Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3271/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(1*2)-3271/2*22 (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyi, maraqlarına toxunan şəxsin işə cəlb edilməməsi) Bakı şəhəri, 20 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun t utulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-493/2*21 nömrəli, 24 sentyabr 2*21-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 2* iyun 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin (bundan sonra – iddiaçı) “Gəncə” filialı ilə Cavabdeh1 (bundan sonra – cavabdeh) arasında 6 sentyabr 2*14-cü il tarixli GNC-2*97 ip saylı Baş kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən iddiaçı cavabdehə illik 15 (on beş) faizlə 36 (otuz altı) ay müddətinə 1****** (bir milyon) manat məbləğində kredit verib.
2. Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cava bdeh1 məxsus Goranboy rayonu, Goran qəsəbəsi, BakıGəncə yolunun sağ kənarında, *.35 ha torpaq sahəsində yerləşən 342* kv.m ümumi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası və *.35 ha torpaq sahəsi (bundan sonra – ipoteka predmeti) iddiaçı qarşısında 6 sentyabr 2*14-cü il tarixli GNC-2*97 ip saylı İpoteka müqaviləsi bağlanaraq yüklü edilib. Müqavilədə ipoteka predmeti 1.3**.*** manat qiymətləndirilib.
3. Mübahisə kredit öhdəliklərinin cavabdeh tərəfindən icra edilməməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Goranboy Rayon Məhkəməyə müraciət edərək, cavabdehdən 6 sentyabr 2*14-cü il tarixli GNC-2*97 ip saylı Baş kredit müqaviləsi üz rə 624594,6* (altı yüz iyirmi dörd min beş yüz doxsan dörd manat altmış qəpik) manat əsas, 6*125,52 (altmış min yüz iyirmi beş manat əlli iki qəpik) manat faiz, 159713,*2 (yüz əlli doqquz min yeddi yüz on üç manat iki qəpik) manat dəbbə borcu olmaqla, cəmi 844433,14 (səkkiz yüz qırx dörd min dörd yüz otuz üç manat on dörd qəpik) manat borcun tutulması, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bərdə Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 3* (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 3* manat məbləğində, cəmi 6* (altmış) manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 115**** manat məbləğində müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin 6 sentyabr 2*14-cü il tarixli GNC-2*97 ip saylı Baş kredit müqaviləsi üzrə cəmi 844433,14 (səkkiz yüz qırx dörd min dörd yüz otuz üç manat on dörd qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 6* (altmış) manat məbləğində pulun iddiaçıya ödənilməsi, tam mülkiyyət hüququ ilə cavabdehə məxsus ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehin və Cavabdeh2 ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini ahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Baş kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Borc 28 sentyabr 2*16-cı il tarixinə hesablanıb.
6. İddiaçının nümayəndəsinin vəsatəti əsasında ipoteka predmetinin qiymətini müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsinin 14 sentyabr 2*16-ci il tarixli qərardadı ilə qiymətləndirmə təyin edilmiş, qiymətləndirmə "xxxx" MMC-yə tapşırılmışdır. 7. "xxxx" MMC-nin 21.*9.2*16-cı il tarixli rəyinə əsasən ipoteka predmetinin real bazar qiyməti 115**** (bir milyon yüz əlli min) manatdır.
8. Goranboy Rayon Məhkəməsinin (2(*45)-2923/2*16 nömrəli 5 oktyabr 2*16-cı il tarixli qətnaməsi ilə iddia tam təmin olunmuş, ipoteka predmetinin ilkin satış qiyməti 115**** manat müəyyən edilmişdir. (hakim İsmayıl Abdurəhmanlı)
9. Birinci instansiya məhkəməsi iş materiallarındakə sənədlərə əsasən müəyyən edib ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanıb, cavabdeh kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş «Ödəniş cədvəli»nin şərtlərinə əməl etməyib. Bu səbəbdən iddia təmin olunmalıdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 385.1, 425.1, 443.1, 448.1-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 59.3-cü, Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edi lməsini xahiş etmişdir. Şikayətin dəlilləri: - məhkəmə iclasında cavabdehlərin iştirakı təmin edilməyib; - tələbin cavabdehin yeganə qazanc yeri olan ipoteka predmetinə yönəldilməsi ədalətli hesab edilə bilməz; - əsas və faiz borcundan savayı, əlavə olaraq 159713,*2 manat dəbbə pulunu tutulması düz deyil. Çünki devalvasiya baş verənədək cavabdeh krediti vaxtında ödəyib, devalvasiyadan sonra ticarət sahəsində durğunluq yarandığı üçün cavabdehin ödəmə qabiliyyəti azalıb. Bu kimi halları məhkəmə də bilirdi, buna görə də ən azı dəbbə pulu azaldıla bilərdi; - məhkəmə əsas və faiz borcu hissəsində də düzgün nəticəyə gəlməyib. Mühasibatlıq ekspertizası keçirilməyib; - ipoteka müqaviləsini iddiaçı tərəfindən filial rəhbəri imzalamış, məhkəmə buna qiymət verməmişdir; - ipoteka predmetinin boşaldılm ası tələbini mülkiyyətçi olmadığı üçün iddiaçı irəli sürə bilməzdi; - ipotekaya tutma barədə bildiriş cavabdehə təqdim edilməyib.
12. Apellyasiya instansiyası məhkəməsi 12 yanvar 2*17-ci il tarixli qərardadı ilə mühasibatlıq ekspertizası təyin etmişdir.
13. Məhkəmə Ekspertizası Mərkəzinin 3616 saylı, *5.*4.2*17-ci il tarixli ekspert rəyinə əsasən cavabdehin 28.*9.2*16-cı il tarixinə 624594,41 manat əsas, 59751.1* manat faiz borcu olmaqla, cəmi borc 684345.51 manat borcu vardır.
14. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə *4 sentyabr 2*2*-ci il tarixli qərardadla qiymətləndirmə təyin etmiş, qiymətləndirməni "xxxx" ASC-yə tapşırmışdır. 15. "xxxx" MMC-nin 28 yanvar 2*21-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin həmin tarixə bazar dəyəri 1.455.*** manat, likvid dəyəri 1.352.*** manatdır.
16. İddiaçı qiymətləndirmə rəyinə etiraz edərək, yenidən qiymətləndirmə barədə vəsatət verməklə, vəsatətini öz sifarişi əsasında ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəyləri ilə əsaslandırmışdır. Həmin rəylərə əsasən müvafiq olaraq ipoteka predmetinin bazar dəyəri 723*** manat, likvid dəyəri 615*** manat; bazar dəyəri 85**** manat, likvid dəyəri 62**** manatdır.
17. Apellyasiya instansiyası məhkəməsi *2 aprel 2*21-ci il tarixli qərardadla təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, hər iki tərəfin razılığı ilə qiymətləndirməni “X1”nə tapşırmışdır. 18. “X1”nin 9 iyul 2*21-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 92**** manat, likvid dəyər i 75**** (yeddi yüz əlli min) manatdır. məbləğində olması barədə rəy verilmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*4)-493/2*21 nömrəli 24 sentyabr 2*21-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş – cavabdehdən 6 sentyabr 2*14-cü il tarixli GNC-2*97 ip saylı Baş kredit müqaviləsi üzrə iddiaçının xeyrinə kreditə görə 624594,6* manat, faizə görə 6*125,52 manat, dəbbəyə görə 159713,*2 manat, cəmi 844433,14 AZN manat pulun tutulması hissəsində dəyişdirilmiş, 491818,6* manat məbləğində əsas borc, 59751.1* manat məbləğində faiz borcu və 15971 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 56754* (beş yüz altmış yeddi min beş yüz qırx) manat məb ləğində pulun cavabdehdən alınıb iddiaçının hesabına ödənilməsi, qətnamənin iddianın təmin edilmiş – tələbin tam mülkiyyət hüququ ilə cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 115**** manat müəyyən edilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin 6 sentyabr 2*14-cü il tarixli GNC-2*97 ip saylı Baş kredit müqaviləsi üzrə cəmi 844433,14 AZN manat və dövlət rüsumu kimi ödənilmiş 6* manat məbləğində pulun iddiaçıya ödənilməsi, tam mülkiyyət hüququ ilə cavabdehə məxsus ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehin və Cavabdeh2 ipoteka predmetindən çıxarılması və ipoteka predmetinin boşaldılmasının qət edilməsi hissəsində qismən ləğv edilməs i, həmin hissədə yeni qətnamə çıxarılaraq, 56754* (beş yüz altmış yeddi min beş yüz qırx) manat məbləğində pulun, cavabdehdən alınıb, iddiaçının hesabına ödənilməsi tələbi, bundan əlavə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bərdə Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi kimi 3* manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 3* manat olmaqla, cəmi 6* (altmış) manat məbləğində pulun cavabdehdən alınıb, iddiaçının hesabına ödənilməsi, tələbin mülkiyyət hüququ ilə cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetinin (binanın) ilkin satış qiyməti kimi likvid dəyərinin 75**** (yeddi yüz əlli min) manat məbləğində müəyyən edilməsi, cavabdehə məxsus ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehin və Cavabdeh2 həmin binadan çıxarılmaları və binanın boşaldılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanması qət edilmişdir. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Rəşad Mamedov)
20. Apellyasiya instansiyası məhkəməsi borcun məbləğini və ipoteka predmetinin likvid dəyərini ekspertiza və qiymətləndirmə rəylərinə əsasən müəyyən etmiş, dəbbə pulunu cavabdehin əmlak mənafeyinə təsir edən yüksək hesablanmasını nəzərə alaraq azaltmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, iddiaçının nümayəndəsi və cavabdeh tərəf “X1” tərəfindən verilmiş rəyi mübahisələndirməyiblər. Buna görə də ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir.
22. Apellyasiya instansiyas ı məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2.1, 448.1, 448.2, 462.1, 467, 739-cu, “İpoteka haqqında” Qanunun 39.3.2, 39.3.3, 59.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil Oqtay oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayətin dəlilləri: - cavabdeh tərəfindən dəftərxana vasitəsilə 13 avqust 2*21-ci il tarixdə vəsatət verilərək, 24 sentyabr 2*21-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının üzrlü səbəbdən təxirə salınmasını xahiş edilsə də, məhkəmə tərəfindən MPM- in 9-cu maddəsinin tələbləri pozularaq, əsassız olaraq işə cavabdehin iştirakı təmin edilmədən baxılmış, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi barədə rəy cavabdehə təqdim edilməmişdir; - apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman cavabdeh vəsatət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı "xxxx" QSC-nin "xxxx" ASC-yə və cavabdehə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki işin hazırki mülki işlə bilavasitə bağlı olduğu, həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən vəsatət təmin olunmamışdır; - həmçinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatəti təmin olunmamış və ipoteka pr edmetinin likvid dəyəri ilə bağlı rəy təqdim cavabdehə olunmadığından, cavabdeh rəyə münasibət bildirə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı (vəkil X2) kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, etirazında göstərmişdir ki, kassasiya şikayətini dəlilləri formal mülahizələrdir. İşə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən b ir şəxs (borclu) başqa şəxsin (kreditorun Azərbaycan Respublikası Mülki Məcəlləsinin) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk d airəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, h əm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanun Maddə 39.3.3. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qism ən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o v axt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418.4.5. İşə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Maddə 418.4.6. Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin m övqeyi
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. 3*. Əvvəla, işdən görünür ki, cavabdeh vəsatət verərək, icraatın dayandırılmasını xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, "xxxx" QSC tərəfindən hazırki iddiaçı və cavabdehə qarşı *6 sentyabr 2*14-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırılıb. Vəsatətə həmin iddianın rədd edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin 18 may 2*21-ci il tarixli qətnaməsi əlavə edilib. Həmin qətnamə ilə də müəyyən edilib ki, hazırki iş üzrə mübahisədə adı keçən ipoteka predmeti olan evin yerləşdiyi *,35 ha torpaq sahəsi 21 dekabr 2*12-ci il tarixli ipoteka müqaviləsi ilə "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilib.
31. Göründüyü kimi, hazırkı iddiada tələbin y önəldilməsi xahiş edilən evin yerləşdiyi torpaq sahəsi digər bankın – "xxxx" QSC xeyrinə 21 dekabr 2*12-ci il tarixli ipoteka müqaviləsi yüklü edilib. “İpoteka haqqında” Qanunun 7.2-ci maddəsinə görə bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur.
32. Yuxarıda qeyd edilənlərə baxmayaraq, apellyasiya məhkəməsi işin qeyd edilən halına qiymət verməmiş, hazırki qətnamənin "xxxx" QSC-nin maraqlarına toxunmasına əhəmiyyət verməmiş, yalnız bir cümlə ilə cavabdehin vəsatətlərinin təmin edilməməsini göstərərək, "xxxx" QSC-ni işdə iştirak etməyə cəlb etmədən sonuncunun hüquq və vəzifələrinə dair onun hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarmışdır.
33. Mülki Prosessual Məcəllənin 57.1-ci m addəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə görə apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin vəsatəti əsasında iş üzrə icraatın dayandırlıb-dayandırlmaması məsələsi hazırda müzakirə predmeti olmasa da, istinad edilən prosessual normalar baxımından apellyasiya i nstansiyası məhkəməsi həmin vəsatətdə qeyd edilənlərə əsasən ən azı "xxxx" QSC-nin işdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi iştirakı məsələsini müzakirə etməmişdir. Bu hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. (MPM, 418.4.6-cı maddə.)
35. Bundan əlavə, işdən görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətini qiymətləndirmə rəyinə əsasən 1.15*.*** manat müəyyən etmiş, həmin hissəni iddiaçı mübahisələndirməmiş, cavabdeh də şikayətində buna etiraz etməmişdir. Lakin apellyasiya məhkəməsi hər hansı əsas göstərmədən, əmlakın yenidən qiymətləndirməsini təyin edərək, ipoteka predmetinin qiymətini yeni qiymətləndirmə rəyinə uyğun olaraq təxminən iki dəfəyə y axın azaltmış, bununla da şikayətin dəlilləri həddindən kənara çıxmış, üstəlik, cavabdehin sonuncu qiymətləndirmə rəyinə etiraz etmədiyini göstərmişdir. Halbuki işdən görünür ki, sonuncu qiymətləndirmə rəyinə, ümumiyyətlə, cavabdehin fikri öyrənilməmişdir.
36. Həmçinin apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin cavabdehə təqdim edilməməsi apellyasiya şikayətinin digər dəlillərinə də qiymət verməmişdir.
37. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Pros essual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
38. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2*14-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv o lunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. 4*. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-493/2*21 nömrəli, 24 sentyabr 2*21-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.