Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3262/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı1 Cavabdeh qarşıiş üzrə QƏRARİ iş № 2(102)-3262/21 (Açar sözlər: pul tələbi, sübutetmə yükü, sübutlraın qiymətləndirilməsi) Bakı şəhəri, 16 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı1 və vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1 cavabdeh X1 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-212/202 1 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh kassasiya şikayətlərinə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı1 Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 14000 (on dörd min) manat məbləğində pul, mənəvi zərərə görə 3000 (üç min) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə xxx mənzil almaqla bağlı makler kimi fəaliyyət göstərən Cavabdeh ilə tanış olmuş, cavabdeh xxx Yataqxana 1, ünvanında yerləşən 9 saylı otağın satıldığını bildirmişdir. İddiaçı ilə cavabdeh həmin otağın 13000 manata satılmasına razılaşmışlar. Cavabdeh otağa order veriləcəyini, iddiaçını qeydiyyata saldıracağını bildirmişdir. İddiaçı cavabdehə 13000 manat vermişdir. Həmçinin 400 manat pulu da cavabdeh vasitəçiliklə bağlı almışdır.
3. Qaz olmadığından, cavabdeh qaz xətti də çəkdirəcəyinə vəd vermiş və bununla bağlı iddiaçıdan 600 manat pul almışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh qaz xətti çəkdirməmiş, həmçinin otağa iddiaçının adına heç bir sənəd düzəltdirməmiş, iddiaçını qeydiyyata saldırmamışdır. İddiaçı dəfələrlə cavabdehdən verdiyi vədləri yerinə yetirməsini tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə vədini yerinə yetirməkdən yayınmış və iddiaçını aldatmışdır. İddiaçı pulunun geri qaytarmasını tələb etdikdə isə cavabdeh bundan yayınmış və sonda pulu qaytarmaqdan imtin a etmişdir.
4. İddiaçı cavabdehin əməlindən prokurorluğa şikayət etmişdir. Sumqayıt şəhər Pİnin 2-ci PB-də araşdırma aparılmış və 09 dekabr 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Araşdırma zamanı X2 cavabdehin dükanda iddiaçıdan qaz xətti çəkdirəcəyi ilə bağlı pul aldığını təsdiq etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmış, dəfələrlə pulu qaytarmasını tələb etsə də qaytarmaqdan imtina etmişdir. Buna görə də cavabdehdən ümumilikdə 14000 manat məbləğində pul alınaraq iddiaçıya qaytarılmalıdır.
5. Cavabdehin pulu qaytarmaması nəticəsində iddiaçı həmin puldan istifadə edə bilməmiş, cavabdehin əməli nəticəsində mənəvi zərərə məruz qalmışdır. Belə ki, uzun müddət zəhmət hesabına toplayıb əldə etdiyi pul vəsaitindən məhrum olmağı, cavabdehin iddiaçını aldatması, sonda pulu qaytarmaması səbəbindən iddiaçı dəfələrlə stress keçirmiş, sağlamlığı pozulmuş və psixikasına ciddi şəkildə zərər dəymişdir. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 3000 (üç min) manat məbləğində dəyərləndirir.
6. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 21, 23 və 449.1-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh iddiaya yazılı etiraz verərək, etirazında göstərib ki, iddia tələbində qeyd edilənlər yalandır. İddiaçıya borcu yoxdur. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də araşdırma zamanı ifadəsi alınmış Aid Quliyevanı tanımır. X3 ilə görüşmüşdür. Aidə Quliyeva onun əleyhinə ifadə verməsinni aldadılması ilə izah etmişdir.
8. İddiaçı1 26.02.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı iddia tələbinin qaz xətt inin çəkilməsi ilə bağlı 600 manat pul tələbinə dair hissəsindən imtina etmişdir. İddiaçı həmin məbləğin ona 15.02.2020-ci il tarixdə ona ödənildiyini bildirmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 3400 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3430 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim Aynur Behbudov)
10. Birinci instansiya məhkəməsi sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən iki otaqlı evi almaq üçün Cavabdeh 13400 manat məbləğində pul vermiş, Cavabdeh isə həmin pulun 10000 manatını evin sahibi Məmiş Şiriyevə vermişdir.
11. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh 3400 manat məbləğində pulun alınıb İddiaçı1 verilməsi hissəsində təmin olunması qanunamüvafiq və əsaslıdır.
12. Birinci instansiya məhkəməsi bununla yanaşı, iddiaçının mənəvi ziyana görə 3000 manat pul tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsinə istinad edərək həmin hissədə iddianı təmin etməmişdir. iş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır.
13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 329.2, 329.3, 385.1, 386.1, 425.1, 442, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı1 və Cavabdeh hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti veri blər.
15. İddiaçın apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 405, 405, 439, 443, 1096, 1097-ci, Mülki Prosessual Məcəllənin 14, 77, 78, 88 və 217-ci maddələrinin tələblərinu pozmuşdur.
16. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməyib.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-212/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(060)-1492/2020 saylı qətnaməsi qismən – «Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı1 verilsin» hissəsində ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 25 00 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı1 verilməsi, qətnamənin «iddia tələbi qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanması, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 5,29 (beş manat iyirmi doqquz qəpik) manat hissəsinin iddiaçının özünə aid edilməsi və həmin məbləğin 24,71 (iyirmi dörd manat yetmiş bir qəpik) manat hissəsinin Cavabdeh alınıb, İddiaçı1 verilməsi, İddiaçı1 verdiyi apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Lətifə Məmmədova)
18. Apellyasiya instansiyası müəyyən edib ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən iki otaqlı evi almaq üçün Cavabdeh 13.000 manat məbləğində pul vermiş, Cavabdeh isə həmin pulun 10000 manatını evin sahibi Məmiş Şiriyevə vermişdir. Sonradan cavabdeh mübahisəli evi iddiaçının adına sənədləşdirə bilmədiyindən aralarında mübahisə yaranmışdır. Məhkəmə baxışı zamanı cavabdeh İddiaçı1 500 manat məbləğində pul ödəmiş, mart ayının 15-nə qədər əlavə olaraq 1300 manat məbləğində pul vəsaitinin də ona ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı1 400 manat məbləğində pul vəsaitini Cavabdeh mənzilin alınmasında vasitəçilik etdiyi üçün verdiyi barədə dəlilini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
19. Apellyasiya instansiyası hesab edib ki, iddia qismən təmin edilərək Cavabdeh (3000 manat – 500 manat = 2500 manat) 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti alınıb iddiaçıya verilməlidir.
20. Apellyasiya instansiyası iddiaçının mənəvi ziyana görə 3000 manat pul tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsinə və eləcə də işin tədqiq olunan hallarına əsasən həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı1 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, cavabdehdən 12900 manat və mənəvi zərərə görə 3000 manatın tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, əlavə olaraq qeyd edilib ki, cavabdeh iddiaçıdan 13 min manat pul alıb, həmin pulun 10 min manatı nın yataqxanadakı otağın əvvəlki sahibinə verilməsinin iddiaçıya aidiyyatı yoxdur.
23. Cavabdeh da kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib,yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Cavabdehin kassasiya şikayətinin dəlilləri: - məhkəmənin gedişatında iddiaçı ərizə ilə müraciət edərək, cavabdehin iddiaçıya heç bir borcunun olmamasını bildirsə də, məhkəmə bu ərizəyə fikrini bildirməmişdir; - mübahisəyə son qoymaq üçün cavabdeh iddiaçıya 1800 manat verib. İddiaçı iddia ərizəsini geri götürəcəyini vəd etsə də, buna əməl etməyib; - iddiaçıya cavabdehin borcu yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətlərinə qarşı tərəflərin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı 1 və vəkili Vəkil1 iddiaçının kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdehin şikayətinin isə təmin olunmamasını xahiş etdi.
27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 cavabdehin kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddiaçının şikayətinin isə təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Qanuna və y a digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qətnaməni iddianın təmin edilməyən, cavabdeh isə təmin edilən hissəsində mübahisələndiriliblər. Buna görə də məhkəmə kollegiyası nəticə etibari ilə olaraq qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin kassasiya şikayətinə qiymət verərək, hesab edir ki, apellyasiya instansiyası iddianın təmin edilən hissəsində düzgün nəticəyə gəlməmişdir.
31. İşdən görünür ki, birinci instansiya məhkəməsi cavabdehdən 3400 manat pulun tutulmasını qət edərkən bunu tərəflər arasında olan mübahisə ilə bağlı polis idarəsində aparılan araşdırma zamanı tərəflərin ve rdiyi izahatlar və qanunvericiliyin tələbləri ilə əsaslandırmışdır.
32. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidr. Həmçinin qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (MPM, 77.1, 218.1-ci maddələr)
33. Birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 3400 manatın tutulmasını əsaslı sayırdısa, ilk növbədə iddianı bu hissədə təmin etmək üçün cavabdehin iddiaçıdan 3400 manat pul alması halını müəyyən etməli, üstəlik, işin bu halının müəyyən edilməsini sübutların mümkünlüyü və qiymətləndirlməsi ilə bağlı prosessual qanunvercliyin tələblərinə uyğun həyata keçirməli idi.
34. Birinci instansiya məhkəməsi qeyd edilən halı mübahisə ilə bağlı polis idarəsində aparılan araşdırma zamanı tərəflərin verdiyi izahatlarla müəyyən etdiyinə istinad etsə də, həmin araşdırmada verilən izahatları yuxarıda qeyd edilən prosessual normaların tələblərinə uyğun qiymətləndirməmişdir. Çünki həmin araşdırma zamanı cavabdehin iddiaçıdan 3400 manat almasının tərəflərin verdiyi hansı izahatları ilə sübut edilməsinə məhkəmə aydınlıq gətirməmişdir.
35. Apellyasiya məhkəməsi isə cavabdehin apellyasiya şikayəti üzrə 400 manat hissədə iddia tələbinin sübuta yetirilməməsini qeyd etsə də, 3000 manat iddia tələbi hissəsində birinci instansiya məhkəməsini n səhvini təkrarlayaraq, həmin hissədə iddia tələbinin hansı sübutla təsdiq edilməsinə qiymət verməmişdir. Apellyasiya məhkəməsi yalnız məhkəmə gedişində ödənilən 500 manatın 3000 manat puldan çıxılıb cavabdehdən 2500 manatın tutulması nəticəsinə gəlmişdir ki, bu da qeyd edildiyi kimi, 3000 manat hissədə iddianın lazımi qaydada sübut edilməməsi baxımından əsaslı sayıla bilməz.
36. Bundan əlavə, iddiaçının adından yazılmış 09 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən vurulmuş maddi və mənəvi ziyan cavabdeh tərəfindən tam ödənilmiş, iddiaçının cavabdehdən heç bir şikayəti yoxdur.
37. İşdən görünür ki, qeyd edilən qəbzlə bağlı apellyasiya məhkəməsi hər hansı araşdırma aparmamış, qəbzin həqiqətən də iddiaçı tərəfindən verilib-verilməsi, nə məqsədlə verilməsi, tərəflər a rasında hazırki iddia ilə bağlı mübahisə qalıb-qalmamasını tədqiq etmədən qətnamə çıxarmışdır. Halbuki işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı idi. (MPM, 14.1, 372.1)
38. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn q əti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
41. Yuxarıda qeyd edilənlər baxımdan, iddianın təmin edilən hissəsində məhkəmə qətnaməsi əsaslı sayıla bilməz və həmin hissədə qətnamə ləğv edilməlidir.
42. Bununla belə, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti üzrə qeyd edir ki, apellyasiya məh kəməsi iddianın təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir.
43. Belə ki, apellyasiya məhkəməsi müəyyən edib ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən iki otaqlı evi almaq üçün Cavabdeh 13.000 manat məbləğində pul vermiş, Cavabdeh isə həmin pulun 10000 manatını evin sahibi Məmiş Şiriyevə vermişdir. Məhkəmə baxışı zamanı cavabdeh əlavə olaraq İddiaçı1 500 manat da ödəmişdir.
44. Həmçinin iddiaçının mənəvi ziyana görə 3000 manat pul tələbinin əsası kimi istinad etdiyi hallar işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməyib, iddiaçı həmin halları sübut edə bilməyib. Bu baxımdan işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməyən hissəsində qətnamə əsaslı və qanunidir.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı1 kassa siya şikayəti təmin edilməməli, Cavabdeh kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-212/202 1 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.