə öz aralarında Azadlıq prospekti 42, mənzil 6/7 tikilisinin altında yerləşən ümumi sahəsi 155.7 kv.m olan bir girişli yarımzirzəmini uçurulmasına yalnız geri qalan 85.0 kv.m sahənin alqı-satqısı edildikdən sonra həyata keçirilməsi barəsində şifahi razılığa gəlmişlər. Yarımzirzəminin qalan 85.0 kv.m sahəsinə dair xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış RX ******* saylı çıxarış çox qısa zaman ərzində iddiaçı tərəfindən əldə edilməsinə və cavabdehə təqdim edilməsinə baxmayaraq, bu hissəsinin alqı-satqısının aparılması cavabdeh tərəfindən əsassız səbəblərlə dəfələrlə təxirə salınmış və sonda isə ümumiyyətlə imtina edilmişdir. Üstəlik, cavabdeh tərəf sözü gedən Azadlıq prospekti 42, mənzil 6/7 tikilisinin altında yerləşən ümumi sahəsi 155.7 kv.m olan bir girişli yarımzirzəmini bütövlükdə ona xəbərdarlıq və hətta heç məlumat vermədən uçurub aradan qa ldırılmışdır. Mülkiyyətçi kimi ona (iddiaçıya) məxsus qeyriyaşayış sahəsinin qeyri-qanuni şəkildə cavabdeh tərəfindən sökülməsinə dair etiraz xarakterli xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh bu xəbərdarlıqlara heç bir məhəl qoymamışdır. Bu səbəblə 85.0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ölkədə formalaşmış işgüzar adətlərə və tərəflər arasında yaranmış qarşılıqlı praktikaya uyğun olaraq əmlakın adekvat dəyərinin və həmçinin söküntü işlərinin həyata keçirildiyi müddətdən etibarən icarə haqqının ödənilməsinə dair də cavabdehə müraciətlər edilmişdir. Beləliklə, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.m sahəsi olan qeyriyaşayış sahəsinə münasibətdə əmlakın adekvat dəyəri olaraq 394.342 (üç yüz doxsan dörd min üç yüz qırx iki manat) manat məbləğində maddi zərərin və xx.xx.2018-ci il tarixindən etibarən hər aya görə 900 manat icarə haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Bu tələbin hüquqi əsası ilə əlaqədar onu qeyd etməyi vacib hesab edirlər ki, əvvəla Bakı şəhərində başqalarının mülkiyyətində olan sahələrin yerində tikinti aparan hüquqi və fiziki şəxslər uçurduqları sahələrin əvəzində mülkiyyətçilərə həmin sahələrin həcmindən ən az 20% həcmində daha böyük sahə verməsi və sözü gedən sahənin hazır halda təhvil verilməsinə qədər keçən müddət üçün aylıq kirayə və ya icarə haqlarının ödənilməsi tam şəkildə bərqərar olmuş işgüzar adətdir. Həmçinin, tərəflər arasındakı bununla bağlı yaranmış praktika da tam buna uyğun şəkildə yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Razılaşma Müqaviləsi”nə əsasən həmin ərazi də, yəni Azadlıq prospekti, ev 42, mənzil 6 və 7 ünvanlarında yerləşən ümumi sahəsi 170 kv.m olan əmlak üçün bir aylıq 1800 manat olmaqla 24 ay ərzində cəmi 43200 manat dəyərində icarə haqqı ödənilməsi razılaşdırılmışdır. Bu icarə haqqı həmin mənzillərin sökülüb yenidən tikiləcəyi 24 aylıq müddət üçün mülkiyyətçiyə (yəni indiki iş üzrə iddiaçıya) məhrum qaldığı dövr üçün birdəfəlik ödəniş edilmişdir. Bu baxımdan mübahisəli obyektlərin yenidən sökülüb-tikilərək və bu müddət ərzində mülkiyyətçi olaraq iddiaçıya təhvil verməsi və təhvil verilənədək cavabdeh tərəfindən iddiaçıya icarə haqqının ödənilməsi ədalətin, işgüzar adətin və hüququn birmənalı tələbidir. Bu məqsədlə qeyd edilməlidir ki, cavabdeh iddiaçıya eyni ərazidə 170 kv.m üçün aylıq 1800 azn ödəmişdir. İddiaçının məhrum edildiyi sah ə isə bunun tam yarısı, yəni 85 kv.m. təşkil edir. Buna görə də, eyni ərazidə ancaq qeyri-yaşayış sahəsi olaraq sözü gedən 85.0 kv.m-lik yarımzirzəminin istifadəsindən məhrum qalman müddətin hər ayı üçün cavabdeh ən azı 900 manat məbləğində icarə pulu ödəməlidir. Beləliklə, cavabdeh, mülkiyyətçi olaraq iddiaçıya xx.xx.2018-ci il tarixindən, yəni mülkiyyətçinin faktiki olaraq istifadə etmək imkanından məhrum qaldığı tarixdən etibarən hər ay üçün minimum 900 manat məbləğində icarə haqqı verilməlidir. Lakin, cavabdeh hər dəfəsində mülkiyyətinə qanunsuz müdaxilə nəticəsində yaranmış maddi zərər olaraq əmlakın adekvat dəyəri və icarə haqqı üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Sözügedən 85.0 kv.m qeyriyaşayış sahəsi xx.xx.2008-ci il tarixli, ******* saylı AR ƏMDK yanında DƏDR X-in Çıxarışına əsasən hüquqi cəhətdən mövcud olsa belə, faktiki şəkildə qeyri-yaşayış sahəsi olaraq mövcud deyil, yalnız divarları sökülmüş boş bir sahədən ibarətdir və indiyə kimi yerində heç bir tikinti işləri həyata seçirilməmişdir. Beləliklə, işin mübahisəsiz olan halı kimi cavabdeh iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı qanuni əsas olmadan dağıdaraq tamamilə istifadə üçün yararsız hala gətirmiş və bugünədək bunun nəticələrini aradan qaldırmamşdır. Nəticədə mülkiyyətçiyə həm sözü gedən daşınmaz əmlakın dəyəri həcmində, həm də həmin daşınmaz əmlakın xx.xx.2018-ci il tarixindən bəri istifadə olunmasından məhrum etmək şəklində maddi zərər vurmuşdur.
13. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə “müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair iddia ərizəsinə düzəliş və əlavə təqdim edərək, üçüncü şəxs Cavabdeh2 cavabdeh qismində cəlb edilməsi, Cavabdeh1 MTK və Cavabdeh2 Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85 kv.m mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə dəyəri olan 394.342 manat pulun və xx.xx.2019-cu il tarixindən etibarən həmin məbləğə görə hesablanmalı olan illik 5 faizin AR Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən ödənildiyi günə kimi hesablanmaqla cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Eyni zamanda İddiaçı xx.xx.2022-ci il tarixdə “müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsini təqdim edərək, "xxxx" MMC ilə İddiaçı və X9 arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə öhdəliklərinin 1.1 a, b, c v ə ç bəndlərinin icrasının məcburi qaydada cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması; İddiaçı mülkiyyətində olan birgə nigah dövründə əldə edilmiş ünvan 6 ünvanda yerləşən daşınmaz əmlakın əvəzində əmlak sahəsi 170 kv metr olmaqla təmirli qeyri-yaşayış sahəsinin sökülmüş ünvan 6 saylı daşınmaz əmlakın yerində olmaqla "xxxx" MMC tərəfindən tikilərək təxirəsahnmadan iddiaçılara verilməsi; İddiaçı mülkiyyətində olan həmin əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 2021-ci ilin may ayından hesablanmaqla qətnamə icra olunan günə yığılmış pul vəsaitləri dərhal İddiaçı ödənilmək şərti ilə mənzil təhvil verilən günə kimi aylıq 1200 manat kirayə haqqının cavabdeh tərəfindən İddiaçı ödənilməsi; Bakı şəhəri, Azadlıq prospekti 42, mənzil 6 və 7 mənzilinin altında yerləşən, iddiaçıların birgə nigah dövründə əldə edilmiş və sökülən günə kimi sahibliyində, mülkiyyətində olmuş, gəlir mənbələri olmuş və cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 155.7 kv metr olan yarımzirzəminin (qeyri- yaşayış sahəsinin) 85,0 kv metr hissəsinin dəyərinin, yəni 394 342 manat pul məbləğinin və bu məbləğin söküntü taixindən olmaqla, xx.xx.2019-cu il tarixdən etibarən hesablanmalı olan illik 5 faizin AR Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən ödənildiyi günə kimi hesablanmaqla cavabdehlər "xxxx" MMC (hazırki adı "xxxx" MTK) və Cavabdeh2 tərəfindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; Bakı şəhəri, Azadlıq prospekti 42, mənzil 6 və 7 mənzilinin altında yerləşən, İddiaçı mülkiyyətində olan reyestr nömrəsi **********20-05101-083002 olan 85 kv metrlik ümumi sahəsi olan iddiaçıların bi rgə nigah dövründə əldə edilmiş və sökülən günə kimi sahibliyində, mülkiyyətində olmuş, gəlir mənbələri olmuş və cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 155.7 kv metr olan yarımzirzəminin (qeyri- yaşayış sahəsinin) 85 kv metrlik hissəsinin aylıq icarə haqqı 900 manat olduğundan iddiaçıların itirilmiş gəliri (əldən çıxmış fayda) olmaqla xx.xx.2018- ci il tarixdən etibarən hər ay üçün 900 manat olmaqla cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 “müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə öhdəliklərinin 1.1 a, b, c və ç bəndlərinin icrasının məcburi qaydada cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması; o cümlədən, onun mülkiyyətində olan birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Azadlıq prospekti 40, mənzil 18/20 saylı daşınmaz əmlakın əvəzində 225.0 kv.metr sahəsi olan 2 ədəd təmirli mənzilin sökülmüş Bakı şəhəri, Azadlıq prospekti 40, mənzil 18/20 saylı daşınmaz əmlakın yerində olmaqla "xxxx" MMC tərəfindən tikilərək təxirəsalınmadan verilməsi; mülkiyyətində olan həmin əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 2021-ci ilin may ayından hesablanmaqla qətnamə icra olunan günə yığılmış pul vəsaitləri dərhal ona ödənilmək şərtilə (hazırki vaxta 11 ay üzrə 19800 manat təşkil edir) mənzil təhvil verilən günə kimi aylıq 1800 manat kirayə haqqının cavabdeh tərəfindən X5 ödənilməsi; rüsum və vəkil orderi üçün ödənilmiş 200 manat məhkəmə xərcinin cavabdehdən alınaraq X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Müstəqil tələblər irəli sürən üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 40 saylı binada ümumi sahəsi 169.5 kv.metr olan, mənzil 18/20, arvadının İddiaçı birgə nikah dövründə əldə etdikləri mülkiyyətində olmuş Azadlıq prospekti 42, mənzil 6/7 ünvanda yerləşən mənzillər, eləcə də İddiaçı mülkiyyətində birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Azadlıq prospekti 42, mənzil 6 və 7 mənzilinin altında yerləşən və ümumi sahəsi 155.7 kv.metr olan 2 yarımzirzəmini birgə nikah dövründə əldə edilmiş vəsait hesabına əldə edildiyindən hər 4 əmlaka birgə mülkiyyət, isti fadə, sahiblik hüquqları vardır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək həm nümayəndəsi olduğu İddiaçı iddia ərizəsinin, həm də öz iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələblərinə etiraz edərək bildirmişdir ki, Cavabdeh1 MTK-nın rəhbərliyi tərəfindən iddiaçı və onun əri X7 ilə dəfələrlə danışıqlar aparmış, binanın qəzalı vəziyyətdə olması halını nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edi lməsi təklif edilmişdir. Cavabdeh1 MTK-nın son təklifi ünvan 6 ünvanında olan əmlakın altında yerləşən İddiaçı Məmmədəli qızının mülkiyyətində olan, faktiki sahəsi 155 kv metr olan zirzəminin Cavabdeh2 328.000 manat dəyərində satılması, İddiaçı Məmmədəli qızının mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 42, mənzil 6 və 7 əvəzinə həmin yerdə inşa edilmiş yeni binada 170 kv metr qeyri-yaşayış sahəsi, 24 ay müddətinə hər ay 1800 manat kirayə haqqı hesablanmaqla ümumilikdə 43200 manat (24*1800=43200) pul ödənilməsi, X3 mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 40, mənzil 18 və 20 faktiki sahəsi 188,3 kv metr əvəzinə həmin yerdə inşa ediləcək binada ümumi sahəsi 226 kv metr olan mənzilin verilməsi və kirayə haqqı hər ay 1200 manat olmaqla 24 ay üçün 28800 manat birdəfəlik ödənil məsi razılaşdırılmışdır. 21 dekabr 2018-ci ildə Cavabdeh1 MTK ilə İddiaçı Məmmədəli qızı və X9 arasında üçtərəfli 054 saylı Razılaşma Müqaviləsi bağlanmışdır. İddiaçı Məmmədəli qızının mülkiyyətində olan ümumi faktiki sahəsi 155 kv metr olan zirzəminin Cavabdeh2 satılmasına dair xx.xx.2018- ci il tarixdə Beh Müqaviləsi və xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi bağlanmışdır. İddiaçı Məmmədəli qızının iddia tələbinə görə ilk olaraq Cavabdeh1 MTK ilə İddiaçı Məmmədəli qızı və X9 arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə öhdəliklərinin 1.1 a, b, c və ç bəndlərinin icrasının məcburi qaydada Cavabdeh1 MTK-nin üzərinə qoyulmasını tələb edir. İddiaçı Məmmədəli qızı ilə Cavabdeh1 MTK arasında xx.xx.2018-ci il tarixdə Müqavilənin 1.2,-ci bəndinə ə sasən Cavabdeh1 MTK tərəfindən İddiaçı Məmmədəli qızına 24 ay üçün, hər ay 1800 manat oalraq, 43200 manat məbləğində kirayə haqqını əvvəlcədən ödəmişdir. xx.xx.2018-ci il tarixdə X9 ilə Cavabdeh1 MTK arasında bağlanmış Müqavilənin 1.2,-ci bəndinə əsasən Cavabdeh1 MTK X5 24 ay üçün hər ay 1200 manat olaraq, 28800 manat məbləğində kirayə haqqını əvvəlcədən ödəmişdir. Cavabdeh1 MTK iddiaçının sökülmüş mənzilinin yerində inşa edilən çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının altında olan yerdən 170 kv metr qeyri-yaşayış sahəsi bina tam inşa edildikdən sonra təqdim ediləcəkdir. Həmin binanın 8-ci mərtəbəsi inşa edilir. İlin sonunadək həmin sahə iddiaçıya təhvil veriləcəkdir. Həmin vaxtadək MTK iddiaçıya hər ay 1800 manat kirayə haqqı ödəyir. İddiaçı Məmmədəli qızı ilə “Azəri Tikinti Şirkəti" M TK arasında bağlanmış xx.xx.2018-ci il tarixli Müqavilənin 1.2,-ci bəndinə görə MTK hər ay 1800 manat kirayə haqqını İddiaçı Məmmədəli qızına ödəməlidir. MTK xx.xx.2021-ci il tarixədək 1800 manat kirayə haqqını İddiaçı Məmmədəli qızına ödəmişdir. Ödənişə dair bank çıxarışını mülki iş materiallarına əlavə edilmişdir. xx.xx.2021-ci il tarixdən kirayə haqqının İddiaçı Məmmədəli qızına ödənilməməsinin səbəbi ünvan 6 ünvana dair əmlakın mülkiyyət hüququnun İddiaçı Məmmədəli qızına aid olmasına dair rəsmi sənədin əslini MTK verməməsidir. Lakin xx.xx.2018-ci il tarixli, 054 saylı Razılaşma Müqaviləsinin 1.1.-ci bəndinin a) yarımbəndinə görə İddiaçı Məmmədəli qızı və X9 mülkiyyətlərində olan ünvan 6 və Bakı şəhəri, Azadlıq prospekti 40, mənzil 18 və 20 gələcəkdə 3-cü şəxslərin hüquqlarından azad daşınmaz əmlaklar verməyi, mənzillər üzərində olan yüklülük aradan qaldırmalıdırlar. Lakin onlar əmlakları Bankda ipoteka ilə yüklü olmuş, Çıxarışları notariat orqanında saxlanılmışdır. İddiaçı həmin sənədlərin əslini MTK təhvil verməmişdir. Məhkəmədə də həmin sənədlərin əsli tələb olunsada iddiaçı rəsmi sənədlərin (Çıxarışın) əslini məhkəməyə təqdim etməmişdir. İddiaçı Məmmədəli qızının 4-cü iddia tələbi: “Bakı şəhəri, Azadlıq prospekti 42, mənzil 6 və 7 mənzilinin altında yerləşən iddiaçıların birgə nigah dövründə əldə edilmiş və sökülən günə kimi sahibliyində, mülkiyyətində olmuş, gəlir mənbələri olmuş və cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 155,7 kv metr olan yarımzirzəminin (qeyri-yaşayış sahəsinin) 85 kv metr hissəsinin dəyərinin, yəni 394 342 manat pul məbləğinin və bü məbləği in söküntü tarixindən olmaqla, xx.xx.2019-cu il tarixdən etibarən hesablanmalı olan illik 5 faizin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən ödənildiyi günə kimi hesablanmaqla cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 tərəfindən müştərək qaydada tutularaq İddiaçı Məmmədəli qızına ödənilməsdir Məhkəmə baxışında şahid qismində ifadə verən X6 bildirmişdir ki, İddiaçı Məmmədəli qızının ünvan 6-nin altında olan zirzəminin faktiki sahəsi 155 kv metr olmaqla nümayəndə qismində iştirak etdiyi arvadı Cavabdeh2 adına 328 000 manat dəyərində almış, zirzəminin bir giriş qapısı, ümumumi sahəsi 155 kv metr olmaqla vahid sahədən ibarət olmuş, İddiaçı Məmmədəli qızı və X9 həmin zirzəmini tamamilə faktiki sahəsi olan 155 kv metr tam satmışlar. Alqı-satqı günü İddiaçı Məmmədəli qızı zirzəmini tam olaraq 155 kv metr faktiki sahəsini Cavabdeh2 nümayəndəsi və əri Rüstəm Əhmədova təhvil vermişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda olan qeyri-yaşayış sahəsinin (zirzəminin) Cavabdeh2 mülkiyyətində olmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. xx.xx.2019-cu il tarxdə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Müqavilə bağlanmışdır. Tərtib edilmiş Əmlakın təhvil-təslim Aktı ilə Cavabdeh2 nümayəndəsi Rüstəm Əhmədov Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanda yerləşən 155 kv metr zirzəmini Cavabdeh1 MTK-ə sökülmək üçün təhvil vermişdir. İddiaçı Məmmədəli qızı zirzəminin üstündəki mənzillərini və mənzilləri altında olan zirzəmini Cavabdeh2 sataraq əmlaklarını: mənzillərini Cavabdeh1 MTK-a tə hvil verir, zirzəmini isə tamamilə Cavabdeh2 təhvil verməklə çıxmışdır. Əmlak 2019-cu ilin fevral ayından sonra sökülmüşdür. Bu hadisədən 3 il keçdikdən sonra İddiaçı Məmmədəli qızı 155 kv metr zirzəminin 85 kv metr hissəsinin Çıxarışını bankdan alaraq məhkəməyə təqdim edərək 394342 manat məbləğində pul tələb edir. İddiaçı Məmmədəli qızı qəsdən zirzəminin 85 kv metr sahəsinin mülkiyyət sənədini itirməklə Cavabdeh2 zirzəminin faktiki sahəsinin 155 kv metr üçün 328000 manat almış, 3 il keçdikdən sonra məhkəməyə müraciət edərək əlavə 394342 manat pul tələbini təkrar almağını tələb edir. Bu ədalətsizlikdir. Cavabdeh2 əri və nümayəndəsi Rüstəm Əhmədov iddiaçıdan 328000 manat əmlakın dəyərini və 3500 manat ödədiyi verginin İddiaçı Məmmədə qızı tərəfindən qaytarıldığı təqdirdə MTK-n əvəzləşdirdiy i 155 kv.metr zirzəminin İddiaçı Məmmədəli qızına verməsi təklifini məhkəmədə səsləndirmişdir. Məmmədhəsənova X2 Könül Cabbar qızına faktiki 155 kv metr sahəsi olan zirzəmini satmışdır. İddiaçı Məmmədəli qızı ünvan 6 MTK sökülməyə təqdim etmiş, mənzillərin altında olan 155 kv metr zirzəmini Cavabdeh2 sataraq təhvil verməklə Bal şəhəri, Azadlıq prospekti 42 binanı tam tərk etmişdir. 3 il müddətində zirzəminin guya satmadığı 85 kv metr sahəsini heç vaxt yoxlamadan, baş çəkmədən sonra məhkəmədə tələb etməkdə haqsızdır. Buna görə əldən çıxmış fayda tələb etməsi qanunsuzdur. Qeyd olunanları nəzərə alaraq iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, sözügedən zirzəmi Nəsim i rayonu, Azadlıq prospekti 42 ünvanında yerləşir. Alqı-satqı müqaviləsi ilə bağlı 2018-ci ilin noyabr tarixində obyekti almağa getmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X9 da orda olmuşdur. Müqavilə notarial şəkildə bağlanmış, bağlandığı zaman onun etibarnaməsi olmuşdur. Naiq öz işçisi ilə onu aşağı mərtəbəyə göndərmiş, onlar 55.000 manata razılaşmış, ərazini ölçüsü 155 m2 olmuşdur. Həmin zirzəminin 70 m2 sahəsinin rəsmi sənədləri olmuşdur, 85 m2 sahəsinin isə sənədi yox idi. 155 m2 sahəyə 328.000 min manata razılaşmış, əvvəlcə 28.800 manat beh vermiş, qalan pulu 10-15 gün ərzində ödəmişlər. Alqı-satqıdan sonra 70 kv.m-in çıxarışını almış, daha sonra "xxxx" MMC ilə 155 m2 sahə ilə alqı-satqı müqaviləsi bağlamışlar. 85 m2 sahə ilə bağlı X3 hər hansı bir etirazı olmam ışdır. Onunla "xxxx" MMC arasında təhvil-təslim aktı vardır. Zirzəmi ilə bağlı söküntü işləri 2019-cu ilin fevral ayında baş tutmuşdur.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin( hakim N.Tağıyeva ) 2(006)-332/2022 saylı işi üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394342 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan ödənilməmiş (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 14400 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, mübahisə predme ti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiasının qismən təmin edilməsi, cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 9600 manat məbləğində kirayə haqqı və iddianın qaldırılması üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun, hüquqi xidmət haqqı kimi ödənilmiş 50 manat pul vəsaitinin tutularaq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Azadlıq prospekti 42, mənzil 6/7 tikilisinin altında yerləşən və ümumi sahəsi 155.7 kv.m olan qeyri yaşayış sahəsi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı həmin sahənin Cavabdeh1 MTK -yə satılmasına razılığa gəlmişdir. Yarımzirzəmi iki hissəd ən ibarət olmuşdur: 70.7 kv.m və 85.0 kv.m olmaqla iki ayrı mülkiyyət sənədi (çıxarış) mövcud olmuşdur. Bu səbəblə İddiaçı ilə Cavabdeh2 ilə yarımzirzəminin 70,7 kv.mlik sahəsinin alqı-satqısı xx.xx.2018-ci il tarixli beh müqaviləsinə əsasən həyata keçirilmişdir. Müqaviləyə əsasən 70 kv.m. olan qeyri-yaşayış sahəsinə dair 15 yanvar 2018-ci il tarixədək rəsmiləşdiriləcək alqı- satqı müqaviləsi ilə baclı veriləçəyi pul 328000 manat manatdan 28800 manat pul cavabdehin səlahiyyətli nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri, 13 saylı Notariat orqanına ödəniş edilmiş, geri qalan 299.200 manat maliyyə vəsaiti isə xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müqavilənin bağlandığı gün iddiaçıya ödənilmişdir. Daha sonra 21 dekabr 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 MTK arasında Razılaşma müqaviləsi bağlanılmış və müqaviləyə əsasən tərəflər öz üzərinə öhdəliklər götürmüşdür. Lakin, yarımzirzəminin digər hissəsinə - yəni 85.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair sənədləşdirilməsi mümkün olmamış və sonradan cavabdeh iddiaçıya heç bir məlumat vermədən ərazidə söküntü işləri aparmışdır. Hazırda İddiaçı həmin 85.0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin dəyəri olan 394.342 manat tələb edir və öz tələbini onunla əsaslandırır ki, həmin 85 kv.m. qeyri-yaşayış «Bank Standart» KB ilə mübahisə olan zaman bankda qirovda olmuş, həmin vaxtı həmin sahə qiymətləndirilmiş, daha sonra girovdan azad edilmiş, lakin Cavabdeh1 MTK ofisin ünvanı dəyişdirildiyindən, 85 kv.m. qeyri-yaşayış sahəsinin sənədləri MTK-ya təqdim etmək mümkün olmamışdır. Məh kəmə qeyd etməyə zəruri hesab edir ki, çavabdeh Cavabdeh1 MTK öz etirazında İddiaçı Məmmədəli qızından faktiki olaraq 155 kv.m. sahəsinin 328000 manat manat dəyərində alınmasını qeyd etsə də, buna dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Yalnız xx.xx.2019-cu il tarixli qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı təqdim etmiş və həmin Çıxarışda 70.7 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına qeydiyyata alınması göstərilmişdir. Bundan başqa, İddiaçı həmin sahəyə aid olan kirayə haqqının ödənilməsini tələb edir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X9 “müqavilə öhdəliklərinə əməl edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə işə qoşularaq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 40, mənzil 18/20 saylı daşınmaz əmlakla bağlı müəyyən məbləğdə kirayə haqqının ödənilməsini və s. tələb edir. Məhkəmə, iddiaçıların kirayə haqqının tutulması ilə bağlı qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2021ci ilin oktyabr ayından 2022- ci ilin may ayınadək İddiaçı 14.400 (on dprd min dörd yüz) manat, X5 isə 9600 (doqquz min altı yüz) manat ödənilməmiş kirayə haqqı təşkil edir. Bundan başqa iddianın qaldırılması üçün İddiaçı tərəfindən 30.40 (otuz manat, qırx qəpik) manat, X9 tərəfindən isə 150 (yüz əlli) manat və hüquqi xidmət haqqı kimi 50 (əlli) manat ödənilmişdir.
22. Məhkəmə iddia tələbinin cavabdehlərin əməllərində cinayət tərkibi olduğu üçün xüsusi qərardad qəbul edib prokurora məlumat verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə pros essual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçılar xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz.
23. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 331, 390, 405, 427, 441, 442, 449, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 saylı işi üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
25. Cavabdeh "Azəri Tikinti Şirkəti” MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməsini, İddiaçı Məmməsəli qızı və müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddialarının tamamilə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394342 manat məbləğində pul vəsait i tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın tamamilə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki,(Azərbaycan Respubliksası Mülki Məcəllənin 646.1; Mülki Prosessual Məcəllənin 47.2-ci maddələrinə istinadən) məhkəmə hesab etmişdir ki, 155 kv metr zirzəminin dəyəri 722 000 manat təşkil edir. Yəni zirzəminin bir kvadrat metrinin dəyəri 4658 manatdır. Bakı şəhərində həmin qiymətə zirzəmi sahəsi yoxdur. Məhkəmə xüsusi biliyə malik şəxsi (eksperti) cəlb etmədən, ekspert rəyi almadan yanlış nəticəyə gəlmiş, 155 kv metr sahənin 85 kv metr hissəsinin dəyərini 394000 manat olmasını əsassız olaraq təsdiq etmişdir. Məhkəmə zirzəminin 70,7 kv metr hissəsinin bazar dəyərinin 15 il qabaq vəziyyət inə 334 000 manat olmasına dair sübut kimi istinad edə bilməzdi. Məhkəmə məhkəmə texniki tikinti ekspertizası təyin etməklə, obyektiv ekspert rəyində göstərilən bazar qiymətini müəyyən etməklə araşdırmalı idi. Qətnamədə qeyd edilmişdir ki, guya məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Azadlıq prospekti 42, mənzil 6/7 tikilisinin altında yerləşən və ümumi sahəsi 155.7 kv.m olan qeyri yaşayış sahəsi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı həmin sahənin Cavabdeh1 MTK -yə satılmasına razılığa gəlmişdir. Bu hal sübuta yetirilməmişdir. İddiaçı zirzəmini Cavabdeh2 satmışdır. Axırıncı şəxsin MTKa heç bir aidiyyəti yox, işçisi və ya nümayəndəsi deyildir. Cavabdeh2 əri Rüstəm Əhmədov qeyd olunan ərazinin ətrafında istismar müddətini keçmiş əmlakları alaraq MTK ilə əvəzləşdirərək yeni daşınmaz əmlaklar ilə əvəzləşdirməni həyata keçirir. Buna görə İddiaçı zirzəmisini Rüstəm arvadı Cavabdeh2 adına almışdır. Məhkəməyə görə yarımzirzəmi iki hissədən ibarət olmuşdur: 70.7 kv.m və 85.0 kv.m olmaqla iki ayrı mülkiyyət sənədi (çıxarış) mövcud olmuşdur. İddiaçı zirzəmisi bir qapıdan ibarət olaraq bir vahid 155 kv metr sahə olmuşdur. Satıcı bütöv əmlakı alıcıya göstərməklə bir sənədi rəsmiləşdirsə də, əmlakın 155 kv metr sahəsinin dəyəri olan 328000 manat almışdır. Alıcı zirzəmini MTK 155 kv metr olmaqla təhvil verdikdən 3 il sonra 85 kv metr zirzəmi hissəsinin sənədini məhkəməyə təqdim etməklə zirzəminin ikiqat qiymətinin guya qalan hissəsini tələb etmişdir. Məhkəməyə görə yarımzirzəminin digər hissəsinə - yəni 85.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair sənədləşdirilməsi mümkün olmamış və sonradan cavabdeh iddiaçıya heç bir məlumat vermədən ərazidə söküntü işləri aparmışdır. Məhkəmə zirzəminin 85 kv metr olan hissəsinin nədən sənədləşdirilməsinin mümkün olmamasına dair halları araşdırmamışdır. MTK ərazidə söküntü işlərini zirzəminin 155 kv metrinin söküntüyə təhvil verilməsinə dair Cavabdeh2 nümayəndəsi R.Əhmədovun xx.xx.2019-cu il tarixli Akt və xx.xx.2019-cu il tarixli İddiaçı nümayəndəsinin MTK ilə təsdiq etdiyi Akt əsasən zirzəminin üstündə olan 170 kv metr mənzilin söküntüyə təhvil verməsi olmuşdur. Yəni zirzəmi tam olaraq MTK-ə Cavabdeh2 tərəfindən təhvil verilmiş, iddiaçı isə buna etirazını etməmişdir. Qətnamdə göstərilmişdir ki, daha sonra girovdan azad edilmiş, lakin Cavabdeh1 MTK ofisin ünvanı dəyişdirildiyindən, 85 kv.m. qeyri-yaşayış sahəsinin sənədlərini MTK-ya təqdim etmək mümkün olmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, MTK-nin ofisi iddiaçının əmlakından 10 metr mesafədə yeni tikilmiş binanın birinci mərtəbəsindədir. Naiq Məmmədhəsənov hər zaman gəlmiş icarə haqlarının ödənilməsini tələb etmişdir. İddiaçının 3 il müddətində 85 kv metr sahəsi olan zirzəminin tələb etməməsi səbəbi zirzəmini tamamilə faktiki olaraq 155 kv metr sahəsi 328.000 manat dəyərində Cavabdeh2 satması olmuşdur.
27. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs(eyni zamanda iddiaçının nümayəndəsi) X9 hər iki sahənin təyinatının bir olduğunu, bir təyinat üzrə fəaliyyət göstərdiyini, lakin iki çıxarışının, üç qapısının olduğunu, bunun texiniki pasportda qeyd e dildiyini, hər iki sahənin bankda girovda olduğunu, borcu bağlamaq üçün satmağa razılaşdığını, əvvəl hər iki sahənin satılması ilə bağlı danışıqlarının olduğunu qeyd etmiş, 70.7 kv.m-dən ibarət sahəni satdığını, Cavabdeh2 tərəfindən 85 kv.m-dən ibarət sahənin çıxarışını təqdim etdikdən sonra sahəni təhvil alıb pulu ödəyəcəklərinin deyildiyini, lakin 2019-cu ildə cavabdeh MTK-nın qeyri-qanuni həmin sahəni sökdüyünü, hüquqlarının pozulması ilə əlaqədar ötən illər ərzində müxtəlif orqanlara müraciət etdiklərini bildirmişdir
28. İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətləri barədə mülahizə təqdim edərək( Mülki Məcəllənin 21.1, 21.2, 152.1-ci maddələrinə istinadən) qeyd etmişdir ki, cavabdehlər tərəfindən verilmiş şikayətlər təmamilə əsassızdır və təmin edilməməlidir.Belə ki, İddiaçı mülkiy yətində olan 85.0 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı hazırkı iş üzrə cavabdehlərdən heç biri ilə hər hansı müqavilə bağlamamış və hər hansı razılığa gəlməmişdir. Cavabdeh1 MTK hazırkı iş üzrə digər Cavabdeh2 ilə qeyri-yaşayış sahəsinin alğı-satqısına dair müqavilə bağlanmasına istinad etsə də, iş materiallarında olan sənədlərdən də görünür ki, hər iki cavabdeh arasında olan alğı-satqı müqaviləsi sözügedən sahənin yalnız 70.7 kv.m sahəsinə aid olan hissəsini əhatə edir və həmin sahənin digər, yəni F. Məmmədhəsənovanın mülkiyyətində olan 85.0 kv.m hissəsinə münasibətdə hər hansı əqd mövcud deyil. Eyni zamanda iş materiallarında olan F. Məmmədhəsənova və K. Əhmədova arasında bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair müqavilədən də görünür ki, tərəflər həmin müqavilə ilə yalnız mübahisəl i sahənin 70.7 kv.m hissəsinin alğı-satqısına dair razılığa gəliblər, digər 85.0 kv.m hissəsinə isə İddiaçı tərəfindən heç bir sərəncam verilməmişdir. Qeyd edilən yaşayış sahəsi Cavabdeh1 MTK tərəfindən sökülərkən həmin sahə İddiaçı mülkiyyətində olmuş və cavabdeh müəssisə buna heç bir əhəmiyyət verməyərək İddiaçı mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqla ona maddi ziyan vurmuşdur. Həmin qeyri-yaşayış sahəsinin dəyəri “Bank Standart” KB ilə İddiaçı əvvəlki mübahisəsi zamanı qiymətləndirilmiş və iddiaçı həmin sahənin dəyərinin sübut etmə vasitəsi olaraq həmin sənədi məhkəməyə təqdim etmiş və həmin məbləğin mübahisələndirilməməsi ilə bağlı hər iki cavabdeh birinci instansiya məhkəməsində həmin məbləği mübahisələndirməmiş və onların bu məbləği mübahisələndirməməsi artıq həmin məbləğin onla r tərəfindən qəbul edilməsi kimi qiymətləndirilməlidir. Cavabdeh1 MTK iddiaçı F. Məmmədhəsənovadan faktiki olaraq 155 kv.m sahəsinin 328000 manat dəyərində alınmasını qeyd etsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 MTK tərəfindən iddiaçı F. Məmmədhəsənovanın mülkiyyətində olan 85.0 kv.m qeyri-yaşayış sahəsinin özbaşına sökülməsi mülkiyyət hüquqlarına müdaxilədir və hüquqa ziddir. İş materiallarında olan sənədlərdən də görünür ki, Cavabdeh1 MTK tərəfindən ödənilməmiş (2021-ci ilin oktyabr-2022-ci ilin may ayı üçün) 14000 manat məbləğində kirayə haqqı da iddiaçı F. Məmmədhəsənovaya ödənilməlidir və həmin hallar birinci instansiya məhkəməsinə təqdim edilən sübutlarda öz əksini tapmışdır.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümay əndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, şikayətlərini 394342 manat məbləğində pul vəsaitinin tutulması hissəsində müdafiə etdiklərini və kirayə haqqının tutulmasına etirazlarının olmadığını bildirmiş və yazılı mülahizə təqdim etmişdir. İddiaçı Məmmədəli qızı zirzəminin üstündəki mənzillərini xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Təhvil aktı ilə MTK-ya təhvil vermişdir. Əgər İddiaçı mənzilinin altında olan zirzəmini tamamilə Cavabdeh2 satmasa idi,zirzəminin üstündə olan 170 kv.metr mənzilini qapı pəncərəsini özü sökdükdən sonra tikinti şirkətinə təhvil verməzdi. Bundan bir gün qabaq, yəni xx.xx.2019-cu il tarixdə Könül Əhmdəova təhvil aktı ilə aldığı 155 kv metr zirzəmi sahəsini söküntü üçün MTK təhvil vermi şdir. Həmin vaxt İddiaçı özü və nümayəndəsi zirzəminin üstündə olan mənzilinin qapı və pəncərələrini sökürdülər. Zirzəminin söküntüyə təhvil verilməsinə etiraz etmək imkanları olmuşdur. Əmlak 2019-cu ilin fevral ayından sonra sökülmüşdür. Bu hadisədən 3 il keçdikdən sonra İddiaçı Məmmədəli qızı 155 kv.metr zirzəminin 85 kv.metr hissəsini məhkəmə qaydasında tələb edir. Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 165.2,-ci maddəsinə görə qadağan edilmiş özbaşınalıq iizrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrume tmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. İddiaçı Məmmədəli qızı qəsdən zirzəminin 85 kv.metr sahəsinin mülkiyyət sənədini gizlətməklə Cavabdeh2 zirzəminin faktiki sahəsinin 155 kv.metr üçün 328000 manat almış, 3 il keçdikdən sonra məhkəməyə müraciət edərək əlavə 394342 manat pul tələbini təkrar almağını tələb edir. İddiaçı 155 kv.metr sahəsinin olan zirzəminin üstündə olan 170 kv.metr sahəsi olan mənzillər Fəridəyə məxsus olmuş, xx.xx.2019-cu il tarixdə həmin mənzili sökülmək üçün MTK-ə təhvil vermişdir. Fəridə bilirdi ki. MTK həmin mənzili sökərkən zirzəminində tavan hissəsi söküləcəkdir. Yəni Fəridə artıq xx.xx.2019-cu il tərixdə təsdiq etdiyi aktda zirzəminin 85 kv metr hissəsinin sökülməməsinə dair qeyd yaza bilərdi, lakin bunu etməmiş, bina tamamilə söküldükden 3 il so nra məhkəməyə iddia ərizəsini vermək hüququ olmamışdır. Mülki Məcəllənin 165.2-ci maddəsinə əsasən İddiaçı həmin zirzəminin 85 kv metr hissəsinə dair iddia qaldırmaq hüququ bir il olmuşdur. Buna görə məhkəmə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarmalıdır.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2023-cü il tarxili, 10/7949 nömrəli rəyinə görə Bakı şəhəri, Nəsimi rayonu. Azadlıq prospekti 42 ünvanında zirzəmidə yerləşən qeyriyaşayış sahəsinin hazırda mövcüd olan orta bazar qiyməti təmirsizin 1 kv metr təqribən 1500 manat, təmirlisinin 1 kv metr 1800 manat müəyyən edilmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X4 (sədrliyi və məruzəsi ilə), X15 və X1) 2(103)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "Azəri Tikinti Şirkəti” MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2022 saylı işi üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsi qismən – “cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394342 (üç yüz doxsan dörd min üç yüz qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmiş, Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
32. Kollegiya qeyd etmişdir ki, Birinci instansiy a məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 26; Mülki Məcəllənin 139-166, 178, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-88, 106, 119, 217.4, 372, 384-386-cı maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla əhatə edilərək, müəyyən edilmiş faktlardan və tərəflərin arşılıqlı münasibətləri üzrə qismən səhv n əticə hasil olunmuşdur.
33. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh1 MTK-nın təklifi ilə İddiaçı Məmmədəli qızının mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 42, mənzil 6 və 7 əvəzinə inşa edilmiş yeni binada 170 m2 qeyri-yaşayış sahəsi verilməsi razılaşdırılmış və buna dair xx.xx.2018-ci il tarixdə Cavabdeh1 MTK ilə İddiaçı Məmmədəli qızı ilə müqavilə bağlanmışdır. İddiaçı Məmmədəli qızının mülkiyyətində olan ünvan 6 ünvanında olan əmlakının altında yerləşən ona mənsub mülkiyyət hüququ əsasında iki qeydiyyatı (vahid əmlak kimi faktiki sahəsi 155 m2 ) olan zirzəminin 70,7m2 olan bir qeydiyyat sənədi əsasında rəsmi olaraq Cavabdeh2 328000 manat dəyərində satılması barədə xx.xx.2019cu il tarixdə Daşınmaz Əmlakın alğısatqı müqaviləsi bağlanmışdır. Mübahisə edilən Bakı şəhəri, Azadlıq pro spekti 42 ünvanında yerləşən zirzəminin 85.0 m2 qeyri-yaşayış sahəsi hissəsini isə Cavabdeh2 vahid əmlak kimi digər 70,7m2 hissə ilə birgə MTK-ya təhvil vermişdir.
34. Zirzəmi ilə əlaqədar iddiaçı ilə Cavabdeh1 MTK arasında mülki münasibətlər, əqdin bağlanması və ya ondan imtina barədə mübahisə olmamışdır. MTK-nın nümayəndəsinin deməsinə görə buna səbəb zirzəmiyə dair sənədlərin olmaması və əmlakın girovda olması olmuşdur. İddiaçının nümayəndəsi tərəfindən də əmlakın girovda olduğu qeyd edilmişdir. İş materiallarında da, mübahisə edilən hissəyə dair sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti aşkar edilməmişdir(təqdim edilməsi sübuta yetirilməmişdir). İddiaçı Məmmədəli qızının ünvan 6-nin altında vahid sahədən ibarət olmuş zirzəminin faktiki sahəsi 155 m2 olmaqla Cavabdeh2 3 28000 manat dəyərində satılaraq ona təhvil verilməsini hər iki cavabdeh israr edir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Müqavilə bağlanmış və müqaviləyə əsasən faktiki 155 m2 zirzəmini sökülmək üçün MTK xx.xx.2019-cu il tarixdə təhvil-təslim Aktı ilə təhvil vermiş, əvəzində inşa etdiyi binada 155 m2 qeyri-yaşayış sahəsini (zirzəmini) mülkiyyətinə verilməsinə dair razılığa gəlmişlər. Ondan sonra bina sökülmüşdür. Bundan 3 ilə yaxın müddət keçdikdən sonra İddiaçı Məmmədəli qızı 155 m2 zirzəminin 85 m2 hissəsinin Çıxarışın dublikatının kseronüsxəsini məhkəməyə təqdim edərək, 394342 manat məbləğində pul tələb etmiş və bu müddətdə hər hansı tələb irəli sürməsi iş materiallarından müəyyən edilməmişdir.
35. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı nın müqavilə bağlayaraq MTK-ya təhvil verdiyi və sökülməsindən xəbərdar olduğu mənzilinin altında yerləşən zirzəmisinin sökülməsindən məlumatlı olmalı olmasına və kifayət qədər uzun müddət ərzində susaraq heç bir tələb irəli sürməməsinə, sənədin əslinin deyil dublikatın nüsxəsinin verilməsinə, əmlakın hazırda yüklü olub-olmamasına dair sübutların (və ya buna yönəlik vəsatətlərin) olmamasına, habelə cavabdehlərin təqdim etdiyi sübutlara, onlar arasında mübahisə edilən zirzəmiyə (qeyri-yaşayış sahəsinə) aid hissədə tam olaraq 155 m2 ölçüsünə dair razılığa gəlməsinə, nümayəndələrin və şahidin izahatlarına hüquqi qiymət verməmiş, sübutların tamlığına, aidiyyətinə və mötəbərliyinə müvafiq siyahıya daxil edilib-edilməməsini əsaslandırmamışdır.
36. Kollegiya bildirmişdir ki, iddiaçının istinad et diyi Bakı Apellyasiya Məkhəməsinin 2(103)-3776/2016 saylı işi üzrə 21 iyul 2016-ci il tarixli qətnaməsində tələb “əmlakın qiymətləndirilməsi və hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi” olmuşdur və həmin mülki iş üzrə əmlakın qiymətləndirilməsi tələbi olmamış, habelə orada hazırki icraatın subyektiv tərkibi (cavabdehlər) iştirak etməmişdir (cəlb edilməmişlər). Ona görə, qeyri-yaşayış sahəsinin qiymətinin müəyyən edilməsində qeyd edilən mülki iş üzrə sübut qismində təqdim edilən qiymətləndirmə rəyləri hazırki mülki işin müəyyən edilmiş halları kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən ba şqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsinin dəyəri üzrə olan tələbi hər iki cavabdehə yönəlsə də, yalnız birinə - MTK-ya münasibətdə təmin edilmiş və iddiaçı bundan şikayət verməmişdir. İddiaçı iddia verilən zaman qeyd edilən tələb üzrə hər bir cavabdehə qarşı yönəlik əsasları prosessual cəhətdən əsaslandırmasa da, məhkəmə qətnam əsi ilə razı olmalarını və bunu onların mülkiyyət hüquqlarının MTK tərəfindən pozulması ilə izah etmişdir. Hüquqlarının pozulması ilə əlaqədar ötən illər ərzində müxtəlif orqanlara müraciət etdiklərini bildirsə də, işdə belə sübutlar müəyyən edilməmişdir.
38. Beləliklə, qeyd edilən hüquqi və faktoloji əsaslara görə kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – “cavabdeh "Azəri Tikinti Şirkəti” MTK-dan Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən 85.0 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 394342 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi” – hissədə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. Belə ki, qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilmiş alğı-satqı zamanı iddiaçı məhz zirzəminin bir hi ssəsinin satıcıya təhvil verməsini, daşınmaz əmlakın satış anına məhz qiymətinin iddia edilən dəyərdə olması sübuta yetirilməmiş, əksinə əmlakın vahid əmlak olması və qiymətlərin də nisbətindən məhz vahid əmlak kimi satılaraq əmlakın satıcının sahibliyinə verməsi öz təsdiqini tapmışdır. Digər ona mənsub olan əmlakın sökülməsindən xəbərdar olması və tikinti təşkilatına təhvil verməsi, onun zirzəmisində (altında) yerləşən əmlakın da sökülməsindən xəbərdar olmasını sübut edir. Ümumiyyətlə, vahid əmlak kimi alıcıya zirzəmini təhvil vermək iradə ifadəsi olmadığı halda belə satıcının nə alıcıya, nə də ki, söküntü-tikinti aparan təşkilata qarşı qanunla müəyyən edilmiş müddətlərdə pretenziyası olmamış və müddətləri ötürmüşdür. Halbuki ehtimalən istinad edilənlər cinayət qanunvericiliyi ilə mülkiyy ət əleyhinə olan cinayətlərə aid əməllər kimi təfsir edilən müddəalarla cinayət məsuliyyətini müəyyən edir. Qeyd edilən müstəvidə və iddiaçının tikinti təşkilatı olan cavabdeh "Azəri Tikinti Şirkəti” MTK ilə (2018-ci ildən başqa – zirzəminin biləvasitə üzərində olan əmlakla əlaqədar mülki münasibətlərdə olmasına baxmayaraq) zirzəmi ilə əlaqədar olan hissədə mülki münasibətlərdə olmaması isə iddianın müzakirə edilən hissəsini və onun təmin edilməsini (digər tərəfin güvəndiyi əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi olaraq) mülki hüquqlardan sui-istifadəyə (eyni əmlaka görə təkrar faydalanmağa) şərait yaradan hal kimi qiymətləndirməlidir. Mülki qanunvericilik hüquqdan sui-istifadəni qadağan edir və bu əsas üzərində həyata keçirilən hərəkətlərin etibarsızlığın müəyyən etmişdir.
39. Kol legiya daha sonra qeyd etmişdir ki, cavabdeh "Azəri Tikinti Şirkəti” MTK qətnaməni tam mübahisələndirsə də, kirayə haqqının tutulması hissəsində şikayəti müdafiə etməmiş və o hissədə qətnamə ilə razılaşmışdır.
40. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159, 163, 164, 165, 329, 355, 357, 358, 526, 560, 569, 570, 572, 1091, 1092, 1093-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassator kassaiya şikayətini əsasl andıraraq qeyd etmişdir ki, iddiacı İddiaçı Cavabdeh2lə məhz mübahisəli qeyri yaşayış obyektinin 70.5 kv.m dən ibarət olan sahəsinə münasibətdə alqı-satqı müqaviləsi bağlamış, daha sonra Cavabdeh2 İddiaçı aldığı 70.5 kv.m dən ibarət olan obyekti sanki 155 kv.m kimi Azər Tikinti MMC-yə təqdim etmiş və Cavabdeh2 tərəfindən Azər Tikinti MMC yə özbaşına təqdim edilən sahənin 85.0 kv.m dən ibarət hissəsi İddiaçı mülkiyyətində olan obyekt olmuş, cavabdeh Azər Tikinti MMC isə özbaşına olaraq sökülən qeyri-yaşayış obyektinin kimə məxsus olmasını müəyyən etmədən və araşdırmadan İddiaçı mülkiyyətində olan 85.0 kv.m ibarət obekti sökərək hazırki iş üzrə iddiacının mülkiyyət hüquqlarını kobudca pozmuşdur. Apelyasya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,guya İddiaçı qeyri yaşayış obyektinin sat ışını həyata keçirərkən Cavabdeh2 faktiki olaraq 155 kv m sahəni təqdim etmiş və 155 kv.m dən ibarət olan sahəni satmışdır. Lakin ilk əvvəl qeyd edilməlidir ki, daşınmaz əmlakın alğı-satqı institutunu tənzim edən Mülki Məcəllədə daşınmaz əmlakın faktiki alğısatqısı anlayışı ümumiyyətlə təsbit edilməmiş eyni zamanda məhkəmənin hansı əsasla guya Cavabdeh2 Fəridə Məmmədhəsənın sökülən qeyri-yaşayış obyektini satarkən faktiki olaraq 155 kv.m sahəni təqdim etməsinə dair cavabdeh tərəfdən hər hansı sübut təqdim edilməmiş və iş materiallarında həmin halı təsdiq edən hər hansı sənəd olmamışdır buna baxmayaraq Apelyasiya məhkəməsi öz səlahiyyət həddini aşaraq özbaşına təqdim edilməyən və mövcud olmayan halları öz subyektiv mülahizəsinə əsasən sübut kimi qəbul etmiş eyni zamanda qeyd etmişdir ki idd iacı tərəf əmlakın məhz 394.342 min manat olmasını sübuta yetirə bilməmişdir lakin qeyd olunan halın əsaslı sübutla təsdiq edilməsinə baxmayaraq apelyasiya məhkəməsinin həmin mövqeyi anlaşılan deyl belə ki,Cavabdeh2 ilə İddiaçı həmin ərazidə 70.5 kv.m dən ibarət olan sahəni 328.000 manata razılaşaraq alğı-satqı müqaviləsi bağlamış və nəticədə həmin satılan qeyri yaşayış obyektinin dəyəri nəzərə alınaraq hər kv.m nin dəyəri müəyyən olunmuş və 85 kv.m sahənin dəyəri 394.342 min manat qiymətləndirilmişdir lakin həmin faktiki hala apelyasiya məhkəməsi ümumiyyətlə qiymət vermədən işə yalnız cavabdehin bildirdiyi dəlillər əsasında qiymət vermişdir. Nəzərə catdırılması zəruridir ki, iddiacıya məxsus olan və cavabdeh Azər Tikinti MMC tərəfindən özbaşına sökülən 85.0 kv.m dən ibarət sahəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş və iş materiallarında olan çıxarışdan görünür ki, həmin sahənin təyinatı zirzəmi yox, qeyriyaşayış obyektidir. Lakin Apelyasiya Məhkəməsi tərəfindən təyinatı qeyri-yaşayış sahəsi olan obyektə öz qətnaməsində zirzəmi olaraq qiymət verməsi onu deməyə əsas verir ki, məhkəmə ümimiyyətlə işin faktiki hallarıyla tanış olmamış iş materiallarına lazımi diqqət yetirməmiş və mübahisəli sahənin təyinatının nədən ibarət olmasını belə düzgün müəyyən edə bilməmişdir göstərilən faktlar işin nə dərəcədə qeyri obyektiv və ötəri araşdırılmasının acıq göstəricisidir.
43. Kassator qeyd etmişdir ki, Apelyasiya Məhkəməsi cavabdeh Azər Tikinti MMC tərəfindən hər hansı sübutun təqdim etməməsinə baxmayaraq qətnaməsində iddiacını ittiham edərcəsinə eyni əmlakdan iki dəfə gəlir əldə etmək istəməsinə dair yanaşması heç bir sübuta əsaslanmayan yalnız məhkəmənin formal mülahizə və subyektiv yanaşmasının nəticəsidir.Əlvə olaraq qeyd edilməlidir ki, məhkəmənin mövqeyinə görə əmlakın qeyd edilən formada sökülməsi “cinayət tərkibi yaradır” lakin məhkəmə belə bir mövqeyə gəlmiş və belə bir hal ona bəlli olmuşdursa, o halda Azər Tikinti MMC barəsində hansı səbəbə görə xüsusi qərardad cıxarmamışdır. Apelyasiya məhkəməsi hazırki iş üzrə bir birinə zidd olan əsassız sübutlara (olmayan sübutlara) istinad etmiş hüquqdan suiistifadəylə mülkiyyət hüququnun müdafiəsi arasında olan mahiyyəti düzgün müəyyənləşdirə bilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
44. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
45. Ma ddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
46. Maddə 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.
47. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara so n qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
48. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
49. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
50. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərə ncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
51. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
52. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
53. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
54. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
55. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət r eyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
63. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassa siya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
68. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onla ra mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
69. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-425/2023 nömrəli,