Məhkəmə qərarları › İş №2(102)-3274/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3274/2019

20.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3274/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 MMC-nə, X2 və Cavabdeh2 qarşı “kredit borcunun geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(107)-1726/2018 saylı qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETD İ: İddiaçı “xxxx” ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-dən 12440 manat məbləğdə əsas kredit borcu və 6746 manat məbləğdə faiz borcu olmaqla, cəmi 19626 manat borcun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub “xxxx” ASC-nə ödənilməsi, ödəmənin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06984 ha torpaq sahəsində yerləşən, 188,48 kv.metr köməkçi, 185,84 kv.metr yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və açıq hərr acda əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbinin həcmini artıraraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 MMC 23 oktyabr 2012-ci il tarixdə “xxxx” ASC ilə MF-KL/87 saylı kredit müqaviləsi bağlayaraq, biznes fəaliyyətini genişləndirmək üçün 36 ay müddətinə 20000 manat məbləğdə kredit almışdır. Eyni zamanda bankla Cavabdeh1 MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə həmin tarixdə ipoteka müqaviləsi bağlayaraq onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,06984 ha torpaq sahəsində yerləşən, 188,48 kv.metr köməkçi, 185,84 kv.metr yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti müqavilədə 50000 manat qiymətləndirilmişdir. Kredit müqaviləsinin 3.4-cü bəndi ilə müəyyən olunmuş şərtlərə görə Cavabdeh1 MMC aldığı kreditə görə kreditora illik 22 faiz ödəyir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda o, kredit verənə müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin ikiqat həcmində cərimə ödəyir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, müqavilənin 2.4.3-cü yarımbəndində göstərilən vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən kredit alan kredit verənə kredit məbləğinin 5 faizi həcmində cərimə ödəyir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləği ni və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh1 MMC-Nə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və nəticədə onun banka 29 dekabr 2015-ci il tarixədək 12440 manat məbləğdə əsas kredit borcu, 7289 manat məbləğdə faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 20729 manat məbləğdə borcu yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh1 MMC-dən 12440 manat məbləğdə əsas kredit borcu, 7289 manat məbləğdə faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 20729 manat borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub “xxxx” ASC-nə ödənilməsi, ödəmənin Cavabdeh2 mülkiyyətində olan ün van 1 ünvanında yerləşən 0,06984 ha torpaq sahəsində yerləşən, 188,48 kv.metr köməkçi, 185,84 kv.metr yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, açıq hərracda əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli 2(051)-3685/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 12440 manat məbləğdə əsas kredit borcu, 7289 manat məbləğdə faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 19779 manat məbləğdə borc alınıb “xxxx” ASC-nə ödənilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0,06984 ha torpaq sahəsində yerləşən, 188,48 kv.metr köməkçi, 185,84 k v.metr yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 MMC-nin banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum Cavabdeh1 MMC-dən alınıb “xxxx” ASC-nin hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şükürov - sədrlik edən və məruzəçi, M.Hüseynov və R.Əliyev) 24.12.2018-ci il tarixli 2(107)-1726/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiy a şikayəti təmin edilməyərək, iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin qiyməti bank tərəfindən təklif olunmuşdur. “İpoteka haqqında” Qanunun tələblərinə diqqət yetirilsə görünür ki, ipotekaya qoyulan əmlakın qiymətləndirilməsi qarşılıqlı razılaşma əsasında, bu razılıq olmadıqda isə müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilir. Məhkəm ə qətnaməsindən isə görünür ki, qiymətləndirmə müstəqil qiymətləndiriciyə yox dövlət orqanı olan ƏM DK yanında DƏDRX-nin 17 saylı Əİ-nə həvalə edilmişdir. Məhkəmə kollegiyası qanunun bu tələblərinə əməl etməmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsini tələblərini pozmuşdur. Hər bir halda məhkəmə kollegiyası müstəqil qiymətləndirici fəaliyyətini həyata keçirən təşkilatın rəyinə istinad edib qətnamə qəbul etsə idi mübahisəni həll etmiş olardı. Lakin məhkəmə kollegiyası bunu etməmiş qanunsuzluğa yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, ƏM DK yanında DƏDRX-nin məktubun icra edilməsi üçün cavabdehə göndərilmiş, lakin qiymətləndirmənin aparılması üçün tələb olunan xidmət haqqını ödəməmişdir v ə bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi barədə vəsatəti işin uzadılmasına xidmət edir. Bu qənaətini məhkəmə heç bir sübutla əsaslandırmır. Məhkəmənin bu qənaəti mülahizə xarakteri daşıyır, çünki əmlak sahibi ekspertizanın təkrar keçirilməsində maraqlı olub və həmin evdə yaşadıqlarından daşınmaz əmlaka baxışın keçirilməsinə şərait həmişə mövcud olmuşdur. Qiymətləndirilmə fəaliyyəti xidmət sahəsinə aiddir, evin giymətləndirilməsinə dair məhkəmə qərardadı qəbul edildiyindən qiymətləndirici qərarı icra etməli və məhkəmə praktikasında olduğu kimi, işə baxılması ilə əlaqədar məsrəflər iddiaçının və ya cavabdehin üzərinə qoyulması məhkəmə aktında öz əksini tapmalıdır. Cavabdeh tələb edir ki, 150.000 manatdan yuxarı qiyməti olan ona məxsus fərdi yaşayış evinin b ank tərəfindən 50.000 manata qiymətləndirilməsi qanunsuzdur və bu səbəbdən yenidən qiymətləndirmə keçirilməlidir. Lakin məhkəmə kollegiyası cavabdehin ekspertiza xərclərinin ödəməməsini ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etmək kimi qiymətləndirir. Cavabdehin maddi vəziyyətinin ağır olduğundan o vaxtında həmin xərcləri ödəyə bilməmişdir. Pulun ödənilməməsi qiymətləndirməyə dair məhkəmə qərarının ekspert tərəfindən icra edilməməsi üçün əsas yaratmır. Hər bir halda məhkəmə kollegiyası bu səbəbləri araşdırmalı idi. Ümumi sahəsi 374,32 kv.metrdən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evin 50000 manata qiymətləndirilməsi daşınmaz əmlak bazarında mənzillərin, fərdi yaşayış evlərin qiymətlərinə uyğun gəlmir və məhz bu səbəbdən məhkəmə kollegiyası obyektiv qərar qəbul etmək ü çün bu mübahisəni həll etməli idi. Buna baxmayaraq məhkəmə kollegiyası “İpoteka haqqında” Qanunun tələblərinə əməl etməmiş və nəticə etibarı ilə cavabdeh tərəfin mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Prosessual məsələlər: Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız ipoteka predmetinin satış qiyməti hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnaməni yalnız həmin hissədə cavabdehin kassasiya şikayətinin dəlilləri həddind ə yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh1 MMC 23 oktyabr 2012-ci il tarixdə “xxxx” ASC ilə müqavilə bağlayaraq 20000 manat məbləğdə kredit almış, aldığı borc məbləğini illik 22 faiz əlavəsi ilə, 36 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh2 həmin tarixdə ipoteka müqaviləsi bağlayaraq borclunun öhdəliyinin icra olunmasını təmin etmək üçün mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,06984 ha torpaq sahəsində yerləşən, 188,48 kv.metr köməkçi, 185,84 kv.metr yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpotekaya qoyulan mənzil qarşılıqlı razılıq əsasında 50000 manat məbləğdə qiymətləndirilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə y etirməmiş və onun banka 29 dekabr 2015-ci il tarixədək 20.729 manat məbləğdə borcu yaranmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 15 noyabr 2018-ci il tarixli məktubundan görünür ki, xidmət haqqının ödənilməməsi səbəbindən qiymətləndirilmənin aparılması və müvafiq rəyin təqdim edilməsi mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəti cələri işin hallarına uyğun gəlir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamənin yoxlanılan hissəsi üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əs asən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdən görünür ki, məhkəmə əmlakın qiymətləndirilməsinin aparılması üçün müvafiq qərardad qəbul etmiş və qiymətləndirmənin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılması qərara alınmış, qiymətləndirilmənin aparılması üçün tələ b olunan xidmət haqqının ödənilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin məktubu icra edilməsi üçün xəbərnaməli məktubla cavabdehə göndərilmiş lakin, cavabdeh qiymətləndirilmənin aparılması üçün tələb olunan xidmət haqqını ödəməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdehin ipoteka predmetinin qiymətləndirilməsi barədə vəsatəti işin uzadılmasına xidmət etmişdir. MPM-in 97.5-ci maddəsinin tələbinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Kassator kassasiya şikayətində məbləğin çox aşağı olduğunu qeyd etsə də, kassasiya şikayətinə ipoteka predmetinin qiymətinin daha yüksək olması barədə heç bir sübut əlavə edilməmişdir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində qətnamə qəbul edərkən, hazırkı işin faktiki ha llarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.12.2018-ci il tarixli 2(107)1726/2018 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar