Məhkəmə qərarları › İş №2(102)-327/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-327/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-327/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh X qızının və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 27.02.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(103)8683/2019 saylı qətnaməsi ilə (hakimlər M.Məmmədov sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və E.Şamayev) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış 16.04.2013-cü il tarixli “Borc müqaviləsi” və onlar arasında imzalanmış 12.10.2013-cü il tarixli qəbz əsasında yaranmış və ödənilməmiş qalan borcun əvəzi olaraq 4.100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağ lanmış və notarial qaydada təsdiqlənmiş 16.04.2013-cü il tarixli “Borc müqaviləsinə” əsasən iddiaçı tərəfindən cavabdehə 2.500 manat məbləğində borc verilmiş, cavabdeh isə bu borcu 8 ay müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra, 12.10.2013-cü il tarixdə cavabdeh yenidən iddiaçıdan 1.600 manat məbləğində borc almış, bu məbləği isə 31.10.2013-cü il tarixdə qaytaracağına söz vermişdir. Həmin məbləği iddiaçıdan alarkən cavabdeh öz xətti ilə qəbz yazmış və onu imzalamışdır. Qeyd olunanlara baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. İddiaçı tərəfindən dəfələrlə tələb olunmasına baxmayaraq, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qa lmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh X qızı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, ödəniş edilməsi nəzərə alınmamış, borcunun olması təqdirdə hansı əsasla 2-ci dəfə ona borc verilməsi məsələsi araşdırılmamışdır. Bundan başqa qeyd edirlər ki, cavabdeh savadı olmadığından qaytarmış olduğu pulu rəsmi şəkildə müqaviləyə və ya qəbzə imza atmaqla qəbul etməmiş, əlbəəl verdiyi üçün hazırki vəziyyətdə onun səmimiyyətindən inamından istifadə etməklə yenidən ondan ödəmiş olduğu pulu tələb etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyun 20 19cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edrilər. Məhkəmə kollegiyası, iddiaçı X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 28 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan s übutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı ilə cavabdeh arasında 16.04.2013-cü il tarixdə bağlanmış “Borc müqaviləsi” əsasında müəyyən edilmişdir ki, cavabdeh, 8 ay müddətində qaytarılmaq şərti ilə iddiaçıdan 2.500 manat məbləğində pulu borc almışdır. İş materiallarına əlavə edilmiş və cavabdeh tərəfindən mübahisələndirilməyən əlyazma qəbzdən görünür ki, cavabdeh 12.10.2013-cü il tarixdə iddiaçıdan 1.600 manat məbləğində pulu borc almış və bu bo rcu 31.10.2013-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən borcun tam şəkildə iddiaçıya qaytarılması onun şifahi və yazılı bəyanatı ilə deyil, mötəbər sübutlarla təsdiq olunmalıdır. Lakin borcun iddiaçıya qaytarılmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddiaçıya olan borcunun ödənilməsi sübuta yetirilmir və iddiaçı cavabdehə qarşı borc tələbini irəli sürməkdə haqlı olmuşdur. Belə ki, iş üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və o, bu öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır. Kassasiya şikayətinin də dəlili olan “iddia müddətinin tətbiqi barədə” ərizənin verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Rayon Məhkəməsinin 27.02.2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdeh məhkəmə iclasında iştirak etmiş və izahat vermişdir. Protokoldan həmçinin görünür ki, sədrlik edənin iş üzrə tərəflərə əlavələrinin olubolmaması barədə sualına cavab olaraq heç bir əlavə daxil olmamışdır. Bu isə onu göstərir ki, cavabdehin “İddia müddətinin tətbiqi barədə” ərizə təqdim etməsinə imkan olmuş, lakin o, Rayon Məhkəməsinə belə bir ərizə verməmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur və apellyasiya şikayətin in dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 44 8.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Cavabdehin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar kassasiya şikayətinin dəlilləri kimi də təqdim edilmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillə rə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya olan borcunun ödənilməsi sübuta yetirilmir və iddiaçı cavabdehə qarşı borc tələbini irəli sürməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan borc müqaviləsi və əlyazma qəbz ilə müəyyən olunur ki, iş üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və o, bu öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəm ə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən q ətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh X qızı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə mahiyyəti üzrə düzgün qətnamə qəbul edilmişdir. Kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırki iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 28 iyun 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar