Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3271/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X8 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X3 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş 2(004)-391/2018 hakim S.B.Mehrəliyev) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən yol- nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 15.600 manat və göstərimiş hüquqi yardıma görə 500 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (iş 2(103)-5711/2020 hakimlər F.Ş.Talışinski, S.F.Hacıyev, R.Ə.Eyvazov) İddiaçıapellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyana görə 67.989 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (iş 2(102)-6808/2018 hakimlər M.T.Əhmədova, Ə. İ.Rüstəmov, Ə.G.Nurməmmədov)Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş 2(103)-1420/2019 hakimlər A.Ə.Hüseyn, E.Q.Nəbiyev, R.Ə.Qurbanov) İddiaçıapellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə maddi zərərin tutulması hissəsində dəyişdirilmiş, iddia qismən təmin edilmiş, cavabdehdənmaddi zərərə görə 43.489 manat pulun tutulub iddiaçıya ödənilməsiqət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (iş 2(102)-455 0/2019 hakimlər Ə.A.Əhmədov, A.Ə.İsgəndərov, İ.K.Dəmirov)Cavabdeh və İddiaçı kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş 2(103)-10787/2019 hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov, A.N.İmanov) İddiaçıapellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə maddi zərərin tutulması hissəsində dəyişdirilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən maddi zərərə görə 48750 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayət ində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: xx.xx.2017-ci il tarixdə saat 23:20 radələrində Cavabdeh idarə etdiyi “Nissan X-Trail” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan və oğlu X10 idarə etdiyi “Audi A7” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həsənov X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, barəsində inzibati xəta haqqında xx.xx.2017-ci il tarixdə TYP 106524 saylı protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında TYP 106524 saylı xx.xx.2017-ci il tarixli qərara əsasən 60 manat məbləğdə cərimə edilmişdir. “X14 LTD” Servis Mərkəzinin tərtib etdiyi qüsur aktına ə sasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş “Audi A7” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı xərclər 93020 manat təşkil edir. “X4” şirkətinin nəqliyyat vasitəsinin dəyərləndirilməsi barədə hesabatda “Audi A7” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan sonra təmir bərpa xərclərinin 54647 ABŞ dolları, milli məzənnə ilə isə 93020 manat təşkil etdiyi müəyyən olunmuşdur. xx.xx.2017-ci il tarixdə X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi ziyana görə 54647 ABŞ dollarının məhkəmə qətnaməsi ilə icra olunduğu günün məzənnəsinə uyğun manatla, mənəvi zərərə görə 5000 manatın, hüquqi yardıma görə ödənilmiş 500 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar ümumiyyətlə araşdırılmamış, onun tərəfindən təqdim edilən sənədlərə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aş ağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixli AC 954084 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən 2013-cü il buraxılışlı “Audi A7” markalı ** LJ *** dövlət nömrə nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İddiaçı xx.xx.2017-ci il tarixli etibarnaməyə əsasən həmin avtomobili idarə etməyi X11 etibar etmişdir. Cavabdeh özünə məxsus olan “Nissan X-Trail” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2017-ci il tarixdə saat 23:20 radələrində X10 idarə etdiyi “Audi A7” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bu barədə TYP № 106524 saylı xx.xx.2017ci il tarixli protokol tərtib edilmiş, “İnzibati tənbeh vermə haqqında” xx.xx.2017-ci il tarixli qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək məbləğində cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Audi A7” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirildiyindən həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. İşin mübahisələndirilən tərəfi vurulan zərərin məbləği ilə bağlıdır. Avtomobilə baxış keçirilməklə tərtib edilmiş xx xxxx 2017-ci il tarixli qüsur aktına əsasən avtomobilin təmiri üçün iş haqqı 8.420 manat, ehtiyat hissələrinin qiyməti 84.600 manat, cəmi təmir xərcləri 93.020 manat təşkil edir. xx xxxxxx 2017-ci il tarixli hesabata əsasən avtomobilin qəzadan öncə xx xxxx 201 7-ci il tarixə bazar dəyəri 76.500 manat, avtomobilin qəzadan sonra xx xxxx 2017-ci il tarixli “Qüsur aktı”na istinadən təmir bərpa xərcləri 93.020 manat, qəzadan sonra barpa edilmiş avtomobilin dəyər itkisi 26.810 manat, qəzalı vəziyyətdə avtomobilin bazar dəyəri 8.511 manat təşkil edir. Birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması (“Audi A7” markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməklə) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Avtomobilə baxış keçirilmədən verilmiş xx xxxxxx 2018-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, 2013-cü il buraxılışlı “Audi A7” markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı servis mərkəzinin qüsur aktına əsasən dəymiş ziyanın məbləği 93.020 manat, o cümlədən, dəyişdirilməli hissələrin qiyməti 84.600 manat, təmir işlərinin qiyməti 8.420 manat müəyyən edilib. Qeyd olunan xüsusatlara müvafiq olaraq aparılmış tədqiqatın nəticəsində və Bakı şəhərində yerləşən avtomağazalarda və avtoservis müəssisələrində mövcud olan qiymətlərin, “www.avtomobil.az” internet saytının məlumatları, yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşünün və hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı sözügedən avtomobilin istismar müddətini nəzərə alaraq, 2017-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 52.000 manat təşkil edir. İş materia llarında olan servis mərkəzinin qüsur aktına əsasən tədqiq edilən sözügedən avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur. Həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə olan hissələri avtomobilin dəyərinin təxminən 70 faizini təşkil edir. Beləliklə sözügedən avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın hadisə baş verən tarixə məbləği qəza nəticəsində salamat qalan yararlı hissələrinin dəyərini çıxdıqda təxminən 15.600 manat (52.000-70 faiz) təşkil edir. İşə yenidən baxan apellyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə “Audi A7” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyən edil məsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş (baxış keçirilməklə), ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, baxış zamanı 2013-cü il buraxılışlı “Audi A7” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi məqsədəuyğun hesab edilməmişdir. Yuxarıda qeyd olunan xüsusatlara müvafiq olaraq aparılmış tədqiqatın nəticəsində və Bakı şəhərində yerləşən avtomağazalarda və avtoservis müəssisələrində mövcud olan qiymətlərin, “www.avtomobil.az” internet saytının, yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşünün və hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 2013-cü il buraxılışl ı “Audi A7” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddətini nəzərə alaraq, 2017-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 65000 manat nəzərdə tutulmuşdur. Ona görə də ekspert qeyd etmişdir ki, iş materiallarında olan servis mərkəzinin qüsur aktına əsasən tədqiq edilən 2013-cü il buraxılışlı “Audi A7” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur. Həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə olan hissələri avtomobilin dəyərinin təxminən 30 faizini təşkil edir. Beləliklə sözügedən avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın hadi sə baş verən tarixə məbləği qəza nəticəsində salamat qalan yararlı hissələrinin dəyərini çıxdıqda təxminən 45500 manat (65000-30 faiz) təşkil edir. Həmçinin qeyd edilmişdir ki, avtomobilin təmir-bərpa olunması nəzərə alınmaqla normal vəziyyətdə qəzaya uğramamış avtomobildən orta bazar satış qiymətində 5% aşağı olması istisna edilmir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ekspert tərəfindən müəyyən edilən avtomobilin real bazar dəyərinin 65000 manat müəyyən edilməsi əsaslıdır. Ekspert tərəfindən avtomobilə baxış keçirilmiş, avtomobilin yararlı vəziyyətdə olan hissələrinin avtomobilin dəyərinin təxminən 30 faizini təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa ekspert rəyində göstərilmişdir ki, avtomobilin təmir-bərpa olunması nəzərə alınmaqla normal vəziyyətdə qəzaya uğramamış avtomobild ən orta bazar satış qiymətində 5% aşağı olması istisna edilmir, yəni təmir-bərpa nəticəsində avtomobil əmtəə dəyərini 5% itirəcəkdir. Eyni zamanda, oxşar mütəxəssis rəyi “xxxx” MMC tərəfindən də verilmişdir. xx xxxxxx 2019-cu il tarixli rəy ilə yol nəqliyyat hadisəsi baş verdiyi ərəfədə “Audi A7” markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya qədərki real bazar dəyəri 70000 manat, yol nəqliyyat hadisəsi nəticəsində “Audi A7” markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 40200 manat, avtomobilin tam bərpası üçün tələb olunan vəsait 40200 manat, avtomobil bərpa olunduqdan sonra itiriləcək dəyər 25000 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsi təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli əsaslandırılmış rəyinə əsasən zə rərçəkmişə dəymiş maddi ziyanın hadisə baş verən tarixə qəza nəticəsində salamat qalan yararlı hissələrinin dəyərini çıxmaqla 45500 manatın (65000-30 faiz) üzərinə satış qiymətindən 5% əmtəə itkisini əlavə etməklə (65000x5%=3250) əldə olunmuş 48750 manatın ödənilməsi nəticəsinə gəlmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara uyğun olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2 019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3271/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3271/2020
03.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver