Məhkəmə qərarları › İş №2(102)-3269/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3269/2020

25.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3269/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər x3 və x4 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı və vəkili x7, cavabdehin vəkili x5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli 2(103)-3619/2019 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Meliorasiya və su təsərrüfatı ASC tərəfindən dəymiş ümumilikdə 10000 manat ziyanın Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev, iş №2(009)-2231/2018) İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı 10000 manat maddi zərərin ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov, iş 2(103)-11125/2018) İddiaçı tərəfind ən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli 2(009)2231/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.01.2019-cu il tarixli qərarı ilə (hakim Akif İsgəndərov sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və İlqar Dəmirov, iş № 2(102)-1006/2019,) əsasən, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 11 oktyabr 2018-ci il tarixli, 2(103)11125/18 saylı qətnaməsi ləğv olunmuş və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Zaur Əliyev və Rafa el Eyvazov 2(103)-1369/2019) İddiaçı tərəfindən verilən apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-2231/2019 saylı iş üzrə 07 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmış cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 8200 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC kassasiya şikayəti verərək iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələblərinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə m əhkəmə bioloji ekspertizasının rəyi düzgün əsaslandırılmamışdır. Ekspertiza qarşısında qoyulmuş sualın məzmunu ondan ibarət olmuşdur ki, iddiaçının sahəsinə vurulmuş ziyanla cavabdehin təqsirli hüquqazidd hərəkətləri arasında səbəbli əlaqənin olub-olmaması müəyyən edilsin. Digər bir sual isə cavabdehə məxsus K-32 kollektorunun sukeçirmə qüvvəsi yağışın, körpünün və digər halların daşqına və iddiaçıya ziyan dəyməsinə səbəb olması müəyyən olunsun. Lakin rəyin «Tədqiqat prosesinin təsviri» bölməsində qeyd edilmişdir ki, Məmmədli kənd icra nümayəndəsi, Məmmədli bələdiyyəsinin, aqranomun və torpağın mülkiyyətçisi tərəfindən tərtib olunmuş 23.04.2018-ci il tarixli, bundan əlavə Bərdə rayon x6 Bitkiçilik sektorunun baş məsləhətçisi Seymur Quliyev, Bərdə rayon x6 Bitkiçilik sektorunun baş məsləhət çisi Asif Yusifov, Məmmədli kənd İ.Ə.D-si üzrə nümayəndəsi Vazik Nuriyev tərəfindən tərtib olunmuş 25.06.2018-ci il tarixli aktlardan görünür ki, K-32 kanalında 2018-ci ilin mart ayının sonu aprel ayının əvvəlində suyun səviyyəsinin qalxması nəticəsində su qoruma bəndi daşaraq əkin sahələrinə dolmuş və vətəndaş İddiaçı torpaq və otlaq sahəsi su altında qalaraq tamamilə məhv olmuşdur. Qeyd edilən aktlara istinad edərək ekspert işini bitmiş hesab etmişdir. Ekspertiza keçirilərkən Mülki Prosessual Məcəlləsinin 99.1-ci maddəsinin tələbi pozulmuşdur. Həmin maddənin tələbinə əsasən ekspertiza çəkişmə prinsipinə, MPM-nin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Lakin ekspertiza keçirilməsi zamanı tərəf kimi cavabdehin təqdim etdiyi akt nəz ərə alınmamış, cavabdeh tərəfin nümayəndələrinin iştirakı təmin edilməmiş və cavabdeh tərəfə məlum olmayan sənədlərə və rəylərə istinad olunmuş, həmin sübutlarla bağlı cavabdeh tərəfin öz etiraz və sübutlarını təqdim etmək üçün şərait yaradılmamışdır. Ekspert rəyini əsaslandırmaq üçün istinad etdiyi aktlarda yalnız suyun səviyyəsinin qalxması faktı təsdiq olunmuş, bu isə işin mübahisələndirilməyən halıdır. Məhz bu səbəbdən məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş sualın mahiyyəti ondan ibarət olmuşdur ki, suyun səviyyəsinin qalxması ilə cavabdehin təqsirli, hüquqazidd hərəkətləri arasında hər hansı bir səbəbli əlaqə mövcuddurmu? Bununla bağlı təkrar kompleks məhkəmə bioloji, tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət verilsə də, məhkəmə tərəfindən əsassız olaraq vəsatəti təmin olunmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili x1 şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili x2 şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticəsi ondan ibarət olmuşdur ki, əlavə və ya təkrar ekspertizaların keçirilməsi üçün cavabdehin (öz etirazının) əsas kimi yalnız yağış sularının nəticəsində fövqəladə halın yarandığı qeyd edilsə də, fövqaladə komissiya və ya fövqəladə nazirliyin müvafiq qurumu tərəfindən bu halların qeydiyyatına dair rəsmi sənəd təqdim edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh mübahisə predmeti olan körpünün və orada mövcud olan qurğuların onun xidmət sahəsinə və vəzifələrinə aid olduğunu mübahisələndirməmişdir. Torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə dövlət meliorasiya xidmətini inkişaf etdirmək; yerüstü su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə təklifləri və yerüstü su obyektlərinin monitorinq məlumatlarını aidiyyəti dövlət orqanlarına təqdim etmək; Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq su münasibətlərinin tənzimlənməsi sahəsində ortaya çıxan məsələləri öz səlahiyyətləri daxilində həll etmək məhz cavabdehin nizamnaməsində ək s edilmiş vəzifələrinə aiddir. Ona görə, cavabdehə münasibətdə təkzibedici yeganə sübut kimi yağış suların ö dövrdə çox olması məhz cavabdehin xidmət sahəsinə aid su qovşaqlarının və onların istismarının təhlükəsizliyinin təmin edilməməsi üzrə mülki məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1006/2019 saylı, 29.01.2019-cu il tarixli qərarında məhkəmə cavabdehin təqdim etdiyi 17.04.2018-ci il tarixli aktın məzmununun ziddiyyətli olmasına diqqəti cəlb edərək, həmin aktda əvvəlcə kollektorda suyun səviyyəsinin yüksəlməsi, ərazidə toplanmış səth sularının bu kollektora axınının çətinləşməsi qeyd olunsa da, sonda əkin sahəsinin su altında qalmasının səbəbinin K-32 kollektorunun daşması deyil, həmin dövrdə yağan yağışın səbəb olduğunu göstərmişdir. … iddiaçının əki n sahəsinə ziyan vurulması, bunun səbəbi, cavabdehin təqsirli, hüquqazidd hərəkəti (hərəkətsizliyi) ilə vurulan ziyan arasında səbəbli əlaqə olması təsdiq olunur. Lakin apelyasiya instansiya məhkəməsi işə yenidən baxarkən işdə olan sübutların iş üzrə konkret qərar qəbul etmək üçün yetərli olmadığı qənaətinə gələrsə tərəflərə əlavə sübutların təqdim olunmasını (məs: hər üç aktı imzalamış kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin şahid kimi məhkəmə iclasına dəvət olunmaları) təklif oluna bilər İddiaçı tərəf tələbində göstərir ki, 2017-ci ildə cavabdeh tərəfindən K-32 kanalının üzərində inşa olunmuş körpü standartlara uyğun tikilməmiş, nəticədə kanalın su ötürücülük qabiliyyəti azalmaqla 2018-ci ilin mart ayında kanalda suyun səviyyəsi qalxmış və kanal daşaraq iddiaçya məxsus 17,52 ha to rpaq sahəsini uzun müddət su altında qoymuşdur. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi olaraq Bərdə rayon Məmmədli kəndində, yəni mübahisəli sahənin yerləşdiyi ərazidə tərtib olunmuş iki akt təqdim etmişdir. 1-ci akt 23.04.2018-ci il tarixdə kənd icra nümayəndəsinin, bələdiyyə sədrinin, aqranomun, bir nəfər kənd sakininin və mülkiyyətçinin iştirakı ilə, 2-ci akt isə 25.06.2018-ci ildə Bərdə rayon x6 Torpaq məsələləri üzrə baş məsləhətçisinin, həmin İdarənin Bitkiçilik sektorunun baş məsləhətçisinin, kənd icra nümayəndəsinin, bələdiyyə sədrinin və mülkiyyətçinin iştirakı ilə tərtib olunmuşdur. 1-ci aktda iddiaçının mülkiyyətində olan 17,52 ha torpaq sahəsinin cavabdehin balansında olan K-32 drenaj kanalı ilə əhatə olunduğunu, cavabdehin həmin kanalda apardığı inşaat iş ləri, yəni körpünün inşası və kanalın Kür çayına qovuşduğu yerdə tunelin tikintisi səbəbindən kanalda suyun səviyyəsinin qalxması və nəticədə kanalın daşaraq iddiaçıya məxsus 17,52 ha torpaq sahəsini su altında qoyması, məhsulun məhv olması, bir aydan artıq qurunt suları altında qaldığından torpaq sahəsinin tamamilə yarasız vəziyyətə düşdüyü göstərilmişdir. 2-ci aktda isə göstərilən səbəbdən iddiaçıya məhv olmuş 6 ha apaya görə 3000 manat, 6 ha yoncaya görə 5000 manat, 4 ha torpaqda aparılmış şumlama işlərinə görə 200 manat olmaqla, cəmi 8200 manat ziyan dəydiyi qeyd olunmuşdur. Cavabdeh iddiaya etirazında isə ziyanın cavabdehin təqsiri üzündən deyil, təbii fəlakət, yəni yağış suları nəticəsində dəydiyini göstərmişdir. Cavabdeh etirazın əsası kimi 17.04.2018-ci il tarixdə tabeliyində ola n yerli təşkilatda həmin təşkilatın nümayəndələrinin, kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin iştirakı ilə tərtib olunmuş aktı təqdim etmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometerologiya Departamenti tərəfindən verilmiş 01-31.03.2018-ci il tarixlərdə Bərdə rayon Hidrometerologiya stansiyasında müşahidə olunmuş yağıntı haqqında 20494 saylı 05.07.2018-ci il tarixli arayışdan görünür ki, mart ayı üçün yağıntının faktiki miqdarı aylıq normadan 2,3 dəfə çox olmuşdur. Cavabdeh tərəfin etirazının və hazırkı kassasiya şikayətində aydınlaşdırılmasını zəruri hesab etdiyi dəlili məhz həmin faktın (baş vermiş hadisə ilə cavabdehin təqsirli, hüquqazidd hərəkətləri arasında səbəbli əlaqə mövcuddurmu) aydınlaşdırılmasına yönəlmişdir. Apelyasiya məhkəməsi işdə göstərilən sübut olmasına baxmayaraq onu qiymətləndirməmiş və qeyd etmişdir ki, cavabdehin (öz etirazının) əsas kimi yalnız yağış sularının nəticəsində fövqəladə halın yarandığı qeyd edilsə də, fövqəladə komissiya və ya fövqəladə nazirliyin müvafiq qurumu tərəfindən bu halların qeydiyyatına dair rəsmi sənəd təqdim edilməmişdir. Apelyasiya məhkəməsi kassasiya məhkəməsinin qərarında göstərilənlərdən fərqli olaraq əlavə halların aydınlaşdırılmasını zəruri hesab edərək iş üzrə kompleks məhkəmətəhlükəsizlik texnikası, məhkəmə-bioloji, məhkəmə-mühasibat, məhkəmə-torpaqşünaslıq, məhkəmə tikinti-texniki və məhkəmə-ekoloji ekspertizası təyin etmişdir. Ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakılardan ibarət olmuşdur;

1. İddiaçıya məxsus Bərdə rayon Məmmədli kəndidə 6,8082 ha torpaq sahəs ində və Bərdə rayon Məmmədli kəndində 10,72 ha torpaq sahəsində (səh 9:10) (iddiaçının əkin sahəsinə) ziyan vurulması, bunun səbəbi, cavabdehin təqsirli, hüquqa ziddə hərəkəti (hərəkətsizliyi) ilə vurulan ziyan arasında səbəbli əlaqə?

2. Cavabdehə məxsus (iki ədəd D-1000 mm diametrli borudan ibarət K-32) kollektorunun sukeçirmə qüvvəsi (layihə sərfini buraxmaq iqtidarında olduğu, yağan yağışın, körpünün və ya digər halların daşqına və iddiaçıya ziyan dəyməsinə səbəb ola bilməsi aydınlaşdırılsın. Məhkəmə Ekspertizası Mərkəzinin 29.10.2019-cu il tarixli rəyindən isə görünür ki, mütəxəssis rəyinə əsasən 8,0 ha buğda, 7,0 ha yonca, 2,52 ha otlaq sahəsi vardır. Buğda əkinin sıxlığı normal, yonca əkinində seyrəklik müşahidə olunur. Otlaq sahəsi isə otlaq üçün tam yararlıdır. Əzəmətli buğda sortu və Beyləqan yerli yonca sortlarından istifadə olunması, buğdanın bir illik məhsuldarlığı bir hektara 25-28 sentner, yoncanın məhsuldarlığı isə 1 hektara orta hesabla il ərzində 4 dəfə biçilərsə 400-500 yonca bağı (8,0-10,0 ton) məhsul verə bilər. 17,5282 ha torpaq sahəsi pay torpağı olub açıq boz, ağır gillicəli olub, keyfiyyət tərkibi 4-cü qrup olmaqla qismən şoranlaşmış, kənd təsərrüfatı bitkiləri üçün yararlı olub, xüsusilə də arpa, buğda və yonca əkinləri üçün daha üstün səmərə verə bilər. 2018-ci il tarixdə mövsüm zamanı 1 kq buğdanın orta bazar qiyməti təxminən 0,2 manat, 1 bağlama yonca-2,50 manat, 1 bağlama ot - 2,0 manat müəyyən edilir.(Təqdim edilmiş 31 may 2019- cu il tarixli mütəxəssis “Rəy’’-ində aqrotexniki qulluq və digər xərclər barədə məlumat qeyd edilməmişdir.) Rəyin təd qiqat hissəsi 23.04.2018-ci və 28.06.2018-ci il tarixlərdə tərtib olunmuş aktlara, iş materiallarında olan foto şəkillərə, mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Bərdə rayonu, Məmmədli kəndində yerləşən İddiaçı mülkiyyətində olan 17,52 hektar torpaq sahəsini cənubundan keçən K-32 kanalında Azərbaycan Meliorasiya və su təsərrüfatı x10 tərəfindən apardığı inşaat işləri yəni mülkiyyətçinin torpaq sahəsinin yaxınlığında körpünün inşası səbəbindən kanalda (k-32) suyunun səviyyəsinin qalxmasına səbəb olmuş və son nəticədə kanal mülkiyyətçi İddiaçı məxsus 17,52 ha torpaq sahəsinə ziyan dəymişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71, Azərbaycan Respublikası Mülki Məcəlləs inin 21, 23, 52, 1096, 1097-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə qətnaməsini ləğv edilərək iddianın qismən təmin olunması nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi məhkəmə ekspertiza Mərkəzinin 29.10.2019-cu il tarixli rəyini mötəbər rəy hesab edərkən suallara tamamilə aydın olan şəkildə cavab verilməməsini, yalnız iş materiallarında olan sübutlara (aktlara, hansı ki kassasiya məhkəməsi həmin aktlar arasında ziddiyyət olmasını göstərmişdir) istinadla verilməsini, işin halları baxımından baş vermiş hadisə ilə dəymiş zərərin səbəbli əlaqəsinin olmasının müəyyən olunmamış qalmasını nəzərə almamışdır. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olmaqla həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Həmçinin də, Azərbaycan Resp ublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddə sinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, dəymiş zərərin məbləği ilə bağlı tam araşdırma aparılmasını təmin etməmişdir. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində arpa əkdiyini göstərmiş olsa da, mütəxəssis rəyində iddiaçının torpaq sahəsində buğda əkilməsinin müəyyən etmiş və buna uyğun olaraq zərər hesablamışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməs ini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir.) Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfind ən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apelyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, lakin ka ssasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin olması, belə əlaqənin müəyyən olunduğu təqdirdə dəymiş zərərin məbləğinə dair apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-in tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019 -cu il tarixli 2(103)3619/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar