Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3268/2022 24.05.2022 ALİ MƏHKƏMƏ İş № 2(102)-3268/22 QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Cavabdeh Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2(104)-276/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Həmin qətnaməyə əsasən, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianın qismən təmin olunması, cavabdehdən iddiaçının xeyrinə cəmi 6000 manat manat pulun tutulması barədə Goranboy Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(045)-484/2020 nömrəli qətnaməsinin qismən, borc məbləğinə aid hissədə dəyişdirilməklə iddiaçı İddiaçı cəmi 4995 manat pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, cavabdehin mübahisələndirdiyi hissə (4995 manat) qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh oğlunun Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2(104)-276/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və iş Gəncə Apellyasiya Məhkəmə
Məhkəmə qərarları › İş №2(102)-3268/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3268/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver