Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-326/2021 18.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” QSC-nin Cavabdeh4 qarşı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, QƏRARİ (Açar sözlər: borcun tutulması tələbi) Cavabdeh3, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1758/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxxxxx 2012-ci il tarixli 22L000000553 saylı kredit xətti müqaviləsinə əsasən «xxxx» QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli 022R********** saylı kredit razılaşmasından və xx.xx.2015-ci il tarixli köçürmə sənədi ilə müəyyən olunur ki, «xxxx» QSC tərəfindən Cavabdeh1 1,7917 faiz olmaqla 15 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı bankla cavabdehlər Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 022S**********03 saylı, Cavabdeh3 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 022S**********04 saylı və Cavabdeh4 ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 22S000001076 saylı zaminlik müqavilələrindən görünü r ki, zaminlər xx.xx.2012-ci il tarixli, 22L000000553 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 kredit razılaşmasından irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. «xxxx» QSC-nə məxsus xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixə 6287,18 ABŞ dolları məbləğində əsas borcu, 2463,61 ABŞ dolları məbləğində faiz borcu, cəmi 8750,79 ABŞ dolları məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş xx xxxxxx 2020-ci il tarixli, 32376 saylı ekspertiza rəyinə görə, Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixə banka olan əsas borcu 6287,18 ABŞ dolları, faiz borcu 3682,86 ABŞ dolları, cəmi 9969,78 ABŞ d olları təşkil edir. Ekpertiza təqdiqatının dəyəri 120 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə 022R********** nömrəli kredit razılaşması üzrə 6287.18 ABŞ dolları məbləğində kredit borcu, 2463.61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə cəmi 8750 ABŞ dolları 79 sent məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 «xxxx» QSC ilə xx xxxxxx 2012-ci il tarixdə bağladığı 22L000000553 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətin ə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 kreditor ilə bağladığı xx xxxxxxxx 2015-ci il tarixli 022R********** saylı kredit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 1,7917 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdehin kredit razılaşması üzrə götürdüyü kreditdən cəmi 8712,82 ABŞ dolları qaytarmış, on un 6287,18 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. xx xxxx 2018-ci il tarixə kredit müqaviləsi üzrə hesablanmış faiz borcu 2463,61 ABŞ dolları təşkil edir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Qasımov, iş № 2(057)-77/2020) iddia tələbi təmin edilmiş, iddiaçı «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli kredit razılaşmasına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 6287,18 ABŞ dolları məbləğində əsas borc, 2463,61 ABŞ dolları məbləğində faiz borcu, cəmi 8750,79 AB Ş dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq iddiaçı «xxxx» QSC-nin xeyrinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 manatın Cavabdeh1 aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 iddia tələbi ilə razılaşmayaraq məhkəmə-mühasibatlıq ekspertizanın təyin edilməsini xahiş etmişdir. Mülki iş üzrə həmin ekspertiza keçirilmiş və ekspert bir daha təsdiq etmişdir ki, cavabdehlərin banka olan əsas borcları iddia ərizəsində göstərildiyi kimi 6287.18 ABŞ dolları təşkil edir. Bununla yanaşı, iddiaçı faiz borcu olaraq cavabdehlərdən 2463.61 ABŞ dolları tələb etsə də, ekspert göstərmişdir ki, həmin məbləğ daha çox, yəni 3682.86 ABŞ dolları təşkil edir. Göründüyü kimi, iddiaçının tələb etdiyi məbləğlə Cavabdeh1 razılaşmasa da, məlum olmuşdur ki, iddiaçı əslində daha az məbləğdə borc tələb etmişdir. Buna baxmayaraq məhkəmə hesab edir ki, ekspert rəyində faiz borcu 3682.86 ABŞ dolları olduğu göstərilsə də, cavabdehlərdən iddiaçının tələb etdiyi məhz 2463.61 ABŞ faiz borcu tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Soltanov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov, iş № 2(106)-1758/2020) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülk i iş üzrə Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(057)77/2020 saylı qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 «xxxx» QSC ilə xx xxxxxx 2012-ci il tarixdə bağladığı 22L000000553 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 «xxxx» QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 022R********** saylı kredit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 1,7917 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150 00 (on beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 022R**********S saylı, xx.xx.2017-ci il tarixli 022R**********SA saylı və xx.xx.2017-ci il tarixli, 022R**********SB saylı Sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci b əndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının bitdiyi gün, yəni son ödəniş tarixi xx.xx.2018-ci il tarixdir. «xxxx» QSC tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli 022R********** saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə olan borcu 6287,18 ABŞ dolları əsas və 2463,61 ABŞ dolları faiz olmaqla, cəmi 8750,79 ABŞ dolları məbləğində hesablanmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə görə Cavabdeh1 xx.xx.2015-ci il tarixli 022R********** saylı kredit razılaşması üzrə xx xxxxxxx 2019-cu il tarixə «xxx x» QSC olan borcu əsas 6287,18 ABŞ dolları və faiz 3682,86 ABŞ dolları olmaqla, cəmi 9969,78 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 hərəkətləri müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki o, kredit müqaviləsi bağlamaqla borc götürmüş, lakin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda tam ödəniş etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kre dit üzrə borcunu müqavilədə razılaşdırıldığı kimi əsas və faiz borcunu iddiaçıya ödəməlidir. Belə olan halda sözügedən kredit müqaviləsi üzrə zaminlər olan digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin kredit müqaviləsinə əsasən olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün əsas Cavabdeh1 ilə birgə məsuliyyət daşımış olurlar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1758/2020 nömrəli iş üzrə 02 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni dən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, iddia tələbi ödənilən məbləğ nəzərə alınmaqla əsas məbləğdən çıxılmaqla təmin edilməlidir. Tərəflər arasında bağlanmış razılaşmaya qiymət verilməmişdir. Faiz məbləği tamamilə silinməli idi, İddiaçı bank isə illik faiz məbləğini azaltmalı idi. Məkəmə xx.xx.2015-ci il tarixli razılaşmanı təqdim etməmiş, bunun şərtlərini məhkəməyə bildirməmişdir. Həmin razılaşmaya əsasən illik faiz dərəcəsi 1.7917 faiz təşkil edib, lakin məhkəməyə təqdim olunan maliyyə arayışında faizlər daxil olmaqla 2463,61 manat məbləğində hesablanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəm ə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (İddiaçının) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, İddiaçının isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərə flərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu iddiaçıya dəymiş zərərin əvəzini ödəməy ə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə İddiaçı ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, İddiaçı cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsi nə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin İddiaçı qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc ve rənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edil mədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirilmiş, digər cavabdehlər və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən kassasiya baxışının predmetini apelyasiya instansiy a məhkəməsinin qətnaməsinin qanuniliyinin cavabdeh M.Abdullyevin kassasiya şikayətinə münasibətdə yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...iddiaçı tərəfindən tələb edilən faiz borcunun hesablanması sözügedən kredit razılaşmasının şərtlərinə əsasən Cavabdeh1 üzərinə götürdüyü öhdəlikdən irəli gəlmişdir və məhkəmə qaydasında kredit borcu üzrə faiz məbləğinin yalnız artıq hesablanmış hissəsinin rədd olunması mümkündür. Hazırki iş üzrə isə kredit borcu üzrə faiz məbləğinin artıq hesablanmış olması halı müəyyən edilməmişdir. Buna görə cavabdehin kredit borcu üzrə faiz məbləğinin silinməsinə dair dəlilləri əsassızdır.” Digər dəlillərlə bağlı qeyd edilməlidir ki, təyin olunmuş ekspertiza tədqiqatı kredit xətt müqaviləsi və onun əsasında tərəflər ar asında bağlanmış xx.xx.2015-ci il tarixli əlavə razılaşma əsasında aparılmış, faiz borcu məhz əlavə razılaşmada tərəflərin razılaşdırmış olduğu faiz dərəcsi ilə müəyyən edilmişdir. Tərəflər bağlanmış olduğu hər hansı müqavilədə faiz borcunun tamamilə silinməli olmasını razılaşdırmamışlar və cavabdehin tələbi ilə belə silinmənin aparılması isə Mülki Məcəllənin 432.4-cü maddəsinin tələbinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qər ara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1758/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.