Məhkəmə qərarları › İş №2(102)-3265/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3265/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3265/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3265/24 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ekspertiza rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3365/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 01 oktyabr 2024-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra “iddiaçı” və “Bank”) ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “borcalan” ) arasında bağlanmış 17 yanvar 2018-ci il tarixli 082İK/2018 saylı kredit müqaviləsinə əsasən, Bank borcalana illik 7 fazilə 240 ay müddətinə 92000 manat məbləğində ipoteka krediti vermişdir.

2. Kredit borcalana ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin alınması məqsədilə verilmişdir.

3. Bank 17 yanvar 2018-ci il tarixli ödəniş tapşırığına əsasən borcalanın hesabına 115.000 manat köçürmüşdür.

4. Borcun t əminatı olaraq 18 yanvar 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil (bundan sonra “ipoteka predmeti”) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* Çıxarışla ipoteka predmetinin Bankın xeyrinə ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Yüklülüyün müddəti 240 ay müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Bank iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə) ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən bankın xeyrinə 082İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 90441,84 manat əsas, 28311,93 manat faiz borcu olmaqla, cəmi 118753,77 manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ilkin olaraq ödənilmiş 400,06 manat dövlət rüsumunun, daha sonra tələbin artırılması üçün ödənilmiş əlavə 8,69 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15.68 manat dövlət rüsumu və 30.77 manat xidmət haqqının tutulması, tutmanın cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlak hərracdan satıldıqdan sonra cavabdehin əmlaka dair istifadə hüququna xitam verilməklə boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə, məcburi qaydada boşaldılaraq təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra olunmasına dair dəfələrlə xəbərdar olunmuş, buna baxmayaraq, kredit borcunun və kreditə hesablanmış faizlərin vaxtı vaxtında ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdehin borcu ödəmək qabiliyyəti yoxdur. Buna görədə borcun təminatı kimi cavabdeh tərəfindən ipotekaya qoyulmuş mənzil açıq hərracdan satıl malı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 317.1, 319.6385.1, 442, 448.1-ci, “İpoteka haqqında” Qanunun 33, 39.1, 39.3.3 59.3 və 59.4-cü maddələrinə istinad etmişdir.

8. Cavabdeh iddianı qismən qəbul edərək göstərib ki, bütün ödənişləri vaxtında edib, daha sonra ailə problemlərinə və işdən çıxmasına görə ödəniş edə bilməyib. Sonuncu ödənişi iyun-iyul aylarında edib. Uşağı sentyabr ayında sonuncu dəfə açıq ürək əməliyyatı olub, bu səbəbdən maddi çətinliyi yaranıb. İddia ərizəsində göstərilən əsas borc məbləğini qəbul edir, lakin faiz borcu həddən artıq hesablanıb, buna görə də faiz məbləği ilə razı deyil. İpoteka predemtini qiymətin isə hazırda 160-170 min manatdır.

9. Birinci instansiya məhkəməsi xx.xx.2022-ci il maliyyə arayışında göstərilən borcun məbləğinin müqavilə şərtlərinə uyğun olub-olmaması və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə 22 fevral 2023-cü il tarixdə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etmiş, ekspertizanını aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2023-cü il tarixli, 3-16-16/29/5531/2023 №-li ekspert rəyinə əsasən 17 yanvar 2018-ci il tarixdə bağlanmış 082İK/2018 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla borcalanın Banka xx.xx.2022-ci il tarixinə (maliyyə arayışı tarixinə) 90441,84 manat əsas, 19728,01 manat faiz borcu olmaqla, cəmi borcu 110169,85 manatdır.

11. Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/210/5307, 9/5522 №-li ekspert rəyinə əsasən ipoteka predmetinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 127500 manatdır.

12. Cavabdeh bir daha bildirmişdir ki, ödəniş etməyə razıdır, hazırda da maddi vəziyyəti ödəniş etməyə imkan verir. Lakin ödəniş etdikdə həmin məbləğin əsas, faiz və ya cərimə borclarından silinməsini bilmir, əsas borcundan silinməsini istəyir. Evinin qiyməti 127500 manatdan çoxdur, bu səbəbdən verilən ekspert rəyi ilə razı deyildir, başqa qiymətləndirici tərəfindən qiymətləndirilməsini istəyir. Yekun məhkəmə aktında qeyd edilənlərlə qane olmasa, apellyasiya şikayəti verəcək və orada evin real dəyəri barədə sübut təqdim edəcəkdir. Onun yalnız bu evi var və onu da satmaq fikri yoxdur. O, evi ipotekaya götürdükdə 89000 manata götürmüş, həmin vaxtdan isə artıq 5 il keçdiyi üçün hazırda real dəyəri təxminən 170000 manatdır.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2(010)34/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən kredit müqaviləsi üzrə 90441,84 manat əsas borcu, 28311,93 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 118.753,77 (bir yüz on səkkiz min yeddi yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində borcun bankın xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 127.500 (bir yüz iyirmi yeddi min beş yüz) manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılaraq satışdan əldə olunan məbləğdən 118.753,77 (bir yüz on səkkiz min yeddi yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində borcun bankın xeyri nə ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması, ipoteka predmetinin satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, cavabdehn həmin evi tərk etmədiyi halda evdən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pulun cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 409,29 manatın, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15,68 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqı olmaqla, cəmi 455,74 (dörd yüz əlli beş manat yetmiş dörd qəpik) manatın cavabdehdən Bankın xeyrinə tutulması qət edilmişdir. (hakim Təranə Mahmudova)

14. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

15. İddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həm in müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir.

16. Birinci instansiya məhkəməsi göstərmişdir ki, ekspertizanın rəyinə əsasən cavabdehin Banka xx.xx.2022-ci il tarixinə (maliyyə arayışı tarixinə) əsas borc üzrə 90441,84 manat, faiz borcu üzrə 19728,01 manat borcu vardır. İddiaçı tərəf maliyyə arayışının tərtib olunduğu tarixdən xeyli müddət keçdiyini əsas gətirərək əsas və faiz borc məbləğini artırmışdır.

17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında olan müqavilə münasibətləri hələ də davam etdiyi üçün iddiaçı borc məbləğlərini artırmaqda haqlıdır. Belə ki, ərizəyə əsasən əsas borc məbləği ekspertizanın rəyindən götürülmüş, faiz borcu isə rəydə hesablandığı kimi günlük faiz məbləğinin maliyyə arayışının tərtib olunduğu tarixdən haz ırki günədək hesablanmamış günlərinin sayına vuraraq hesablanmış və 28311,93 manat (19728.01 manat + 488 gün x 17,59) müəyyən edilmişdir. Qeyd olunan faiz məbləğinin hesablanması düsturu sadə olduğu üçün məhkəmə tərəfindən yenidən mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət qalmamışdır.

18. Buna görədə iddiaçının irəli sürdüyü, cavabdehdən kredit müqaviləsi üzrə 90441,84 manat əsas borc, 28311,93 manat faiz borcun tutulması barədə tələb əsaslıdır.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tələbin ipoteka predmetinmə yönəldilməsi barədə iddia tələbi də qanuni və əsaslıdır.

20. İpoteka predmetini qiyməti ilə bağlı birinci instansiya məhkəməsi bildirmişdir ki, cavabdeh tərəfindən ipoteka predmetinin məbləği mübahisələndirildiyi üçün məhkəməəmtəşünaslıq ekspertizası təyin edil miş, mübahisəli mənzilin likvid dəyəri təqribən 127.500 manat məbləğində müəyyən edilmişdir. Buna görə də həmin qiymət ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir.

21. Cavabdehin ipoteka predmetini qiyməti ilə razı olmaması ilə bağlı dəlilinə birinci instansiya məhkəməsi belə qiymət vermişdir ki, cavabdeh həmin qiymətlə razılaşmadığını və apellyasiya instansiyasında olan zaman orada yeni qiymətləndirmə rəyi təqdim edəcəyini bildirsə də, mənzilin dəyərinin yuxarı olmasını sübut etmək vəzifəsi cavabdehin üzərindədir. Cavabdeh isə məhkəmə iclaslarının davam etdiyi bu dövrlər ərzində sübut təqdim etməyərək yuxarı instansiya məhkəməsində işə baxılan zaman yeni qiymətləndirmə rəyi təqdim edəcəyini bildirərək məhkəmənin qərarına təsir göstərmək istəmişdir. Halbuki, sübutlar 1-ci instansiya məhkəməsində işə baxılan zaman təqdim olunmalıdır.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 279, 295, 296.1, 317.1, 319.1, 442, 445.2.1, 448.1, 739.1, 743-cü, “İpoteka haqqında” Qanunun 1.0.1, 1.0.6, 26.1, 33, 34.1.1, 39.3.3, 59.3, 59.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 88.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödənişlərin əsas hissəsi faiz və cərimə borcundan çıxılmış, əsas borcdan isə çıxılmalar cüzi olmuşdur. Bu baxımdan əsas, faiz və cərimə borcu düzgün hesablanmamışdır. İddiaçı tə rəfindən sonradan tələb edilən faiz borcunun hesablanmasında yanlışlığa yol verilməsi, faiz borcunun əsassız şişirdilməsi istisna edilmir. Cavabdeh qərəzli olaraq ödəniş etməkdən yayınmamışdır. Belə ki, o, ilk vaxtlar banka olan ödənişləri vaxtında etmişdir. Lakin onun övladı ağır ürək əməliyyatı keçirmişdir. Hazırda da uşağın müalicəsi davam etdiyi üçün bu müddət ərzində ödənişlər edə bilməmişdir. Cavabdeh bütün əmlakını uşağın əməliyyatı, müalicəsi üçün xərcləmişdir, təkcə əmlakı olaraq mülki iş üzrə mübahisələndirilən mənzil qalmışdır. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiym ətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.Mənzilin dəyəri 115000 manat olmuş, məhkəmə zamanı isə həmin mənzilin likvid dəyərinin təqribən 127.500 manat məbləğində olması müəyyən edilmişdir. Mənzil ekspert tərəfindən qiymətləndirilərkən onun bazar qiyməti düzgün müəyyən olunmamışdır. Mənzilin yerləşmə yeri, təmirli və əşyaları ilə birlikdə olması ekspert tərəfindən düzgün nəzərə alınmamış, nəticədə isə mənzil öz dəyərindən xeyli aşağı qiymətləndirilmişdir. Belə ki, ekspert tərəfindən mənzilin aşınması nəzərə alınaraq, 5 faiz azalma əmsalı tətbiq edilmişdir. Əksinə, ötən 5 il ərzində mənzillərin satış qiymətinin yüksəlməsi nəzərə alınmamışdır.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3365/2024 nömrəli qətnaməsi ilə cavabde hin apellyasiya şikayəti təmin edilməyərək, Suraxanı Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, İkram Şirinov)

26. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, öhdəliyin pozulmasına görə borclu o şərtlə məsuliyyət daşımaz ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Ancaq borcalan bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və istinad etdiyi halları sübuta yetirə bilməmişdır. Cavabdeh məhkəmənin bir neçə maddi və prosessual hüquq norm alarının pozduğunu göstərsə də bu pozuntuların konkret nədən ibarət olduğunu, başqa sözlə hansı maddi və prosessual hüquq normalarının pozulduğunu açıqlamır.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə etmişdir. Ekspert də də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir. Həmin rəyə əsasən ödənişlərin əsas hissəsinin faiz və cərimə borcundan çıxılması, əsas borcdan isə çıxılmaların cüzi olması, bu baxımdan əsas, faiz və cərimə borcunun düzgün hesablanmaması barədə dəlillər özü-özlüyündə təkzib olunub. Ən azından ona görə ki, bank tərəfindən cərimə tələb edilməmişdir. Birinci instansiy a məhkəməsi qətnamə qəbul edərkən iddiaçının xx.xx.2022-ci ilədək tələb etdiyi faiz borcu məbləğini deyil, ekspert rəyi ilə həmin tarixə müəyyən edilmiş faiz borcunu nəzərə almış, eləcə də iddia tələbinin artırıldığı dövr üçün isə ekspertin bir gün üçün müəyyən edilən faiz məbləğini 488 günə vurmaqla yekun faiz məbləğini əsas götürərək təmin etmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının tələb etdiyi borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspert tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə, həqi qətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin faiz borcunun yenidən hesablanması üçün hər hansı bir əsas və zərurət olmadağından yenidən ekspertiza keçirilməsinə də ehtiyac qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayətdə göstərdiyi ailə vəziyyəti ilə bağlı dəlillərin həqiqi olsa belə bunların mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmadığını hesab etmişdir. Çünki həmin hallar kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilməsini istisna etmir. Əlbətdə ki, iddiaçı bank bu halları nəzərə alıb cavabdeh tərəfə öz mülahizəsinə əsasən güzəş edə bilər.Ancaq apellyasiya baxışı zamanı iddiaçı tərəfin belə bir istəyinin olmamışdır.

30. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ipoteka predmetinin ilkin satış qiyməti ilə razı olmaması barədə dəlilinə münaisbətdə göstərmişdir ki, cavabdeh bu qiymətlə razı olmamasının səbəblərini açıqlamır. Ancaq 127500 (yüz iyirmi yeddi min beş yüz) manat qətnamədə ilkin satış qiyməti kimi göstərilməsi düzgün olmuşdur. Çünki bu qiymət daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab edilir. Başqa sözlə bu q iymət ipoteka predmeti olan mənzilin ölçüsü, yerləşdiyi ərazi, mənzil bazarında olan qiymətlər və.s halları nəzərə alınmaqla real likvid dəyəri əks etdirir. Cavabdeh özü də mənzilin likvid dəyərinin daha yüksək olmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilərdi, ancaq etməmişdir. Mənzildə olan ayrıla bilən əşyalar isə onun likvid dəyərinin yüksək olması üçün əsas ola bilməz. Göstərilənlərə əsasən, təkrar məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsinə də əsas və zərurət yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (gi rov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə

317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyən ləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.. “İpoteka haqqında” Azərbayc an Respublikasının Qanunu Maddə 34.1, 34.1.1 və 34.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldi lən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 47.4. Maddə 47.2. Nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaş ayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

35. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəm əsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə üzrə qanuni nəticəyə gəlmişdir.

40. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.

41. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bankla cavabdeh arasında kredit müqaviləsi və kreditin təminatı üsulu kimi ipotekla müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

42. İşdən görünür ki, birinci instansiyası məhkəməsi kredit müqaviləsi üzrə borcun məbləğini və ipoteka predmetini ilkin satış qiymətini müvafiq ekspertizaların rəyi ilə müəyyən etmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi borc məbləğinin şişirdilməsi və bu məqsədlə təkrar mühasibatlıq ekspertizasının təyin edilməli olması barədə cavabdehin dəlilləri əsassız saymışdır. (hazırki qərarın 27-28-ci bəndləri)

44. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

45. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıl a bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

47. Həmçinin işdən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti də ekspert rəyinə əsasən müəyyən edilmişdir.

48. Nəzərə alınsa ki, “İpoteka haqqında” Qanunun hazırki işə tətbiq edilən 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, belə olan halda həmin maddəyə əsasən ipoteka predmetinin qiyməti ilə bağlı məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

49. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin qiyməti ilə bağ lı təkrar ekspertiza keçirilməsinə zərurət olmamasını da qətnamədə əsaslandırmışdır. (bax:30-cu bənd).

50. Qeyd edilənlərə əsasən ipoteka predmetinin qiymətinin müəyyən edilməsində yalnız ekspert rəyinə isitnad edilməsinin düzgün olmaması barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız sayır.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3365/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar