Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3264/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3264/2024 Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-361/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 5 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3 oktyabr 2019-cu il tarixli 2(005)3755/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, “Azinteroil" MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv metr və 128,8 kv metr olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq “Azinteroil" MMC-yə geri qaytarılması qət edilmişdir. (Hakim S.Ədilova)
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)743/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2( 005)-3755/2019 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (Hakimlər İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və E.C.Kazımovdan ibarət tərkibdə)
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(102)-103/2021 nömrəli qərarı ilə Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. (Hakim V.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Əhmədovdan və İ.Dəmirov dan ibarət tərkibdə)
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 2(005)- 3755/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (Hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və X.A.Cəmilovadan ibarət tərkibdə)
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2021-ci il tarixli 2(102)-5518/2021 saylı qərarı ilə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi dəyişdirilməd ən saxlanılması qət edilmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Bakı şəhəri məhkəmənin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli icra sənədi icra edilmiş, borclu Cavabdeh mənzilləri boşaldaraq xx.xx.2022-ci il tarixdə İddiaçı3 MMC-yə təhvil vermişdir. 7. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanda və bu ünvana yaxın, uyğun ərazidə yeni tikili çoxmənzilli binalarda 125-130 kv metr sahəsi olan 3 otaqlı və 80-85 kv metr sahəsi olan 2 otaqlı mənzillərin 2013-2022-ci illəri əhatə edən dövrdə aşağıdakı kimi müəyyənləşdirildi: 20132015-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv metr mənzilin bir aylıq orta kirayə qiyməti 600 m anat, 2013-2015-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv metr mənzilin bir aylıq orta kirayə qiyməti 600 manat, 20162018-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv metr mənzilin bir aylıq orta kirayə qiyməti 850 manat, 2019-2020-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv metr mənzilin bir aylıq orta kirayə qiyməti 1400 manat, 20212022-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv metr mənzilin bir aylıq orta kirayə qiyməti 1750 manat, 2013-2015-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 2 otaqlı, 81,3 kv metr mənzilin bir aylıq orta kirayə qiyməti 380 manat, 2016-2018ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 2 otaqlı, 81,3 kv metr mənzilin bir aylıq orta k irayə qiyməti 530 manat, 2019-2020-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 2 otaqlı, 81,3 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 850 maat, 2021-2022-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 2 otaqlı, 81,3 kv metr mənzilin bir aylıq orta kirayə qiyməti 1120 manatdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 MMC Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 120000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı3 MMC 1998-ci ildə mərhum X1 t ərəfindən təsis edilmiş və Dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdır. Bu gün 105 işçisi olan İddiaçı3 MMC X10 nəvəsi investor İddiaçı1 və təsisçi İddiaçı2 gərgin əməyi və külli miqdarda etdi investisiya hesabına öz fəaliyyətini davam etdirir. Qeyd olunur ki, ünvan 3 ünvanda yaşayış binalarının tikintisi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 avqust 2005-ci il tarixli, 220 saylı sərəncamına əsasən İddiaçı3 MMC tərəfindən həyata keçirilmişdir. 07 may 2012-ci il tarixli, 117 saylı müqavilə ilə “Azinteroil MMC Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv metr olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri Cavabdeh təhvil verməyi, sonuncu isə mənzillərin qiymət ini “razılaşdırma yolu” şərti ilə müəyyən edilməklə, ödəməyi öhdəsinə götürmüşlər. Qeyd olunan mənzillər İddiaçı3 MMC tərəfindən müqavilə bağlanandan sonra Cavabdeh təhvil verilmiş və keçən müddət ərzində cavabdeh orada yaşamışdır. İddiaçı3 MMC 07 may 2012-ci il tarixli, 117 saylı müqaviləyə əsasən öhdəliyini icra edərək, Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında tikintisi həyata keçirilmiş çoxmənzilli yaşayış binasının 2ci blok, 13-cü mərtəbəsində olan 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri cavabdehə təhvil versə də, cavabdehin verilmiş mənzillərə görə ümumilikdə 285736 manat borcu mövcud olmuşdur. Cavabdeh həmin borc məbləğinin ödənilməsi dəfələrlə tələb olunsa da, o bundan imtina etmiş və bununla da müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də, İddiaçı3 MMC Cavabde h qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində, ümumi sahəsi 81,3 və 128,8 kv metr olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılması və həmin mənzillərin İddiaçı3 MMC-yə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)3755/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı3 MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv metr və 128,8 kv metr olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq İddiaçı3 MMC-yə geri qaytarılması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli icra sənədi icra edilmiş, borclu Cavabdeh mənzilləri boşaldaraq xx.xx.2022-ci il tarixdə İddiaçı3 MMCyə təhvil vermişdir. Göründüyü kimi, Cavabdeh ailə üzvləri ilə birlikdə 2012-ci ildən xx.xx.2022-ci il tarixədək, yəni 10 il İddiaçı3 MMC-yə məxsus olan və ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cii mərtəbəsində olan, ü mumi sahəsi 81,3 kv metr və 128,8 kv metr olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərdə yaşamışdır. Hesab edirlər ki, cavabdeh “Azinteroil’ MMC-yə məxsus olan mənzillərdə ödənişsiz əsaslarla yaşamaqla onlara maddi zərər vurmuşdur və ona görə də həmin ödənişsiz və təmənnasız yaşayış müddəti və bunun nəticəsində vurulmuş zərər məbləği müəyyən edilməklə Cavabdeh tutularaq iddiaçılara ödənilməlidir. Zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan da müəyyən etmək olar ki, 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin predmeti olan mənzillərin göstəricilərinə uyğun olan mənzillərin minimum kirayə qiyməti 2013-2022-ci illəri əhatə edən dövrdə müxtəlif olmuşdur. Bel ə qənaətə gəlinir ki, Cavabdeh tərəfindən vurulmuş zərərin məbləği aylıq zərər məbləği qismində məhz 1000 manat məbləği qəbul edilməlidir. Cavabdehin İddiaçı3 MMC-yə məxsus olan mənzillərdə ümumilikdə 120 ay yaşaması əsas götürüldüyü təqdirdə bizə vurulmuş ümumi zərər məbləği (120 ay x 1000 manat = 120000 manat) 120000 manat təşkil edir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-717/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı3 MMCnin xeyrinə 11000 (on bir min) manat pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (X15)
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqavilə üzrə cavabdeh üzərinə göt ürdüyü öhdəliyin icra edilməməsi nəticəsində ləğv edildiyindən və işin həmin faktiki halı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)5518/2021 saylı qərarı ilə öz təsdiqini tapdığından, iddiaçı öz əmlakından istifadə etmək imkanından məhrum olduğu üçün ona dəymiş zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur.
12. Hazırda İddiaçı2, İddiaçı1 və İddiaçı3 MMC birgə iddiaçı qismində tələb irəli sürsələr də, yuxarıda qeyd olunan məhkəmə qərarlarından da göründüyü kimi mübahisəli mənzillər İddiaçı3 MMC-yə məxsusdur. Digər iddiaçılar İddiaçı2 və İddiaçı1 isə İddiaçı3 MMC-nin təsisçiləridirlər. Belə olan təqdirdə hazırki iddia tələbini irəli sürməyə yalnız İddiaçı3 MMC subyektiv hüquqa malik olmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmə mübahi sələri getdiyi tarixlər də daxil olmaqla, müqavilənin bağlandığı tarixdən cavabdehdən əmlaklardan əvəzsiz istifadə etməsinə görə dəymiş zərərin əvəzini tələb edir. Lakin nə qədər ki, məhkəmə mübahisələri gedirdi, cavabdehin həmin mübahisəli əmlaklardan istifadəsinin əvəzsiz olması öz təsdiqini tapmamışdı, həmin müddətdə cavabdehdən mübahisəli əmlaklardan sahiblik və istifadə etmənin dayandırılmasını gözləmək düzgün olmazdı. Belə ki, həmin müddətdə Cavabdeh mübahisəli əmlaklara görə İddiaçı3 MMC-yə borcunun olmasını mübahisələndirirdi. Göründüyü kimi, tərəflər arasındakı mübahisəyə son olaraq Ali Məhkəmənin MK-nın xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmişdir. Belə olanda Cavabdeh həmin qərarın çıxdığı tarixdən xx.xx.2022-ci il tarixinədək mübahisəli əmlakları iddiaçılara tə hvil verməyərək, əmlakdan istifadə etmiş, müqavilənin ləğv edilməsinə baxmayaraq, sahibliyi davam etdirməklə iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, bu zaman iddiaçının təqdim etdiyi orta aylıq kirayə haqqını əks etdirən mütəxəssis rəyi əsas götürülməklə, cavabdehdən İddiaçı3 MMC-nin xeyrinə təqribi 11 aylıq müddət üçün (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) 11000 (on bir min) manat (11 x 1000 AZN) pul tutulmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385, 386.1, 421.2 və 424.5-ci maddələri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 21.1, 21.2, 77.1. 78.1, 80, 81, 82.3, 217.4, 218.1 və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat
15. İddiaçı1 (vəkili Vəkil1) apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(005)-717/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.
16. İddiaçı1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə rəydə əks olunan qiymət göstəricilərini, eləcə də cavabdehin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını nəzərə almamışdır və zərərin əvəzinin daha az miqdarda ödənilməsi barədə qətnamə qəbul etmişdir. Həmçinin məhkəmənin iddiaçılar İddiaçı2 və İddiaçı1 hazırki iddia tələbini irəli sürməyə subyektiv hüquqa malik olmaması qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, MM-nin 213.6-cı maddəsi nə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Göründüyü kimi, qətnamə yuxarıda göstərilənlərə və tətbiq edilmiş hüquq normalarının tələblərinə uyğun olmadan qəbul edilmişdir.
17. İddiaçının apellyasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 60, 125, 127 və 129-cu, Mülki Məcəllənin 16, 21, 213, 424, 448 və 560-ci, Mülki Prosessual Məcəllənin 9, 52, 77, 81 və 88-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.
18. İddiaçı3 MMC (nümayəndələri X7 və X5) apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(005)-717/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamənin çıxarılması xahiş etmişdir.
19. İddiaçı3 MMC-nin apellyasiya şikayəti İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
20. Cavabdeh apellyasiya şikayətləri verərək Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(005)-717/2023/010 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçıların iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzillər İddiaçı3 MMC tərəfindən müqavilə bağlanıldıqdan sonra Cavabdeh təhvil verilmişdir. İddiaçı3 MMC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 117 saylı müqavilə tərəflərin qarşılıqlı razılaşması əsasında bağlanılmış və mülkiyyət cavabdehə verilmişdir. İddiaçı3 MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 117 saylı müqavilədən gör ündüyü kimi Cavabdeh tərəfindən iddiaçıya hər hansı bir pul vəsaitinin ödənilməsi nəzərdə tutulmayıb və həmin müqavilənin icra olunma öhdəliyinin müddəti göstərilməyib. Cavabdeh tərəfindən həmin mənzillərə görə ödəniş həyata keçirməli deyil, çünki həmin mənzillər onun qardaşı Şahbaz Şahbazovun MMC-də olan təsis payının müqabilində əvəzsiz olaraq qardaşına ayrılmış mənzillərdir. Belə ki, X6 İddiaçı3 MMC-nin təsisçilərindən biridir. Şahbazov Şahbaz İddiaçı3 MMC-də öz payına düşən iki mənzili qardaşı Cavabdeh vermişdir. Hal-hazırda X6 ilə İddiaçı3 MMC arasında mülki qaydada çoxsaylı məhkəmə mübahisələri mövcuddur. xx.xx.2012-ci il tarixli 117 saylı müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, Satıcı, alıcı mənzilin tam dəyərini ödədikdən və binanın inşası başa çatdıqdan sonra mənzilin açarl arını ona təhvil vermək öhdəliyi daşıyır. Cavabdeh 2012-ci ildən qeyd olunan ünvandakı mənzildə ailəsi ilə birlikdə yaşayır və mənzil təhvil verildikdən sonra təmir işləri aparılaraq 1 il sonra mənzilə köçmüşdür. Xeyli müddət keçməsinə baxmayaraq ondan heç vaxt mənzillərə görə ödəniş tələb olunmamışdir, bu da onu təsdiq edir ki, həqiqətən də, həmin mənzillər ona əvəzsiz olaraq verilmişdir.
22. Cavabdehin apellyasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 9, 88, 97.1, 185.6-cı maddələrinə istinadən əsaslandırılmışdır.
23. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8454 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 2013-2020-ci il tarixlərə Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında və bu ünvana yaxın (uyğun) ərazidə yerləşən yeni tikili çoxmənzilli binalarda mənzillərin icarə haqqının məbləği barədə məlumat əldə etmək mümkün olmamışdır. Qeyd edilir ki, həmin dövrdə Mərkəzdə bu barədə tədqiqat aparılmadığından baza məlumatları mövcud deyil. Həmçinin təmirsiz mənzillərin icarə haqqı barədə məlumat əldə etmək mümkün olmamışdır. Belə ki, mənzillər təmirli halda əşyasız və əşyalarla birgə icarəyə verilir. Bu səbəbdən də tədqiqat orta təmirli mənzillərin qiymətinə uyğun olaraq aparılmışdır. O cümlədən Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında və bu ünvana yaxın (uyğun) ərazidə yerləşən yeni tikili çoxmənzilli binalarda orta təmirli, əşyasız mənzillərin icarə haqqının orta bazar qiyməti 2021-ci il tarixə 125-130 kv metr sahəsi olan 3 o taqlı mənzilə müvafiq olaraq 600 manat, 80-85 kv metr sahəsi olan 2 otaqlı mənzil üçün isə 500 manat təşkil edir. Həmçinin 2022- ci il tarixə 125-130 kv metr sahəsi olan 3 otaqlı mənzilə müvafiq olaraq 700 manat, 80-85 kv metr sahəsi olan 2 otaqlı mənzil üçün isə 600 manat təşkil edir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-361/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X8 (məruzəçi), X4 və X2 ibarət tərkibdə) İddiaçı3 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı1 və Cavabdeh ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-717/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən - Cavabdeh İddiaçı3 MMC-nin xeyrinə pulun tutulması hissəsi ndə ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı3 MMC-nin xeyrinə 46133,33 manat məbləğində pulun tutulması, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 410 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 155,80 manat olan hissəsinin, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 205 manat dövlət rüsumunun 77,90 manat olan hissəsinin Cavabdeh tutularaq İddiaçı3 MMC-yə ödənilməsi, İddiaçı1 və Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin onların özlərinə aid edilməsi, keçirilən ekspertiza tədqiqatının dəyəri olan 60 manat məbləğində pul un 22,80 manat olan hissəsi cavabdeh X3, qalan 37,20 manat məbləğində olan hissəsi isə iddiaçılar İddiaçı3 MMC və İddiaçı1 müştərək qaydada alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət orlunmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqavilə cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində ləğv edildiyindən və işin həmin faktiki halı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5518/2021 saylı qərarı ilə öz təsdiqini tapdığından iddiaçı öz əmlakından istifadə etmək imkanından məhrum olduğu üçün ona dəymiş zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur və kollegiya birinci instansiya məhkə məsinin bu hissədə mövqeyi ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin əsassız olması qənaətinə gəlmişdir.
26. İddiaçı3 MMC-nin apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, şikayət qismən əsaslı olmaqla birinci instansiya məhkəməsi cavabdehin mübahisəli əmlaka sahibliyinin qanunsuz olması ilə bağlı düzgün nəticəyə gəlsə də, həmin sahib olmanın müddəti ilə bağlı hesablamada yanlışlığa yol vermişdir. Belə ki, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzi nin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
27. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə qərarı ilə müəyyən edilmiş faktiki hallarından göründüyü kimi Cavabdeh uzun müddət boyunca yaşadığı həmin mənzillərin onun qardaşı Şahb az Şahbazovun MMC-də olan təsis payının müqabilində əvəzsiz olaraq qardaşına ayrılmış mənzillər olduğunu hesab etmiş və həmin əmlaklara etdiyi sahibliyin qanunsuz olduğunu iddiaçıların məhkəməyə bu barədə müraciət etməsinə qədər bilməmişdir. İşin hallarından həmçinin görünür ki, hazırki iş üzrə də iddiaçı olan şəxslərin Cavabdeh qarşı mənzildən çıxarılmaya dair iddia ərizəsi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş, bu tarixdən sonra onların arasında faktiki olaraq hüquqi müstəvidə mübahisə başlamışdır.
28. Hazırki iş üzrə də iddiaçıların Cavabdeh qarşı iddia qaldırdıqları xx.xx.2019-cu il tarixi sonuncunun əmlaka sahibliyinin qanunsuz olduğunu bilməli olduğu tarix kimi qəbul edilməli və 2019-cu ilin avqust-dekabr, habelə 2020-2022-ci il (04 noyabr 202 2-ci ilədək) üçün də mənzildən istifadə etməsinə görə ondan müvafiq hesablamalarla İddiaçı3 MMCnin xeyrinə pul tutulmalıdır.
29. İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin hissədə şikayət əsassız olmaqla birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, yuxarıda qeyd olunan məhkəmə qərarlarından da göründüyü kimi mübahisəli əmlaklar İddiaçı3 MMC-yə məxsusdur və digər iddiaçılar İddiaçı2 və İddiaçı1 isə İddiaçı3 MMC-nin təsisçiləridirlər. Belə olan təqdirdə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki iddia tələbini irəli sürməyə yalnız İddiaçı3 MMC subyektiv hüquqa malik olmuşdur.
30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1099.1 və 1108.1-ci, “Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçılar (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2024-cüil tarixli, 2(103)-361/2024 saylı qətnaməsinin qismən, yəni iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılması xahiş etmişlər.
32. İddiaçıların kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil ol mamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
35. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
36. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi v ə ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli o lduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
38. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
39. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söyk ənir.
40. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
41. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən təmin olunmayan hissədə, yəni iddianın rədd olunması hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. İddiaçıların kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
52. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-361/202 4 nömrəli iş üzrə 22 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.