Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3272/2020 20.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: “BankXXX (Azərbaycan)” X17 Cavabdehlər: “xxxxxxxxxx” X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 İlkin iddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh1 Qarşılıqlı iddia üzrə cavabdehlər: “BankXXX (Azərbaycan)” X17 və “xxxxxxxxxx” X3 Qarşılıqlı iddia tələbi: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və mənəvi zərərin ödənilməsi (Açar sözlər: kredit müqaviləsinin faiz dərəcəsi barədə ipoteka qoyanın razılığının alınmaması, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçı “BankXXX (Azərbaycan)” X13 vəkili X4 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-107/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “BankXXX (Azərbaycan)” X17 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “BankXXX (Azərbaycan)” X17 (bundan sonra – iddiaçı və ya Bank) və “xxxxxxxxxx” X3 (bundan sonra – MMC) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 139393-113507 nömrəli baş kredit razılaşması ilə Bank bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsa sında “xxxxxxxxxx” MMC-yə tam və ya hissələrlə verilən kreditlər üçün 10.000.000 manat və ya ABŞ dolları ekvivalenti məbləğində kredit xətti açmışdır. Razılaşmaya əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Razılaşmanın ayrılmaz hissəsi olan Kredit müqaviləsi(ləri) ilə müəyyən edilir (bəndi 2.3). Razılaşmanın təminatı olaraq, xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 6k nömrəli binanın zirzəmisində 534,62 kv.m ümumi, 526,88 kv.m əsas, 7,74 kv.m köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsini (bundan sonra – ipoteka predmeti olan qeyri-yaşayış sahəsi) 2.000.000 manat məbl əğində qiymətləndirilməklə, Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 139393-1-13507/1 nömrəli kredit müqaviləsinə əsasən Bank, məbləği 1.500.000 manat və ya ABŞ dolları ekvivalenti olan krediti illik faiz dərəcəsi 12.5 faiz olmaqla 60 ay müdətinə “xxxxxxxxxx” MMC-yə verməyi, kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra, kreditor və borcalan arasında bağlanmış, kredit müqaviləsinə dəyişiklik edilməsi barədə xx xxxxx 2015-ci il tarixli 01 saylı razılaşmaya əsasən tərəflər müqavilənin şərtlərinə kreditin məbləğinin 1.500.000 manat və ya ABŞ do llarında olan ekvivalenti, birinci tranş 600.000 manat məbləğində (dövriyyə vəsaitlərinin alınması), 400.000 manat məbləğində ikinci tranşın təqdim edilməsi (dövriyyə vəsaitlərinin alınması), birinci və ikinci tranşların təyinatı üzrə istifadəsinin təsdiqlənməsindən sonra, kreditin qalan hissəsinin üçüncü tranşla təqdim edilməsi (dövriyyə vəsaitlərinin alınması) barədə razılığa gəlmişlər. Həmçinin kreditin təminatı olaraq xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35 a nömrəli binada yerləşən 182,5 kv.m ümumi, 106,0 kv.m yaşayış, 76,5 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı 31 nömrəli mənzili (bundan sonra – ipoteka predmeti olan mənzil) 400.000 manat məbləğində qiymətləndirilməklə, Bank qarşısınd a ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə 273842 nömrəli, xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat Bank cavabdehlər “xxxxxxxxxx” MMC-yə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxx” MMCnin xx xxxx 2017-ci il tarixə Banka borclu olduğu 1.523,494.00 ABŞ dolları məbləğində əsas borcun, 248.700,02 ABŞ dolları məbləğində faizin və 1.240,62 ABŞ dolları məbləğində cərimənin, cəmi 1.773,889.64 (bir milyon yeddi yüz yetmiş üç min səkkiz yüz səksən doqquz, altmış dörd) ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması gö stərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun cavabdehlər “xxxxxxxxxx” MMC və Cavabdeh2 müştərək qaydada alınaraq Banka ödənilməsi, tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan qeyriyaşayış sahəsinə (ilkin satış qiyməti 1.560.000 manat məbləğində) və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan mənzilə (ilkin satış qiyməti 336.000 manat məbləğində müəyyən edilməklə) yönəldilməsi və əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin Banka ödənilməsi, Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən sonra və o satıldıqdan sonra qeyri-yaşayış sahəsini ən gec i bir ay ərzində tərk etmədikdə məcburi qaydada boşaldılması, Cavabdeh2 məxsus olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin (Cavabdeh3 və X6) ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin həmin mənzildən məcburi qaydada çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxxxxxxxx» MMC müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, həmin müqavilə üzrə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Cavabdehlərə pretenziya məktubları və bildiriş göndərilmiş, lakin onlar müqavilə üzrə öhdəliklərini icra etməmişlər. İşin gedişində Cavabdeh1 qarşılıqlı iddia verərək Ba nkla aralarında qeyri-yaşayış sahəsinə dair bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 273846 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi, Bankdan və “xxxxxxxxxx” MMC-dən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq xeyrinə 100.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi və ona dəyişikliklər barədə xəbəri və razılığı alınmayıb. xx xxxxxx 2014-cü il tarixli baş kredit razılaşmasının 2.2-ci bəndinə əsasən o, yalnız kredit xəttindən (borcalanın) gələcəkdə istifadə qaydasını müəyyən edir. Həmin razılaşmanın 2.3-cü bəndinə əsasən verilən hər bir kredit məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan kredit müqaviləsi(ləri) ilə müəyyən edilir. İddia ərizəsi ilə tanış olduqda ona məlum olmuşdur ki, qarşılıqlı iddia üzrə cavabdehlər 12,5 faiz dərəcəsi müəyyən etməklə, kreditin qaytarılması müddətini qısaltmaqla, valyutanı qeyri-müəyyən formada müəyyənləşdirməklə (əslində onu tam əlverişsiz vəziyyətə salaraq) 60 ay müddətli yeni kredit müqaviləsi və ona dəyişiklik edilməsi barədə razılaşmalar bağlamışlar. Bank və “xxxxxxxxxx” MMC əməkdaşlarının ona qarşı vaxtı ilə yürütdükləri bu qanunsuzluqlar barədə məlumat alan kimi, keçirdiyi ciddi əsəb və sarsıntı nəticəsində ürək ağrıları ilə tibb məntəqəsinə çatdırılmışdır. Keçirdiyi sarsıntı nəticəsində ona mənəvi ziyan da dəymişdir. Bankın nümayəndəsi qarşılıqlı iddia tələbini qəbul etməmiş, etirazını belə əsaslandırmışdır ki, ipoteka qoyanın hazırkı mübahisədən məlumat ının olmadığı barədə dəlil tam əsassızdır və həqiqəti əks etdirmir, özünü müdafiə xarakteri daşıyır. Belə ki, pretenziya məktubunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin Bank tərəfindən X9 təqdim olunması, Bankın iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, məhkəmə tərəfindən qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişlərinin ona göndərilməsi və onun tərəfindən qəbul olunması, ümumiyyətlə hazırkı məhkəmə mübahisəsinin təxminən 3 ilə yaxın müddət ərzində davam etməsi onu göstərir ki, ipoteka qoyan məhkəmə mübahisəsindən əvvəldən xəbəri və məlumatı olmuşdur. Baş kredit razılaşması üzrə MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə X14 mülkiyyətində olan qeyri-yaşayış sahəsini xx xxxxxx 2014-cü il tarixli, 273846 saylı ipoteka müqaviləsi ilə Ban k qarşısında yüklü etmişdir. Müqavilənin bütün şərtlərinin ona məlum olması, baş kredit razılaşması və ipoteka müqaviləsinin eyni tarixdə və eyni məkanda bağlanması, notariat qaydasında təsdiqlənməsi, ipoteka qoyanın buna etiraz etməməsi, əksinə, iradə ifadəsini bildirərək, müqaviləni imzalaması ipoteka qoyanın razılığının olması kimi qəbul olunmalıdır. İş üzrə kredit borcunu müəyyən etmək mqəsədilə məhkəmə-mühasibatlıq, ipoteka predmeti olan əmakların qiymətinin müəyyən olunması üçün qiymətləndirmə ekspertizaları keçirilmişir. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)355/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) ilkin iddia qismən təmin edilmiş, “xxxxxxxxxx” MMC və Cavabdeh2 1.523.949 ABŞ dolları əsas borcun, 248.700,02 ABŞ dolları faiz borcunun, 1.240,62 ABŞ dolları məbləğində cərimənin, cəmi 1.773.889 ABŞ dolları 64 sent (ödəniş günü Azərbaycan Respublikasının manatına məzənnəsi ilə) və ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi, qeyd olunan əmlak açıq hərracda satılaraq, satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh2 və Cavabdeh3 1 ay müddətində qeyd edilən evdən çıxarılması və mənzilin boşaldılması, həmin mənzilin ilkin satış qiymətinin 400.000 manat müəyyən edilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 273846 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, əlavə olaraq “xxxxxxxxxx” MMC-dən ekspertiza tədqiqatının dəyəri olan 50 manatın tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi tələbinin təmin olunmamasına və qarşılqılı iddianın təmin olunmuş hissəsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, həmin əmlaka dair ipoteka müqaviləsi pis niyyətlə bağlanmış, ipoteka qoyanın real iradə ifadəsini əks etdirməmiş, həmçinin baş kredit müqaviləsi üzrə bağlanmış kredit müqaviləsi Cavabdeh1 vəziyyətini ağırlaşdırmışdır. Məhkəmə bununla bağlı mövqe yini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324, 337, 339.1, 340.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qətnamədən Bank, borcalan və Cavabdeh3 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(106)-107/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Əsədov (sədrlik edən və məruzəçi), M.Həsənov və Z.Zeynalov) Bankın apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlər “xxxxxxxxxx” MMC və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilərək, ilk in iddia qismən təmin edilmiş, “xxxxxxxxxx” MMC və Cavabdeh2 1.523.949 ABŞ dolları əsas borc, 248.700,02 ABŞ dolları faiz borcu, 1.240,62 ABŞ dolları məbləğində cərimə, cəmi 1.773.889 ABŞ dolları 64 sent (ödəniş günü məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 90 manat dövlət rüsumunun əvəzinin tutularaq Bankın xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq, satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra Cavabdeh2, Cavabdeh3 və X2 bir ay müddətində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, mənzilin ilkin satış qiymətinin 400.000 manat müəyyən edilməsi, ilkin iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh1 məxsus olan qeyri-yaşayış sahəsinin yüklü ediməsinə dair xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatına görə “xxxxxxxxxx” MMC-dən 50 manatın tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, məhkəmə bu hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla hesab etmişdir ki, göstərilə n hallar sözügedən ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında, həmin qərarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli və xx xxxxxxx 2019-cu il tarixli qərardadlarında göstərilən hüquqi mövqelərə əsaslanıb qeyd etmişdir ki, mübahisələndirilən ipoteka müqaviləsində kredit müqaviləsi üzrə bütün zəruri şərtlər göstərilməmiş, eləcə də sonrakı kredit müqaviləsində edilmiş dəyişikliklər barədə ipoteka qoyanın razılığı alınmamışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qətnamə qarşılıqlı iddianın təmin olunmasına dair hissədə dəyişdirilməlidir. Kassasiya şikayətinin dəli lləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X15) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - ilk iddianın təmin edilməmiş və qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv olunması, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsinə yalnız 1 dəyişiklik edilmiş, həmin dəyişiklik ilə kredit məbləğinin 3 tranş ilə verilməsi nəzərdə tutulmuş və bu kredit məbləğinin, valyutasının, müddətinin və faiz dərəcəsinin artırılması ilə nəticələnməmiş və ipoteka qoyan X10 hər hansı bir əlverişsiz vəziyyətə salmamış, vəziyyətini ağırlaşdırmamışdır. Tərəflər arasında bağlanılmış kredit xətti müqaviləsinə (Baş kredit razılaşmasına) heç bir dəyişiklik olunmayıb. İpoteka qoyan X14 xx xxxxxx 2014-cü il tarixli müqavilənin bağlanmasında şəxsən iştirak etmiş və onu imzalamaqla, müqavilə şərtlərindən məlumatı olmuşdur. Həmçinin, ipoteka müqaviləsi notariat orqanı tərəfindən təsdiq olunmaqla müqavilənin bir nüsxəsi həmin tarixdə ipoteka qoyana təqdim edilmişdir. xx xxxxxx 2014-cü il tarixli 273846 saylı ipoteka müqaviləsi tərəflər arasında bağlandıqdan təxminən 4 il sonra ipoteka qoyan X14 tərəfindən mübahisələndiri lmişdir. İpoteka qoyan X14 qarşılıqlı iddia tələbini irəli sürənə kimi ipoteka müqaviləsi ilə “hüquqlarının pozulduğunu” bilmədiyini müəyyən edən hal məhkəmə baxışı zamanı aşkar edilməmişdir. Əksinə, ipoteka qoyanın hətta “hüquqları pozulduğu” halda belə, onun “hüquqlarının pozulduğunu” bildiyi və ya bilməli olduğu tarix ipoteka müqaviləsinin bağlandığı tarix hesab olunur. Lakin Bankın iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, ipoteka müqaviləsinin bağlanılmasından 4 il müddət keçdiyi, müqavilənin bağlanmasında X7 şəxsən özünün iştirak etdiyi və müqaviləni imzaladığı, müqavilənin notariat orqanı tərəfindən təsdiq olunduğu, dövlət orqanı tərəfindən qeydiyyata alındığı məhkəmə tərəfindən nəzərə alınmamış və ərizəni təmin etməmişdir. Bu səbəbdən hesab e dilir ki, qarşılıqlı iddia ərizəsi qüvvədə olan mülki hüquq qanunvericiliyin tələblərinə zidd olaraq, iddia müddəti ötürülməklə verildiyindən, qarşılıqlı iddia ərizəsinə dair iddia müddəti tətbiq edilərək, qarşılıqlı iddia ərizəsindən imtina olunmalıdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını səhv olaraq hazırkı mübahisəyə tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərardadında əks olunmuş hüquqi mövqeyə görə həmin qərarlar onların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərardadına əsasən xx xxx 2018-ci il tarixli və xx xxxx 201 9-cu il tarixli Qərarlarda ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq həmin Qərarlar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli və xx xxxx 2019-cu il tarixli Qərarları hazırkı mübahisəyə tətbiq oluna bilməz. Plenumun hüquqi mövqeyinə görə həmin qərarlar qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil olunmalıdır. Tərəflər arasında hazırkı münasibətlər isə xx xxxxxx 2014-cü il tarixdə, yəni Plenumun sözügedən qərarlarından əvvəl yaranmışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Bankın vəkili X1 şikayətinin dəlillər ini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma ynəldilməsi tələbinin təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv olunması, ilk iddianın həmin hissədə də təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədlər i MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən qismən - ilk iddianın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönldilməsi tələbinin təmin edilməmiş və qarşılıqlı iddianın təmin edilmiş hissələrində mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissələrdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “İpoteka haqqında” Azərbaycan Resp ublikasının Qanunu (mübahisəli ipteka müqaviləsinin bağlandığı dövrdə qüvvədə olmuş redaksiyada) Maddə 10.5. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Maddə 14.1. İpotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: i poteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; ipoteka predmeti özgəninkiləşdirildikdə. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpote ka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli Qərarı Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəc əsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarı....zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinə xitam verilmə halları sırasında ipoteka qoyanın razılığı olmadan öhdəliyin həcminin dəyişdirilməsi və bu dəyiişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması halı nəzərdə tutulmamışdır... “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli Qərardadı Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq həmin Qərarlar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən X 9 məxsus qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin göstərilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bankın həmin hissədə kassasiya şikayətinin dəlilləri açıq-aşkar əsaslandırılmamışdır və Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər ziddir. Həmin hüquqi mövqelərin və onların formalaşdırılması üçün əsas olmuş Mülki Məcəllənin 307.4, 405.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14.1-ci maddələrinin mənasına görə ipoteka qoyanın kredit müqaviləsinin bütün mühüm şərtləri barədə məlumatlan dırılması ehtimallara əsaslanmamalı, qanuna uyğun, aşkar və mübahisəsiz olmalıdır. Eyni zamanda, hazırkı iş birinci instansiya məhkəməsinə xx xxxx 2016-cı il tarixdə daxil olmuş, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmuşdur. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli Qərardadına əsasən həmin qərarlarda ifadə olunmuş hüquqi mövqelər hazıkı mübahisəyə şamil olunur. Lakin Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın təmin olunması hissəsində gəldiyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun deyil. Qarşılıqlı iddia ərizəsində Cavabdeh1 mübahisəl i ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi, Bankdan və “xxxxxxxxxx” MMC-dən onun xeyrinə müştərək qaydada mənəvi zərərin əvəzi olaraq xeyrinə 100.000 manat pulun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə qismən təmin edərək ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi qənaətinə gəlsə də, apelyasiya instansiyası məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, məhkəmə bu hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi qətnaməni qarşılıqlı iddianın təmin olunmuş hissəsində dəyişərək, qarşılıqlı iddianı qismən təmin etmiş və ipoteka müqaviləsinin bağlanmamış hesab etm işdir. Halbuki yuxarıda ifadə edilən hüquqi mövqelərə görə kredit xətti müqaviləsində faiz dərəcəsinin göstərilmədiyi və bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoyanın razılığı alınmadığı halda kredit sazişi üzrə ipoteka müqaviləsi bağlanmamış hesab edilir və qeyd olunan hal ipoteka predmetinə tutma yönəldilməsi tələbinin rədd olunması üçün əsasdır. Lakin mülki qanunvericiliyə əsasən həmin hal ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ya ipotekaya xitam verilməsi əsası kimi müəyyən edilməmişdir. Ona görə də apelyasiya instansiya məkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilməli, iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4-cü maddəsinə əsasən həmin hissədə yeni qərar qəb ul edilməli və iddia həmin hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı “BankXXX (Azərbaycan)” X12 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-107/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən – qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin və qarşılıqlı iddia həmin hissədə də təmin olunmasın. Qətnamə ilkin iddianın X9 məxsus əmlaka tutma yönəldilməsi tələbinin təmin olunmaması hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3272/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3272/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver