Məhkəmə qərarları › İş №2(102)-3269/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3269/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3269/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3269/2022 Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi Bakı şəhəri, 20 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbin ə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 oktyabr 2021ci il tarixli, 2(104)-114/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 27 fevral 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən, ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin alınması məqsədilə 240 ay müddətinə illik 8 faiz ödəmək şərtilə 43.000 manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi həmin daşınmaz əmlakın alqı-satqısı və ipotekaya qoyulması barədə tərəflər və satıcı R.İbrahimov arasında müqavilə bağlanmışdır. Müqavilənin 1.4-cü bə ndinə əsasən, ipoteka predmeti olan fərdi yaşayış evinin satış qiyməti 55000 (əlli beş min) manat məbləğində müəyyən edilmişdir. 2. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. 3. "xxxx" ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin "xxxx" ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bank "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, k redit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və fərdi yaşayış evinin boşaldılmasına dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 430 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehlərə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 240 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 43.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27 fevral 2014-cü il tarixdə "xxxx" ASC ilə və satıcı X1 ilə 430 nömrəli alqı-satqı və ipoteka müq aviləsi bağlanmışdır. Alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 fevral 2014-cü il tarixli ********** nömrəli arayışa əsasən, ünvan 2 ünvanında mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi A-138.7 kv.m., o cümlədən yaşayış sahəsi 121.7 kv.m olan, tikilialtı sahələri B-Əldamı-22.5 kv.m., 1-Hasar-6.2 kv.m., 2-Darvaza-1.2 kv.m, 3Ayaqyolu-1.4 kv.m.-dən ibarət olan 1 mərtəbəli fərdi yaşayış evini Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ər azi İdarəsi tərəfindən verilmiş 07 fevral 2014-cü il tarixli seriya RX ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur. Fərdi yaşayış evinin satış qiyməti 55.000 manatdır. Fərdi yaşayış evinin dəyərinin 12.000 manatı alıcı-İpotekaya qoyanın özü tərəfindən, 43.000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 27 fevral 2014-cü il tarixli 430 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-ipotekaya qoyan satılan fərdi yaşayış evini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 430 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya vermişdir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 359.67 manat məbləğində bərabər hissələrlə ödənilməsi nəzərdə tutulmuşdur. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 27 fevral 2014-cü il tarixli 430 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. İpoteka predmeti kredit müqaviləsi üzrə kreditor-ipoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişlər. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxm ayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin xx.xx.2018-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 39281.39 manat, faiz borcu 2368.66 manat təşkil edir. Beləliklə cavabdehlərin xx.xx.2018-ci il tarixinə cəmi borcu 41650.05 manat təşkil edir. 22 iyul 2016cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASCnin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. "xxxx" ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin "xxxx" ASC xə tti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir.

6. Gədəbəy Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(042)-973/2018 saylı qətnaməsi ilə (hakim M.S.Kazımov) iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə cavabdehlər arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 430 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2018-ci il tarixinə olan 39281.39 manat əsas borc, 2368.66 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum, ümumilikdə 41650.05 manat və 60.40 manat məbləğin cavabdehlər Cavab deh1 və Cavabdeh2 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanan 27 fevral 2014-cü il tarixli 430 nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Gədəbəy şəhəri, Q.Əhmədli küçəsi, 3 nömrəli fərdi yaşayış evinə 0.05 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması və həmin fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkə mə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər kreditor "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında yaranmış öhdəlik münasibətlərinin tərəfi kimi öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, kreditor "xxxx" ASC cavabdehə kredit verilməsi barədə müqavilə bağlayarkən müəyyən edilmiş müddətdə əsas borcun qaytarılması ilə yanaşı həmin məbləğə hesablanmış faizlərin ödənilməsinə ümid etmiş, lakin cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən iddiaçının mənafeləri əhəmiyyətli dərəcədə pozulmuşdur. "xxxx" ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016- cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin "xxxx" ASC xətti ilə verilmiş bü tün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı kredit borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır.

9. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda, borcun cavabdehlərin digər əmlakına yönəldilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbinin bu hissəsi icra icraatı qaydasına həll edilməli məsələ olduğundan, eləcə də iddia tələbinin bu hissəsi ilə bağlı iddiaçı cavabdehin borcun yönəldilə biləcəyi digər əmlakları barəsində heç bir sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 739, 425, 442, 445, 448, 317, 319,maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33,34, 39,54, 59-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(042)-973/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin 06 mart 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən hakim Ş.Əliyeva) iş üzrə məhkəmə əmtəəşünaslıq və m əhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, rəy alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olan 17 iyun 2020-ci il tarixli, 32236 saylı rəyində göstərilmişdir ki, 27 fevral 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 30 iyul 2018-ci il tarixə əsas borcu 39281,21 manat, faiz borcu isə 2368,66 manat məbləğindədir. Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza xərclərinin dəyəri 145 manat məbləğini təşkil edir. Qeyd edilən ekspert rəyini işdə mötəbər sübut növü kimi qəbul edən məhkəmə kollegiyası göstərir ki, məhkəmə qətnaməsi cavabdeh tərəfin kredit borcunun müəyyən edilməsi hissədə doğru olmuşdur.

13. Gəncə Apelyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(104)-114/2021 saylı qərardadı ilə ipoteka predmeti olan, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin hazırki satış qiyməti kimi likvid qiymətinin müəyyən edilməsi barədə qərardad qəbul edilmiş və həmin qərardada əsasən "xxxx" MMC tərəfindən verilən 30 avqust 2021-ci il tarixli, G-08/21-444 saylı rəydən görünür ki, qeyd edilən fərdi yaşayış evinin bazar qiyməti 50000 (əlli min) manat, likvid qiyməti 40.000 (qırx min) manat məbləğində müəyyən edilmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ə.İ.Məmmədov, R.Z.Mamedov, F.Ə.Mehtiyev) 08 oktyabr 2021-ci il tarixli, 2(104)-114/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək,Gədəbəy Rayon Məhkəməsinin 2(042)-973/2018 saylı mülki iş üzrə 21 noyabr 2018-ci il tarixli qətnaməsinin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın hərracda ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində ləğv edilməsi, ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 0,05 hektar torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat məbləğində müəyyən edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş xərclərin əvəzi kimi 145 (bir yüz qırx beş) manat məbləğində pulun Cavabdeh1 alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən yaşayış fərdi yaşayış evinin 0,05 hektar torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin müəyyən edilməsi üçün çəkilmiş xərclərin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh1 alınıb, "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti kimi onun müqavilədə göstərilən 55.000 manat qiyməti müəyyən edilməlidir. Belə ki, iddiaçı Bank həmin məbləği mübahisələndirməmiş, "xxxx" MMC tərəfindən verilən 30 avqust 2021-ci il tarixli, G-08/21-444 saylı rəydə isə həmin əmlakın dəyərinin daha aşağı məbləğdə olduğu barədə rəy verilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasına uyğun olaraq, müqavilədə göstərilmiş 55000 manat məbləğində müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə kifayət qədər araşdırma aparmadan, yalnız iddiaçının təqdim etdiyi sənədlərlə və rəylə kifayətlənmiş,cavabdehin ipotekanın təkrar qiymətləndirilməsi barədə ekspertiza təyin edilməsi barədə vəsatətini təmin etməmiş, cavabdehi mülkiyyətindən məhrum edən qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəmə kollegiya sı tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

20. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

21. Maddə 319.6 İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

22. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) b aşa düşülür.

24. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

25. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanun

27. Maddə 34.1.1 Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması i poteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır

28. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır.

29. Maddə 36.1. İpoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.

30. Maddə 39.3.3 İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

31. Maddə 41.1 İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

32. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

33. Maddə 59.4 Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar Mülki Prossesual Məcəllə

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutla ra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

39. Kassasiya instansiyası məhkəməsi müstəsna ola raq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, kassasiya şikayətini dəlilləri yalnız ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsinə dair olduğundan qətnamə ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin ipotekanın ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi hissəsi ilə razılaşır və qeyd edir ki, əmlakın qiyməti müvafiq ekspert tərəfindən qiymətləndirlmiş, ipoteka predmetinin likvid dəyərinin 40.000 manat olduğu müəyyən edilmiş, ipoteka müqaviləsində isə ipotekanın dəyəri 55000 manat göstərilmişdir.

44. İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətininiddiaçı Bank tərəfindən mübahisələndirilmədiyini nəzərə alan apellyasiya məhkəməsi, "xxxx" MMC tərəfindən verilən 30 avqust 2021-ci il tarixli, G-08/21-444 saylı rəylə həmin əmlakın dəyərinin daha aşağı məbləğdə müəyyən edilməsini nəzərər alaraq, ipoteka predmetinin ilkin satış qiymətini ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasına uyğun olaraq, müqavilədə göstərilmiş 55000 manat məbləğində müəyyən edilməsi qənaətin gəlmiş v ə bu zaman cavabdehin hər hansı hüququnu pozmamışdır.

45. Cavabdeh həmin rəyin düzgün olmaması, əmlakın dəyərinin 55000 manatdan daha artıq olması barədə məhkəməyə heş bir sübut təqdim etmədiyindən iş ürə təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

46. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-114/2021 nömrəli, 08 oktabr 2021-ci il tarixli qətnaməsi mübahisələndi rilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar