Məhkəmə qərarları › İş №2(102)-3263/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3263/2023

30.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3263/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1355/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında 01 noyabr 2017-ci il tarixli 128 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı mülkiyyətində olan mənzili və qeyri-yaşayış sahəsini söküntü üçün “EvroStroy-S.S." MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi və ümumi 137.000 manat məbləği 5 dekabr 2017-ci il tarixindən 30 ay ərzində hər ay 4566 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 137.000 manat məbləği vaxtından əvvəl ödəyərək öz öhdəliyini tam olaraq icra etmişdir. Tərəflər arasında razılaşmaya əsasən, yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək müvəqqəti yaşayış üçün kirayə haqqı ödənilməsi nəzərdə tutulmur. Yeni tik iləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 20 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçiyə” təhvil vermək razılaşdırılmışdır. 2. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/21-580 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Vəkil1 küçəsi, ev 17 ünvanda yerləşən, ümumilikdə sahəsi 145,60 kv.m. olan (1-ci mərtəbə üzrə 72.80 kv.m., 2-ci mərtəbə üzrə 72,80 kv.m.) qeyriyaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil edir. 3. "xxxx" MMC-nin 05 aprel 2023-cü il tarixli, ƏEM/A 09-190/23 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Vəkil1 küçəsi, ev 17 ünvanda yerləş ən 1-ci mərtəbədəki 72,8 kv. metrlik qeyri-yaşayış sahəsinin orta aylıq icarə dəyəri 1350 (min üç yüz əli) manat, ikinci mərtəbədəki 72,8 kv. metrlik qeyri-yaşayış sahəsinin orta aylıq icarə dəyəri 650 (altı yüz əlli) manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC -yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 il müddətində kirayə haqlarını ödəməyərək ona vurduğu maddi zərərə görə 48000 (qırx səkkiz min) manat pulun Cavabdeh MMC-dən tutulması, xx.xx.2021-ci il tarixdən bina təhvil verilənə kimi aylıq 2000 manat kirayə pulunu ödəmək öhdəliyinin Cavabdeh MMCnin üzərinə qoyulması, ödənmiş dövlət rüsumunun cavadehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı tələb ini belə əsaslandırmışdır ki, xx.xx.2017 ci il tarixli 128 saylı müqavilənin şərtlərinə görə "xxxx"MMC almış olduğu 145,6 kv.m. qeyri-yaşayış sahəsini 1 sentyabr 2019-cu ildə ona təhvil verməli idi. Lakin bu günə kimi müqavilənin şərtləri "xxxx" MMC tərəfindən yerinə yetirilmədiyi üçün iddiaçı öz əmlakına sahiblik edə bilmir və bu onu maddi itkilərə məruz qoyur. Cavabdehə müvafiq müqavilənin tələblərini rəhbər tutaraq pretenziya məktubu ilə müraciət etmiş və ona vurduğu maddi zərərə görə kompensassiyanı ödəməsini xahiş etmişdir. Lakin məsələnin həlli ilə bağlı heç bir müsbət tədbir görülməmişdir. Odur ki, iddia ərizəsilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC ilə aralarında 01 noyabr 2017-ci il tarixli 128 nömrəli müqavilə bağlanmışdır. Sözü gedən müqavilənin şərt lərinə əsasən mülkiyyətində olan sahəsi 21.6 kv.m olan mənzili və sahəsi 50.1 kv.m olan qeyri-yaşayış sahəsini söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi, əlavə olaraq 137.000 manat məbləği 5 dekabr 2017-ci il tarixindən 30 ay ərzində hər ay 4566 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bunun müqabilində isə "xxxx" MMC yeni tikilmiş binanın E girişində qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində sahəsi 72.8 kv.m olan sahəni və qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində sahəsi 72.8 kv.m. olan sahəni ümumilikdə sahəsi 145,6 kv.m. olan qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə nəzərdə tutulan öhdəliyini vaxtından əvvəl icra edərək 137000 manat pulu sözü gedən şirkətə tam ödəmişdirm. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən isə yeni binanın t ikintisi başa çatıb istismara qəbul edilənədək mülkiyyətçilərin müvəqqəti yaşayış məqsədilə yaşadıqları evin kirayə haqqını ödəmək öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Həmçinin müqavilənin 2-ci maddəsində göstərilmişdi ki, 20 ay müddətində yeni binanın tikintisi başa çatdırılaraq mülkiyyətçilərə təhvil veriləcək və hər hansı bir səbəb üzündən tikinti işləri 20 ay müddətində başa çatdırılmadığı halda mülkiyyətçilərə kirayə haqqı üçün ödənilən ödənişin müddəti mənzil istismara qəbul edilib ev mülkiyyətçilərə təhvil verilənədək uzadılacaq. Lakin Cavabdeh MMC ilə aralarında olan razılaşmaya əsasən 20 ay ərzində o təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqı almayacağı buna səbəb isə həmin həmin kirayə haqlarının müqabili ona verilmiş ümumi sahəsi 145,6 k v.m. olan qeyri-yaşayış sahəsinin bir hissəsinin ödənişi ilə əvəzlənəcəkdi. Göründüyü kimi, müqavilə 5 dekabr 2017-ci il tarixində bağlandığından müqavilə ilə nəzərdə tutulmuş 20 ay müddəti 2019-cu ilin sentyabr ayında tamamlanmışdır. Lakin sözü gedən müddətin üstündən 2 il keçməsinə baxmayaq Cavabdeh MMC hələ də binanın tikintisini başa çatdırmamış və müqavilədə göstərilən qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verməmişdir. Müqavilənin şərtlərindən də məlum olur ki, 2019-cu ilin sentyabr ayında yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MTK tərəfindən mülkiyyətçilərə təhvil verilməli idi. Aralarında olan razılığa əsasən o bu 20 ay müddətində kirayə haqqını özü ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin göründüyü kimi müqavilə ilə nəzərdə tutulan müddətin üstündən 2 il keçib və o 2 ildi r ki, kirayə haqqını özü ödəyir. Halbuki, razılaşmaya əsasən hər hansı bir fors-major halın baş verdiyi təqdirdə binanın təhvil verilməsinin gecikməsi halı baş verərsə o yenə də, 20 aydan əlavə kirayə haqqını özü ödəcəyi ilə bağlı bir öhdəliyi üzərinə götürməmişdir. Qeyd olunan yerdə bu ölçüdə qeyri-yaşayış sahəsinin aylıq kirayə bazar qiyməti təxminən iki min manatdır. Ötən iki il ərzində bu məbləği toplasaq 48.000 manat pul edir. İddiaçı bu pulu "xxxx" MMC-dən bir neçə dəfə şifahi istəsə də, şirkətin əməkdaşlar ona real bazar dəyərindən çox aşağı pul təklif etmişlər və heç bir ödəniş etməmişlər. Həmin müqavilənin 3-cü maddəsinin şərtlərinə əsasən hər hansı forsmajor vəziyyətin yaranması ilə əlaqədar tərəflərdən biri müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədikdə 3 (üç) iş günü ərzi ndə belə bir vəziyyətin olması haqqında qarşı tərəfə yazılı məlumat verməlidir. Bu haqda iddiaçıya heç bir məlumat verilməmişdir, odur ki, sözü gedən vəziyyətin hər hansı fors-major halın baş verməsilə əlaqədar olmasından söhbət gedə bilməz. Artıq 2 ildir ki, müqavilənin şərtləri Cavabdeh MMC tərəfindən kobud şəkildə pozulur və nəticədə o yetərincə maddi ziyana düşmüşdür.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) 2(005)402/2022 nömrəli, 04 mart 2022-ci tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 24 ay müddətinə ödənilməmiş 48.000 (qırx səkkiz min) manat məbləğində kirayə pulu və 234 (iki yüz otuz dörd) ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, cavabd eh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 48.000 manat (24 ay x 2000 manat = 48.000 manat) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, məhkəmə iddia tələbinin “xx.xx.2021-ci il tarixdən bina təhvil verilənə kimi aylıq 2000 manat kirayə pulunu ödəmək öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, gələcəkdə müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirilməsi müqavilə tərəflərini n hərəkət və ya hərəkətsizliyindən asılı olduğundan iddianın qeyd olunan hissəsi əsaslı sayıla bilməz.

8. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Mülki Məcəllənin 385.1, 405.1, 421.2, 423.2, 425.1, 427.3, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2, 1096,1097.1, 1115-ci maddələrinə istinad etmişdir b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin – iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) 2(103)-4065/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, 20 ay müddətin başlandığı tarix müqavilənin bağlandığı vaxtdan deyil, binanın bünövrəsinin qoyulduğu tarixdən hesablanmalıdır. Nə iddiaçı, nə də cavabdeh tərəf binanın bünövrəsinin qoyulduğu tarix barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyiblər. Apellyasiya baxışı zamanı da təklif edilməsinə baxmayaraq iddiaçı tərəf binanın bünövrəsinin 2021-ci ilin fevral ayında qoyulmasına, cavabdeh tərəf isə 2017-ci ildə qoyulmasına dair heç bir mötəbər sübut təqdim etmədilər. İddiaçı tərəf yalnız sosial şəbəkələrdən çıxarılmış 2018, 2019, 2021-ci il tarixlərə aid bünövrəsi qoyulm uş yaxud hansısa tikinti mərhələsində olan binaların şəkillərini təqdim etmişdir ki, bu cür şəkillər də mübahisə predmeti olan binanın bünövrəsinə aid olduğunu və qoyulma tarixini müəyyən etməyə imkan vermir. Həmçinin, iddia tələbi kirayə haqqı ilə bağlıdır ki, cavabdehin də müqavilə üzrə üzərinə belə bir öhdəlik götürməsi müəyyən edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1,386.1, 390.1, 390.4, 390.5, 390.6, 390.7, 442, 443.1, 443.2, 448.1, 448.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sadəcə 20 ay ərzində kirayə haqqından imtina etmiş, bu m üddət ərzində binanın təhvil veriləcəyi düşünüldüyü üçün kirayə haqqının məbləği və otaqların sayı müqaviləyə daxil edilməmişdir. Lakin müqavilənin 2.1.2-ci və 2.2.4-cü bəndləri iddiaçının gələcəkdə baş verə biləcək gecikmə halları üçün kirayə haqqını tələb etmək hüququnu istisna etmir. Ekspert rəyindən də aydın olur ki, qeyri-yaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil etmişdir. Lakin apellyasiya instnasiyası məhkəməsi tərəfindən bütün bunlar nəzərə alınmamışdır. Cavabdeh tərəf binanın bünövrəsinin 2021-ci ilin fevral ayında qoyulmasını bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən isə binanın bünövrəsinin qoyulması ilə bağlı cavabdeh tərəfindən ictimaiyy ətə açıqlanmış, sosial şəbəkələrdən çıxarılmış məlumatlar məhkəməyə təqdim olunsa da, apellyasiya məhkəməsi tərəfindən həmin sübutlar qiymətləndirilməmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4707/2022 saylı, 11. oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və mərizəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4065/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə binanın bünövrəsinin qoyulduğu tarixə dair sübutetmə yükünün hansı tərəfin üzərinə düşməsini müəyyən etməmiş, sübutetmə yükünü hər iki tərəfin üzərinə qoymuş, tərəflərdən hansının həmin hala dair sübutlar təqdim etmək imkanına sahib olmasını araşdırmamışdır. İş materiallarında olan məhkəmə iclaslarının protokollarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin vəkili və nümayəndəsi tikilinin təməlinin qoyulduğu vaxtın nə zaman olmasına dair sübutların iddiaçı tərəfindən təqdim edilməli olmasını və onlarda heç bir sübutun olmadığını bildirmişdir. İddiaçı bununla bağlı apellyasiya instansiyası məhkəməsinə “facebook” və “instagram” sosial şəbəkələrindən çıxarılmış 2018, 2019, 2021-ci il tarixlərə aid bünövrəsi qoyulmuş eyni zamanda, artıq tikinti mərhələsində olan binaların şəkillərini təqdim etmişdir.

17. Kassasiya instansiyası məhkə məsi qeyd etmişdir ki, binanın bünövrəsinin nə zaman qoyulmasına dair rəsmi sənədlər və müvafiq məlumatlar bir qayda olaraq tikinti işlərini həyata keçirən təşkilatda olan məlumatlardır. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan halı nəzərə almayaraq, sübutetmə yükünün iddiaçının üzərinə düşməsi barədə yanlış qənaətə gəlmiş, həmçinin iddiaçının həmin halı hansı vasitə ilə və necə sübut etməli olması məsələsinə münasibət bildirməmişdir.

18. Eyni zamanda nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə binanın bünövrəsini qoymaq o cümlədən sonrakı tikinti işlərini vaxtlı-vaxtında aparmaq cavabdehin vəzifəsi olduğundan, həmçinin binanın bünövrəsinin 2018-ci ildə deyil, bundan sonra qoyulduğunu iddia etdiyindən o, MPM-nin 77-ci maddəsinə əsasən işin faktiki halları bax ımından iddiaya olan etirazlarını sübut etmək vəzifəsini daşıyır

19. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutların mötəbərliyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin sübutlara münasibətdə qeyd etmişdir ki, bu cür şəkillər mübahisə predmeti olan binanın bünövrəsinə aid olduğunu və qoyulma tarixini müəyyən etməyə imkan vermir. Halbuki, apellyasiya instansiyası məhkəməsinin 20 iyun 2022-ci il tarixli məhkəmə iclasının protokolundan (səh.119) görünür ki, cavabdehin vəkili və nümayəndəsi iddiaçı tərəfindən təqdim olunan şəkillərin mübahisə predmeti olan binanın bünövrəsinə aid olduğunu inkar etməmişdir.

20. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırk ı iddia tələbi kirayə haqqı qismində ödənilməli olan vəsaitin ödənilməməsi nəticəsində dəymiş zərərlə bağlıdır. Tərəflər müqavilə üzrə 20 ay ərzində iddiaçının təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqının alınmayacağı və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 20 ay müddətində başa çatdırılaraq müqavilə şərtlərinə əsasən mənzilin “mülkiyyətçi”yə təhvil veriləcəyi barədə razılaşmışlar. Bu halda, cavabdehin müqavilə şərtlərinə əməl etməyərək razılaşdırılmış müddətdə əmlakı iddiaçıya təhvil verməməsi iddiaçını kirayə haqqı qismində dəymiş zərəri tələb etmək hüququndan məhrum etmir. Belə ki, müqavilə üzrə kirayə haqqının alınmaması yalnız binanın bünövrəsinin qoyulmasından sonra 20 aylıq müddət üçün müəyyən olunmuşdur. Həmin müddətd ən sonra əmlakın təhvil verilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbi iddiaçının işgüzar adətlərdən irəli gələn hüququdur. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin müqavilədə cavabdehin iddiaçıya ümumiyyətlə kirayə haqqı ödəmək öhdəliyinin nəzərdə tutulmaması əsası ilə iddia tələbini rədd etməsi də qanunazidd və əsassız olmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsə nov) 2(103)-1355/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(005)- 402/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında qeyd edilən mövqeyə uyğun olaraq qeyd edilməlidir ki, hazırkı iş üzrə binanın bünövrəsinin qoyulduğu tarixə dair sübutetmə yükünün iddiaçının deyil, cavabdehin üzərinə düşür. Belə ki, həmin hala dair sübutlar təqdim etmək imkanına sahib olan şəxs cavabdeh tərəfdir. Yəni binanın bünövrəsinin nə zaman qoyulmasına dair rəsmi sənədlərdə, məlumatlarda bir qayda olaraq tikinti işlərini həyat a keçirən təşkilatda olan məlumatlardır. Eyni zamanda kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə binanın bünövrəsini qoymaq o cümlədən sonrakı tikinti işlərini vaxtlı-vaxtında aparmaq cavabdehin vəzifəsi olduğundan, həmçinin binanın bünövrəsinin 2018-ci ildə deyil, bundan sonra qoyulduğunu iddia etdiyindən o, MPM-nin 77-ci maddəsinə əsasən işin faktiki halları baxımından iddiaya olan etirazlarını sübut etmək vəzifəsini daşıyır. Lakin cavabdehin nümayəndəsi sözügedən binada tikinti işlərinin başlanılmasının məhz 2021-ci il tarixdə başlamasını bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

23. Əksinə, iddiaçı tərəfidnən təqdim edilmiş “facebook” və “instagram” sosial şəbəkələrindən çıxarılmış 2018, 2019, 2021-ci il tarixlərə aid bünö vrəsi (özül) qoyulmuş eyni zamanda, artıq tikinti mərhələsində olan binaların şəkillərindən və həmin səhifədə yazılmış məlumatalardan (həmin səhifələrə həmin tarixlərlə bağlı məhkəmə tərəfindən də baxılmışdır) müəyyən edilir ki, 2018-ci ildə orada tikinti işlərinin getməsi barədə hər dəfə səhifədə yeni məlumatlar yerləşdirilməklə (Sipark inşaat adıyla-Təbriz layihəsi) tikinti işlərinin sürətlə davam etdirilməsi elan edilməklə ev almaq istəyən şəxslərə dəvət (ümumi oferta) göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilir ki, sözügedən ərazidə tikinti işləri cavabdeh tərəfindən (Sipark-inşaat adıyla) aparılmışdır. Belə olan halda kollegiya hesab edir ki, sözügən yerdə tikinti işlərinin aparılmasının ən azından 2018-ci ildə mövcudluğu müəyyən edildiyindən cavabdeh tərəfin tikin tinin 2021-ci ilin fevral ayından başlaması barədə dəlili əsassız hesab edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, cavabeh tərəf əmlakı müqavilə öhdəliklərini pozmaqla təhvil verməsi üçün müqavilədə 2019-cu ilin sentyabr ayında təhvil verməmişdir. Belə olan halda həmin tarixdən sonra keçən 2 illik müddət iddia tələbində düzgün göstərilmiş və müddət həmin vaxtdan hesablanmalıdır.

24. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbi kirayə haqqı qismində ödənilməli olan vəsaitin ödənilməməsi nəticəsində dəymiş zərərlə bağlıdır. Tərəflər müqavilə üzrə 20 ay ərzində iddiaçının təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqının alınmayacağı və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 20 ay müddətində başa çatdırılaraq müqavilə şərtlərin ə əsasən mənzilin “mülkiyyətçi”yə təhvil veriləcəyi barədə razılaşmışlar. Bu halda, cavabdehin müqavilə şərtlərinə əməl etməyərək razılaşdırılmış müddətdə əmlakı iddiaçıya təhvil verməməsi iddiaçını kirayə haqqı qismində dəymiş zərəri tələb etmək hüququndan məhrum etmir. Belə ki, müqavilə üzrə kirayə haqqının alınmaması yalnız binanın bünövrəsinin qoyulmasından sonra 20 aylıq müddət üçün müəyyən olunmuşdur.

25. Məhkəmə araşdırması zamanı əmlakın iddiaçıya təhvil verilməsi müddətinin 2019cu ilin sentyabr ayından hesablanmalı olması müəyyən edilmişdir. Həmin müddətdən sonra əmlakın təhvil verilməməsi nəticəsində kirayə haqqı qismində dəymiş zərərin ödənilməsi tələbi iddiaçının işgüzar adətlərdən irəli gələn hüququdur. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər h ansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Odur ki, müqavilədə cavabdehin iddiaçıya ümumiyyətlə kirayə haqqı ödəmək öhdəliyinin nəzərdə tutulmaması əsası ilə iddia tələbinin təmin edilməməsi qanunazidd və əsassız olardı. Belə ki, iddiaçı tərəf müqavilədə qeyd edilən müddətdə əmlakını əldə edə bilmədiyindən həmin əmlakdan hər hansı formada yararlanmaq hüququndan da məhrum olmuşdur. Bu halda ən azından həmin əmlakın ona təhvil verilməli olan müddətdən sonrası üçün iddiaçı kirayə haqqı qismində zərər tələb etməsi əsaslıdır.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini vaxtında i cra etməmiş, iddiaçı tərəfindən 24 ay müddətində kirayə haqqı qismində zərər cavabdehdən haqlı olaraq tələb edilir və həmin müddət üçün pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası həmin müddət üçün tələb edilən məbləğin müəyyənləşdirilməsi üçün həmin əmlakın aylıq kirayə haqqının müəyyən edilməsi üçün mütəxəssis rəyi almış və rəydə həmin əmlakın orta aylıq icarə haqqının 2000 manat olması müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehdən iddiaçının xeyrinə 48000 manat tutulması nəticəsinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Belə ki, tərəflər arasında müqabilə 5 dekabr 2017-ci il tarixdə bağlanmışdır. Lakin bu o demək deyildir ki, tək bir mülkiyyətçi ilə müqavilənin bağlanması anı binanın bünövrəsinin qoyulması anıdır. Bu məntiqsiz bir mühakimədir. Binanın sökülməsi üçün digər sakinlərlə də müxtəlif vaxtlarda müqavilələr bağlanmış, yalnız bu müddətdə də pandemiya dalğasının olması işi ləngitmişdir. Beləliklə, binanın bünövrəsi 2021-ci ilin fevral ayında qoyulmuşdur.

29. Əgər öhdəliyin i crası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Belə ki, müqavilənin 2.2.5-ci maddəsinə istinad edən iddiaçı müqavilənin bağlanması anından 20 ay keçdikdən sonra hər ay üçün 2000 (iki min) manat olmaqla, 24 ay üçün ümumilikdə 48000 (qırx səkkiz min) manatın ödənilməsini cavabdehdən tələb edir. Halbuki, çox sadə bir məntiqlə söyləmək mümkündür ki, sahibkarlıq fəaliyyətinin bu istiqamətində müqavilənin bağlanması ilə öhdəliyin icrası anının üst-üstə düşməsi demək olar ki, mümkün deyil. Belə ki, bir daha vurğulayaq ki, cavabdeh tək bir mülkiyyətçi ilə deyil bir çox mülkiyyətçi ilə müqavilə bağlayır. Eyni zamanda müqavilənin 2.2.5-ci maddəsini məhkəmə qiymətləndirərkən onun mahiyyətindən kənara çıxmış, belə bir nəticəyə gəlmi şdir ki, müqavilə bağlandıqdan sonra keçən 20 ay müddətdən etibarən hər ay üçün iddiaçıya 2000 (iki min) manat ödənilməlidir. Halbuki, maddənin mahiyyəti bu deyildir. Belə ki, burada cavabdehin üzərinə götürdüyü öhdəlik müəyyən bir şərtin baş verməsi anından, yəni, binanın bünövrəsinin qoyulması anından etibarən 20 ay müddətində bina təhvil verilməzsə gecikmiş hər ay üçün mülkiyyətçiyə kirayə haqqının ödənilməsindən ibarətdir.

30. Cavabdeh MMC artıq uzun illərdir ki, yaşayış və qeyri-yaşayış sahələrinin tikilməsi istiqamətində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlığın bu sahəsi müəyyən prosedur mərhələlərdən keçməklə həyata keçirilir ki, mülkiyyətçi ilə müqavilə bağlamaq bunun ən sadə mərhələsidir. Belə ki, cavabdeh iddiaçıya bağladıqlarımüqaviləyə uyğun olaraq qeyri-yaşayış sa həsini verməkdən imtina etmir. Sadəcə forsmajor səbəblərdən sözügedən binanın bünövrəsinin qoyulması prosesi ləngimiş, yalnız 2021-ci ilin fevral ayından etibarən binanın tikintisinə başlanmışdır. Qeyd edək ki. sahibkarlıq fəaliyyətinin göstərilən istiqamətində bu kimi halların yaşanması normal qarşılanır. Buna baxmayaraq, iddiaçı müqavilənin 2.2.5-ci bəndini istinad gətirməklə cavabdehi çıxılmaz vəziyyətə salmağa çalışır. Halbuki, qeyd edək ki, göstərilən maddənin mahiyyətindən irəli gələn məsələ budur ki, cavabdeh yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra 20 ay müddətində binanımülkiyyətçilərə təhvil vermzsə, bu zaman gecikdirilmiş hər ay üçün aylıq kirayə haqları mülkiyyətçilərə ödəniləcək.

31. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyy ən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/21-580 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Vəkil1 küçəsi, ev 17 ünvanda yerləşən, ümumilikdə sahəsi 145,60 kv.m olan (1-ci mərtəbə üzrə 72.80 kv.m, 2-ci mərtəbə üzrə 72,80 kv.m) qeyri-yaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil edir. Halbuki, məhkəmə işi dərindən araşdırsaydı müəyyən etmək olar ki, göstərilən ünvanda yerləşən, 145,60 kv.m-lik qeyri-yaşayış sahəsinin orta aylıq icarə dəyəri 2000 (iki min) manat ola bilməz. Bu nöqteyi nəzərdən ekspert rəyi ilə razılaşmırıq.

32. MPM-in 9. 3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə pr insiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir.

33. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Belə ki, bir daha qeyd edək ki, binanın bünövrəsinin qoyulması, tikintisinə başlanması 2021-ci ilin fevral ayından etibarən başlayıb. Bu halı tək bir hərəkətə və ya müqaviləyə bağlamaq işin xarakterinə, sahibkarlığın bu istiqamətinə uyğun deyildir. Çünki tikintiyə başlanması müəyyən mərhələləri keçməklə həyata keçirilir ki, bünövrənin qoyulması anını belə olan halda müəyyənləşdirmək mümkün deyildir. Bu müəyyən bir dövrü əhatə edə bilər ki, bunun üçün 2021-ci ilin fevral ayını göstərə bilərik.Çünki, bu müddətə qədər ölkədəki pandemiya dalğası təkcə əhalinin yaşayış səviyyəsinə zərbə endirməm iş, eyni zamanda sahibkarlıq fəaliyyətini də iflic vəziyyətinə salmışdır. Bu səbəbdən tikintiyə başlanması prosesi 2021-ci ilin fevral ayına qədər uzanmışdır. Bunu isbat edən maddi hər hansı bir sübut təqdim edə bilməməyimizin səbəbi məhz işin xaraketrindən aslıdır ki, biz bunu müəyyən bir hərəkətin baş tutması anına bağlaya bilmirik. Eyni zamanda sübuta ehtiyac olmadan danılmaz fakt kimi bunu demək mümkündür ki, mülkiyyətçi ilə müqavilənin bağlanması anı ilə binanın bünövrəsinin qoyulması anı işin xarakterindən asılı olaraq üst-üstə düşə bilməz. Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində bu hala qiymət verməmiş, göz ardı etmişdir. Halbuki, bu çox sadə bir məntiqə əsaslanır ki, bir binanın tikilməsi faktını sadəcə bir mülkiyyətçi ilə olan müqaviləyə, eləcə də həmin müqavilənin bağlandığı g ündən binanın bünövrəsinin qoyulmasının həyata keçilməsinə bağlamaq məntiqsizdir. Belə bir hala praktikada demək olar ki, rast gəlinməyib.

34. İddiaçı müqavilənin mahiyyətindən irəli gəlmədiyi halda 24 ay üçün 48000 (qırx səkkiz min) manat pulun cavabdehdən tutulmasını tələb etmişdir.

35. Məhkəmə qətnamə çıxararkən bir neçə halı göz ardı etmişdir. Əvvəla, müqavilənin bağlanması anı ilə binanın bünövrəsinin qoyulması anını eyniləşdirmiş və buna əsasən iddiaçının 48000 (qırx səkkiz min) manat pul iddiasını qanuni hesab etmişdir. Digər bir məsələ isə budur ki, məhkəmə ekspet rəyinə düzgün hüquqi qiymət verməmişdir. Məsləni ərtaflı araşdırsaydı müəyyən etmək olardı ki, göstərilən ünvanda yerləşən, 145,60 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin orta aylıq icarə haqqı 2000 (iki min) manat ola b ilməz.

36. Cavabdeh iddiaçı ilə 5 dekabr 2017-ci il tarixdə müqavilə bağlamış və qeyriyaşayış sahəsinin tikilib qurtardıqdan sonra ona təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüşür. Buna baxmayaraq iddiaçı bağlanan müqavilədən 20 ay sonra hər ay üçün 2000 (iki min) manat olmaqla, 24 ay üçün ümumilikdə 48000 (qırx səkkiz min) manat pulun cavabdehdən tutulub ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Halbuki, müqavilədən irəli gələn öhdəliyin icrası müəyyən bir şərtə, yəni binanın bünövrəsinin qoyulması faktına əsasən reallaşmalı idi. Məhkəmə isə yanlış mövqe tutaraq müqavilənin bağlanması anı ilə binanın bünövrəsinin qoyulması anını eyniləşdirmişdir.

37. Cavabdeh MMC artıq uzun illərdir ki, yaşayış və qeyri-yaşayış sahələrinin tikilməsi istiqamətində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlığın bu sahəsi müəyyən prosedur mərhələlərdən keçməklə həyata keçirilir ki, mülkiyyətçi ilə müqavilə bağlamaq bunun ən sadə mərhələsidir. Belə ki, cavabdeh iddiçıya bağladıqları müqaviləyə uyğun olaraq qeyri-yaşayış sahəsini verməkdən imtina etmir. Sadəcə fors-major səbəblərdən sözügedən binanın bünövrəsinin qoyulması prosesi ləngimiş, yalnız 2021-ci ilin fevral ayından etibarən binanın tikintisinə başlanmışdır. Qeyd edək ki, sahibkarlıq fəaliyyətinin göstərilən istiqamətində bu kimi halların yaşanması normal qarşılanır. Buna baxmayaraq, iddiaçı müqavilənin mahiyyətindən kənara çıxmaqla cavabdehin 48000 (qırx səkkiz min) manat pulu ona ödəməsini məhkəmədən tələb etmişdir. Bu kimi hallar cavabdehin sahibkarlıq fəaliyyətinə zərbə vurmaqla yanaşı, onun öz öhdəliyini icra etməsinə süni maneələr yaradır.

38. Belə ki, bir daha qeyd etmək zəruridir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/21-580 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Vəkil1 küçəsi, ev 17 ünvanda yerləşən, ümumilikdə sahəsi 145,60 kv.m olan (1-ci mərtəbə üzrə 72.80 kv.m, 2ci mərtəbə üzrə 72,80 kv.m) qeyri-yaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil edir. Ekspert rəyi məhkəmə üçün məcburi deyildir. Məhkəmə işi hərtərəfli araşdırsa aydınlaşdıra bilər ki, göstərilən rəqəm reallığı əks etdirmir.

39. Bakı Apellyasiya Məhkəməsinin Məhkəməsinin 2(103)-1355/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanunsuz və ədalətsizdir. Məhkəmə qətnamə çıxararkən bir neçə halı göz ardı etmişdir. Əvvəla, müqavilənin bağlanması anı ilə binanın bünövrəsinin qoyulması anını eyniləşdirmiş və buna əsasən iddiaçının 48000 (qırx səkkiz min) manat pul iddiasını qanuni hesab etmişdir. Digər bir məsələ isə budur ki, məhkəmə ekspet rəyinə düzgün hüquqi qiymət verməmişdir. Məsləni ərtaflı araşdırsaydı müəyyən etmək olardı ki. göstərilən ünvanda yerləşən, 145,60 kv.m sahəsi olan qeyriyaşayış sahəsinin orta aylıq icarə haqqı 2000 (iki min) manat ola bilməz b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

41. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilm əsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

43. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllə

44. Maddə 14.2. Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş dur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/21-580 nömrəli İddiaçı məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Vəkil1 küçəsi, ev 17 ünvanda yerləşən, ümumilikdə sahəsi 145,60 kv.m olan (1-ci mərtəbə üzrə 72.80 kv.m, 2-ci mərtəbə üzrə 72,80 kv.m) qeyri-yaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil etməsi barədə ekspert rəyi ilə razılaşmaması barədə dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəmə sinin 15 mart 2023-cü il tarixli qərardadına əsasən qiymətləndirmə təyin edilərək qiymətləndirmənin aparılması "xxxx" MMC-nin mütəxəssislərinə həvalə olunmuşdur. "xxxx" MMC-nin 05 aprel 2023-cü il tarixli, ƏEM/A 09-190/23 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Vəkil1 küçəsi, ev 17 ünvanda yerləşən 1-ci mərtəbədəki 72,8 kv. metrlik qeyri-yaşayış sahəsinin orta aylıq icarə dəyəri 1350 (min üç yüz əli) manat, ikinci mərtəbədəki 72,8 kv. metrlik qeyri-yaşayış sahəsinin orta aylıq icarə dəyəri 650 (altı yüz əlli) manat-yəni birlikdə 2000 (1350+650=2000) manat təşkil edir.Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən həmin rəyə də istinad etmiş və bu zaman maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verməmişdir.

55. Həmçinin sübutetmə yükü cavabd ehin üzərində olmasına baxmayaraq, o, binanın bünövrəsinin 2021-ci ilin fevral ayında qoyulmasına dair sübutlar təqdim etməmişdir.

56. Məhkəmə kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Eləcə də, apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərini icra etmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

57. Halbuki, məhkəmə işi dərindən araşdırsaydı müəyyən etmək olar ki, göstərilən ünvanda yerləşən, 145,60 kv.m-lik qeyri-yaşayış sahəsinin orta aylıq icarə dəyəri 2000 (iki min) manat ola bilməz. Bu nöqteyi nəzərdən ekspert rəyi ilə razılaşmırıq.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiya sı qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli 2(103)1355/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar