Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-327/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdehlər: Cavabdeh İddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1443/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh kreditdən istifadəyə görə illik 13% borc faizləri ödəməsi şərtilə 24 ay müddətinə 20.000 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixə kimi Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə borcu əsas borc qismində 13.800 manat, müqavilənin bitmə tarixinə hesablanmış fazi borcu qismində 1.494 manat 99 qəpik, cərimə borcu qismində 3.792 manat 33 qəpik, müqavilənin bit diyi tarixdən xx xxxxxx 2019-cu il tarixinə kimi gedcikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.820 manat 16 qəpik, cəmi 20.907 manat 48 qəpik təşkil edir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə X1 internet portalından çıxarışdan görünür ki, Cavabdeh Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə əsas kredit borcu 13.800 manat məbləğində müəyyən edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 13.800 manat, müqavilənin bitmə tarixinə hesablanmış faiz borcu qismində 1.494 manat 99 qəpik, cərimə borcu qismində 3.792 manat 33 qəpik müqavilənin bitdiyi tarixd ən xx xxxxxx 2019cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.820 manat 16 qəpik, cəmi 20.907 manat 48 qəpik və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiasını onunla əsaslandırılmışdır ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə 13% dərəcəsi ilə 20.000 manat məbləğində kredit verilmiş, müqavilənin şərtlərinə əsasən kredit üzrə əsas borc və istifadə olunmuş vəsaitə 13%-lə hesablanmış illik faiz borcu, müəyyənləşdirilmiş qrafik üzr ə hər ay iddiaçıya ödənilməli idi. Lakin Cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu vaxtında və lazımi qaydada ödəməmişdir. Buna görə də iddiaçı xx xxxxxx 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 13.800 manat, müqavilənin bitmə tarixinə hesablanmış faiz borcu qismində 1.494 manat 99 qəpik, cərimə borcu qismində 3.792 manat 33 qəpik, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2019-cu il tarixinə kimi gedcikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.820 manat 16 qəpik, cəmi 20.907 manat 48 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon M əhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(022)-887/2019 saylı qətnaməsi ilə (hakim P.T.Əhmədov) iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc qismində 13.800 (on üç min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat, cəmi 13.825 (on üç min səkkiz yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamədən iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1443/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.B.Kərimov və Z.B.Babayev) iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(022)-887/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borclu Cavabdeh xx xxxxxx 2014-cü il tarixli, 187 saylı kredit müqaviləsinə əsasən kreditor Ləğv prosesində olan “xxxx” ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Kasa siya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanının icrası qaydaları ilə bağlı, restrukturizasiya olunacaq kreditlər üzrə cavabdeh müştəri banka yaxınlaşaraq yeni müqavilə bağlamalı olduğu halda, müştəri yeni müqavilə bağlanmasına razılıq verməmişdir. Buna görə əvvəlki müqavilə şərtlərinə uyğ un olaraq faiz və cərimə borcu tutulmalıdır. Nəticədə apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə c avabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər b iri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.1-ci maddəsinə əsasən icra nı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kasasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma apar mır və onlara qiymət vermir. MPM-ə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid hissədə yoxlanıldığından apelyasiya instansiyası məhkəməsinin qətnaməsi də iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kasasiya şikayəti əsasında yalnız iddiaçıya aid hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh əsas borca görə 13.800 manat məbləğində borcun tutulmalı olması nəticəsinə gələrkən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına istinad etmişdir. İş mat eriallarından göründüyü kimi Problemli Kreditlərin Kompensiyasına dair portaldan çıxarışda xx.xx.2019-cu il tarixinə Cavabdeh banka əsas borcu 13.800 manat müəyyən edilmişdir (i/v 82). Qeyd olunan Fərmana əsasən müəyyən edilmiş əsas borc məbləği üzrə tərəflər arasında yeni güzəştli illik 1% hesabı ilə yeni müqavilə bağlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli Kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiya məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Lakin apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan yeni güzəştli kredit müqaviləsinin hansı səbəblərdən bağlanmamasını, bununla əlaqədar müəyyən edilmiş əsas borc üzrə faiz və cərimə məbləğinin necə hesablanmalı olmasını müəyyən etmədən tutulmalı olan ümumi borc məbləğinə dair hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəl i hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kasasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1443/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qə
Məhkəmə qərarları › İş №2(102)-327/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-327/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver