Məhkəmə qərarları › İş №2(102)-3274/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3274/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3274/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ iş № 2(1*2)-3274/2*22 (Açar sözlər: müqavilənin bağlanması, zaminliyə xitam verilməsi) Bakı şəhəri, *8 sentyabr 2*22-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)- 1431/2*21 nömrəli, 25.11.2*21-ci il tarixl i qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2*14-cü il tarixli kredit müqaviləsiə əsasən Bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 3* % ödəmək şərti ilə 38** ABŞ dolları məbləğində kredit verilmişdir. 2. "xxxx" ASC illə borclu, habelə zamin kimi qeyd edilən Cavabdeh2 arasında zaminlik müqaviləsi rəsmiləşdirilmişdir. 3. 15.*4.2*15-ci il tarixdə "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında əlavə saziş bağlanaraq kreditin qaytarılması müddəti artırılmış, faiz və qaytarılacaq ümumi məbləğ dəyişdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx"ASC cavabdehlə r Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 281*.79 ABŞ dolları əsas borc, 1522.72 ABŞ dolları faiz borcu, 395.72 ABŞ dolları cərimə borcu, cəmi 4729.23 ABŞ dolları borcun və 3* manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 281*.79 ABŞ dolları əsas borc, 1522.72 ABŞ dolları faiz borcu, 395.72 ABŞ dolları cərimə borcu, cəmi 4729.23 ABŞ dolları borcu yaranmışdır. Buna görə də kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmi şdir.

6. Bərdə Rayon məhkəməsinin (hakim Seyfəli Seyfullayev) 2(*21)-533 /2*18 saylı 3* oktyabr 2*18-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 281*.79 ABŞ dolları əsas borc, 1522.72 ABŞ dolları faiz borcu, 2* ABŞ dolları cərimə borcu, cəmi 4353.51 ABŞ dolları borcun Azərbaycan manatı ilə məzənnəsi və 3* manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh1 281*.79 ABŞ dolları əsas borc, 1522.72 ABŞ dolları faiz borcu, 395.72 ABŞ dolları cərimə borcu, cəmi 4729.23 ABŞ dolları kredit borcunun yaranması sübuta yetirilmişdir.Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc məbləğinə mütənasib olmadığından 395.72 ABŞ dolları məbləğində cərimə pulunun 2* ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur.

8. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra MM) 47*.1, 47*.2, 385.1, 386.1, 427.3, 448.1, 448.2, 445.2.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrə istinad edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bərdə Rayon Məhkəməsinin 3*.1*.2*18-ci il tarixli, 2(*21)-533/2*18 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, borcalan kredit müqaviləsi borcunu mütəmadi olaraq ödəmiş, lakin devalvasiyadan sonra ödəmələrdə gecikmələr olmu şdur. Məhkəmə tərəfindən isə onun iştirakı təmin edilməmiş, işin faktik halları araşdırılmamışdır.

11. Gəncə Apellyasiya Məhkəməsinin (hakim X1 (sədrlik edən və məruzəçi), X2 və X5) 2(1*4)-1431/2*21 saylı 25 noyabr 2*21-ci il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 3*.1*.2*18-ci il tarixli, 2(*21)-533/2*18 saylı qiyabi qətnaməsi «cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 281*.79 ABŞ dolları əsas borc, 1522.72 ABŞ dolları faiz borcu tutulması» hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulan əsas borcun məbləği 2769,88 ABŞ dolları, faiz borcunun məbləği isə 1498,98 ABŞ dolları həddində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Azər baycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2*21-ci il tarixli, 9/5661 saylı rəyinə əsasən, borcalan Cavabdeh1 18.18.2*17-ci il tarixə kredit müqaviləsi üzrə banka olan borcu 2769,88 ABŞ dolları əsas, 1498,98 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4268,86 ABŞ dolları təşkil edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə əsas və faiz borcu artıq göstərilmişdir. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Çünki, tərəflər arasında bağlanılmış müqavilədə cərimənin tutulması barədə göstəriş vardır. Eyni zamanda cərimənin məbləği kreditin məbləğinə uyğudur. Bu məbləğ işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.

13. M əhkəmə öz mövqeyini əsaslandırarkən MM-in 425.1, 442, 448.1, 472.1, 472.2, 739, 742.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh2 Gəncə Apellyasiya Məhkəməsinin 2(1*4)-1431/2*21 saylı 25 noyabr 2*21-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

15. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının onlara qarşı irəli sürdüyü pul tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara təqdim edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaba qcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə tərəfindən apellyasiya məhkəməsinə təqdim olunmuş sübutlar ümumiyyətlə nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Ləğv prosesində olan "xxxx" ASC kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, cavabdehin banka olan borcu iş materialları ilə öz təsdiqini tapdığından apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirməklə düzgün mövqedə olmuşdur. Kassasiya şikayətinin verilməsi cavabdehin açıq-aşkar məhkəmə prosesini süni şəkildə yubatmaq üçün verdiyinə dəlalət edir. Ümumiyyətlə kassatorun şikayəti formal mülahizələr əsasında verilmişdir. Kassator kassasiya şikayətində heç bir halı m übahisələndirməyərək məhkəmənin qətnaməsinin ləğvini tələb etmişdir. Odur ki, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

18. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

19. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

20. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə i radənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

21. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

24. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 25.

26. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

27. Maddə 4*5.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

28. Maddə 47*.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. Maddə

471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

30. Maddə 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

31. Maddə 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

32. Maddə 477.*.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün d igər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Hazırkı işdə iddiaçı bankın zamin Cavabdeh2 qarşı tələbi zaminlik müqaviləsinə əsaslanır. İşdə olan 23.*9.2*14-cü il tarixl i zaminlik müqaviləsində isə zamin kimi qeyd olunan Cavabdeh2 imzası mövcud deyil.

40. Halbuki, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (§ 29).

41. Etibarsız əqd isə hər hansı hüquq və öhdəlik əmələ gətirə bilməz. Çünki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur (§ 24).

42. Buna baxmayaraq işə mahiyyəti üzrə baxan məhkəmələr sözügedən zaminlik müqaviləsi üzrə Cavabdeh2 da pulun tutulmasını qət edərkən işin yuxarıda qeyd edilən faktiki hallarını araşdırmamış, aidiyyəti maddi hüquq normalarını tətbiq edərək məsələyə hüquqi qiymət verməmişlər.

43. Bundan əlavə, bankla Cavabdeh2 arasında 23.*9.2*14-cü il tarixdə etibarlı zaminlik hüquq münasibət i yaranmış olsa belə, iş materiallarında olan, bankla əsas borclu arasında bağlanmış 15.*4.2*15-ci il tarixdə əlavə sazişdən görünür ki, öhdəliyin həcmi dəyişdirilmişdir (§ 3).

44. Mülki qanunvericiliyə görə, zaminliyin təmin etdiyi öhdəlik zaminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir (§ 32).

45. Məhkəmələr isə, qeyd olunan sazişin öhdəliyin həcmini hansı istiqamətdə dəyişdirməsini araşdırmamış, əgər öhdəlik ağırlaşmışsa bunun zamin Cavabdeh2la razılaşdırılıb-razılaşdırılmadığına, nəticə etibarilə onun zaminliyinin xətm olub-olmamasına qiymət verməmişlər.

46. Halbuki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslan dırılmalıdır (§ 35).

47. Yuxarıda qeyd edilənlər ona dəlalət edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)-1431/2*21 nömrəli iş üzrə 25 noyabr 2*21-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar