Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3271/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, Cavabdeh3 vəkili Musayev Qeys Ərzuman oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2020-ci il tarixli, 2(104)295/2020 saylı qətnaməsindən iddiaçı "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış 06.02.2015-ci il tarixli, 050R********** saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 06.02.2015-ci il tarixli 050R********** saylı kredi razılaşmasına əsasən ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667% olmaqla, 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Eyni zamanda verilmiş kreditin təminatı olaraq, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 bankla zaminlik müqavilələri bağlayaraq, borcalanın bank qarşısındakı öhdəliklərinin tam icra olunması üçün borcalanla birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus X. ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 102.6 kv.m. yaşayış, 135.1 kv.m. yardımçı, 237.7 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi 19.06.2014-cü il tarixli, 50M000000023 saylı ipoteka müqaviləsi ilə ipoteka ilə yüklü edilmişdir.
3. Borcalan kredit müqaviləsi üzrə ödəlikləri tam icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən "xxxx" QSC-nin xeyrinə 06.02.2015-ci il tarixli saylı kredit razılaşması üzrə 43.975,95 ABŞ dolları kredit borcu, 9.692,17 ABŞ dolları faiz borcu və 18.637,83 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 54.597,64 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun, 10 manat ipoteka üçün dövlət rüsumunun və 21 manat xidmət haqqının məcburi tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus X. ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 102.6 kv.m. yaşayış, 135.1 kv.m. yardımçı, 237.7 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hə rracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 06.02.2015-ci il tarixli, 050R********** saylı kredit müqaviləsi üzrə cəmi 54.597,64 ABŞ dolları və 30 manat dövlət rüsumu, 10 manat ipoteka üçün dövlət rüsumu və 21 manat xidmət haqqı pulunun iddiaçı "xxxx" QSC-yə ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 həmin evə istifadə hüququnun itirilməsi, onların evdən çıxarılması, həmin evin və torpaq sahəsinin boşaldılmaqla alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini dəfələrlə pozaraq ödənişləri yubatmış, ödəniş planı üzrə 30.12.2016-cı il tarixdən ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcunu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Borcalan götürdüyü kreditdən 6.024,05 ABŞ dolları ödəmiş və onun kreditora 43.975,95 ABŞ dolları məbləğində borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bu hər gün üçün faiz kredit razılaşmasının 1.1-ci bəndində müəyyən olunmuş aylıq faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Borclu kredit borcunu qaytarmadığı üçün 14.03.2017-ci il tarixə 74 gün üçün hesablanmış faiz borcu 9.692,17 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2ci bəndinə əsasən borclu krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilmiş gün üçün kredit qa lığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. 14.03.2017ci il tarixə 74 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği 18.637,83 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.1.1-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq kredit və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.
6. Goranboy Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli 2(045)-471/2018 saylı qətnaməsi ilə (hakim İ.Abdurəhmanlı) iddia tələbi 18.637,83 ABŞ dolları cərimə borcu hissəsində qismən (637,83 ABŞ dolları), qalan hissədə isə tam təmin edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh bankla b ağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295,448, 449, 472, 443-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, əsas və faiz borclarının ödənilməmiş hissəsinin, eləcə də digər ödənişlərin qanunun tələblərinə uyğun hesablanmaqla və iddiaçının əmlak mənafeyi nəzərə alınaraq tənasübsüz hesablanmış dəbbə pulunun tamamilə ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 i yul 2020-ci il tarixli, 2(104)-295/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.Əliyeva (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, Goranboy Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi iddia tələbinin «tam mülkiyyət hüququ ilə X1 məxsus X. ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 102.6 kv.m. yaşayış, 135.1 kv.m. yardımçı, 237.7 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 ipoteka predmetindən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi» hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi rədd edilmiş, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 050R********** saylı kredit razılaşması üzrə 43.975.95 ABŞ dolları kredit borcu, 9.692.17 ABŞ dolları faiz borcu və 637.83 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 54.305.95 ABŞ dolları məbləğdə pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, 200 manat məbləğində ekspertiza xərci Cavabdeh1 aid edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin kredit borcu hissəsini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, iddia tələbinin X1 məxsus X. ünvanında yerləşən yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 ipoteka predmetindən çıxarılması, əmlakın b oşaldılması və alıcıya təhvil verilməsi hissələrini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, X. küçəsi, 30A-da yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 102.6 kv.m. yaşayış,135.1 kv.m. yardımçı, 237.7 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi X1 deyil, Cavabdeh3 məxsusdur. İddiaçı da, cavabdehlərin məhz Cavabdeh3 məxsus evdən cavabdehlərin çıxarılmalarını və həmin evin boşaldılmasını xahiş etmişdir. Lakin Goranboy Rayon Məhkəməsi əsassız olaraq cavabdehlərin Cavabdeh3 deyil, X1 məxsus yaşayış evindən çıxarılmalarını və boşaldılmasını təmin etmişdir. Digər tərəfdən də, ipoteka qoyulmuş evin boşaldılmasını tələb etmək hüququ ancaq mülkiyyətçiyə aiddir və cavabdehlərin özlərinin də, həmin ipoteka əmlakını açıq hərracdan ala bilməsi mümkündür. Hazırda isə iddiaçı mülkiyyətçi olmadığına görə onun belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385, 442, 443, 449, 465, 467, 470, 472-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının nümayəndəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - iddia tələbinin ipoteka predmeti olan Cavabdeh3 məxsus X. küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 30 A nömrəli fərdi yaşayış evinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 həmin evdən çıxarılması, həmin evin və torpaq sahəsi nin boşaldılması və alıcıya təhvil verilməsinin təmin edilməməsinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evini kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan b aşqa Goranboy rayon İHB-nin Goranboy şəhər İƏD üzrə nümayəndəliyinin 17.06.2014cü il tarixli, 1949 saylı forma 2 arayışına əsasən X. küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 4 otaqlı 30A nömrəli fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və Cavabdeh5 həmin ev "xxxx" QSC-yə ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi Notariat Kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. (Forma 2 arayışının və razılıq ərizəsinin surəti əlavə olunmuşdur, ərizənin əsli isə Notariat Kontorunda saxlanılır). Müvafiq müddəaların tələbləri baxımından ipoteka predmetinə tutma yönəldiyindən cavabdehlərin həmin əmlakı tərk etmək vəzifəsi yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili Musayev Qeys Ərzuman oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qızı məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edil ən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikl əri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 19. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; Maddə
8. Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsini n səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının cavabdehlərin ipoteka predmeti olan evdən çıxarılması tələbinin təmin edilməməsi hissəsində ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası aşağıdakılara əsas ən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin ipoteka predmetindən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi hissəsinin ləğv edilməsinə aid hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün yeni baxışa göndərilməlidir.
26. Belə ki, iş materiallarından göründüyü kimi iddia tələblərindən biri də “ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 həmin evə istifadə hüququnun itirilməsi, onların evdən çıxarılması, həmin evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə” qətnamə çıxarılmasından ibarətdir.
27. Həmin iddianın hüquqi əsasını təş kil edən norma “İpoteka haqqında” Qanunun 59-cu maddəsidir. Bu normanın tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar.
28. İşə baxmış apellyasiya instansiyası məhkəməsi işin hallarını bu normalar əsasında təhlil etməmişdir.
29. Azə rbaycan Respublikası MPM-nin 217-ci addəsinin tələbinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir.
30. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
31. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaş ı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı "xxxx" QSC-nin kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2020-ci il tarixli, 2(104)295/2020 saylı qətnaməsi “yaşayış evinə tutma yönəldiyindən və satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin ipoteka predmetindən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsinin” ləğv edilməsinə aid hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanısın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.