Məhkəmə qərarları › İş №2(102)-326/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-326/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-326/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi, icarə müqaviləsi, icarə haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı "icarə haqqı borcu, vurulmuş maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4295/2024 nömrəli 20 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən ümumi sahəsi 638,70 kv.m olan qeyri-yaşayış sahəsi, daşınmaz əmlakın dövlət reyesrtində xx.xx.2019-ci il tarixdə aparılan qeydə əsasən İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh xx.xx.2021-ci il tarixli öhdəlik adlı sənəd imzalamaqla, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasında fəaliyyət göstərən atelyeni xx.xx.2020-ci il tarixdən başlayaraq icarəyə götürmüşdür. Aylıq icarə haqqı 700 manat müəyyən olunmuşdur. 2020-ci ilin yanvar-may ayları üzrə ona güzəşt olunmuşdur. xx.xx.2020-ci il tarixdə iş başlayandan sonra hər ay 700 manat icarə haqqının ödənilməsi barədə öhdəlik götürmüşdür.

3. X17 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Tofiq İsayev Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə vermişdir. İcarə müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək, icarə haqqı aylıq 500 manat müəyyən edilmişdir. İddiaçı onun mülkiyyəti olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən ümumi sahəsi 638,70 kv.m olan qeyri-yaşayış sahəsi barəsində bağlanmış xx.xx.2022-ci il tarixli əqdi bəyənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X17 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli öhdəliyə və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış 7600 manat icarə haqqı borcunun, 1571 manat maddi ziyanın və 1329 manat məbləğində əldə çıxmış faydanın, ümumilikdə 10500 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixli öhdəliyə əsasən mülkiyyətdə olan Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən ümumi sahəsi 82 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixdən başlayaraq aylıq icarə haqqı 700 manat olmaqla icarəyə götürmüşdür. Həmin öhdəlikdən də göründüyü kimi, 2020-ci ilin yanvar-may aylarında mövcud pandemiya şəraiti ilə əlaqədar ona güzəşt olunmuş və xx.xx.2020-ci il tarixdən, iş başlayandan sonra hər ay 700 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Pandemiya bitdikdən sonra cavabdeh xx.x x.2020-ci il tarixi də daxil olmaqla ümumilikdə 9100 manat borcunun olmasını yazılı sənədi imzalamaqla təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən də göründüyü kimi Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən ümumi sahəsi 82 kv.m olan obyekti hər ay 500 manat icarə haqqı ödəməklə icarəyə götürmüşdür. Cavabdehin bu günədək 7600 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. Lakin cavabdeh icarə haqqı borcunu bu günədək nəinki ödəməmiş, əksinə xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 16, 24 və 29-cu bəndlərinin tələblərini kobud şəkildə pozaraq, icarəyə verəni qabaqcadan xəbərdar etmədən obyekti özbaşına olaraq tərk etmiş və nəticədə həmin obyektdə olan, mülkiyyətçiyə məxsus əmlakları yararsız hala salaraq maddi ziyan da vurmuşdur. Madd i ziyanla bağlı qüsur aktı tərtib olunaraq dəymiş ziyanın məbləği mütəxəssislər tərəfindən dəqiqləşdirilərək 1571 (bir min beş yüz yetmiş bir) manat müəyyən olunmuşdur. Həmçinin icarəyə verilmiş obyekt cavabdehin təqsiri üündən fəaliyyət göstərmədiyi müddətdə 1329 manat məbləğində fayda əldən çıxmışdır. Cavabdehə icarə haqqı borcunun və maddi ziyanın ödənilməsi barədə pretenziya göndərilsə də, bu günədək icarə haqqını, nə də vurulmuş maddi ziyanı ödəməmiş və ödəmək niyyətində də deyildir.

6. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X17 və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ilə verilmiş qeyri-yaşayış sahəsi əvvəl atası X9 mülkiyyətində olmuşdur, daha sonra mülkiyyət hüququ ona verilmişdir. O, həmin vaxt icarə müqaviləsini bəyənmişdir. Sadəcə olaraq icarə müqaviləsi bağlanan zaman bu məqam nəzərlərindən kənarda qalmışdır və iş üzrə bildirişlər atası X11 təqdim olunmuşdur. Özünün iddiaçı qismində işə əlavə edilməsini xahiş etmişdir.

7. X17 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ilə icarəyə verilmiş qeyri-yaşayış sahəsi əvvəl onun mülkiyyətində olmuş, daha sonra mülkiyyət hüququnu qızı İddiaçı vermişdir. Lakin həmin qeyri-yaşayış sahəsində idarəetməni özü həyata keçirir. Qızı İddiaçı həmin vaxtdan icarə müqaviləsini bəyənmişdir. Sadəcə olaraq icarə müqaviləsi bağlanan zaman bu məqam nəzərlərindən kənarda qalmışdır və iş üzrə bildirişlər ona təqdim olunmuşdur. Bu iş üzrə iddiaçının qı zı İddiaçı dəyişdirilməsinə etirazı yoxdur.

8. İddiaçı X17 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən əsl iddiaçı olan İddiaçı ilə əvəz olunmuşdur.

9. Cavabdehin iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı qarşısında heç bir öhdəlik götürməmiş və onunla icarə müqaviləsi bağlamamışdır. Əgər belə bir münasibət mövcuddursa, iddiaçı təhvil-təslim aktını məhkəməyə təqdim etməlidir. İcarə müqaviləsi Tofiq İsayevlə cavabdeh arasında bağlanmışdır. Tofiq İsayev özünə məxsus olmayan daşınmaz əmlakı təqdim edərək cavabdehlə icarə müqaviləsini bağlamışdır. Tofiq İsayev qanunvericiliyin tələblərinə zidd başqasına məxsus əmlakın üzərində şəxsi mülkiyyəti kimi, heç bir səlahiyyəti olmadan sərəncam vermişdir. Bundan başqa, müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq notarial qaydada bağlanmamışdır. Həmin müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən, aldatma yolu ilə bağlanıldığından etibarsız sayılmalıdır. Qüsur aktı məlum olmayan və bununla bağlı rəy verilməsi üçün heç bir səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilmişdir. İddiaçı öz iddiasını sübut edə bilmir. Tofiq İsayev həmin yaşayış binasını inşa edən "xxxx" MTK-nın rəhbəri olmuşdur. Hazırda həmin bina "xxxx" MMMC tərəfindən idarə olunsa da, faktiki rəhbər yenə də Tofiq İsayevdir. Cavabdehin atası Yunis Osmanlı isə binanın bir çox sakinləri kimi MTK və MMMC ilə mübarizə aparan şəxslərdən biridir. Bu absurd, qeyriciddi iddianın verilməsinin əsas səbəbi də aktiv sakinlərdən qisas almaqdır. Digər fəal sakinlər də absurd iddia və ittihamlarla məhkəməyə və polisə verilir. Əgər bu cür münasibə tlər reallıqda mövcud olmuş olsa idi, iddia sahibkarlıq fəaliyyətindən irəli gələn iddia olardı və kommersiya məhkəməsi tərəfindən baxılmalı olardı.

10. Şahid qismində dindirilmiş X6 fadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın mühafizəçisi işləyir. İş üzrə cavabdeh həmin binanın üçüncü mərtəbəsində dərzi kimi işləyirdi. Sonra görmüşdür ki, cavabdeh həmin işlədiyi yerdən çıxıb gedibdir. O, qapıda dayanır, gələni gedəni görür. Şirkətin əməkdaşları həmin obyekti təmir edib cavabdehə icarə üçün vermişdilər. Sonra gördülər ki, cavabdeh əşyalarını toplayıb gedir. Cavabdeh 2022-ci ilin oktyabr ayında obyektdən çıxıb getmişdir. Cavabdeh gedəndən sonra məlum olmuşdur ki, sanitar qovşağının avadanlığı yoxdur. Cavabdeh həmin obyektə parçalar, tikiş maşını qoymuşdu. Cavabdeh gedən zaman stol, stul, çilçıraq apardığını görməmişdir.

11. Şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, həmin binada usta kimi işləyir. Həmin binanın üçüncü mərtəbəsini təmir edib cavabdehə icarəyə vermişlər. Cavabdeh orada dərzi kimi işləyirdi. Sonra görmüşdür ki, cavabdeh işlədiyi həmin yerdən çıxıb getmişdir. Onlar obyekti pandemiyadan əvvəl icarəyə vermişdilər. Həmin obyektin döşəməsinə laminat düzmüşlər, qapı qoymuşlar, ümumiyyətlə, istifadə üçün bütün şəraiti yaratmışlar. Onlar təmir edən zaman cavabdeh özü gəlib təmirə baxırdı, öz göstərişlərini verirdi. Cavabdeh 2022-ci ildə həmin obyekti tərk edib.

12. Şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, həmin binada tikintiyə nəzarətçi kimi işləyir. Pandemiyadan əvvəl 20 gün ərzində həm in obyekti təmir edib cavabdehə icarəyə vermişlər. Sanitar qovşağında istifadə etmək üçün lazım olan bütün avadanlıqlar qoyulmuşdu. Cavabdeh 2022-ci ildə həmin obyekti tərk edib getmişdir. O, nəzarətçi kimi gedib həmin obyektə gedib baxanda görmüşdür ki, bütün avadanlıqları aparıblar.

13. Şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sonunda cavabdehin icarə götürdüyü obyektə getmiş və görmüşdür ki, obyekt təmirsizdir. Obyekti təmir edib cavabdehə təhvil vermişlər. 2020-ci ilin yanvarından ödəniş etməli idilər. Pulun olmaması bəhanəsi ilə ödənişləri gecikdirilmişdir. Nəticədə ödənişlərin həyata keçirilməsi pandemiya dövrünə düşmüşdür. Sonra o, kağız tərtib etmişdir ki, onlar imza ataraq borclarının olmasını yazılı şəkildə etiraf etdilər. Cavabdehdən ödənişləri a la bilmədiyinə görə borcun ödənilməsi üçün Həsrət İsayev danışıqlara qoşulmuşdur. Amma pulun yığımı yenə onda idi. Həsrətlə danışandan sonra ödənişlər etməyə başladılar. Lakin köhnə borclar olduğu kimi qalırdı. Ödənişlər yeni yaranmış borclara münasibətdə həyata keçirilirdi. Gecikmələr olurdu. İcarə müddətində açar həmişə özlərində olub və gedib təzədən qayıtmayıblar. Ödənişləri qarışıq həyata keçirirdilər. Nağd şəkildə, karta vasitəsi ilə ödənişlər olub. Bəzən götürdükləri işçi 500 manat, özü isə 100 manat verirdi. Nağd ödənişləri həyətdə, obyektin qabağında götürmüşdür. Nağd qaydada neçə dəfə ödəniş edildiyini xatırlamır. Kart vasitəsilə ödənişlərin nə zaman həyata keçirildiyini bilmir. Ayın 15-i ödəniş edilməli idisə, 17-si, 18-i ödəyirdi və yaxud da ödənişin bir qismini ödəyib, qalanın ı sonradan ödədiyi hallar olurdu.

14. Şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Həsrət İsayev ona zəng etmiş və demişdir ki, açarı gətirəcəklər və o da açarı təhvil almalıdır. Açarı obyekti icarəyə götürmüş cavabdehin atası gətirəcəkdi. Açarı götürmüş və idarəyə təhvil verib evə getmişdir. Obyektdən nə götürüldüyünü bilmir.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-732/2024 nömrəli 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia qismən təmin edilmiş, cavabdehdən 7600 manat icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir.

16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, icarə obyektinin İddiaçı mülkiyyətində olmaqla, icarə müqaviləsinin Tofiq İsayev və hazırkı iş üzrə Cavabdeh arasında bağlanması sonradan mülkiyyətçi tərəfindən bəyənildiyi üçün mülkiyyətçinin icarə münasibətlərinin tərəfi olması və həmin münasibətlərdən irəli gələn hüquq və vəzifələrin ona aid edilməsi məhkəmə tərəfindən tanınmışdır. Məhkəmə İddiaçı mülkiyyətçi olması və onun mülkiyyətinə dair bağlanmış əqdi bəyənməsi ilə yaranmış mübahisə ilə bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ olduğunu qəbul edir.

17. İddia tələbi icarə haqqının ödənilməsi hissəsində sübuta yetirilsə də, qalan hissədə sübut edilmədiyi üçün iddia qismən təmin edilməlidir.

18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 21.3, 357, 360.1, 385.1, 385.2, 386.1, 425.2, 443.4, 529.1, 529.2, 529.3, 682, 700.1, 700.2, 700.3, 705, 734.2-ci, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 14.2, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

20. İddiaya etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4295/2024 nömrəli 20 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X12 və X4) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, icarə obyekti İddiaçı mülkiyyətindədir. Obyektə dair icarə müqaviləsi iddiaçının atası Tofiq İsayevlə cavabdeh arasında bağlanmışdır. İddiaçı həmin müqaviləni sonradan bəyənmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq mülkiyyətçinin icarə münasibətlərinin tərəfi olması və həmin münasibətlərdən irəli gələn hüquq və vəzifələrin ona aid edilməsini tanımışdır. Çünki iddiaçı mülkiyyətçi olduğundan və onun mülkiyyətinə dair bağlanmış əqdi bəyəndiyindən yaranmış mübahisə ilə bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ vardır.

23. İş materiallarından müəyyən edilir ki, cavabdeh xx.xx.2021-ci il tarixli öhdəliyə və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasə n sözügedən qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Tərəflər arasında ilkin olaraq münasibətlər şifahi razılaşma əsasında formalaşmışdır. Cavabdeh iddiaçıya məxsus obyekti 2020-ci ilin yanvar ayından etibarən icarəyə götürmüşdür. Lakin tərəflər arasında olan razılaşmaya əsasən ölkədə mövcud olan pandemiya ilə əlaqədar 2020-ci ilin yanvar ayından iyun ayınadək olan dövr üçün cavabdehdən icarə haqqı tələb edilməmişdir. 2020-ci ilin iyun ayından xx.xx.2021-ci il tarixədək olan dövr üçün isə artıq cavabdehin aylıq 700 manat icarə haqqı ödənişlərini həyata keçirməsi razılaşdırılmış və icarəçi bunu xx.xx.2021-ci il tarixli öhdəlik adlı sənədi imza etməklə təsdiqləmişdir. Həmçinin icarəçiyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu imza etməklə cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan icarə haqqı borcunun 9.100 manat təşkil etməsi barədə xəbərdar olunmuşdur.

24. Cavabdeh tərəfin təqdim etdiyi ödəniş qəbzləri də tərəflər arasında icarə münasibətlərinin mövcudluğunu təsdiq edir. Belə ki, tərəflər arasında icarə münasibətləri yalnız xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi dövrü üçün deyil, faktiki olaraq 2020-ci ilin yanvar ayından başlayaraq təxminən 2023-cü ilin oktyabr ayınadək davam etmişdir ki, məhkəmə iclasında tərəflər bu dövrdə münasibətlərin davam etdiyini inkar etməmişlər. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iddia ərizəsində irəli sürdüyü dəlillərin həm cavabdehin nümayəndəsinin özü tərəfindən, həm də işin araşdırılmış halları təkzib olunduğunu qeyd etmişdir.

25. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi cavabdehin icarə haqqı ödənişlərini həm nağd, həm də nağdsız qaydada icra etdiyini, cavabdehin nümayəndəsi isə nağdsız qaydada ödənişlərə dair qəbzləri təqdim etməklə onlar tərəfindən icarə haqqı borcunun tam şəkildə ödənildiyini bildirmişdir.

26. Cavabdehin nümayəndəsinin irəli sürdüyü dəlil ondan ibarət olmuşdur ki, ona hesablanan borc mövcud deyildir, belə ki, təqdim etdiyi qəbzlərə əsasən borcun bir hissəsi nağdsız qaydada, qalan hissəsi isə nağd qaydada ödənilmişdir. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qrafikinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixə olan borcu 9.100 manat təşkil etmiş, sonrakı dövr üçün isə 2021-ci ilin iyun ayından başlayaraq hər ay 500 manat məbləğində ödənişlər edilməyə başlanmışdır. Təqdim edilən q rafikdən 2021-ci ilin iyun ayından 2022ci ilin avqust ayınadək 500 manat, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayınadək 600 manat, 2023-cü ilin sentyabr ayında isə 800 manat ödəniş edildiyi görünür. İcarəçinin xx.xx.2023-cü il tarixə olan borcunun 7.600 manat təşkil etdiyi qeyd edilmişdir. Təqdim edilən qrafikdən o da aydın olur ki, aylıq 500 manatdan artıq edilmiş ödənişlərlə əvvəlki borcdan silinmələr aparılmış, 2022-ci ilin sentyabr ayından etibarən 9.100 manat məbləğdən hər ay 100 manat silinmiş və bu məbləğ 2023-cü ilin sentyabr ayında artıq 7.600 manat təşkil etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərə əsasən ümumilikdə 8.500 manat ödəniş edildiyi müəyyən edilir.

27. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən o da müəyyən edilir ki, cavabdeh tərəfin dən ödənişlər ardıcıl olaraq ödənilməmişdir, bəzi aylara dair ödəniş qəbzləri təqdim edilməmişdir. Lakin ödəniş qrafikində isə icarəçinin 2021-ci ilin iyun ayından 2023-cü ilin sentyabr ayınadək bütövlükdə ödədiyi məbləğin 15.500 manat olduğu aydın olur. Məhkəmə bu halı belə qiymətləndirmişdir ki, mübahisəsiz cavabdeh tərəfindən nağd qaydada ödənişlər həyata keçirilmiş, bu ödənişlər iddiaçı tərəfindən nəzərə alınmışdır, lakin bütövlükdə borc tam şəkildə bağlanmamışdır.

28. Tərəflər arasında icarə haqqı ödənişlərinin həm nağd, həm də nağdsız qaydada həyata keçirilməsini məhkəmə qəbul etmişdir, lakin iddiaçının cavabdeh tərəfindən nağd ödənişlərin olmasını bildirməsi heç də cavabdehin bildirdiyi kimi borcun tam şəkildə ödənilməsi demək deyildir. Cavabdehin istinad etdiyi nağd ödənişlər nağ dsız qaydada edilmiş 8.500 manat məbləğlə iddiaçı tərəfindən ödənişi qəbul edilmiş 15.500 manat məbləği arasındakı fərqi təşkil edə bilər. Borcun tam ödənilməsini sübut etmək cavabdehin üzərinə düşən vəzifədir.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 21.3, 357, 360.1, 385.1, 385.2, 386.1, 425.1, 425.2, 443.4, 529.1, 529.2, 529.3, 682, 700.1, 700.2, 700.3, 705, 734.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq notarial qaydada bağlanılmamışdır. Müqavilə yalnız 3 aylıq bağlanmışdır, digər dövr üçün müqavilə mövcud deyil. Əqdin etibarlılığı üçüncü şəxsin razılığından asılı olduqda və həmin əqd bağlandıqda üçüncü şəxslərin bu əqdə razılığı da yazılı formada ifadə edilməlidir. Əqd bağlandıqdan sonra həmin əqdə razılıq verməyən maraqlı şəxs əqdin etibarsız hesab edilməsini tələb edə bilər. Formal baxımdan həmin hal bağlanılan əqdin etibarsız hesab edilməsi üçün əsasdır. İş materiallarından da göründüyü kimi, icarə müqaviləsi X17 ilə Cavabdeh arasında bağlanmışdır. X17 özünə məxsus olmayan daşınmaz əmlakı cavabdehi aldatmaq yolu ilə öz əmlakı kimi təqdim edərək onunla icarə müqaviləsini bağlamışdır. X17 qanunvericiliyin tələblərinə zidd başqasına məxsus əmlakın üzərində şəxsi mülkiyyəti kimi, heç bir səlahiyyəti olmadan sərəncam vermişdir.

32. Əgər bu cür münasibətlər realda mövcüd olmuş olsa idi, iddia sahibkarlıq fəaliyyətindən irəli gələn iddia olardı və kommersiya məhkəməsi tərəfindən baxılmalı idi. Məhkəmələr tərəfindən tərəflərin vergi ödəyicisi olub-olmamaları, həmin obyektin sahibkarlıq fəaliyyətinə aidiyyətinin olub-olmaması araşdırılmamışdır.

33. Həmçinin məhkəmə iddia tələbindən kənara çıxmışdır. Belə ki, məhkəmə təqdim olunan qəbzlərlə ödənilən məbləği 15500 manatdan çıxır. Halbuki, iddiaçının tələbi 9100 manat təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16]

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, hə min şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

39. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

40. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

41. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

42. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını t ələb etmək hüququ vardır.

44. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

46. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidi rlər.

47. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

48. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

49. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

50. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tam amilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

51. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

52. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

53. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

54. Maddə 734.2. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsa slı olmalıdır.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prose ssual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Avropa İns an Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

68. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və ape llyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

69. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

70. İddiaçının istinad etdiyi müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlanması barədə kassatorun dəlili müqavilənin ləğvinə əsas vermir. Çünki Mülki Məcəllənin 359.1ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan s əlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

71. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edilən ədqlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

72. Məhkəmələr tətəfindən işin müəyyən olunan mübahisəsiz hallarına görə, qeyd olunan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmuş və cavabdehlə əqdlər bağlayan zaman X11 mülkiyyətçi həmin qeyri-yaşayış sahəsinə dair sərəncam vermə hüququna dair eti barnamə verməmişdi.

73. Bir şəxsin başqa bir şəxs adından ümumiyyətlə əqd bağlamaq səlahiyyəti olmadığı halda əqd bağladığı və ya ona verilən səlahiyyət həddini aşaraq əqd bağladığı hallarda səlahiyyətsiz təmsilçilik halı baş verir. Səlahiyyətsiz şəxsin bağladığı əqd, adından əqd bağlanılan (təmsil olunan) şəxs üçün hüquqi nəticə (haqq və öhdəlik/vəzifə) əmələ gətirmir. Ancaq bu şəkildə bağlanmış olan bir əqdi sonradan təmsil olunan qəbul edərsə (bəyənərsə), onda əqd başdan səlahiyyətli şəxs tərəfindən bağlanmış bir əqd kimi təmsil olunan üçün hüquqi nəticə (haqq və öhdəlik) əmələ gətirər (Mülki Məcəllənin 360.2-ci maddəsi)

74. Bundan başqa, səlahiyyətsiz təmsilçinin bağlamış olduğu bu əqdə sonradan verilən razılıq (bəyənmə) hər hansı bir forma şərtinə tabe deyildir. Qanunən məcburi forma şərtinə tabe tutulan əqdlər baxımından da hüquqi vəziyyət fərqli deyildir. Bu baxımdan qeyri-yaşayış sahəsinə bağlanan müqavilələr mülkiyyətçi tərəfindən bəyənildiyinə görə, həmin müqavilələr qüvvəyə malik olan əqdlərdir.

75. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

76. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılm ası üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

78. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4295/2024 nömrəli 20 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar