Məhkəmə qərarları › İş №2(102)-3274/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3274/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3274/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili X2 qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın XXX 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xocavənd Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(069)-24/2019 saylı qətnaməsi ilə hər iki iddia qismən təmin olunaraq, iddiaçı və Cavabdeh 652 manat əsas borc, 100 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı və cavabdeh "xxxx"MMC-nə ödənilməsi, hər iki iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən, məruzəçi), T.Heydərov və F.Abbasov, 2(104)3501/2019 saylı mülki iş) hazırki iş üzrə Xocavənd Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(069)-24/2019 saylı qətnaməsi iddiaçı və cavabdeh "xxxx" MMC-nə (apelyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İlk iddia üzrə iddiaçı “xxxx” MMC Cavabdeh qarşı "borc" tələbinə dair iddiaərizəsi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında xx xxxxxx 2014cü il tarixdə bağlanmış "torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında" B(b)/061 saylı alğı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 14985 manat əsas, 27218.90 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, qeyd olunan müqavilə ilə iddiaçının inşa etdiyi binada cavabdehə mənzil satılmış və cavabdeh razılaşdırılmış qiymətin bir hissəsini ödəsə də qalıq məbləği ödəməkdən yayınır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “xxxx” MMC-nə qarşı “müqavilə üzrə öhdəliklərin icrası” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən7684.5 manat pulun tutulması və y a həmin vəsaitin onun cavabdehə olan 11985 manat borc məbləğindən azaldılmasına yönəldilməsi, 1200 manat təmir xərclərinin, 3000 manat mətbəx mebelinin dəyərinin, 2579 manat azyaşlı uşağının müalicəsinə, 1500 manat kirayə evin tutulmasına çəkilən xərclərin, 500 manat mənəvi zərərin əvəzinin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, mənzilin alqı-satqı müqaviləsinə uyğun olaraq ona verilməli olan mənzilin sahəsi müqavilədə qeyd olunandan azdır, bina müqavilədə nəzərdə tutulan qaydada mişar daşı ilə üzlənmədiyi üçün onun mənzilinə ziyan dəymiş, həmin zərərin aradan qaldırılması üçün vəsait xərcləmək lazımdır və mənzildə yaşayış mümkün olmadığından köçərək kirayəl ərdə yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normasının düzgün tətbiq etməmiş, qətnamənin ləğv edilməsini işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Kassasiya şikayəti onunla əsaslanılırılmışdır ki, birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddia tələblərinin əsaslılığına hüquqi qiymət verərkən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinə müvafiq olaraq “AAAF Park” Yaşayış Massivi, XXX saylı mənzilinin ümumi sahəsinin 73.4 kv.m.deyil, 60.87 kv.m.müəyyən edilməsi nöqteyi-nəzərdən yanaşaraq naməlum hesablama metodu ilə mənzilin sahəsinin hər bir kv.m. 705 manat ilə hesablayaraq ilkin iddiaçının id dia tələbi olan 12085 manat borcdan 8833 manat və ekspertini müəyyən etdiyi 2600 manat təmir bərpa xərci çıxaraq qalıq 652 manat borcun Cavabdeh tutulması qənaətinə gəlmişdir. Bunu hüquqi əsaslandırma hesab etmək olmaz.Belə ki, satıcı “xxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli “Torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında” B(b)/061 saylı Müqaviləsinin 1.1-ci bəndinə görə, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAFPark” yaşayış massivindəki XXX saylı, 6 mərtəbəli yaşayış binasının, ümumi sahəsi 73.45 kv.m. olan 2 otaqlı, 5 saylı mənzilini alıcı, Cavabdeh təhvil verilməsini öhdəsinə götürmüş və inşa edərək təhvil vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə sözügedən mənzilin dəyəri tərəflərin razılığı ilə 51747 manat məbləğində müəyyən edil mişdir. Məhz həmin müqavilədə tərəflər arasında mübahisəli mənzilin hər bir kvadrat metri deyil, ancaq ümumi dəyəri razılaşdırılmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olan (qətnamənin təsviri hissəsinə istinad edilib) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12076 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyində göstərilir ki,...mənzilin ümumi sahəsi 60.87 kv.m. yaşayış sahəsi 42.49 kv.m., yardımçi sahəsi 18.28 kv.m. olduğu müəyyən edilmişdir. Həmin mənzilin ayrı-ayrı konstruktuv elementlərinin üzərindəki qüsurlar, mənzilin yerləşdiyi yaşayış binasının daxili və xarici izolyasiya qatının pozulması (müqavilə üzrə binanın fasadı ağlay daşı ilə üzlənməlidir) nəticəsində, mənzilin daxilində rütubətin və nəmliyin yaranmasından əmələ gələ bilər. Həmin mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülmüş təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətinə uyğun olaraq 2600 manat məbləğində olduğu müəyyən edilir. Qeyd etdiyimiz kimi ekspert rəyinin surəti Cəmiyyətə təqdim edilmədiyindən tam və dolğun təhlil edilməsi mümkün olmamışdır. Lakin yaşayış sahəsinin hesablanması və ölçülməsinə dair müvafiq qanunvericilik mövcuddur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5 9.1-ci maddəsinə görə, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 90.1-ci maddəsinə görə, təqdim olunmuş tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu ilə bağlı iradlar olduqda, ekspertiza müəssisəsi həmin iradların aradan qaldırılması üçün birbaşa sifarişçiyə müraciət edir. Mübahisəli mənzil Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 saylı xx xxxxxx 2012-ci il tarixli qərarına, Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tə ləblərinə riayət olunmaqla inşa edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 90.1-ci maddəsinə görə, təqdim olunmuş tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu ilə bağlı iradlar olduqda, ekspertiza müəssisəsi həmin iradların aradan qaldırılması üçün birbaşa sifarişçiyə müraciət edir. Xocavənd rayon məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin 12076 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyinə istinad edərək cavabd ehin mənzilinə vurulmuş zərərin aradan qaldırılması xərclərini şirkətin üzərinə qoymuşdur. Mənzildə rütubət və nəmliyin məhz qarşılıqlı iddiaçı XXXin hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranması (keyfiyyətsiz təmir və sair xüsusatlarla bağlı) istisna deyildir. Cavabdeh maddi ziyanın məhz cavabdeh Cəmiyyət tərəfində yetirilməsinə dair əsaslı sübutlar mövcud deyildir. Bundan başqa, qarşılıqlı iddiaçı Cavabdeh “müqavilə üzrə öhdəliklərin icrası tələbinə” dair iddia ərizəsi ilə müraciət edərək, mübahisəli mənzilin ümumi sahəsinin az olmasına istinad edərək Cəmiyyətə olan borcundan silinməsini və dəymiş ziyanın ödənilməsini tələb edir. Halbuki “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli “Torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında” B(b)/061 s aylı Müqavilə qüvvədədir. Hazırki mülki işdə sözügedən müqavilənin ləğv edilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yeti rmələrindən ibarətdir. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.2-ci maddəsinə görə, tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Həmin Məcəllənin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Prosessual məsələlər: İddiaçının nümayəndəsi X1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67. 1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdehin vəkili X2 qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İşə baxan məhkəmələr mübahisə ilə bağlı nəticəyə gəlmək üçün aşağıda qeyd olunan sübutlara istinad etmişlər. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış B(b)/061 saylı "Torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında” müqavilənin surətindən görünür ki, satıcı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, xxx saylı 6 mərtəbəli yaşayış yaşayış binasında ümumi sahəsi 73.4 kv.metr olan 2 otaqdan ibarət 5 saylı mənzilin alıcıya 51747 ma nata satılması, mənzilin tikinti işləri başa çatdıqdan sonra təhvil verilməsi, alıcı tərəfindən isə müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı əmlakın dəyərini birdəfəlik ödəniş şəklində və ya 60 ay müddətində müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödənilməsini razılaşmışlar. Həmin müqavilənin 3.1.1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 2-ci bölməsində göstərilən müqavilə müddəalarının, o cümlədən alqı-satqının predmetini təşkil edən vahid əmlakın qiymətinin müəyyən olunmuş şərtlər daxilində, müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini alıcıdan tələb etmək, müqavilənin 3.1.1.2-ci bəndinə əsasən alıcı öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə müqavilə ilə müəyyənləşdirilmiş sanksiyaları tətbiq etmək hüququna malikdir. Hə min müqavilənin 3.1.2.4-cü bəndinə əsasən satıcı tikinti işləri başa çatdıqdan sonra torpaq sahəsini və aşağıda göstərilən texiki vəziyyətdə fərdi yaşayış evini alıcıya təhvil verməyi bir vəzifə olaraq üzərinə götürmüşdür; -alıcıya verilmiş torpaq sahəsi qonşu ilə daşla hasara alınmış vəziyyətdə, - evin fasadının ağlay daşla döşənmiş və rənglənmiş, - evin pəncərə və eyvanlarının plastiklə şüşələnmiş, - evin kanalizasiya, elektrik enerjisi, su xətti, təbii qaz xətti ilə stoyak vəziyyətində qoyulmuş, - evin girişində dəmir qapısı qoyulmuş, - evin dam örtüyü metalla vurulmuş, - evin həyəti işıqlandırılmış, - evin su, qaz və elektrik təchizatı təmin edilmiş. xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Vəliyev Aİİahyar Vəli oğlu Xırdalan şəhəri, xxx saylı yaşayış binasında yerl əşən ümumi sahəsi 73.4 kv.metr olan, dəyəri 51747 manat qiymətləndirilmiş mənzilə görə cəmiyyətə 36762 manat ödəniş etmişdir, arayışın təqdim edildiyi tarixə ödənilməmiş 12797 manat borcu və 27218 manat cərmə borcu vardır. İş materiallarında olan qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi xx xxxxxx 2019cu il tarixli maliyyə arayışından görünür ki, xxx tərəfindən həmin tarixdə “xxxx” MMC-nə 3000 manat ödəniş edilmişdir və ümumi edilən ödənişin məbləği 39762 manat təşkil etməklə, qalıq borc 11985 manatdır. Məhkəmə tikinti-texniki ekspertizasının 12076 saylı xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinə, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegi yasının xx xxxxxx 2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinin tələblərinə əsasən, Abşeron rayonu xxx saylı yaşayış binasının 5 saylı mənzilinin ümumi sahəsi 60.87 kv.metr, yaşayış sahəsi 42.49 kv.metr, yardımçı sahəsi 18.28 kv.metr olduğu müəyyən edilmişdir. Həmin mənzilin ayrı-ayrı konstruktiv elementlərinin üzərindəki qüsurlar, mənzilin yerləşdiyi yaşayış sahəsininin daxili və xarici izolyasiya qatının pozulması (müqavilə üzrə binanın fasadı ağlay daşı ilə üzlənməlidir) nəticəsində, mənzilin daxilində rütubətin və nəmliyin yaranmasından əmələ gələ bilər. Həmin mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülmüş təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2600 manat məbləğində olduğu müəyyən edilir. Aparılmış ekspertiza tədqi qatının dəyəri 100 manat təşkil etmişdir. İddiaçı mənzilin sahəsinin az hesablanması ilə bağlı apellyasiya şikayətində də qeyd etmiş və Apellyasiya instansiyası məhkəməsi həmin dəlilə qiymət vermişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında formalaşan münasibətlər podrat müqaviləsindən deyil, alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuş və müqavilənin predmetini də, məhz "xxxx"MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, xxx saylı, 6 mərtəbəli yaşayış binasının ümumi sahəsi 73.4 kv.metr olan 2 otaqdan ibarət 5 saylı mənzili təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdə sinə götürür. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terr asların sahəsi də daxil olmaqla hesablanır. Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinin tələblərinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və loc iyalar 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə əsasən satıcı ümumi sahəsi 73.4 kv.metr təşkil edən mənzili 51747 manata alıcıya satmağı öhdəsinə götürmüş olsa da, təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən alıcıya təhvil verdiyi mənzilin ümumi sahəsi 60.87 kv.metr təşkil etmişdir. Məhkəmə kollegiyası işə baxan Apellyasiya Məhkəməsinin qeyd olunan dəlillə bağlı gəldiyi nəticə ilə razılaşır. Çünki mənzilin sahəsi elə iddiaçının özünün şikayətlərində istinad etdiyi qaydalara uyğun olaraq bu sahədə xüsusi biliyə malik olan ekspertlər tərəfindən ölçülmüşdür. Bundan başqa işə baxan Apellyasiya Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mənzillərin satışı ilə bağlı kifayət qədər uzun müddət ərzində təşəkkül tapan işguzar münasibətlərə əsasən alğı-satqı münasibətlərində razılaşdırılmış qiymət birmənalı olaraq 1 kv.metrin dəyəri müəyyən edilməsi üzərində qurulmuşdur. Qeyd edilən hal hazırki mübahisəli mənzilin alğı-satqısına dair tərəflər arasında bağlanan müqavilənin mahiyyətindən də, irəli gəlir. Mübahisəli mənzilin 1 kv.metrinin dəyərinin (51747:73.4=705) manat təşkil etdiyi halda, ilk iddia üzrə cavabdehin 60.87 kv.metr ümumi sahədən ibarət mənzil üçün ödəməli olduğu məbləğ (60.87X705=42913.35) 42913.35 manat təşkil edir. Həmin məbləğdən cavabdehin ödəmiş olduğu 39762 manatı çıxmaqla, adi riyazi hesablama yolu ilə (429xx.xx-39762=3151.35) cavabdehin müqavilə üzrə yerinə yetirməli olduğu öhdəliyinin həddinin 3151.35 manat təşkil etdiyini müəyyən etmək mümkü ndür. Cavabdehin mənzilinə vurulmuş zərərin məbləği ilə bağlı. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə müvafiq olaraq cavabdehə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, xxx saylı yaşayış binasının 5 saylı mənzilinin ayrı-ayrı konstruktiv elementlərinin üzərindəki qüsurların, mənzilin yerləşdiyi yaşayış sahəsininin daxili və xarici izolyasiya qatının pozulması (müqavilə üzrə binanın fasadı ağlay daşı ilə üzlənməlidir) nəticəsində, mənzilin daxilində rütubətin və nəmliyin yaranmasından əmələ gəlməsi müəyyən edilmişdir. Həmin qüsurların müqavilədə nəzərdə tutulan işlərin görülməməsi deyil, başqa səbəbdən baş verməsi ilə bağlı iddiaçı şirkət tərəfindən hər-hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə işə baxan məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, mübahisəli mənzilin daxili və xarici izolyasiya qatının pozulmasında, müqavilə üzrə binanın fasadının ağlay daşı ilə üzlənməli olması və bunun edilməməsi nəzərə alınaraq, bina sahibi olan cavabdeh "xxxx" MMC-nin təqsirinin olmamasından ibarət dəlilləri ilə razılaşmaq olmaz. Beləki, tərəflər arasında müqavilə münasibətləri yaranmışdır. Alıcı yaşamaq üçün aldığı mənzilin hansı şəraitdə təhvil veriləcəyini (məsələn: müqavilə üzrə binanın fasadı ağlay daşı ilə üzlənməlidir) əvvəlcədən razılaşaraq onun dəyərini ödəmişdir. Alıcıya müqavilədə nəzərdə tutulan şərtlərə uyğun deyil, başqa şəraitli mənzil verilirsə (məsələn mişar daşı ilə üzlənməyən) onda, müqavilənin mühüm şərti pozulmuş olur. Mənzilin keyfiyyətinə aid şərtlər analoji müqavilələrin mühüm şərtidir. Mənzil alan tərəf əvvəlcədən ona hansı şəraitdə mənzil təhvil veriləcəyini şərtləndirir. Müqavilə, onun mühüm şərtləri barəsində tərəflər razılığa gəldiyi andan bağlanmış hesab olunur. Müqavilənin mühüm şərti pozulursa, onu pozan tərəf müqavilə tərəfinə vurulmuş zərəri ödəməlidir. Mülki Məcəllənin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qə tnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar