Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3261/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ iş № 2(102)-3261/20 İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İlkin iddia tələbi: yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Bakı Şəhəri XXX Rayon İcra Hakimiyyəti və «XXX-2011A» X2 Qarşılıqlı iddia tələbi: mənzilin boşaldılması (Açar sözlər: ötürülmüş prosessual müddətin bərpası, məhkəmə sənədinin nümayəndəyə verilməsi, hüquqi müəyyənlik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim o ğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3051/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı Bakı Şəhəri XXX Rayon İcra Hakimiyyətini və «XXX 2011A» X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, XXX rayonu, Dəmirçizadə küçəsi, 27 saylı evin, 1 saylı mənzilinə (bundan sonra – mübahisəli mənzil) istifadə hüququnun müəyyə n edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, iddiaçının mübahisəli mənzildən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) 2(005)-3421/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-3051/19 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qər ardadı ilə qətnamədən kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə iddiaçının ərizəsi təmin edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə iddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti, habelə prosessual müddətin bərpasına dair xahişi ehtiva edən ərizəsi apelyasiya instansiyası məhkəməsinə daxil olmuş, iddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən vaxtında kassasiya şikayəti verməmiş olmasının səbəbini həmin vəkillə təmin olunma barədə qərardadın Azərbaycanın Rus İcmasına göndərildiyi, icma tərəfindən ona verilən hüquqşünasın belə bir qərardadın olmasından ona məlumat vermədiyi, xx xxxxxxxx 2019-cu il tarixdə vəkillə müqavilə imzaladığı arqumentləri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Şamayev və M.Məmmədov) ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 128.1, 133.1 və 405.0.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına istinadla hesab etmişdir ki, kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair xahiş təmin edilməməlidir. Belə ki, hazırki işin halları baxımından prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən hallar mövcud deyildir. Birincisi, qətnamə iddiaçıya vaxtında çatdırılmışdır. İkincisi, iş materiallarından aydın olur ki, apelyasiya instansiyası məhkəməsini n xx.xx.2019-cu il qərardadına əsasən o, dövlət büdcəsi hesabına vəkillə təmin olunmuş və xx.xx.2019-cu il tarixdə vəkillə müqavilə imzalamış, qətnamədən verdiyi ilk kassasiya şikayətini xx.xx.2019-cu il tarixdə apellyasiya instansiyası məhkəməsinə ünvanlamışdır. Üçüncüsü və ən əsası isə, qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı sonuncu qərardaddan kassasiya şikayəti və həmin qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizə verir. Ərizə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizədə ifadə edilmiş eyni dəlillərlə əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2010-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, qərardaddan şikayət verilməsi müddəti buraxılmamış hesab edilmiş və şikayət baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı ilə yazışmalar iddiaçının özünə deyil, Rus icmasına göndərilmiş, həmin qurum tərəfindən qəbul edilmişdir. Məhkəmə iş materiallarında qərardadın həmin qurum tərəfindən iddiaçıya çatdırılmasına olmasına dair sübut olmadığını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, müddət ötürülməmiş hesab olunmalıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edi lməsini və qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərini tam yoxlamamış, sübutlara obyektiv qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddiaçının hüquqi savadının olmamasına görə hüquqşünas Stasenko adlı şəxs tərəfindən aldadıldığını, iddiaçıya aid məhkəmə sənədlərinin başqa ünvana göndərilməsini, iddiaçının sözügedən məhkəmə qətnaməsini almamasını nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə iddiaçı, cavabdeh, eləcə də üçüncü şəxslərin nümayəndələri hər hansı üzrlü səb əb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq MPM Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir (maddə 134.1.5). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər (maddə 405.0.1). “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarı: Qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə aktları tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə, yaxud məhkəmə qəbzinə imza etməklə rəsmi qaydada verilməlidir. Əgər tərəf məhkəmə baxışında nümayəndə (vəkil) vasitəsilə təmsil olunursa məhkəmə sənədinin onun səlahiyyətli (səlahiyyət müddəti bitməmiş və ya etibarnaməsi ləğv edilməmiş) nümayəndəsinə çatdırılması da məhkəmə sənədinin rəsmi qaydada verilməsinə bərabər tutulur. Bu zaman proses iştirakçısının məhkəmə sənədinin şəxsən özünə verilmədiyinə istinad edərək, müddəti ötürmədiyini iddia etməsi əsassızdır. Belə ki, qanunun mənasına görə tərəfin və ya onun səlahiyyəti nümayəndəsinin məhkəmə sənədini alması ilə prosessual müddətlərin axımı başlanır. Bununla yanaşı, prosessual qanunvericilikdə ötürülmüş müddətin bərpası qaydası da nəzərdə tutulmuşdur. MPM-in 133.1-ci maddəsi müddətin bərpa edilməsi üçün əsas ola biləcək üzrlü səbəblərin dairəsini müəyyən etməmişdir. Bu səbəblər hər bir işdən asılı olaraq konkret dəlillər və sübutlarla əsaslandırılmalı və məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə sənədini şəxsən deyil, nümayəndə vasitəsi ilə almış tərəfin bu əsasla ötürülmüş müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Belə ərizəyə baxan məhkəmə ötürülmüş müddət kəsiyini nəzərə alaraq, ərizənin dəlillərinı və əlavə olunmuş sübutlara qiymət verərək müddəti bərpa edə və ya bundan imtina edə bilər. Qeyd olunmalıdır ki, məhkəmə sənədini almış nümayəndən in öz vəzifələrinə səhlənkar yanaşması, təmsil etdiyi şəxsin marağına aşkar zidd davranması və sair hərəkətləri nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin aşkar pozulduğunun müəyyən olunması buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilər. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qətnamədən kassasiya şikayəti verilməsi müddətini bərpa etməmiş və kassasiya şikayətini geri qaytarmışdır. İddiaçı həmin qərardaddan da kassasiya şikayəti verilməsi müddətini ötürmüş və bu müddətin də bərpası barədə ərizə vermişdir. Ərizə qətnamədən şikayət vermə müddətinin bərpası barədə ərizənin dəlilləri ilə eyni hallara istinadla əsaslandırılmışdır. Sonuncu ərizəyə baxan apelyasiya instansiyası məhkəməsi ərizənin dəlillərini əsaslı hesab etmiş və belə qənaətə gəl mişdir ki, iddiaçı tərəfindən qərardaddan şikayət vermə müddəti ötürülməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi bir iş üzrə qəbul etdiyi iki məhkəmə aktında işin eyni halına tam fərqli yanaşaraq, eyni iş üzrə bir-birinə ziddi olan iki məhkəmə aktı qəbul etmişdir. MPM-in 217.1-ci maddəsinin mənasına görə məhkəmə aktları qanuni və əsaslı olmalıdır. Məhkəmə aktlarının əsaslı olması barədə norma həmin aktların həm də birmənalı və ziddiyyətsiz olması tələblərini nəzərdə tutur. Apelyasiya instansiyası məhkəməsinin belə mövqeyi hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından da yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumu xx xxx 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasın ın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli və iş kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə bu Qərarda ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kass asiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3051/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş, hımin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair İddiaçı tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3261/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3261/2020
20.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver